Oymaqlı yaylı mufta
22
böyük qüvvə ötürə bilir. Bu növ muftaların
tətbiqinə sənayedə və gəmiqayırmada rast
gəlinir. Çox hallarda ondan planetar ötürmə-
lərdə
→
yükün tarazlanması üçün istifadə
olunur.
Şəkil 1. Oymaq yaylı muftanın sxemi
1-verişi məhdudlaşdıran bolt, 2- oymaq yayı, 3-yan
şaybası, 4-şayba, 5-daxili hissə, 6-xarici hissə, 7-yan
şaybası, iki hissəli
(alm. die Hülsenfeder-Kupplung, ingl. Sleeve spring
clutch)
Ölçmə çevriciləri
23
Ölçmə çevriciləri ölçülən fiziki kəmiyyətin
qiymətini ötürmək, emal və qeyd etməyə
xidmət edən ölçmə vasitələridir. Ölçmə
cihazından fərqli olaraq çevricinin girişində və
çıxışında nəzarətçi qiymət göstərilmir. Ölçmə
çevirməsi ölçmə üsullarının tərkib hissəsidir.
Bir kəmiyyətin (məsələn, temperaturun me-
xaniki yerdəyişməyə çevrilməsi) ölçmə çe-
vrilmələri müxtəlif çevricilərlə həyata keçirilə
bilər (civə termometri, bimetal elementlə,
millivoltla işləyən termocütlə və s.). Çevricilər
ölçülən kəmiyyətləri elektrik siqnalları və ya
əksinə çevirməklə fərqlənirlər. Fiziki hadi-
sələrdə yaranan elektrik cərəyanını elektrik
siqnallarına çevirən çevricilərə ölçmə trans-
formatorlarını və cərəyanın gücləndirilməsini
misal göstərmək olar. Ölçmə cihazlarında
cərəyan gərginliyinin dəyişməsini əqrəbin
dönməsinə ötürənlər elektrik siqnallarını qeyri-
elektrik siqnallarına çevirənlər üçün bir nü-
munədir.
→Termocütlər,
fotoelementlər,
induktiv senzor və s. qeyri elektrik kəmiy-
yətlərin dəyişməsindən yaranan siqnalları
elektrik siqnallarına çevirirlər.
(alm. der Wandler, ingl. Transducer)
Ölçmə xətası ölçmənin nəticəsinin ölçülən pa-
rametrin həqiqi qiymətindən meyillənməsidir.
Bu xətalar sistematik, təsadüfi və kobud olaraq
fərqlənirlər. Sistematik xətalar ölçmə vasi-
təsinin qeyri dəqiqliyi və ölçmə üsulunun tək-
mil olmaması sayəsində meydana gəlir və ölç-
məni təkrar etdikdə hər dəfə ya sabit qalır ya
da müəyyən qanunauyğunluqla dəyişir. Təsa-
düfi xətaların yaranmasına nəzarət oluna bil-
məyən amillər (proses zamanı ölçmə şəraitinin
dəyişməsi, sürtünmə və yeyilmə, titrəmələr və
s.) təsir edir. Onların yaranmasını əvvəlcədən
müəyyən etmək mümkün deyil. Kobud xəta-
lara ölçmə vasitəsinin saz olmaması, gös-
təricinin nəticəsinin düzgün qiymətləndiril-
məməsi, ölçmə şəraitinin qəflətən kəskin də-
yişməsi və s. aiddir. Ölçmənin nəticələrinin
emalı zamanı adətən kobud xətalar nəzərdən
atılır. Sistemtik xətaları azaltmaq üçün
ölçməyə düzəlişlər edilir və ya göstəricinin
qiyməti müəyyən əmsalla korreksiya olunur.
Təsadüfi xətaların qiymətləri riyazi statistika-
nın köməyi ilə dəyərləndirilir.
Xətalar ölçülən parametrin (x) vahidi ilə ifadə
oluna bilir. Bu halda o, ∆x ilə işarə olunur və
mütləq xəta adlanır. Ölçmənin keyfiyyəti üçün
əsas meyyar mütləq xətanın son ölçmə
nəticəsinə nisbətidir:
Bu nisbət ölçüsüzdür,
δ
x
isə nisbi xəta adlanır.
Yüksək ölçmə dəqiqliyində nisbi xətanın
qiyməti kiçikdir.
(alm. die Meßabweichung, ingl. Observational
error)
Ölçmə-nəzarət vasitələri texnikada hissələrin
xətti və bucaq ölçülərinin ölçülməsi və
nəzarətinə xidmət edirlər. Fiziki ölçünün sınaq
yolu ilə tapılması üçün nəzərdə tutulan, met-
roloji parametrlərlə və xassələrlə normal-
laşdırılmış texniki vasitələr ölçmə vasitələri
adlanırlar. Hissənin parametrinin fiziki qiy-
mətinin buraxılabilən həddə olub-olmamasını
sınaq yolu ilə yoxlamaq üçün istifadə olunan
vasitələr nəzarət vasitələri adlanırlar. Ölçmə
üçün tətbiq olunan bütün cihazlar həm də
nəzarət üçün istifadə oluna bilirlər.
Ölçmə-nəzarət vasitələri ölçmə alətləri və
ölçmə cihazlarına bölünürlər. Alətlərə adətən
sadə vasitələr (xətkeşlər, →kaliblrlər, →ştan-
genpərgarlar və s.), cihazlara isə daha mürək-
kəb
işləmə
prinispinə
malik
qurğular
(→profilometrlər, →koordinatölçmə maşınları,
→optikölçmə qurğularlı və s.) aid edilir. Ölç-
mələrin nəticələri vizual və ya müasir cihaz-
ların köməyi ilə rəqəmsal şəkildə təsvir oluna
bilir. Məsələn, uzunluq ölçüsünü ştangen-
pərgarla ölçən zaman uzunluğun qiyməti
şkaladan gözlə oxunur, səthin koordinatölçmə
maşınında alınan təsvirini isə kompyüterdə
üçölçülü topologiya şəklində vermək müm-
kündür. Bundan əlavə ölçmə nəticələrinin qeyd
olunması prinsipinə görə də onlar fərqlənirlər:
mexaniki, optik, elektrik və pnevmatik və ya
kombinəedilmiş cihazlar mövcuddur. Bu
cihazlar
təsiretmə
xüsusiyyətlərinə
görə
müxtəliv çevricilərlə təchiz olunurlar. Belə ki,
mexaniki cihazlarda yiv ötürməsi, qol, dişli
x
x
x
∆
=
δ