Ötürmə sistemi
30
siya edilmiş şəkildə də tətbiq olunur. Ən geniş
yayılmış formaları bunlardır:
Elektro-mexaniki ötürmə (məsələn, körpü
kranlarında),
Elektro-hidravlik (məsələn, sex nəql-
edicilərində),
Dizel-mexaniki (məsələn, ekskavatorlarda)
Benzin-hidravlik (məsələn, yük maşın-
larında),
Dizel-elektrik
(məsələn,
dəmir
yol
kranlarında).
Ötürmənin seçilməsi istismar şəraitindən və
üsulundan asılı olaraq aparılır. Bu və ya digər
ötürmə sisteminin üstün cəhətləri onun tətbiq
olunan maşına uyğun gəlməsi ilə səciyyələnir.
Tipik ötürmə sisteminə avtomobillərdə tətbiq
olunan mühərriklə təkərlər arasında mövcud
olan ötürməni göstərmək olar. Mühərrikin yeri
və ötürmə sistemi avtomobillərdə ağırlığın
konsentrasiyası, yerə olan tələbat və oxlara
düşən ağırlığa görə böyük əhəmiyyət kəsb edir.
Normal halda mühərriklə aparıcı təkərlər
oturan ox bir-birinə →kardan valı vasitəsilə
birləşdirilir. Bu mühərrikin yaxşı soyu-
dulmasına imkan verərək arxa oxda dönməyən
təkərlərin asan işlədilməsinə şərait yaradır. Bu
quruluşda həm də arxa oxa düşən yük nisbətən
az olur.
Şəkil 1. Avtomobillərdə ötürmə konseptləri
a)
mühərrik qabaqda, aparıcı ox arxada,
b)
mühərrik və aparıcı ox hər ikisi qabaqda
c)
mühərrik və aparıcı ox hər ikisi arxada,
d)
mühərrik qabaqda, oxların hər ikisi
aparıcıdır.
Mühərrikin arxa hissədə yerləşməsi arxa oxa
düşən yükü artırır və arxada yanacaq çəni və
yük üçün nəzərdə tutulan yeri tutur. Bunun
üçün avtomobilin qabaq hissəsində olan yer
istifadə olunur. Mühərrikin, ötürmə mexa-
nizminin kompakt olaraq arxada yerləşdiril-
məsi mühərrikin soyudulması üçün əlavə
soyutma sisteminin tətbiqini zəruri edir. Kiçik
avtobuslarda bu ötürmə sistemləri geniş ya-
yılmışdır.
Mühərrik və aparıcı oxun avtomobilin qabaq
hissəsində yerləşdirilməsi yeni komponovka
tələb edir. Mühərrikin qabaqda olması hərəkət
zamanı onun hava ilə yaxşı soyudulmasına
şərait yaradır. Qabaq ox maksimal yüklənir.
Avtomobilin qalan hissələrindən optimal
istifadə etmək olur.
Avtomobillərdə bütün təkərlərə ötürmə,
dartıcı qüvvə oxa düşən ani yükə uyğun olaraq
paylanarsa adhezion ağırlığının çəkmə üçün
tam istifadə edilməsinə imkan yaranır.
(alm. der Antrieb, ingl. Drive )
Özüitilənmə→Abraziv alətlər
Ötürücü mexanizm lentli axın xətlərində işçi
yerlər arasında hissələrin nəqlinə yardımçı olan
qurğudur (şəkil 1). Lentli axın xətti sonsuz ola
bilmədiyindən və çox vaxt istiqamətini dəyiş-
diyindən bu →mexanizmlərə ehtiyac yaranır.
O, axın xəttini kəsdiyindən onların sayı
məhduddur. Ötürücü mexanizmlər bir-birindən
asılı olmayaraq işləyən iki lent arasında
yerləşir. Onun əsas vəzifəsi nəql edən lentdən
məhsulları götürüb verici lentlərə ötürməkdir.
İş üslubundan asılı olaraq lentlər arasında
mexanizmin dönmə və maillik bucağı müəy-
yən olunur. Hissələrin problemsiz nəqlini tə-
min etmək üçün aparan lent üzərinə onların
şaquli və ortadan verilməsi əsas şərtdir.
Hissələrin lentin üzərinə düşmə şırnağı
verici lentin istənilən vəziyyətində şaquli hala
yönəldilməlidir. Bu, dəymə divarı və ya dəymə
qapağının konstruktiv quraşdırılması ilə əldə
edilir. Onlar şaquli və üfüqi durumlardan
tənzimlənərək verilmiş istehsal şəraiti üçün
əlverişli vəziyyətə gətirilirlər. Dəymə divarı və
atıcı baraban arasında məhsulun keçməsi üçün
kifayət qədər məsafə olmalıdır.Təxmini olaraq
bu məsafə lentin eninin 1,3 misli götürülür.
Verilən məhsul axınını tamamilə tutub, aparan
lentə vermək üçün tutucu qanov lövhələri atıcı
barabanı tam əhatə etməlidir. Yuxarıdakı
qanov lövhələrinin aşağı hissəsi elə tənzimlənir
ki, verilən məhsul aparan lentin tən ortasına
tökülsün. Onun aşağı hissəsi aparan lentin
Ötürücü mexanizm
31
qanovunun daxilinə yerləşdirilir. Aparan lentin
qanovunun lövhələri istənilən halda yuxarıdakı
qanov lövhələrinin aşağı uclarını tam əhatə
etməlidirlər. Atıcı barabanın və aparan lentin
üzərində quraşdırılmış mexanizm (qüllə)
arasında kifayət qədər məsafə nəzərdə tutulur.
Bu məsafə nəql edilən məhsul və nəql
sürətindən asılı olaraq təyin edilir.
Şəkil 1. Ötürücü mexanizmin sxematik təsviri
1-atıcı baraban, 2-dəymə divarı, 3-dəymə divarı ilə
barabanın mərkəzi arasındakı məsafə, 4- yan qanov
lövhələri, 5- üfüqi lentin mərkəzi xətti. 6-verici lent,
7-verici diyircəklər, 8- çirk tutan lent, 9-yönəldici
diyircəklər, 10-çirk tutan lent
(alm. die Übergabevorrichtung, ingl. Transfer de-
vice)
Özlü mufta fırlanma hərəkətini özlü mayenin
köməyi ilə ötürür. Konstruktiv olaraq o, çı-
xıntıları və deşikləri olan çoxlu sayda dairəvi
lövhələrdən yığılır (şəkil 1). Onlar hermetik
gövdədə bir-birinə çox yaxın quraşdırılırlar.
Muftada iki növ lövhələr yerləşirlər. Onlardan
bir növü aparan vala qoşulur, digərləri aparılan
valla əlagəli olurlar. Müxtəlif tipli lövhələr elə
yerləşdirilirlər ki, onlar bir-birinin ardınca eyni
ox boyunca fırlanırlar. Muftanın gövdəsi
silikon əsaslı dilant mayesi ilə doldurulur.
Dilant mayesi sürüşmə deformasiyası artdıqca
özlülüyünü artıran qeyri-nyuton mayelərinə
aiddir. Eyni tipli lövhələr eyni tezliklə fır-
lanarsa, onda mayenin daxilində sabit hal
hökm sürür. Mayenin özlülüyü çox olmur.
Mufta bu halda kiçik moment ötürür. Amma
vallardan birinin sürəti artdıqda maye qarış-
mağa başlayır və onun özlülüyü dilantlıq xas-
səsinə əsasən kəskin artır. Maye bərkiyir və
lövhələri yapışdırır. Nəticədə mufta bir valdan
digərinə böyük moment ötürə bilir. Ötürülən
momentin qiyməti mayenin növündən, lövhə-
lərin ölçüsü, onlarda olan deşiklər və çıxıntıla-
rın ölçü və formasından asılıdır. Bir çox özlü
muftalarda maye sürtünmə nəticəsində istilik
yığır. Sonda maye genişlənir. Bu dəyişmə
lövhələri bir-birinə sıxır və sürtünmə yaradır.
Şəkil 1. Özlü muftanın en kəsiyi
1-stator, 2-xarici lövhə, 3-daxili lövhə, 4-gövdə, 5-
çıxış valına birləşmə, A-giriş, B-çıxış
Özlü muftalar →hidromuftalardan fərqlənir.
Çünki, hidromuftalarda yalnız mayenin hidro-
dinamiki xassələrindən istifadə edilir. Uyğun
olaraq özlü muftalar soyutma tələb etmirlər.
Ötürülən momentin qiyməti giriş və çıxışdakı
sürətlər arasındakı fərqə həssas deyil.
Özlü muftalar 1980-ci ilin əvvəlində yara-
dılıb avtomobillərdə tətbiq edilmişdir. Özlü
muftalar avtomobillərdə qabaq təkərlərdən
ötürücü momenti arxa təkərlərə ötürməyə
imkan verir.