Yiv bərkitmə üsulu
370
ucunun qaykadan kənara çıxmasını tələb edir
ki, o burada tutula bilsin. Burada tətbiq olunan
hidravlik sıxma qüvvəsi birləşmədə yaranan
geriyə itələmə və oturma qüvvələrindən çox
olmalıdır.
Bucaq ölçmə üsulu ilə bərkitmə qaykanın
bolta nəzərən dönməsini ölçməklə yerinə yeti-
rilir. Bunun üçün əvvəlcədən verilmiş sıxma
qüvvəsini yaratmaq üçün lazım olan yivin
uzunluğu və uyğun olaraq qaykanın dönməsi
təyin edilməlidir. Hesabatda yiv gövdəsinin
möhkəmlik həddindən istifadə etmək məq-
sədəuyğundur. Dönmə bucağının başlanğıc
qiymətini tapmaq üçün əvvəlcə yiv buraxı-
labilən yükləmənin 35%-i qədər moment açarı
ilə dartılır. Bundan sonra qayka lazım olan bu-
caq qədər döndərilir.
(alm. das Schrauben-Anziehverfahren, ingl. Screws
attraction procedures)
Yiv birləşməsi başqa birləşmə elementlərinə
nisbətən daha geniş yayılmış və müxtəlif pro-
fillərə malik olan, maşınqayırmada ən çox
tətbiq olunan birləşdirmə üsuludur. Bu birləş-
mədə iki və daha artıq hissələr daxili və ya xa-
rici yivlərin köməyi ilə söküləbilən birləş-
dirilir. Yivli birləşməyə bolt, vint və sancaq
birləşməsi daxildir (şəkil 1).
Yivli birləşmələrin başqa birləşmə növlərinə
nisbətən üstün cəhəti onların yüksək texno-
lojiliyə, qarşılıqlı əvəzolunmaya, universallığa
və etibarlığa malik olmasıdır. Çatışmayan
cəhətləri iş zamanı öz-özünə açılma, birləşmə
üçün açılmış deşiklərdə gərginlik konsentra-
siyası yaranmasından ibarətdir.
a) bolt b) vint c) sancaq
Şəkil 1. Yiv birləşməsinin prinsipial təsviri
Tətbiq sahəsindən asılı olaraq yivli birləş-
məni təşkil edən elementlər fərqlənirlər:
Şəkil 2. Yivlərin əsas profilləri
a) metrik yiv, b) metrik incə yiv, c) Vitvort yivi, d)
trapesiya yivi, e) mişar yivi, f) dairəvi yiv
Bərkidici vintlər və boltlarla hissələrin
söküləbilən birləşməsi,
Hərəkət vintləri fırlanma hərəkətini düz-
xətli hərəkətə çevirmək və ya da böyük
qüvvə yaratmaq (məsələn: vint ötürməsi,
ventillər, vint presləri, məngənə),
Kipləşdirici vintlər vasitəsi ilə boşluqların
bağlanması (məsələn: sürətlər qutusu, yağ
çənləri, armaturlar),
Tənzimləyici vintlər cihaz və alətlərin
müəyyən vəziyyətə gətirilməsi üçün tətbiq
olunurlar.
Bu birləşmənin əsası olan yiv silindrik və
ya konusvari səthlər üzərində vint xətti üzrə
açılmış, bərabər en kəsiyinə malik olan çıxıntı
və çökəkliklərdir. Profilin həndəsi formasına
görə yivlər üçbucaq, trapesiya, düzbucaq və
dairəvi profilli, vint xəttinin istiqamətinə görə
isə sağ və ya sol yivlərə bölünürlər. Yivlərin
profilləri standartlaşdırılmışdır (şəkil 2).
Yivli hissələri bərkitmək üçün tətbiq edilən
sıxma qüvvəsi (F
sıx
) başlıq və ya qaykanın
hissə ilə təmasda olduğu hissəsinə və yivin
vidələrinə ötürülür (şəkil 3). İş prosesində
səthlərdə baş verən əzilmə nəticəsində yivli
birləşmələrdə yaradılan ilkin sıxma qüvvəsi öz
qiymətini itirə bilir. Nəticədə birləşmənin
Yiv birləşməsi
371
funksiyası pozulur. Buna görə də, yivli birləş-
məni layihələndirən zaman onun möhkəmlik
hesabatı aparılır.
Şəkli 3. İş zamanı yivə təsir edən qüvvələr
Yivə düşən qüvvələr nisbəti əvvəlcə yastı yiv
üçün tapılır və sonra başqalarına tətbiq edilir.
Burada yiv müəyyən mailliyə - yoxuş bucağına
(φ) malik müstəvi və onun üzərində qaykanın
hərəkəti istiqamətində sürüşən kiçik yük (cism)
kimi təsvir edilir. Yivə təsir edən qüvvələr nis-
bəti oxboyu (F
ox
), toxunan (F
t
) və normal (F
n
)
qüvvələr ilə sürtünmə (F
s
) qüvvələrinin əvəz-
ləyicisi kimi bu cismə gətirilmiş qüvvə (F
g
) ilə
təsvir edilir.
Yivdə (şəkil 3b) yük yuxarıya qalxan zamanı
F
t
= F
ox
·tan(φ+ρ), aşağıya düşən zaman isə F
t
=
F
ox
·tan(φ-ρ) qüvvələri yaranır. φ<ρ (sürtünmə
bucağı) olduqda φ-ρ qiyməti və uyğun olaraq
F
t
-nin qiyməti mənfi olur ki, bu da yivin öz-
özünə əyləclənməsinə səbəb olur. Yuxarıdakı
düsturlardan göründüyü kimi yivə təsir edən
qüvvələr nisbəti yivin profilindən asılıdır.
Metrik
yivlərdə
maillik
bucağı
böyük
olduğundan burada daha çox sürtünmə yaranır.
Ona görə də, belə yivlərə daha çox bərkitmə
yivləri deyilir. Mişar və trapesiya formalı
yivlərdə isə əksinə olaraq sürtünmə aşağı oldu-
ğundan bunlara hərəkət yivləri deyilir.
Yivi bərkitmək üçün lazım olan moment F
t
–
yə əsasən hesablanır:
)
tan(
2
2
2
2
ρ
ϕ +
⋅
⋅
=
⋅
=
d
F
d
F
M
s
t
yiv
burada: F
sıx
= F
t
, d
2
isə yivin orta diametridir.
Bolt birləşmələrində yivi etibarlı bərkitmək
üçün əlavə olaraq bolt və qayka ilə birləşən
hissələr arasında yaranan sürtünmə momentini
nəzərə almaq lazımdır.
(alm. die Schraubenverbindung, ingl. Screw
connection)
Y
iv burğusu əvvəlcədən açılmış deşiklərdə
vintvari yivin kəsilməsi üçün tətbiq edilir. Bu
alətlərin adi burğulardan fərqi ondadır ki,
onların işlək hissəsi bir və ya bir neçə düzünə
və ya spiralvari qanovlar açılmış vintə bən-
zəyir (şəkil 1). Proses zamanı yiv burğusunun
dişləri bir-birinin ardınca deşiyə daxil olaraq
material götürürlər və deşiyin profili onun
formasına uyğunlaşdırılır. Yiv burğularının
əsas növləri aşağıdakılardır: əl; qayka – bir
gedişdə açıq deşiklərdə yivin kəsilməsi üçün;
maşın – yuvalarda yivkəsmə, avtomat və
aqreqat dəzgahlarda yivkəsmə; qanovsuz -
açıq deşiklərdə yivkəsmə ; avtomat – qay-
kakəsən avtomatlarda yivlərin kəsilməsi;
plaşka və ana- dairəvi plaşkalarda daxili
yivlərin kobud və təmiz emalı üçün tətbiq
edilir.
Şəkil 1. Yiv burğusu