Yivyonma
374
Yiv açılacaq səth doğuranı üzrə əvvəlcədən
yonma və ya təzyiq altında dəqiq hazırlanır.
Bu üsulda müstəvi və dairəvi işçi səthlərə
malik alətlərdən istifadə edilərək uzunluğu
alətin enindən dəfələrlə böyük olan yivləri
açmaq mümkündür (şəkil 1).
Yivdiyirləmə üsulunda pəstahdan yonqar çı-
xarılmır. Alətin pillələri pəstaha batdıqda
plastik deformasiya nəticəsində material təd-
ricən tillər arasındakı boşluğa yığılır və onun
profilini alır. Proses nəticəsində yiv səthlərində
material sıxlaşır, onun bərkliyi çox vaxt ilkin
qiyməti iki dəfə keçir.
Müstəvi alətlə yivdiyirləmə zamanı pəstah
biri tərpənməz, digəri hərəkətli yerləşdirilmiş
diyirlənmə plaşkaları arasında diyirlənir (şəkil
1a). Müstəvi plaşkalar elə hazırlanırlar ki, yiv
hərəkət zamanı açılır. Hərəkətin sonunda yiv
tamam açılmış olur. Plaşkanın son hissəsində
yerləşən vidələr yivin hamarlanması və
kalibrlənməsinə xidmət edir. Hərəkətli plaşka
nisbətən uzun hazrlanır ki, hissə emal
zonasından problemsiz xaric oluna bilsin. Bu
alətlə diametri 1÷25 mm, uzunluğu 60÷80 mm
olan yivləri hazırlamaq mümkündür. Kəsmə
sürəti v=40÷70 m/dəq arasında yerləşir.
Diyircəklərlə yivaçma üsulunda iki eyni
istiqamətdə fırlanan diyircək emalda eyni
zamanda iştirak edir (şəkil 1b). Diyircəyin biri
(1) tərpənməz bərkidildiyi halda, ikincisi (2)
radial istiqamətdə veriş vermək üçün hidravlik
mexanizmə malik olur.
Şəkil 2. Yivdiyirləmə sxemləri
a-oxları paralel diyirləmə, b, c – oxları dönmüş di-
yirləmə.
Hissə (3) emal zamanı (4) dayağın üzərində
oturdulur, ya da mərkəzlər arasında bərkidilir.
Dayaq üzərində oturdulan zaman hissənin
mərkəzi oxu diyircəklərin mərkəzi oxundan
aşağıda yerləşdirilir ki, proses zamanı onun
aşağıya basılması və bununla hissənin möv-
qelənməsinin etibarlığı təmin edilmiş olsun.
Diyircəklərin yivinin addımı açılacaq yivin
addımına bərabər olmalıdır. Onların istiqaməti
açılan yivin əksinə olur. Yivdiyirləmə zamanı
alət və pəstahın oxlarının vəziyyətindən asılı
olaraq üç növ yivaçma sxemi mövcuddur
(şəkil 2).
(alm. das Gewindedrehen, ingl. Thread turning)
Yiv pardaqlama dəzgahı hissənin fırlanması
ilə pardaq alətinin uzununa verişini kinematik
əlaqələndirərək yiv profilinin yüksək dəqiqlik
və təmizliklə incə emalına imkan verir (şəkil
1). Burada
→
yiv profili eninə verişlə və ya
digər üsullarla artıq açılmış yivin təmiz emalı
ilə əldə edilir. Profilin növündən asılı olaraq
daxili, xarici və dəqiq yivli vallar və son-
suzvint alətlər üçün xüsusi yiv pardaqlama
dəzgahları mövcuddur.
Şəkil 1. Yivli valın pardaqlanması
Yiv qalxımı fırlanma və xətti hərəkətlər
arasında kinematik əlaqə tələb edir. Yaxın
keçmişdə bu əlaqə dişli çarx ilişməsindən
ibarət ötürmə sistemi ilə yaradılsa da, onlar son
zamanlar mikroprosessorla idarə olan
→
CNC-
dəzgahlarında tətbiq olunan sistemlər tərəfin-
dən sıxışdırılmışdır. Dəzgahda kinematik əlaqə
nə qədər dəqiq olarsa yivin profili də bir o
Yiv pardaqlama dəzgahı
375
qədər dəqiq alınır. Proses zamanı yivin pro-
filinə nəzarət sisteminin tətbiqi hazırlanan yiv
vidələrinin dəqiqliyini artırmış olur. Bundan
əlavə dəqiqlik üçün əsas amil olan pardaq
dairəsinin səthinin keyfiyyətini təmin etmək
üçün dəzgahda
→
düzləndirici mexanizmlərdən
istifadə edilir.
Bu dəzgahlarda hazırlanan yiv qalxımının
dəqiqliyi emal uzunluğundan asılıdır. Məsələn,
25 mm-də 2 mkm, 300 mm-də 6 mkm, 1000
mm-də 8 mkm, 2000 mm-də 10 mkm xəta ya-
ranır. Proses həm adi (korund), həm də
proqressiv (
→
almaz, CBN) abraziv material-
ların tətbiqi ilə aparılır.
(alm. die Gewindeschleifmaschine ingl. Thread
Grinding )
Yol diyirləyici maşını yeri, daşları və asfaltı
öz ağırlığı ilə əzərək, tədricən kipləşdirən ma-
şındır. Bu maşınlar silindrik diyircəklərdən
ibarət işçi üzvləri ilə səciyyələnirlər. Diyir-
cəklər statik və ya dinamik xarakterli işləmə
prinsipinə malikdirlər. Statik təsir diyircəyin
ağırlığının onun eninə nisbətindən asılı olan
xətti yüklə müəyyən olunur. Səthi təzyiqin
tələb olunan qiyməti diyircək altında qalan
qruntun bərkiməsindən asılı olur. Yer bər-
kidikcə təzyiqin qiyməti artır, çünki diyircək
yerə az batdığından kontakt sahəsi kiçilir. Yol
diyirləyici maşınlarından artıq digər maşınlarla
düzləndirilmiş sahələrdə istifadə edilir. Diyir-
cəklərdə əlavə elementlərin köməyi ilə yaradı-
lan yırğalanma dinamik işləməni mümkün-
ləşdirir.
Yol diyirləyici maşını içərisində bir, iki və ya
üç silindrik diyircək bərkidilmiş çərçivədən
ibarətdir. Diyircəklərin yerləşməsindən asılı
olaraq bir diyircəkli, tandem və üç diyircəkli
maşınlar fərqlənirlər. Bir diyircəkli maşınlarda
diyircək qoşqu kimi dartıcı maşınların arxasına
qoşularaq çəkilir.
Tandem quruluşlu maşınlar isə özləri
hərəkət edə biləndir (şəkil 1). Onun diyir-
cəkləri bir və ya iki mühərrik tərəfindən idarə
olunur. Hərəkət istiqamətini dəyişmək üçün
çox vaxt tandem maşınların orta hissəsi oynaq-
lı hazırlanır. Bu maşınların çəkisi 3÷8t ara-
sında yerləşir. Eni 1÷1,4 m arasında yerləşən
silindrik diyircəklərin mühərriki 13÷39 kVt
gücünə malik ola bilirlər.
Üç diyircəkli maşınların qabaq hissəsində iki
aparan, arxa hissəsində isə bir aparılan diyircək
yerləşir. Maşının konstruksiya çəkisi 6÷16t,
silindrin eni 1,2÷2m, gücü isə 30÷40 kVt
arasında olur.
Şəkil 1. Tandem tipli yol diyirləyici maşını
(alm. die Glattwalze, ingl. Smooth drum road roller)
Yol maşınları yolların (avtomobil yolu, dəmir
yolu, təyyarələrin eniş yolu və s.) tikilməsində
yerinə yetirilən kompleks işlərin icrasında
istifadə edilən mexanikləşdirilmiş vasitələrdir.
Müasir yol maşınları fərdi fəaliyyət göstərən
aqreqat şəklində, həmçinin asılqan, qoşulqan
tipli hazırlana bilir.
Mövcud yol maşınları gördükləri işə görə
sinifləşdirilirlər: hazırlıq işləri üçün maşınlar
(kolkəsən, eşən, ağac kəsən maşınları və s.),
yer işləri üçün maşınlar (→ekskavator,
→skreyper, →buldozer, →qreyder, torpaq-
daşıyan arabalar və s.), stabilləşdirici örtük-
lərin çəkilməsi üçün maşınlar (daşların və
birləşdirici materialların paylanması üçün
maşınlar, asfalt-beton qarışığını bərkidən ma-
şınlar və s.), asfalt-beton yolların çəkilməsi
üçün maşınlar (asfalt-betonları qarışdıran və
çəkən maşınlar), sement-beton örtüyünün çə-
kilməsi üçün maşınlar (formalar, profilləşdirici
maşınlar, beton dağıdan maşınlar, beton emal
edən maşınlar və s.), yollara qulluq və təmir
maşınları (qumsəpən maşınlar, su çiləyən
maşınlar, qartəmizləyən maşın, təmir maşınları