Yiv burğusu
372
Yiv burğuları ilə diametri 1÷52 mm olan
yivləri açmaq mümkündür. Kəsici hissəsi
tezkəsən alət poladından hazırlanır. Yiv bur-
ğuları işlək hissədən, kəsici və kalibrləyici
hissədən ibarətdir. Kəsici hissədə 1,5÷5 yiv
vidəsi olur ki, bunlar da emalda əsas işi
görürlər. Kalibrləyici hissə aləti istiqamətlən-
dirməklə bərabər kəsilmiş yivi təmizləyir.
(alm. der Gewindebohrer, ingl. Tap )
Yivaçma maşın hissələrinin daxili və xarici
səthlərində silindr, üçbucaq, dördbucaq, trapes
və yarımdairəvi profillərdə yivlərin açılması
üçün tətbiq edilən üsuldur. Yivləri emal etmək
üçün bir sıra üsullar tətbiq edilir. Bu üsullar
yivin emalında işlədilən kəsici alətin konst-
ruksiyasından asılı olaraq bir çox mexaniki
emal üsullarını əhatə edir. Buraya torna ilə
yivkəsmə, yivburğulama, yivfrezləmə, plaş-
kalar ilə yivaçma daxildir. Kiçik profilə və
yüksək dəqiqliyə malik yivlər bir-başa pardaq
dairəsi ilə aparılır. Seriyalı istehsalda yiv
profilini diyirləmə ilə də emal edirlər.
(alm. das Gewindeschneiden, ingl. Threading)
Yivfrezləmə pəstahın səthində eyni zamanda
həm çevrəvi, həm də uzununa verişlə disk və
barmaq frezlərin, frez başlıqlarının köməyi ilə
yivin kəsilməsi üçün tətbiq edilən mexaniki
emal üsuludur. Bu üsulla böyük ölçülü, çox
girişli yivləri və nahamar səthlərdəki yivləri
emal etmək olur. Disk frezləri (
→
Disk frezi)
uzun və qısa boylu, amma böyük addımlı
trapesiya profilli yivləri hazırlamaq üçün tətbiq
edilir. Alət kəsmə zamanı elə yerləşdirilir ki,
onun oxu yivin yoxuş bucağı altında olsun.
Alətin dişləri elə hazırlanır ki, eyni zamanda
işdə ikidən artıq diş iştirak edə bilsin. Bu, disk
frezləri ilə yivlərin bir qaydada frezlənməsini
təmin edir və yiv təmiz alınır.
Frez başlıqları əsasən kiçik addımlı və kiçik
yoxuş bucaqlı qısa yivləri frezləmək üçün
tətbiq edilir. Başlıq yanbayan, bütöv hazır-
lanmış bir qrup dairəvi frezlərdən ibarətdir
(şəkil 1a). Bu frezlərlə həm xarici, həm də
daxili yivləri frezləmək mümkündür. Daxili
yiv frezlərinin diametri emal olunan yivin
daxili diametrindən iki dəfə kiçik olur.
Şəkil 1. Yivfrezləmə
a-disk frezi ilə, b- qrupp frezlərlə
Çoxgedişli yivləri kəsmək üçün sonsuzvint
yiv frezlərindən (
→
Sonsuzvint frezi) istifadə
edilir. Bu əməliyyat dişfrezləyən dəzgahda
aparılır. Dəzgahda frezlə pəstahın hərəkət sü-
rətləri əlaqəndirilir.
(alm. das Gewindefräsen, ingl. Thread Milling )
Yiv frezləmə dəzgahı çoxtilli fırlanan alətlə
mexaniki olaraq
→
yivkəsmə üçün tətbiq
olunur. Fırlanma və düzxətli veriş hərəkət alət,
fırlanma verişi isə pəstah tərəfindən icra edilir.
Yivin qalxma bucağını dəqiq təmin etmək
üçün alətin düzxətli və pəstahın fırlanma hərə-
kətləri arasında kinematik əlaqənin mövcud-
luğu vacibdir. Pəstahın dönməsi alət tutqacını
yiv qalxımı qədər irəliyə hərəkət etdirir. Bu
əlaqə müasir CNC-dəzgahlarında mikropro-
sessorlar tərəfindən reallaşdırılır.
Şəkil 1. Uzun yivin frezlənməsi
S-veriş, n
pəs
.-pəstahın dövrlər sayı,
β
-qalxım bucağı
Yivfrezləmədə qısa və uzun dəzgahlar
fərqlənirlər. Şəkil 1-də uzun yivlərin frezlən-
məsi prinsipi, şəkil 2-də isə qısa yivlərin
Yiv birləşməsi
373
kəsilməsini görmək olur. Uzun yivlər torna
dəzgahlarında həyata keçirilən üsula oxşar
olaraq emal edilirlər. Bu dəzgahlar gövdə, frez
şpindelini özündə götürən support və dal
aşıqdan ibarətdir (şəkil 3).
Şəkil 2. Qısa yivlərin kəsilməsi
a-pəstah, b-alət, V
c
-kəsmə sürəti, S
o
-pəstahın aldığı
dövrü veriş, S
uz
.-uzununa veriş
Qısa yivlərin frezlənməsi zamanı pəstah
yanaşı dişləri olan alətlə kəsilir. 60° dönmədən
sonra alət yivin lazım olan dərinliyi qədər
radial veriş alır. Pəstahın sonrakı dönməsində
yiv tam hazır olur. Yiv qalxımını əldə etmək
üçün dəzgah, üstündə ya pəstah, ya da frez
şpindeli bərkidilmiş xizəklə təchiz olunur.
Bunun köməyi ilə oxboyu veriş verilir və yiv
qalxımı təmin edilir.
Şəkil 3. Yivfrezləmə dəzgahı
(alm. die Gewindefräsmaschine, ingl. Thread
milling)
Yivyonma torna dəzgahında fırlanma oxuna
paralel verişlə vintvari kəsmə əməliyyatıdır.
Verişin qiyməti yivin addımına bərabər gö-
türülür. Yiv xüsusi profilə malik kəski alətləri
ilə bir neçə gedişdə açılır.
Kəsmə zamanı açılan yivin səthini zədələ-
məmək üçün yiv ilkin olaraq dərin kəsmə
dərinliyində açılır və sonrakı mərhələdə dəqiq
profilə malik alətlə nazik emal payı çıxart-
maqla sona çatdırılır.
Trapesiya formalı yivlərin kəsilməsi zamanı
səth bir-birinin ardınca iki alətlə emal edilir.
Birinci alət yivin əsas formasını yaradır, ikinci
alət isə profilin yan səthlərini emal edir.
Yivyonmada tezkəsən alət poladlarından ha-
zırlanmış yiv kəskilərindən başqa bərk xəlitəli
xüsusi alətlərdən də istifadə edilir.
Yivdiyirləmə pəstahda yiv profilinin profil-
yiv başlığı ilə diyirlənərək açılma üsuludur.
Burada diyircəyin profili yivin profilində ək-
sini daşıyır.
Şəkil 1. Yivdiyirləmə
a-yastı alətlə, b- dairəvi alətlə.