Yırğalanan presləmə
368
Yırğalanan ştamp hissəsi əyilməyə məruz
qaldığından, dərin konturların aşağı ştamp
hissəsində yerləşdirilməsi məqsədəuyğundur.
Emal zamanı yaranan bir tərəfli yükləmədən
dönmənin qarşısını almaq üçün onun hün-
dürlüyü ilə diametri arasında nisbət məhdud-
laşdırılır: h/d ≤ 0,5. Ona görə də, bu üsulla
yastı və mürəkkəb formaya malik hissələrin
hazırlanması əlverişlidir (şəkil 2).
Şəkil 1. Yırğalanma presinin en kəsiyi
a-aşağı hissə, b-pəstah, c-itələyici, d-yuxarı hissə, e-
itələyici, f-presləmə çərçivəsi
Şəkil 2. Yırğalanma presləməsi ilə hazırlanmış
hissələr
(alm. das Taumelpressen, ingl.
Orbital forming )
Yırğalanan şaybalı nasos mexaniki enerjini
hidravlik enerjiyə və əksinə çevirən maşındır.
Nasosun əsas hissəsini yırğalanan şayba təşkil
edir. Porşenlər yaylar vasitəsilə şaybanın üzə-
rinə söykənirlər. Valda oturdulmuş şayba
döndükdə o, vəziyyətdən asılı olaraq nasosun
porşenlərini ardıcıl olaraq irəli-geri hərəkətə
gətirir. Şaybanın vəziyyəti dəyişmədiyindən
nasosun işçi həcmi də sabit qalır. Dinamik
baxımdan rezonans hallarının qarşısını almaq
üçün porşenlərin sayı həmişə tək götürülür.
Şəkil 1. Yırğalanan şaybalı nasosun sxematik təsviri
1- işçi val, 2- yırğalanan şayba, 3-oxboyu yastıq, 4-
porşen, 5-yay, 6-idarəedici ventil
Nasosun valı döndükdə aşağı ölü nöqtəsində
yerləşən porşen yuxarıya hərəkət edir və eyni
zamanda nasosun oxu boyunca sürüşür. Bu
halda sorma baş verir. Eyni zamanda yuxarıda
olan porşen aşağıya hərəkət edərək silindrin
kənarlarına tərəf irəliləyir. Mayeni vurma baş
verir. Vurma icra edən porşenlər öz aralarında
bir qanovla əlaqələndirilirlər və birlikdə yük-
sək təzyiq sahəsi yaradırlar. Bu halda sormada
iştirak edən porşenlər də öz aralarında qanovla
birləşərək aşağı təzyiq sahəsini əmələ gəti-
rirlər. Yuxarı və aşağı təzyiq sahələri bir-
birindən təcrid olunurlar. Porşen yüksək təzyiq
sahəsindən aşağı təzyiq sahəsinə keçdiyi
nöqtəyə yuxarı ölü nöqtəsi deyilir, əks keçid
baş verən yer isə aşağı ölü nöqtəsidir.
Yırğalanan şaybalı nasosların üstün cəhətləri
bunlardan ibarətdir:
Yüksək təzyiqdə işləmək qabiliyyəti,
Yüksək dövrlər sayı.
Çatışmayan cəhətləri isə bunlardır:
Konstruksiyanın mürəkkəbliyi əsasında
etibarlığının aşağı olması,
Baha başa gəlməsi.
Yırğalanan şaybalı nasos
369
(alm.
die Taumelpumpe
, ingl.
Wobble pump
)
Yırğalanan yayma üsulu hissələrin yırğa-
lanan diyircəklər vasitəsilə emalına əsaslanır.
Yırğalanan diyircəyin hər dəfə pəstaha girməsi
ilə kiçik material həcmi dalğa şəklində yığılır
(şəkil 1). Proses icra olunan xüsusi qurğuda
işçi diyircək və onun üçün dayaq rolunu oyna-
yan digər diyircəklər yırğalanan qolda bərki-
dilirlər. Qol bir eksentriklə bir başa, digər tə-
rəfdən isə ikinci eksentriklə dolayı yolla əla-
qədə olur. Hər iki eksentrikin hərəkəti yırğa-
lanan qolu müəyyən trayektoriya üzrə hərəkətə
məcbur edir. O, işçi diyircəklərin qabağa və
geriyə hərəkətlərini təsvir edir.
Şəkil 1. Yırğalanan yayma qurğusu
Diyircək qabağa hərəkət etdikdə, təzyiq al-
tında deformasiya baş verir. Eksentriklər diyir-
cəklər bərkidilmiş qolu elə hərəkət etdirir ki,
prosesin sonunda çıxışda işçi diyircəklər pəs-
tahın səthinə paralel yerləşirlər. Bu yolla pəs-
tahın səthi işçi diyircəklər tərəfindən sığallanır
və köməkçi diyircəklər havada qalır.
(alm. das Schwingwalzverfahren, ingl. Oscillating
shaping method)
Yırğalanan zəncir ötürməsi →poliqon effekti
və ya periodik olaraq aparan və ya aparılan
maşın tərəfindən verilən fırlanma impulsu sa-
yəsində yaranan ötürmə formasıdır. Bu, o
halda yaranır ki, həyacanlandırıcı impulsun
tezliyi sərbəst halda olan zəncirin məxsusi
tezliyi ilə üst-üstə düşsün (şəkil 1). Bu halın
qarşısını almaq üçün zəncir çox vaxt sürüşmə
kötükləri üzərində oturdulur.
Şəkil 1. Zəncir ötürməsində yırğalanma
(alm. die Kettenschwingung, ingl. Chain drive )
Yiv
→
Yiv birləşməsi
Yiv bərkitmə üsulu yığma zamanı yiv birləş-
məsində lazım olan sıxıcı qüvvəsinin yara-
dılmasını təmin etmək üçün tətbiq edilir. Sıxıcı
qüvvə bərkitmə zamanı yivin uzanmasının,
başlığın deformasiyasının və ya bərkitmə za-
manı yaranan momentin qiymətinin ölçülməsi
ilə lazımi qiymətə gətirilə bilər.
Əl ilə bərkitmədə yaranan sıxıcı qüvvənin
qiyməti işçinin hiss və təcrübəsindən, açarın
növündən asılıdır. Moment açarlarla bərkit-
mədə buraxılabilən dartma momenti əvvəlcə-
dən hesablanır və ya da bolt başlığı (qaykanın)
ilə hissə arasındakı sürtünmə ədədi və lazımi
sıxıcı qüvvənin qiymətindən asılı olaraq nor-
mativ cədvəllərindən seçilir.
Yivin uzanmasını və ölçmə ilə bərkitmədə
yaradılan qüvvənin qiyməti ölçmə dəqiq-
liyindən asılıdır. Yivin ilişmə uzunluğu böyük
olduqca xəta az olur. Bu üsul deşikdən bir başa
keçən boltlarda özünü doğruldur. Yivli birləş-
mənin hidravlik sıxma ilə bərkidilməsi, boltun