Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə39/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   35   36   37   38   39   40   41   42   ...   211

Pnevmatik idarəetmə sistemi 

 

75 


 

(alm. pneumatische Steuerung, ingl. Pneumatic con-



trol

 

Pnevmatik 

mühərrik 

sıxılmış 

havadan 

verilən  enerjini mexaniki  enerjiyə  çevirən  ma-

şındır.  İki  növ  pnevmatik  mühərrik  fərqlənir: 

xətti  və  fırlanan.  Xətti  pnevmatik  mühərrik 

silindrik  və  membranlı  konstruksiyalarına 

malikdir. Onlar sıxılmış yayla və ya yaysız ha-

zırlanır.  Membran  ötürməsi  tənzimləyici  qüv-

vələr,  ventillər,  silindr  ötürmələrinin  tənzim-

lənməsi  üçün  istifadə  olunaraq  sənayedə  geniş 

istifadə olunur. 

  Fırlanan  pnevmatik  ötürmələrdə,  məsələn 

maşın  istehsalında,  alətin  hərəkəti  üçün  pərli 

mühərriklərdən  geniş  istifadə  edilir.  Mühər-

rikdə sıxılmış havanın potensial enerjisi kinetik 

enerjiyə  çevrilir.  Mühərrik  silindrdən,  eksen-

trik yerləşmiş rotordan və onun üzərində aksial 

bərkidilmiş  pərlərədən  ibarətdir  (şəkil  1).  Şə-

kildən  göründüyü  kimi  silindr,  pərlər  və  rotor 

arasında  müxtəlif  işçi  kamerlar  mövcuddur. 

Silindr  yarıqlarından  və  rotor  qapağının  giriş 

borularından  daxil  olan  hava  pərlərin  səthinə 

üfürülür  və  pərlərin  çıxış  uzunluğundan  asılı 

olaraq  fırlanma  momenti  yaradır.  Nəticədə 

aparıcı üzv fırlanır.  

 

       



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Pnevmatik mühərrikin iş prinsipi 

 

Pərli mühərriklərin qabarit ölçüləri çox kiçik, 



gücü isə nisbətən yüksəkdir. Məsələn, diametri 

5  sm  olan  mühərrik  500  Vt-dan  çox  güc 

yaradır.  O,  kobud  iş  şəraitində  tətbiq  oluna 

bilir.  Belə  mühərriklər  böyük  titrəməyə,  kim-

yəvi  və  mexaniki  təsirlərə  davamlıdır.  Demək 

olar  ki,  bütün  müəssisələrdə  sıxılmış  havanın 

enrji  daşıyıcısı  kimi  mövcud  olması  onların 

tətbiqinə əlverişli şərait yaradır (şəkil 2). Əlve-

rişli  güc/çəki  nisbətli  pərli  pnevmatik  mühər-

riklərlə  yüngül  və  ələyatan  alətlər  hazırlamaq 

mümkündür. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2. Pnevmatik burğulama spindeli 

 

(alm. der Pneumatikmotor, ingl. Pneumatic motor



 

Polad  deformasiya  olunabilən  dəmir  karbon 

(C<0,2%)  xəlitəsidir.  Polad  qara  metallur-

giyanın özəyini təşkil edərək sənayenin inkişaf 

göstəricisi kimi böyük rol oynayır. 

Poldın  tərkibi  →dəmir-karbon  hal  diaqra-

mında faza çevrilmələri ilə aydın təsvir olunur. 

Dəmirin  bu  birləşmədə  temperaturdan  və 

karbonun  miqdarından  asılı  olaraq  bir  fazadan 

digərinə  keçməsi  temperaturlarına  (910  °С  və 

1400  °С)  kritik  nöqtələr  deyilir.  Karbon  və 

birləşməyə  daxil  edilmiş  digər  maddələr  bu 

nöqtələrin  yerini  dəyişir.  Karbonun  müxtəlif 

dəmir modifikasiyaları ilə  qarşılıqlı  təsiri  bərk 

məhlulların 

yaranmasına 

gətirib 


çıxarır. 

Karbonun 

α

-dəmirdə  həll  olunması  çox  aşa-



ğıdır,  bu  məhlula  →ferrit  deyilir. 

γ

-dəmiri  isə 



yüksək  teperaturda  demək  olar  ki,  bütün  kar-

bonu  götürür  (burada  karbonun  həll  olunması 

həddi  2,01%-dir).  Alnan  məhlul  →austenit 

adlanır.  Məhluda  olan  karbonun  miqdarı 

həmişə  onun 

α

-dəmirlə  birləşməsinə  lazım 



olandan  çox  olur,  izafi  karbon  dəmirlə 

birləşərək  dəmir  karbidini  (sementit)  əmələ 

gəlir (F

3

C).  Yəni otaq temperaturunda poladın 



strukturu  ferrit  və  sementit  hissəciklərdən 

təşkil  olunur.  Bu  hissəciklər  ayrı  ayrılıqda 

sərbəst  ferrit  və  sementit  şəklində,  ya  da



Polad 

 

76 


 

onların qarışığı olan →perlit kimi mövcuddur-

lar.       

Poladlar  kimyəvi  tərkibinə  və  alınma  üsul-

larına görə  sinifləşdirilirlər.  Kimyəvi  tərkibinə 

görə  karbonlu  və  legirli  poladlar  mövcuddur. 

Karbonlu  poladın  tərkibinə  Mn (0,1÷1,0%)  və 

Si  (  0,4%-ə  qədər),  həmçinin  S  və  P  daxildir, 

bunlar  poladın  hazırlanma  texnologiyası  ilə 

şərtlənən  elementlərdir.  Karbonun  miqdarın-

dan  asılı  olaraq  aşağı  karbonlu  (0,25%-ə  qə-

dər), orta karbonlu (0,25-0,6%) və yüksək kar-

bonlu  (0,6%-dan  çox)  fərqlənirlər.  Legirli  po-

ladların  tərkibinə  onun  texnoloji  və  istismar 

xassələrinin  artırılması  üçün  legirləyici  ele-

mentlər  (Cr,  Ni,  Mo,  W,  V,  Ti,  Nb,  Zr,  Со  və 

s.)  daxil  edilir.  Legirləyici  element  kimi  həm-

çinin Mn (0,1% və artıq) və S (0,8%-dən artıq) 

da tətbiq oluna bilir. Legirləmə dərəcəsinə görə 

aşağı  legirli  poladlar  (<2,5%),  orta  legirli 

poladlar  (2,5-10%)  və  yüksək    legirli  poldlar 

(>10%)  vardır.  Legirli  poladlar  adətən  onun 

tərkibində  olan  daha  çox  elementin  adı ilə ad-

landırılır  (məsələn:  yüksək  xromlu  polad,  vol-

framlı  polad,  xromnikelmolibdenli  polad  və 

s.). 


Təyinatına  görə  poladlar  alət  poladları, 

konstruksiya  poladları,  və  xüsusi  xassəli 

olartaq  bölünürlər.  Keyfiyyətinə  görə  adi, 

keyfiyyətli,  yüksək  keyfiyyətli  və  xüsusi 

yüksək  keyfiyyətli  poladlar  arasında    fərq 

mövcuddur.  Burada  keyfiyyət  göstəricisi  kimi 

poladın  tərkibində  olan  zərərli  maddələrin 

miqdarı,  onların  mexaniki  xassələrini  yax-

şılaşdıran legirlərin hissəsi götürülür. Məsələn, 

adi  poladların  tərkibində  S  0,055÷0,06%  və  Р 

0,05÷0,07% arasında olduğu halda, keyfiyyətli 

poladlarda  hər  iki  element  0,035%-dən  artıq 

buraxılmır,  yüksək  keyfiyyətli  poladda  isə  bu 

hədd  0,025%,-dən  artıq  olmamalıdır.  Kükürd 

poladın  mexaniki  xassələrini  zəiflədir  və  isti 

halda  onu  daha  kövrək  edir.  Fosforlu  poladlar 

aşağı temperaturlarda kövrək olurlar. 

Poladların  işarələnməsi  üçün  vahid  beynəl-

xalq  norma  yoxdur.  Hər  ölkə  özü  istifadəsi 

üçün  normalar  işləmişdir.  Burada  işarələmə 

üçün  poladın  tərkibində  elementlərin  kimyəvi 

işarələri  və  onların  miqdarlarından  istifadə 

olunur. Ön yerdə karbonun miqdarı faizin onda 

biri kimi göstərilir, ondan sonra digər element- 

lər və onların orta miqdarı faizlə verilir. Məsə-

lən,    3Х13-ün  tərkibində    0,3%  С  və  13%  Cr 

vardır. 

 

(alm. der Stahl, ingl. Steel )   



 

Polad  xəlitəsi  dəmir-karbon  birləşməsinin 

digər  elementlərlə legirlənməsi nəticəsində əl-

də olunur. Bu birləşmədə dəmir əsas tərkib his-

sə olduğundan alınan xəlitə də öz strukturu və 

mexaniki  xassələrinə  görə  dəmirə  daha  yaxın 

olur.  


Polada  eyni  zamanda  daxil  edilən  bir  və  ya 

bir  neçə  legirin  (xrom,  nikel,  manqan  və  s.)  

əsas məqsədi onun fiziki-mexaniki xassələrini, 

o cümlədən texnoloji xassələrini və konstruktiv 

bərkliyini yaxşılaşdırmaqdan ibarətdir.   Legir-

lənən  poladın  tərkibinin  əsas  hissəsini  (90%-

ni) ferrit təşkil edir.  Bu tipli polada manqan və 

nikel  əlavə  etməklə  ferrit  strukturunu  bərkit-

mək mümknündür. Molibden, xrom və volfram  

isə  zəif  təsir  göstərir.  Ferritdə  legirləyici  ele-

mentləri  həll  etməklə  termiki  emala  uğrat-

madan  poladın  bərkliyi,  möhkəmliyi  və  zər-

bəyə  özlülüyü  artır.  Legirlənmiş  poladlar  ara-

sında  əsas  yeri  istiyədavamlı  və  yeyilməyə 

davamlı  poladlar  tutur.  Legirləyici  elementlər 

həmçinin  austenitdə  də  həll  ola  bilir  və  bu-

nunla  karbidlər əmələ  gətirərək intermetal  bir-

ləşmə şəklində daha yaxşı xassələrə malik olur. 

Legirləyici  elementin  dəmir  və  karbonla  qar-

şılıqlı  təsirindən  asılı  olaraq  poladın  xassələri 

müxtəlif  alınır.  Dəmirdə  həll  olan  bütün  ele-

mentlər  ferritin  və  austenitin  dayanıqlığını  də-

yişir.  Polad  xəlitəsinin  xassələrinə  legirləyci 

elementin miqdarı da güclü təsir göstərir.   

 

(alm. die Stahllegierung, ingl. Ferrous alloy 



 

Polad  lent  yastı  məhsullar  qrupuna  aid  olan 

müxtəlif polad növlərindən hazırlanan  məmul-

dur. Diyirləmə yolu ilə alınan məmul diyircəyə 

dolanaraq  saxlanır.  Lentin  yan  tilləri  lazım 

gələrsə  müəyən  profilə  uyğun  hazırlana  bilir. 

İsti və soyuq şəkildə hazırlanmış polad lentlər 

fərqlənirlər. Onlar maşınqayırmada və avtomo-

bilqayırmada geniş istifadə olunur. 

 

(alm. das Stahlband, ingl. Steel band ) 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə