Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə63/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   59   60   61   62   63   64   65   66   ...   211

Rezin hazırlama maşını  

 

122 


 

Hazır  dəri  növbəti  diyircəklərə  daxil  olur  və 

burada  adətən  soyudulur,  üzərinə  ayrıcı  ma-

terial tozu səpilir, lazımi ölçüdə kəsilir.  

 

(alm.  die  Gummiaufberaitungsmaschine,  ingl.  Rub-



ber preparation machine

 

Rezin  yaylar  maşınqayımada  elastiki  birləş-

dirici  elementlər,  yönəldici  elementlər  və    oy-

naqlar  kimi,    həmçinin    titrəmə  və  səsi  izol-

yasiyaetmə üçün istifadə edilir. Rezin materialı 

sıxıla  bilmədiyindən  onun  deformasiya  olun-

ması üçün sərbəst səthə malik olması əsas şərt 

kimi qarşıya qoyulur. Bu şərt ödənildikdə rezin 

rezin-metal  yaylara  nisbətən  qoyulmuş  konst-

ruktiv  və  funksional  tapşırığın  uğurla  yerinə 

yetirilməsi  üçün  daha  yaxşı  uyğunlaşır  (şəkil 

1).  Metal-rezin  yaylarda  metalın  yük  götürən 

səthinə  →vulkanizasiya  yolu  ilə  rezin  çəkilir. 

Həm  sərbəst,  həm  də  metal-rezin  yaylar  seri-

yalı  istehsalla  hazırlanır  və  praktikada  geniş 

tətbiq olunur.   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil  1.  Təzyiq  altında  işləyən  toxunan  istiqamətdə 

deformasiya olunabilən rezin şayba yayı 

 

Rezin  yayalar  sərtlik  və  möhkəmlik  göstə-



riciləri  ilə  kataloqlarda  verilir.  Rezin  yaylar 

birləşmədə  kifayət  gərginliklə  sıxılmalıdır  ki, 

gərginlik  rezin  üzərində  bərabərfomalı  və  de-

formasiyaya  maneəsiz  paylansın.  Metal  yaylar 

kimi, rezin yaylar da hərəkətli hissələr arasında 

yönəldici kimi işləyə  bilər. Bundan əlavə rezin  

yay  birləşmədə  kipləşdirci  funksiyasını  da  ye-

rinə yetirə bilir.  

Tipik rezin yayların formaları bunlardır: 

 

Paralel  sürüşən  səthlər  arasında  tətbiq 



olunan şaybaformalı yayalar (şəkil 1a), 

 

Paralel  sürüşmə  və  təzyiq  altında  tətbiq 



olunan şayba formalı rezin yayalar (şəkil 1b), 

 

Oxboyu  istiqamətdə  yüklənən  oymaq-



formalı rezin yaylar (şəkil 1c),, 

 

Fırlanan    hərəkətdə  olan  oymaqlı  şayba-



formalı yaylar, 

 

Fırlanan hərəkətli və toxunan istiqamətdə 



dartılma-sıxılma  təzyiqinə  məruz  qalan  oy-

maqlı yaylar (şəkil 1d), 

 

Buffer  rolunu  oynayan  silindrik  və  ya 



prizmatik formalı rezin bloklar. 

 

Kompakt  hazırlanmış  sonuncu  rezin  bloklar 



yuxarıda  qeyd  olunan  rezin  yay  növlərinə 

nisbətən çox sərtdirlər. Ona görə də, onlar yük-

sək  qüvvə  yaranan  yerlərdə  tətbiq  tapırlar. 

Hündürlük/diametr  nisbəti  çox  nadir  hallarda 

vahiddən  böyük  olur.  Təzyiq  istiqamətində 

sərtliyi  artırmaq    məqsədilə  rezin  yay  azik 

metal  lövhə  üzərində  vulkanizasiya  yolu  ilə 

yapışdırılır  və  beləliklə  bu  istiqamətdə  sərtliyi 

artırılır. Daimi təzyiq altında olan yayın defor-

masiyasının  onun  hündürlüyünə  nisbəti  0,3-ü 

keçməməlidir 

Rezin-metal-yayı  paralel  sürüşən  səthlər  ara-

sında o vaxt tətbiq olunur ki, orada böyük  yay 

yolu  və  aşağı  sərtlik  tələb  olunsun.  Sürüşmə 

gərginliyi  altında  işləyən  metal-rezin  yaylarda 

əyilmə  gərginliyini  minimum  saxlamaq  üçün 

qalınlıq/uzunluq  nisbəti  vahiddən  kiçik  olma-

lıdır. 


Titrəmədən  izolyasiya  məqsədi  üçün  tətbiq 

olunan rezin yayların rəqssöndürmə qabiliyyəti 

əlavə  olaraq  maye  ilə  gücləndirilir.  Hidravılk 

yastıq  adlanan  belə  yaylar  əsasən  şaquli 

istiqamətdə  təsir  edən,  flans  üzərində  vulkani-

zasiya  və  ya  presləmə  yolu  ilə  bərkidilmiş 

rezin  gövdədən  ibarətdir.  Rezin  yay  içərisində 

maye  (məsələn:  silikon  yağı)  olan  gövdə 

içərisində yerləşdirilir. Yük altında işləyən be-

lə rezin yaylarda xarici qüvvə əsas rezin gövdə 

tərəfindən  götürülərək  hidravlik  olaraq  dəf 

edilir.  

Rezin materiallarının elastiklik xassəsi uyğun 

formada  təzyiq  yükləməsində  və  toxunan  isti-

qamətdə təsir edən  qüvvə altında işləyən rezin 

yayların  texniki  cəhətdən  əlverişli  hazırlanıb 

praktikada  tətbiq  edilməsinə  imkan  verir.



Rezin yaylar 

 

123 


 

 

Digər  tərəfdən  materialın  viskoelastiki  halı 



yüksək  yük  altında  axıcılıq  ilə  əlaqədar 

problemlər  yaradır,  yəni  uzunmüddətli  yük 

altında  rezinlərin  daxili  strukturunda  sürüşmə 

baş  verir.  Bu  baxımdan  süni  kauçukların 

mexaniki  göstəriciləri  təbii  kauçuka  nisbətən  

aşağıdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Rezin yayların formaları 

a-

 



Paralel  sürüşməyə  işləyən  rezin-metal-

şayba yayı 

b-

 

Sürüşmə və təzyiq altında işləyən yay, 



c-

 

Oxboyu yükləməyə işləyən oymaqlı rezin-



metal şayba, 

d-

 



Fırlanmada  sürüşməyə  işləyən    rezin  –

metal oymaqlı yay 

 

(alm. die Gummifeder, inl.



 

Rubber spring ) 

 

Rezin  yayma  maşını  kauçuk  və  ya  süni  ma-

terial  qarışığının  yayma  ilə  emal  edilib  təbəqə 

halına  salınmasına  xidmət  edir.  Proses  iki 

paralel  yerləşmiş  horizontal  diyircəklər  ara-

sında  baş  verir.  Diyircəklər  bir-birinin  əksinə 

fırlanırlar (şəkil 1). Verilən yayma materialı di-

yircəklər  arasındakı  boşluğa  dartılır.  Diyir-

cəklərdən biri araboşluğunu tənzimləmək üçün 

hərəkətli  yerləşdirilir.  Emal  üçün  lazım  olan 

təzyiq  bu  yolla  əldə  olunur.  Bundan  əlavə 

qabaqdakı  diyircək  nisbətən  yavaş  fırlanır. 

Nəticədə  emal  zonasında  sürüşmə  güclənir. 

Diyircəklərin dövrlər sayı arasındakı  nisbət bu 

arada  yerləşir:  1:1,1÷1:1,3.  Emal  olunan 

materialı  qızdırmaq  məqsədilə  diyircəklər  qız-

dırıla  bilən  hazırlanırlar.  Bu  içiboş  diyir-

cəklərdəki  havanı  qızdırmaqla  reallaşdırılır. 

Diyircəklərin  diametrləri  900  mm,  uzunluğu 

3000  mm-ə  qədər  olur.  Yayma  maşınları 

adətən qapalı şəkildə işləyirlər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Diyirlənmə prinsipi  

 

(alm.  der  Gummiwalzwerk,    ingl.  Rubber  rolling 



mill

 

Rezonans  zəif  dempferlərə  malik  harmonik 

həyacanlandırıcı  mənbəyə  malik  xətti  rəq-

qaslarda  həyacanlandırma  tezliyi  ilə  rəqqasın 

məxsusi  tezliyi  üst-üstə  düşdükdə  yaranan 

yırğalanma halıdır. Rezonans ensiz tezlik inter-

valında  böyük  amplitudalar  yaranmasına  gəti-

rib çıxarır. Periodik təsir edən həyacanlandırıcı 

qüvvə  texniki  sistemdə  enerjinin  yığılmasına 

səbəb  olur.  Enerjinin  yığılması  və  hər  dəfə 

artması  nəticəsində  sistem  daha  bərk  yır-

ğalanır. Extrem hallarda rezonas sayəsində sis-

temdə  yaranan  rəqslər  sistemin  əyilməyə 

möhkəmlik  həddini  aşdıqda  onun  dağılmasına 

gətirib çıxarır.

 

 

Rezonans halında, həyacanlandırıcı  və  məc-



buri  rəqs  arasındakı  faza  sürüşməsi   90  də-

rəcədir, yırğalanan sistemə verilən enerji isə öz 

maksimal qiymətinə malikdir. Rezonans zama-

ni  amplituda  əyrisinin  forması  və  ölçüsü  sis-

temin  rəqsi  söndürmək  qabiliyyətindən  asılı 

olunur  (şəkil  1).  Sönüdrmə  qabiliyyəti  aşağı 

olan sistemlərdə rezonans piki nazik və hündür 

olur.   Rezonans  yırğalanan  sistemin  xassələ- 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə