Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə60/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   56   57   58   59   60   61   62   63   ...   211

Reqressiya analizi  

 

116 


 

Bu  çatışmamazlığı  aradan  qal-

dırmaq  üçün  robust  (yəni  kobud) 

reqressiya  üsulu  işlənmişdir.  O, 

robustluğu  artırmaq  üçün  əlavə 

olaraq  M-qiymətləndiricisini  da-

xil  edir.    Reqressiya  analizi  fizi-

ka,  iqtisadiyyat,  texnika  və  digər 

sahələrdə ölçmələrin nəticələrinin 

emalında  geniş  istifadə  olunan 

üsullardan  biridir.    Maşınqayır-

mada istifadə olunan →dispersiya 

analizi 

və 


→eksperimentlərin 

planlanması  reqressiya  model-

lərinə əsaslanır.  

 

(alm.  die  Regressionsanalyse,  ingl. 



Regression analysis)  

 

Reley dalğaları sərbəst, yastı sət-

hi  dalğalardır.  Onun  gərginlik  və 

genişlənmə  sahəsi  dərinlik  art-

dıqca  azalır  (şəkil  1). Elastik  mühitin  uzununa 

və  eninə  dalğaları  Lord  Reyleyin  (ingl. 

Rayleigh)  adını  daşıyan,  yarım  fəzada  qüvvə 

təsir  etməyən  səthdə  yayılan  dalğalarla  təsvir 

olunur.    Enerji  təsiri  səthin  üst  qatına  yaxın 

sahədə  cəmləşdiyindən,  burada  söhbət  fəzada 

yayılan dalğalarla müqayisədə  enerji dolu, ya-

yılma sürəti eninə dalğalarından azca fərqlənən  

dalğalardan gedir. 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Reley dalağaları 

 

(alm. die Rayleigh-Welle, ingl.



 

Rayleigh waves

 

Rels ilk dəfə dəmir yolunda tətbiq olunduğun-

dan onun adı da bu nəqliyyat növü ilə bağlıdır. 

Bərkitmə,  kərənlər,  balastlar  və  qoruyucu  ör-

tüklə  o,  dəmir  yolunun  üst  qatını  təşkil  edir. 

Relsin iki əsas funksiyası vardır: çarxların təz-  



 

 

Şəkil 1. Rels profilləri

 

 



yiqini  qəbul  edib  onu  kərənlərə  ötürmək.  Yük 

götürmək  üçün  relsin  profili  böyük  əhəmiyyət 

kəsb  edir  (şəkil  1).  Profildən  asılı  olaraq  ya-

ranan  müqavimət  momenti  relsə  təsir  edən 

əyilmə-dartılma-gərginliyini,  həmçinin  onun 

uzunömürlülüyünü  müəyyən  edir.  Qatarların 

sürətləri  artdıqca  yaranan  dinamik  qüvvələrin 

meyillənməsi  də  artır.  Profil  ölçüləri  dəyiş-

mədikdə  bu  ona  təsir  edən  gərginliyin  art-

masına  gətirib  çıxarır.  Onları  yalnız  bura-

xılabilən  gərginliyin  sərhəd  qiymətinə  qədər 

yükləmək  olur.  Gərginlik  buraxılabilən  qiy-

mətin yuxarı həddinə çatdıqda başqa profil gö-

türmək məsləhət görülür. Bu halda yeyilmənin 

qiyməti ikinci dərəcəli rol oynayır.  

Yönəldicilik  baxımından  relslərin  materia-

lının  xassələri,  əsasən  yeyilmənin  qiyməti  en-

siz  qövslərdə  möhkəmliyə  müəyyən  dərəcədə 

təsir  göstərir.  O,  çarxların  relslə  təmasda  ol-

duğu  zonalarda  səthin  zədələnməsini  və  çarx-

ların  yan  tillərinin  dağılmasına  gətirb  çıxara 

bilir.  Ona görə də, ensiz qövslər olan sahələr-

də  daha  yüksək  keyfiyyətli  poladlardan  hazır-

lanmış  relslərdən  istifadə  etmək  tövsiyyə  olu-

nur.  

Son  illərdə  işlənmiş  çoxlu  sayda  rels  profil-




Rels 

 

117 


 

 

lərdən  enli  ayağa  malik  olanı  daha  geniş 



yayılmışdır.  Onun  en  kəsiyi  simmetrik  olub, 

boyun,  ayaq  və  keçiddən  ibarətdir.  Müxtəlif 

relslər  bir  metrəyə  düşən  çəkilərinə  görə 

fərqləndirilirlər.  

Relslərdə  istismar  zamanı  yaranan  riflər  son 

illər  aparılan  tədqiqatların  mərkəzində  durur. 

Rif  dedikdə  hündürlüyü  0,1÷0,3  mm,  addımı  

3-6 mm olan dalğavarilik başa düşülür. Yüksək 

sürət  qatarlarında  riflər  yüksək  tezlikli  səslər 

yaradır  və  titrəmələr  sayəsində  bərkidici  vasi-

tələrin  boşalmasına  gətirib  çıxarırlar.  Əgər 

relslərin  dəyişdirilməsi  nəzərdə  tutulmayıbsa, 

onda  riflər  pardaqlama  yolu  ilə  aradan 

qaldırılır. 

 

 (alm. die Schiene,  ingl. Rail profile



 

Rels emaledən maşın relslərin üzərindəki qey-

ri-hamarlıqları  çıxaramq  üçün  müxətlif  me-

xaniki  emal  üsullarından  istifadə  edən  ma-

şındır.  Kiçik  dərinlikdə  olan  nahamarlıqlar 

pardaqlama  ilə  çıxarılır.  Bunun  üçün  pardaq 

dairələri  hidravlik  olaraq  relsin  üzərinə  sıxılır 

və  osillyasiya  edərək  irəliyə  hərəkət  etdirilir. 

Pardaqlama  osillyasiya  və  irəli hərəkətin  cəmi 

nəticəsində  relsin  üzərindən  metal  qatını 

çıxarır.  Paradqlama  rejimləri  səthın  keyfiy-

yətindən asılı olaraq seçilir.  

 Dərinliyi  çox  olan  kələkötürlüklər,  səthdəki 

ovuntular  və  böyük  deformasiyalar  daha  çox 

material  çıxarmağı  tələb  edir.  Bu  da  pardaq-

lama  ilə  həyata  keçirilə  bilmədiyindən,  

çoxgedişli  yonmadan  istifadə  edilir.  Yonma 

aqreqatı  çoxlu  diyircəklərlə  relsə  söykənir. 

Üfüqi  diyircəklər  yan  tərəfdən  yönəltməyə 

xidmət edir. Aqreqatın relsə sıxılması hidravlik 

baş  verir.  Yonma  aqreqatında  müxtəlif  ölçülü 

kəskilərin tətbiqi mümkündür. Relsin uzunluğu 

boyunca  çoxlu  sayda  diyircəkdən  istifadə 

etməklə  kəskilərin  relsin  səthindəki  dal-

ğavarilik  boyunca  hərəkətinin  qarşısı  alınır. 

Yonma  zamanı  aqreqatla  hərəkət  edən  yon-

qaryığıcı  maqnit  qüvvəsinin  təsiri  altında 

çıxarılan  yonqarları  yığıb  lentlə  əsas  qurğuya 

nəql edir.  

 

(alm. die Schienenbearbeitungsmaschine,  ingl. Rail 



grinding machine)

    


Resipiyent  vakuum  texnikasında  istifadə  olu-

nan çəndir (şəkil 1). Bu çəndən hava  vakuum 

nasosu  ilə  sorularaq  orada  vakuum  yaradılır. 

Resipiyentlər  adətən  paslanmayan  poladdan 

hazırlanır,  əvvəllər  şüşədən  də  istifadə  olu-

nurdu.  


 

 

 



Şəkil 1. Resipiyent 

 

Vakuumun stabil qalması üçün resipiyent elə 



kipləşdirilir  ki,  o  ətraf  mühitlə  qaz  və  maye 

mübadiləsinə  girməsin.  Resipiyntin  sökülə-

bilən  hissələri  arasında  elastomer  və  ya  metal 

kipləşdiriciləri  yerləşdirilir.  Kipləşdirici  mate-

rial  kimi  çox  vaxt  vitondan  istifadə  edilir. 

Ultrayüksək  vakuumlarda  mis  kipləşdiricilər 

də tətbiq tapırlar.  

Ultrayüksək  vakuumu  əldə  etmək  üçün 

resipiyent  200°C-yə,  vakuuma  daha  yüksək 

tələblər qoyulduqda isə hətta 400°C qədər qız-

dırılır.  Qızdırma  resipiyentin  daxilində  yer-

ləşmiş istilik ötürücüləri ilə əldə edilir.  

 

(alm. die Rezipient, ingl. Vacuum chamber



 

Ressorlar  yükdaşıyıcı  maşınlarda  (avtomobil, 

lokomotiv,  qatar, araba,  traktor)   qat-qat  yığıl-

mış,  zəif  ellips  formasına  malik  lövhlərdən 

hazırlanaraq təkərlərdən  (çarxlardan,  tırtılar--

dan)  gövdəyə  gələn  titrəmələrin  söndürül-

məsində tətbiq olunur. 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə