Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə61/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   57   58   59   60   61   62   63   64   ...   211

Ressorlar  

 

118 


 

Metal  lövhələr  müxtəlif  uzunluqda  və 

gərilmiş şəkildə dəst şəklində yığılaraq  bolt və 

bilərziklə   bərkidilirlər.  Bilərziklər  lövhələrin 

yana  sürüşməsinin  qarşısını  alır.  Lövhənin 

sərbəst  uclarındakı  üzüklər  oynaqlı  olaraq 

maşınların  gövdələrində  oturdulurlar.  Lövhəli 

yaylar sərt çubuq kimi əyilməyə işləyir. İşləmə 

gərginliyini  azaltmaq  üçün  onlara  əvvəlcədən 

gərilmiş  (əyilmiş)  forma  verilir.  Ressorların 

yağlanması 

lövhələr 

arasında 

yeyilməni 

azaldır. Lövhəli yaylar böyük amplitudalı kiçik 

tezlikli  titrəmələrin  söndürülməsində  yaxşı 

işləsələrdə, 

onlar 


tezliyi 

yüksək 


olan 

titrəmələrdə tez korlanırlar.  

  

 

 



 

Şəkil 1. Çoxqatlı ressor 

 

Ressorlar  nəzəri olaraq üçbucaq yaylar kimi 



təsvir  edilə  bilər,  amma  lövhələr  arasında 

sürtünmə  olduğundan  əlavə  olaraq  histerezə 

effekti  yaranır  ki,  bu  da  söndürücü  xarakter 

daşıyır. 

Ressorlar  üçün  adətən  yüksək  keyfiyyətli 

paslanmayan poladlardan istifadə olunur. 

 

(alm. der Blattfeder, ingl. Leaf spring



 

Reversiv qarışdırıcı işçi valı üfüqi vəziyyətdə 

yerləşən  qarışdırıcı  növüdür.  Qarışdırıcı  qarşı-

qarşıya 

yerləşmiş 

iki 

deşiyə 


malikdir: 

doldurmaq  və  boşaltmaq  üçün  deşiklər  (şəkil 

1).  Hərəkətin  revers  edilməsi  xüsusi  formaya 

malik  kürəklərin  köməyi  ilə  məhsulun  bo-

şalmasına  şərait  yaradır.  Çoxlu  qarışdırıcı 

kürəklər  elə  layihələndirilir  ki,  onlar  əks 

istiqamətdə  fırlanma  hərəkəti  zamanı  qarışığı 

qısa  zamanda  çıxışa  itələyir.  Konus  formalı 

barabanda  sonsuzvint  şəkilində  yerləşdirilmiş 

tənəkə  məhsul  qarışığını  tutub  onu  xaric 

etdirir.  Bu  quruluşa  malik  qarışdırıcının  işçi 

həcmi  100  litrdir.  Reversiv  qarışdırıcının 

xüsusi  forması  kimi  maili  yerləşən,  giriş  və 

çıxış deşikləri olan beton nəqledən qarışdırıcını 

(



betonqarışdırıcı avtomobil)  göstərmək  olar. 



Bu  qarışdırıcılar  4000÷10000  litr  həcmində 

hazırlanır.  

 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Barbanı revers edən qarışdırıcı 

 

(alm. der Umkehrmischer, ingl. Reversal mixer



 

Revolver  torna  dəzgahı  torna dəzgahlar qru-

puna aid olub, daxili və xarici səthlərin yonma, 

deşmə,  frezləmə,  zenkerləmə,  rayberləmə,  di-

yirləmə  və  oxşar  üsullarla  mexaniki  emalına 

imkan  verən  çoxalətli   dönəbilən  revolver 

başlıqla  təchiz  olunmuş  dəzgahdır  (şəkil  1). 

Revolver  başlıqda    pəstahın  formasından  asılı 

olaraq sazlanmış alətlər bərkidilir (şəkil 2). Bu 

dəzgahlar revolver başlığının formasından asılı 

olaraq  fərqlənirlər:  baraban,  ulduz,  yastı  və 

blok formalı. Revolverlərin oxu şaquli və üfüqi 

yerləşir.  Revolverlərin  əsas  işi  emalda  uyğun 

aləti  lazımi  mövqeyə  gətirməkdən  ibarətdir. 

Çox  vaxt  torna  dəzgahlarında  xarici  səthləri 

emal etmək üçün əlavə olaraq eninə support da 

quraşdırılır.  Revolver  başlıqlar  silindrik  və 

prizmatik formaya malik olurlar.  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Revolver başlıqlı torna dəzgahı 


Revolver torna dəzgahı 

 

119 


 

 

Revolver  dəzgahında  mürəkkəb  formalı 



hissələr çubuq və fərdi pəstahlardan hazırlanır. 

Çubuqların  emalında  istifadə  olunan  dəzgah-

larda  çubuğun  tutulması  və  verilməsi  üçün 

xüsusi  mexanizm  mövcuddur.  Fərdi  pəstah-

ların  emalında  patrondan  istifadə  edlir.  Revol-

ver  başlığının  vəziyyətinə  görə  dəzgahlar  şa-

quli,  üfüqi  və  maili  olaraq  fərqlənirlər.  Çubuq 

pəstahının  verilməsi   əl  və  ya  mexanikləş-

dirilmiş  şəklildə  aparıla  bilir.  Əl  ilə  pəstahı 

bərkitmədə,  support  başlanğıc  vəziyyətinə  çat-

dıqdan sonra  revolver avtomatik olaraq dönür. 

Mexanikləşdirilmiş  bərkitmədə  isə  mexaniki 

tutqac,  çubuğun   verilməsi  və  supportun  hə-

rəkəti  mexanizmlərindən  istifadə  olunur.   NC 

revolver  dəzgahlarında  emal  tsiklinin  yerinə 

yetirilməsi  elektromaqnit  muftalar,  elektrik 

mühərrikləri  və  hidrosilindrlərin  köməyi  ilə 

aparılır.  İdarə  orqanları  CNC  sistemindən  rə-

qəmli olaraq idarə olunur. 

 Texnologiyanın 

məhsuldarlığını 

artıqmaq 

məqsədi  ilə  alətin  sazlanması  dəzgahdan  kə-

narda  yerinə  yetirilir.  Bundan  əlavə  emal  za-

manı  çox  miqdarda  alətlərin  eyni  zamanda 

kəsmədə  iştirakına  çalışmaq  lazımdır.  Revol-

ver dəzgahlar kiçik və seriyalı istehsalda tətbiq 

olunurlar.  Revolver  dəzgahların  sonrakı  inki-

şafı  nəticəsində  revolver  yarımavtomatlar 

yaranmışdır. Burada pəstahlar patronda tutulur, 

dəzgah  CNC  ilə  idarə  edilir.  Revolver  yarım-

avtomatlar  seriyalı  və  iri  seriyalı  istehsalda 

daha səmərəli tətbiq oluna bilir.

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 2. Revolver başlığı 

 

(alm. die Revolverdrehmaschine, ingl. Turret lathe

 

Reynolds 

ədədi  (ingilis  fiziki  Osborn 

Reynoldsun  adını  daşıyır)  maye  və  hava 

axınında  ətalət  və  sürtünmə  qüvvəsi  (özlülük) 

arasındakı  nisbəti  göstərir.  Başqa  sözlə  axının 

kinetik  enerjisinin  əyləclənən  hissəciklər  va-

sitəsilə sürtünmə itkisinə nisbətini izah etməyə 

imkan verir. Reynolds ədədi 1 və 10

12 

arasında 



dəyişə  bilir  və  vahidsizdir.  Kiçik  qiymət  la-

minar  axına,  böyük  ədəd  isə  turbulent  axına 

dəlalət edir. 

Reynolds  ədədi  (R



e

)  aşağıdakı  düsturla  təyin 

edilir: 

 

 



 v-cərəyanın 

sürəti, 


l-səciyyəvi 

uzunluq 


(boruda  diametr,  lövhədə  isə  uzunluqdur), 

υ

-



kinematik  özlülükdür.  Maye  və  hava  axınında 

Reynolds  ədədi  böyük  əhəmiyyət  kəsb  edir, 

çünki onun vasitəsilə mühitin dəyişməsini izah 

etmək  olur.  Hamar  boru  daxilində  Reynolds 

ədədi Re

<

2300 olmaqla laminar axını göstərir. 

Re

>

2300  isə  axının  həmişə  turbulent  olması 



deməkdir. 

Aerodinamikada  da  Reynolds  ədədinin  rolu 

böyükdür.  Onun  vasitəsilə  →aerodinamik  ka-

nalda yerləşmiş modeldə aparılan sınağın nəti-

cələrinin  oriqinal  hissə  ilə  müqayisə  oluna-

bilmə  qabiliyyətini  qiymətləndirmək  müm-

kündür.    Ölçüləri  arasında  olan  nisbət  saxlan-

dıqda modelin köməyi ilə burulğanların yaran-

masını təyin etmək olur. 

 

(alm. die Reynolds-Zahl,  ingl. Reynolds number)    



 

Rezin  →elastomerlər  üçün  işlədilən  ümumi 

anlayışdır.  Bunlar  təbii  və  ya  süni  yolla  əldə 

olunan, uzanmada öz ölçüsündən dəfələrlə bö-

yük  olmağa  imkan  verən,  aşağı  elastiklik  mo-

duluna  və  dəfetmə  qabiliyyətinə  malik  mate-

rialdırlar. 

Rezin  analıyışı   yanlış  olaraq kauçukdan  alı-

nan  materiala  verilmişdir.  Təbii  kauçukun  tər-

kibin  saf  karbohidrat  birləşməsi  olması  və 

onun  qətrana  aid  edilməsi  yanlış  fikrə  gətir-

mişdir  ki,  o  bitki  rezinidir,  məsələn  arabikum 

kimi. 


 

(alm. der  Gummi, ingl. Rubber

υ

l

v

R

e

=




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə