Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə62/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   58   59   60   61   62   63   64   65   ...   211

Rezin çarxla yayma maşını  

 

120 


 

 

Rezin  çarxla  yayma  maşını    özü  hərəkət 

edən,  hava  ilə  doldurulmuş  və  ya  bərk  rezin 

təkərlərə  malik  yerkipləşdirici  maşındır.  Kip-

ləşdirmə  statik,  eləcə  də  təkərlərin  elastiki 

deformasiya  sayəsində  yayılma  effekti  ilə 

aparılır.  Rezin  çarxlı  yayma  maşınlarının  

tətbiq  sahəsi  bitium  tərkibli  örtük  materialları 

və  hündürlüyü  aşağı  olan  qrunt  yerləridir. 

Ölçüsündən  asılı  olaraq  maşınlar  5

÷

11  təkərə, 



5

÷

32t arasında çəkiyə  malik olurlar. Gücü 150 



kVt-a qədərdir. 20 km/saat sürətilə rezin çarxla 

diyirləmə  maşınları  ən  sürətli  kipləşdirici 

maşın sayılır. 

Hərəkət  hidrodinamik  ötürmədən  verilən 

kardan  valı  və  →diferensialla  təkərlərə  ötürü-

lür.  Maşının  idarəsi  hidrostatik  baş  verir  və 

müxtəlif  variantlara  malikdir.  Təkərlərin  sayı 

çox  vaxt  tək  sayda  götürülür.  Qabaq  və  arxa 

təkərlərin  eninə  istiqamətdə  sürüşmş  yerləş-

məsi  yerli  araboşluqsuz  kipləşdirməyə  imkan 

verir.  Təkərlərin  yırğalanan    quraşdırılması 

səthin  strukturundan  asılı  olmayaraq    həmişə 

eyni  təzyiq  yaratmağa  imkan  verir  (şəkil  1). 

Kontakt təzyiqi təkər yükü və təmas səthindən 

asılıdır.  Bu  parametr  kipləşdirilən  səthdən  asıl 

olaraq  təkərlərdəki  təzyiqlə  idarə  oluna  bilir 

(2

÷

8 bar). Təkərlərin işləmə dərinliyi həmçinin 



maşının hərəkət sürətindən  asılıdır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil  1.  Müxtəlif  profilli  qruntların  rezin    çarxla 

yayılmasına  aid misallar 

 

(alm. die Gummiradwalze, ingl. Rubber-tired roller



 

Rezin  emaledən  maşın  rezin  məmullarının 

kauçukdan  hazırlanması  üçün  tətbiq  edilən 

maşındır.  Bu  maşınlara  xüsusi  →kalandr, 

sığallama,  →ekstrudisiya,  →presləmə,  təzyiq 

altında  emal,  →örtükçəkmə  maşınları,  həm-

çinin  hazır  məhsulları  vulkanizasiyaetmə  ava-

danlıqları  daxildirlər.  Kalandrların  əsas  məq-

sədi  təkər  üzlükləri  və  transportyor  lentlərinin 

hazırlanması  üçün  parça  materialları  üzərinə 

kauçukun  çəkilməsidir.  Proses  həm  isti,  həm 

də  soyuq  halda  aparıla  bilir.  Sığallama  ma-

şınında  kauçuk  nisətən  maye  halında  tekstil 

materialının üzərinə çəkilir, bu yolla rezin dəs-

mallar və kip idman ləvazimatları hazırlanır. 

Örtükçəkmə  qaşov  və  ya  diyirlənmə  aləti  ilə 

aparılır.  Qaşovla  işləyən  üsulda  kauçuk 

materialı  əsas  mateial  üzərinə  sabit  qalınlıqda 

yayılır.  Qaşovun  düzxətli  ağıza  malik  olması 

nisbətən  sabit  qalınlıqlı  qat  almağa  imkan 

verir.  Qatın  qalınlığını  qaşovu  yuxarıya  hərə-

kət  etdirməklə  tənzimləmək  olur.  Diyirlənmə 

üsulu  böyük  qata  ehtiyac  yarandıqa    istifadə 

olunur.  Qatın  qalınlığı  elə  də  sabit  olmur. 

Örtük çəkilmiş parça qurudulmalıdır. Bu buxar 

və hava ilə qızdırılan sobalarda baş verir. 

Kalandr  və  ekstrudisiya  maşınlarının  kom-

binasiya  edilməsi  sayəsində  kauçuk  zolaq-

larının istehsalı təşkil edilir. Ekstruder ucluq və 

diyircəklər  daha  yaxşı  kipləşdirilmiş  və  dəqiq 

kauçuk lentlərinin hazırlanmasına imkan verir. 

Əldə  olunan  kauçuk  zolaqları  vulkanizasiya 

üçün hazırlanmalıdırlar. Bu, öz-özünə vulkani-

zasiya  tərkibinə  malik  yarımfabrikatların  otaq 

temperaturunda  saxlanması  ilə  əldə  olunur. 

Başqa məhsullar istilik kameralarında 60

÷

70° -



də təzyiqsiz, və ya   130°-də təzyiq altında vul-

kanizasiya edilməlidirlər. 

Fasiləsiz  işləyən  vulkanizasiya  maşınlarında 

kauçuk lentlər isti barabana sıxılırlar. Qalınlığı 

5 mm olan lent 10 dəq. emal edilir.  

Ekstrudisiya üsulunda müxtəlif matrisalardan 

istifadə  etməklə  müxtəlif  profilli  rezin  mə-

mulları hazırlamaq mümkündür. Emaldan son-

ra məmul vulkanizasiya olunur.  

Fasiləsiz işləyən presləmə maşınları kauçuku 

130

÷

160°  temperatur  arasında  presləmə  üsulu 



ilə  emal  edir.  Çox  hallarda  iki  pilləli 

presləmədən istifadə edilir. Pres arasına verilən 

kauçuk öncə 10

÷

20 bar təzyiqdə ilkin sıxılır və 



sonra  təzyiq  35

÷

100  bar  həddində  qədər 



artırılaraq  yüksək  təzyiqdə  material  son  hala 

salınır.  




Rezin emal edən maşın 

 

121 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Diyirlənmə üsulu ilə soyuq üzçəkmə 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 2. Fırlanan vulkanizasiya maşını 

1-

 

Qızdırıcı baraban, 



2-

 

Polad lenti,  



3-

 

Tarımlayıcı diyircək, 



4-

 

Rezin arasına verilən parça lenti, 



5-

 

Hazır məhsul 



 

Təzyiq  altında  emal  maşını  presləməni  də 

özündə cəmləşdirir. Kauçuk materialı silindrdə 

porşen tərəfindən bir və ya bir neçə kanalla işçi 

başlığa  ötürülür.  Materialın  kiçk  bir  hissəsi 

silindrin dibində yığılıb qalır və bərkiyir. 

 

(alm.  die  Gummiverarbeitungsmaschine,  ingl.



 

Rub-

ber processing  machine)    

 

Rezin  hazırlama  maşını  rezin  qarışıqlarının 

hazırlanmasına  xidmət  edir.  Lazımı  nisbətdə 

verilmiş substatların hazırlanması adətən daxili 

qarışdırıcıda  baş  verir.  Qarışığın  təbəqə  və  ya 

lent halına salınması vəzifəsini diyircəklər icra 

edirlər.  

Daxili  qarışdırıcının  əsas  hissələri  ştempel, 

qızdırılabilən  və  qarışdırılabilən  kameralar  və  

qızdırılabilən  fırlanan  xəmir  kürəklərindən 

ibarətdir.  Kürəklərin  fırlanması  ilə  kauçuk 

qarışığına  böyük  miqdrada  enerji  verilir  ki, 

bunula  da  material  əlverişli  qarışdırılır.  Ka-

meralar   və kürəklər su ilə qızdırılırlar. Bu za-

man verilən istiliyin miqdarı elə tənzim olunur 

ki, →vulkanizasiya baş verməsin. Qarışıq hazır 

olduqdan  sonra  o,  kameradan  xaric  edilir. 

Qarışdırmadan  sonra  diyircəklər  işə  düşür  və 

qarışığın  emalı  başlayır.  O,  qarışığı  yayaraq 

dəri  formasına  salır.  Diyircəklər  də  qızdırılır. 

Qabaq  yerləşən  diyircəyin  hərəkətli  olması  ilə 

dərinin qalınlığı tənzimlənə bilir. Diyircəklərin  

separat mühərriklərə qoşulması onları müxtəlif 

sürətlərdə  fırlatmağa  imkan  verir.  Diyircəklər 

arasında  sürət  nisbəti  1:1,1÷1:1,3  civarında 

seçilir.  Nəticədə  diyircəyin  biri  yavaş  fır-

landığından  digəri  dərini aparır.  Soyutmanı  və 

qarışdırmanı intensivləşdirmək üçün dərini tez-

tez  çevirirlər.  Bunun  üçün  çevirmə  tərtiba-

tından istifadə edilir (şəkil 1). 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Rezin hazırlayan diyircəkli maşın 


Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə