H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə24/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   20   21   22   23   24   25   26   27   ...   225

dozi güzəşllor müəyyənləşdirirdi. 150 ildən artıq bir müddət ərzində bu 

güzəştlər  qüvvədə  idi.  Nəhayət,  BMT-nin  səlahiyyətlər  və  Güzəştlər 

Komissiyasının  196l-ci  il  18  aprel  tarixli  Vyana  Konvensiyasında 

diplomatik  səlahiyyətlər  və  immunitetlər  öz  əksini  tapdı.  Burada  əsas 

məsələ dövlətlərin böyük və kiçikliyindən asılı olmayaraq onların suveren 

hüquqlarına  ehtiram  əlaməti  kimi  bütün  diplomatlara  bu  güzəşt  və 

immunitetlər şamil edildi. 

Diplomatik  nümayəndəliklər  öz  funksiyalarını  nornıal  həyata 

keçirmək  üçün  qəbul  edən  dövlətin  nəzarətindən  kənarda  olmalıdırlar. 

Bundan əlavə, bu üstünlüklərin hüquqi təbiəti ona əsaslanır ki, bir suveren 

dövlət digər suveren dövlətin hakimiyyətinə tabe ola bilməz, diplomatik 

nümayəndəlik  və  onun  diplomatik  heyəti  isə  məhz  dövləti  təcəssüm 

etdirir. Dövlətin malik olduğu immunitet təbii ki, onu rəsmi təmsil edən 

orqanlara  və  ya  şəxslərə  də  şamil  olunmalıdır.  Bu  baxımdan  xarici 

diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına beynəlxalq hüquq 

normaları  əsasında  xüsusi  güzəşt  və  üstünlüklər  verilir  ki,  bunlara 

diplomatik  imtiyaz  və  immunitetlər  deyilir.  Tərifdən  göründüyü  kimi, 

diplomatik imtiyaz və immunitetlər iki qrupa ayrılır: 

1.

 

diplomatik nümayəndəliklərin imtiyaz və immunitetləri; 



2.

 

şəxsi imtiyaz və immunitetlər. 



Buna  görə  də,  diplomatik  nümayəndəliyin  xaricdə  nornıal 

fəaliyyəti  üçün  hamı  tərəfindən  qəbul  edilmiş  1-ci  şərt  bu 



nümayəndəliyin  ərazisi  və  binasının  toxunulmazlığıdır.  Burada 

diplomatik  nümayəndəliyin  binası  dedikdə,  diplomatik  münasibətlər 

haqqında Vyana Konvensiyasına görə, nümayəndəliyin məqsədləri üçün 

istifadə olunan bina, binanın hissələri, mülkiyyət hüququ kimə məxcsLis 

olmasından  asılı  olmayaraq  diplomatik  nümayəndəlik  başçısının 

rezidensiyası (yerləşdiyi yer) başa düşülür. Bura həmçinin bina və binanın 

digər  hissələrinə  xidmət  edən  torpaq  sahələri  də  aid  edilir.  (Vyana 

Konvensiyası 22-ci maddə) BMT-nin Beynəlxalq Hüquq Komissiyasının 

açıqlamalarına  görə  burada  “torpaq  sahələri”  anlayışına  diplomatik 

nümayəndəliyə  məxsus  bağ  və  ya  baxça  və  nəqliyyat  vasitələri  üçün 

dayanacaq daxilir. 

72 



Beləliklə,  diplomatik  nümayəndəliyin  ərazisinin  və  binasının 

toxunulmazlığı  diplomatik  nümayəndəliyin  ən  əsas  immunitetlərindən 

biridir. Diplomatik nümayəndəliyin bu hüquqi halı beynəlxalq hüquqda 

hamı tərəfindən qəbul edilmişdir

1961-ci il diplomatik münasibətlər haqqında Vyana Konvensiyası 

diplomatik nümayəndəliyin ərazisinə və binasının ölçülərinə, diplomatik 

nümayəndəlik  tərəfindən  istifadə  olunan  binaların  sayına  münasibətdə 

məhdudiyyətlər müəyyən etmir. Lakin burada bir qeyd-şərt var ki, bu da 

diplomatik nümayəndəlik tərəfindən bu binalar yalnız “nümayəndəliyin 

məqsədləri üçün” istifadə edilməlidir. Yerləşmə dövləti nümayəndəliyin 

məqsədləri üçün istifadə edilməyən binalara diplomatik immunitet şamil 

etməkdən  imtina  edə  bilər:  Bu  binalara  misal  olaraq,  diplomatların 

uşaqları üçün məktəblər mədəniyyət mərkəzləri və s. göstərmək olar. 

Əlbəttə  belə  olan  hallarda  akkreditə  edən  dövlət  tərəfindən 

qarşılıqlılıq  prinsipi  əsasında  eyni  cavab  tədbirlərinin  tətbiq  ediləcəyi 

istisna deyil. Lakin qarşılıqlılıq prinsipi əsasında bu dövlətlər belə cavab 

tədbirləri barədə qabaqcadan razılığa gələ bilərlər. 

Bir  ölkədə  sətirlik  açmaq  üçün  birinci  növbədə  həmin  ölkəyə 

diplomatik  nümayəndələr  gedirlər,  onlarla  gedən  diplomatik  İnzibati 

işçilər  səfirlik  binasını  tikdirir  və  ya  satın  alıb  hazırlayırlar  və  səfirin 

gəlişinə qədər hətta açılışını da edirlər. Səfir gəlib etimadnaməni təqdim 

etdikdən  sonra  rəsmi  fəaliyyətə  başlayır.  1961-ci  il  diplomatik 

münasibətlər  haqqında  Vyana  Konvensiyasının  20-ci  maddəsinə  görə, 

diplomatik 

nümayəndəliyin 

və 


onun 

başçısının 

diplomatik 

nümayəndəliyin  binasının,  nümayəndəlik  başçısının  rezidensiyasının, 

həm  də  onun  nəqliyyat  vasitələrinin  üzərində  akkreditə  edən  dövlətin 

bayraq və emblemindən istifadə etmək hüququ var. 

1961-ci 

il 


diplomatik 

münasibətlər 

haqqında 

Vyana 


Konvensiyasının 21-ci maddəsinə görə, yerləşmə dövləti öz ərazisində öz 

qanunlarına uyğun olaraq, akkreditə edən dövlətin nümayəndəliyi üçün 

mühüm olan bina və torpaq sahələrinin əldə edilməsində akkreditə edən 

dövlətə lazımi kömək göstərməlidir və 



73 


ya hər hansı digər yolla bu bina və torpaq ərazilərinin əldə edilməsində 

akkreditə edən dövlətə yardım etməlidir. Yerləşmə dövləti həm də ehtiyac 

olduqda, diplomatik nümayəndəliyin əməkdaşlarının yerləşməsi, yaşayış 

yerlərinin əldə edilməsində onlara lazımi kömək göstərməlidir. 

Təcrübədə həm xarici diplomatik nümayəndəliklərə bina və torpaq 

sahələrinin verilməsinin konkret qaydası, həm də bu binaların tikinti və 

təmir məsələləri Vyana Konvensiyasına uyğun olaraq yerləşmə dövlətinin 

qanunvericiliyi  ilə  tənzimlənir.  Bu  məsələlər  həm  də  maraqlı  tərəflər 

arasında ikitərəfli razılaşmalar bağlanması yolu ilə tənzimlənə bilər. 

Xarici  diplomatik  nümayəndəliklərə  onların  öz  funksiyalarını 

yerinə  yetirmək  üçün  verilmiş  bina  və  torpaq  sahələrinin  yerləşmə 

dövlətinin  yerli  hakimiyyət  orqanları  tərəfindən  dövlət  ehtiyacları  üçün 

geri alınması imkanı haqqında məsələ kifayət qədər işlənməmişdir. Vyana 

Konvensiyasının hazırlanması prosesində ABvŞ və bəzi digər dövlətlərin 

nümayəndələri  bildirdilər  ki,  diplomatik  nümayəndəlik  binalarının 

toxunulmazlığı  onların  yerləşmə  dövləti  tərəfindən  ictimai  maraqlar 

naminə  geri  alınması  imkanını  istisna  etmir.  Lakin  nümayəndə 

heyətlərinin  əksəriyyəti  bu  mövqe  ilə  razılaşmadılar.  Belə  olan  halda 

yerləşmə dövləti də öz tərəfindən ədalətli kompensasiya təklif etməli və 

ya  akkreditə  edən dövlətin  sərəncamına  digər  bina  və  torpaq  sahələrini 

verməlidir. Təcrübədə yerləşmə dövlətləri bir çox halda xarici diplomatik 

nümayəndəliklərə verdikləri bina və torpaq sahələrini məcburi müsadirə 

etməkdən  çəkinirlər.  Konvensiyasının  layihəsinin  müzakirə  edilməsi 

prosesində  bununla  bağlı  bəzi  misallar  gətirilirdi.  Məsələn,  xarici 

diplomatik  nümayəndəliklərin  başqa  binalara  köçmək  təklifinə  etirazla 

bağlı  inşaat  işlərinin  gedişi  prosesində  yerləşmə  dövləti  müəyyən 

rahatsızlığa dözmək məcburiyyətində idi. Diplomatik təcrübədə yerləşmə 

dövlətinin  belə  vəziyyətlərdə  məcburiyyət  tədbirlərinin  tətbiq  edilməsi 

kimi presedentlər var. Yerləşmə dövləti ehtiyac yarandıqda dövlət ərazisi 

üzərində  öz  suverenliyinin  gücündən  istifadə  edərək  və  qüvvədə  olan 

qanun 

74 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə