H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə25/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   21   22   23   24   25   26   27   28   ...   225

vericiliyə əsaslanaraq xarici diplomatik nümayəndəliyə verilmiş bina və 

torpaq sahələrinin azad olunmasını tələb edə bilər. Yerləşmə dövlətinin 

qanun və qaydalarına hörmət etməyi öhdəsinə götürmüş nümayəndəlik bu 

tələbi  yerinə  yetirməlidir.  Təbii  ki,  yerləşmə  dövləti  belə  olan  halda 

diplomatik  nümayəndəliyin  öz  funksiyalarının  effektiv  yerinə 

yetirilməsini təmin etməli, nümayəndəliyin rahatlığının pozulmasının və 

onun 

nüfuzuna  zərər  dəyməsinin  qarşısını  almalı,  həmçinin 



nümayəndəliyin  yeni  bina  əldə  etməsində  ona  kömək  etməlidir.  Bütün 

bunları  yerləşmə  dövləti  öz  üzərinə  öhdəlik  kimi  götürmüşdür. 

Məcburiyyət  tədbirlərinin  tətbiq  edilməsi  haqqında  məsələ  isə  hər  bir 

konkret halda konkret vəziyyət hesaba alınmaqla həll edilməlidir. 

Diplomatik  nümayəndəliklərə  verilən  torpaq  sahəsinə  müasir 

beynəlxalq  hüquqda  yerləşmə  dövlətinin  bir  hissəsi  və  ya  ərazisi  kimi 

baxılır.  Bu  torpaq  sahəsinə  diplomatik  nümayəndəliyin  imtiyaz  və 

immunitetləri  hesaba  alınmaqla  yerləşmə  dövlətinin  qanun  qaydaları 

şamil edilir. Yerli hakimiyyət orqanları xarici diplomatik nümayəndəliyin 

rahatlığını  pozmamaq  və  nümayəndəliyin  şərəf  və  nüfuzuna  zərər 

verməmək  şərti  ilə  bu  nümayəndəliyin  binalarının  altında  yeraltı  işlər 

həyata  keçirmək  hüququna  malikdir.  Eyni  zamanda  diplomatik 

nümayəndəlik  də  yerləşmə  dövlətinin  qanun  və  qaydalarını  hesaba 

almaqla öz ərazisində torpaq işləri həyata keçirə bilər. Bir qayda olaraq, 

bu  işlərin  həyata  keçirilməsi  haqqında  məsələ  müxtəlif  kommunal 

xidmətlərlə razılaşdırıldıqdan sonra diplomatik nümayəndəlik tərəfindən 

həyata keçirilə bilər. 

Diplomatik  nümayəndəliyin  toxunulmazlığının  və  diplomatik 

immunitetinin  pozulması  beynəlxalq  hüququn  və  dövlətin  hüquqlarının 

çox  ciddi  pozulması  deməkdir.  Ona  görə  də,  dövlətlər  adətən  belə 

pozuntulara çox kəskin münasibət göstərirlər. Ərazisində belə pozuntular 

baş vermiş dövlətlərin hökümətləri bu cür faktların yolverilməzliyini başa 

düşür  və  dərhal  ziyan  çəkmiş  dövlətin  hökümətinə  öz  təəssüflərini 

bildirir.  İstintaq  aparılacağını  və  təqsirkar  şəxslərin  cəzalandırılacağını 

elan edir. 

Lakin burada bir neçə məqama diqqət yetirmək lazımdır. 



75 


Birincisi, diplomatik nümayəndəlik daxilində həyata keçirilən istintaq və 

digər məcburiyyət tədbirləri yalnız diplomatik nümayəndəlik başçısının 

xüsusi icazəsi ilə yol verilə bilər. İkincisi, diplomatik nümayəndəlik öz 

daxili  qaydalarını  özü  müəyyən  edir.  Bu  isə  o  deməkdir  ki,  yerli 

hakimiyyət  orqanları  Öz  yurisdiksiyasını  həyata  keçirərkən  diplomatik 

nümayəndəliyin  daxili  səlahiyyətinə  aid  olan  işlərə  qarışmamalıdır. 

Çünki bütün bunlar edilməzsə, həmin nümayəndəliyin ölkədən getməsi 

və  diplomatik  münasibətlərin  kəsilməsi  məsələsi  ortaya  çıxa  bilər. 

Yerləşdiyi  ərazinin  toxunulmazlığının  qorunması  mövcud  olmadan  və 

diplomatik immunité * t təmin olunmadan heç bir nümayəndəlik normal 

fəaliyyət  göstərə  bilməz.  Bunlar  diplomatik  münasibətlər  haqqında  18 

aprel 


1961-ci 

il  Vyana  Konvensiyasının  22-ci  maddəsində 

müəyyənləşdirilmişdir. Konvensiya deyilir: 

1.

 



“Diplomatik nümayəndəliyin binaları toxunulmazdır. Yerləşmə 

dövlətinin  hakimiyyət  orqanları  nümayəndəlik  başçısının  razılığı 

olmadan bu binalara daxil ola bilməzlər. 

2.

 



Diplomatik nümayəndəliyin binaları hər cür hücumlardan və ya 

zərər  yetirilməsindən  qorumaq,  nümayəndəliyin  rahatlığının  hər  cür 

pozulması  hallarının  və  ya  onun  şərəfinin  təhqir  olunmasının  qarşısını 

almaq  üçün  lazımi  tədbirlər  görmək  yerləşmə  dövlətinin  xüsusi 

vəzifəsidir. 

Nümayəndəliyin  binaları,  avadanlıq  və  bu  binalardakı  digər 

əmlak,  həmçinin  nümayəndəliyin  nəqliyyat  vasitələri  axtarış,  götürmə, 

həbs, icra hərəkətlərinə qarşı immunitetdən istifadə edir”. 

Nümayəndəlik başçısının icazəsi olmadan nümayəndəlik binasına 

daxil olmağın qadağan olunması məcburi xarakter daşıyır və bu qaydadan 

heç  bir  istisna  yoxdur.  Hətta,  diplomatik  nümayəndəlikdə  yanğın  baş 

verdikdə  və  ya  diplomatik  nümayəndəlik  terroristlər  tərəfindən  ələ 

keçirildiyi halda belə bu qaydaya riayət edilməlidir. 

Təcrübədə  fövqəladə  hallar  zamanı  diplomatik  nümayəndəlik 

başçılarının yerli hakimiyyət orqanları tərəfindən diplomatik 

Kitabın sonundakı əlavobr bölməsində verilmiş həmin Konvensiyaya bax. 

76 



nümayəndəlik binasına daxil olmağa icazə verdiyi bir çox hallar vardır. 

Elə vəziyyətlərə də rast gəlmək olur ki, diplomatik nümayəndəlik başçısı 

hər  hansı  səbəbdən  (nümayəndəlik  binasında  olmamaq,  ölüm)  fiziki 

olaraq nümayəndəlik binasına daxil olmağa razılıq verə bilmir. Bu halda 

diplomatik  personalın  üzvlərindən  biri  razılıq  verir.  Diplomatik 

personalın  üzvlərinin  bu  cür  hərəkəti  hüquqi  qüvvəyə  malik  deyildir. 

Çünki Vyana Konvensiyasına görə, razılığı yalnız nümayəndəlik başçısı 

verə  bilər.  Diplomatik  nümayəndəliyin  başçısı  deyil,  nümayəndəliyin 

digər  personalının  xahişi  ilə  yerli  hakimiyyət  orqanlarının  diplomatik 

nümayəndəlik  binasına  daxil  olması  bir  çox  hallarda  narazılıq  və 

konfliktlərə  səbəb  ola  bilər.  Diplomatik  nümayəndəlik  başçısı 

nümayəndəlik binasında olmadıqda və ya yerli hakimiyyət orqanlarının 

diplomatik  nümayəndəlik  binasına  daxil  olması  haqqında  məsələni  hər 

hansı  səbəbdən  fiziki  olaraq  həll  edə  bilmədiyi  halda  yerləşmə  dövləti 

diplomatik  nümayəndəliyə  daxil  olmağa  razılıq  almaq  üçün  akkreditə 

edən dövlətin hökümətinə sorğu göndərməlidir. Bu vəziyyətdə diplomatik 

nümayəndəlik  başçısı  razılıq  verməzsə,  bu  diplomatik  nümayəndəlik 

binasına daxil olmaq üçün yerli hakimiyyət orqanlarını hər hansı hüquqi 

imkandan  məhrum  edir.  Bütün  ümumi  beynəlxalq  hüquqda  yalnız 

biristisna  mövcuddur.  Bu  da  fors-major  hallarıdır.  Bu  fors-major 

(dəfedilməz  qüvvə)  hallan  məsuliyyətdən  azad  edən  hallardır,  yəni 

nəzarətdən yayınan, gözlənilməz və qaçılmaz fövqəladə xarakterli xarici 

hadisələrdir:  təbii  fəlakətlər,  epidemiyalar,  epizootik  xəstəliklər,  silahlı 

münaqişələr,  mülki  ixtişaşlar  və  s.  Ümumiyyətlə,  məsuliyyətdən 

azadetmə  subyektin  törətdiyi  və  məsuliyyəti  doğurmuş  deliktin' 

nəticələrini aradan qaldırmaq vəzifəsinin onun üstündən götürülməsidir. 

Məsuliyyətdən azad edən hallara ilk növbədə zərərçəkmiş tərəfin 

öz  təqsiri  aid  edilə  bilər.  Məsələn,  dövlət  onun  səfirliyinin  barəsində 

hazırlanan provakasiya aksiyası barədə məlumat alır. 

Delikt • dəymiş zərərə dair müqavilədən kənar öhdəlik. 

77 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə