H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə23/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   19   20   21   22   23   24   25   26   ...   225

kömək  edir.  Bu  isə  diplomatiya  hüququnun  adi  və  müqaviləvi 

normalarının yaranmasına gətirib çıxarır. 

Milli  qanunvericilik  məhkəmə  presedenti,  diplomatik  təcrübə 

beynəlxalq  hüququn  formal  mənbələri  deyil,  lakin  beynəlxalq  hüquq 

normalarının yaranması prosesində əhəmiyyətli rol oynayır. 

Dövlət  tərəfindən  hüquqi  tənzimlənmənin  əhəmiyyəti  beynəlxalq 

hüquqi  doktrinasında  həmişə  öz  lazımi  qiymətini  tapmır.  Diplomatiya 

hüququ,  xüsusilə  də  diplomatik  nümayəndəliklərin  və  onların 

personalının statusunun xarakteristikası üzrə işlərdə əsas diqqət, bir qayda 

olaraq  diplomatiya  hüququnun  mənbələrinə  yetirilir.  Dövlət  tərəfindən 

hüquqi  tənzimlənmə  məsələlərinə  isə  az  yer  verilir.  Bu  statusun 

aydınlaşdırılması zamanı dövlətlərin məhkəmə və diplomatik təcrübəsini

həm  də  milli  qanunvericiliyinin  normalarının  hesaba  almadan  bu  işin 

tədqiqi dəqiq və tam olmazdı. 

Qəbul edən dövlət xarici diplomatik nümayəndəliklərin və onların 

personalının  statusunun  bu  və  ya  digər  xüsusiyyətlərini  özü  müstəqil 

müəyyən  edir.  Bilavasitə  dövlət  tərəfindən  hüquqi  tənzimlənmə  yolu 

qəbul  edən  dövlətə  bütün  xüsusiyyətləri  kompromis  xarakteri  daşıyan 

beynəlxalq  hüquq  normalarından  daha  dolğun  əks  etdirməyə,  həmçinin 

dövlətin öz maraq və ehtiyaclarını nəzərə almağa imkan verir. 

Azərbaycan  Respublikasında  baş  verən  dəyişikliklər  xarici 

diplomatik nümayəndəliklərin və onların personalının statusunun dövlət 

tərəfindən  hüquqi  tənzimlənməsinə  əsaslı  surətdə  təsir  etmişdir. 

Azərbaycan  Respublikasında  daxilən  sahə  üzrə  əsas  qanunvericilik 

aktları,  Azərbaycan  Respublikasının  Konstitusiyası,  Azərbaycan 

Respublikasında  xarici  dövlətlərin  diplomatik  nümayəndəliklərinin  və 

konsulluq  idarələrinin  vəziyyəti  haqqında  Azərbaycan  Respublikasının 

Qanunu və “Diplomatik xidmət haqqında'" Azərbaycan Respublikasının 

Qanunudur.  Diplomatik  nümayəndəliklərin  və  onların  personalının 

statusunun  dövlət  tərafındən  hüquqi  tənzimlənməsində  Prezidentin 

Fərmanları,  Milli  Məclisin  bu  sahədə  qəbul  etdiyi  digər  qanunvericilik 

aktları. Nazirlər 



69 


Kabinetinin sərəncamları, dövlət və hökümət başçılarının bəyanatları da 

mühüm əhəmiyyət kəsb edir. 

2002-ci ilin noyabr ayında Azərbaycan Prezidentinin Fərmanı ilə 

“Diplomatik  dərəcələr  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 

təsdiq  olunmuşdur.  Bu  Qanun  4  fəsildən  ibarətdir.  Fəsillər  müxtəlif 

maddələrə bölünür. Bu müddət ərzində həmin qanunda bəzi dəyişikliklər 

edilmişdir.  O  cümlədən  diplomatların  həmin  qanunda  2-ci  fəsilin  8-ci 

bölməsində  “diplomatik  rütbələr  maddəsində  8.1  göstərilən  diplomatik 

xidmət  əməkdaşlarına  tutduqları  vəzifə  və  ixtisasları  nəzərə  alınmaqla” 

aşağıdakı diplomatik rütbələr verilmişdir: 

Bildiyimiz 11 rütbə əvəzinə indi 9 rütbə müəyyən edilmişdir. 

1



2

3. 


4. 

5. 


müşavir 

6

7. 


3.

 

 

9. 


Fövqəladə və Səlahiyyətli səfir. 

Beynəlxalq təşkilatlarla iş üzrə müşavir-səfirin müavini. 

Səfir-elçi 

Beynəlxalq təşkilatlarla iş üzrə müşavirin müavini 

Yerləşmə ölkəsində yaşayan azərbaycanlılarla iş üzrə 

1-

 



ci katib 

2-

 



ci katib 

3-

 



cü 

katib 


Attaşe 

2003-cü il mart ayının vəziyyəti üçün Azərbaycan Res- 

publikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının 

xarici ölkələrdəki səfirlərinin vəzifə maaşları aşağıdakı kimi 

müəyyən edilmişdir: 

Yaponiyada Fövqəladə və Səlahiyyətli səfir üçün aylıq əmək 

haqqı - 4000 dollar. 

ABŞ, Almaniya, Av.striya, Böyük Britaniya, Fransa, Belçika, 

Rumıniya və Polşa ölkələrində - 3500 dollar. 

BMT-də daimi nümayəndəmizin (səfir-nümayəndənin) maaşı 

Nyu-Yorkda və Cenevrədə - 3500 dollar. 

NATO-da - 3500 dollar, “Sülh naminə tərəfdaşlıq” Proq- 

ramında və Avropa şurasında - 3500 dollar. 

70 



Avropa Birliyində səfirlər - 3500 dollardır. 

Türkiyə, Küveyt, Pakistan, Çin, Misir, Səudiyyə Ərəbistanı, BƏƏ 

və İranda Fövqəladə və Səlahiyyətli səfir üçün - 3000 dollar maaş və s. 

əlbətdə, bu müvəqqəti xarakter daşıyır. Respublikamızım maddi imkanları 

artdıqca bu maaşlar da müəyyən edilmişdir. 

Diplomatik  sənədlərin  içərisində  Milli  Məclisin  -  qanunverici 

orqanın.  Prezident  aparatının  -  ölkə  başçısının  (icraedici  orqanın), 

hökümət başçısının və xarici əlaqələrlə birbaşa məşğul olan Xarici İşlər 

Nazirliyinin sənədləri mühüm diplomatik sənədlər sayıla bilər. Müxtəlif 

instansiyalarda söhbətlər və görüşlərdən keçmiş hər bir gələcək səfir ən 

əvvəl,  hətta,  ölkə  başçısının  onun  namizədliyini  bəyənməsinə 

baxmayaraq, bu haqda fərmanı gözləyir. Milli Məclisin təsdiqindən sonra 

ölkə başçısı fərman verir. 

Bunun üçün aşağıdakı diplomatik sənədlər zəruridir: 

1.

 

Səfirliyin hansı ölkədə açılması haqqında fərman 



2.

 

Kimin orada səfir təyin edilməsi haqqında fərman 



3.

 

Təyin olunan təzə sətirə verilən dərəcə haqqında fərman 



Diplomatik nümayəndəliklərin və onların personalının 

statusunun dövlət tərəfindən hüquqi tənzimlənməsi son illər daha yüksək 

səviyyədə həyata keçirilir. 

Diplomatik  nümayəndəlikhrin  binalarmm  toxunulmazliğt  və 

onların daxili mühafizəsinin statusu. 

Bir  ölkədə  başqa  ölkəyə  işə  yollanan  şəxsin  həmin  ölkədə 

beynəlxalq  normalara  müvafiq  olaraq  müəyyən  diplomatik  güzəşt  və 

səlahiyyətləri  olmalıdır.  Bu  güzəşt  və  immunitetlər  hələ  orta  əsrlərdə 

Venesiya  tacirlərinin  arxasınca  Şərq  ölkələrinə  gedən  konsullar  hələ  o 

vaxtlar  (XII-XIII  əsrlərdə)  öz  dövlətləri  tərəfindən  olduqları  ölkədə 

müəyyən  güzəştlərlə  təmin  olunmuşdular.  Bu  güzəştlər  o  zamanlar  iki 

ölkə  arasındakı  razılığa  əsaslanırdı.  Sonralar,  xüsusilə  Napoleon 

müharibələri  dövründə  Avropa  ölkələrində  işləyən  diplomatik 

nümayəndəliklər belə güzəştlərə ehtiyac duydular. O zaman 1815-ci ildə 

Vyana  Konqresi,  daha  sonra  1818-ci  il  Aahen  bəyannaməsi  bir  sıra 

diplomatik dərəcələr üçün 



71 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə