H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə19/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   15   16   17   18   19   20   21   22   ...   225

siyaları və statusunu tənzimləyən beynəlxalq hüquq normalarının birliyi 

kimi  anlaşılır.  Keçmişdə  bu  normalar  sistemini  səfirlik  hüququna  aid 

edirdilər.  Bəzi  hüquqşünaslar  dar  mənada  diplomatiya  hüququnun 

normalarını  və  konsul  hüququnun  normalarını  “diplomatiya  və  konsul 

hüququ” adı altında birləşdirirlər. 

Qeyd etmək lazımdır ki, “diplomatiya hüququ” anlayışının geniş 

mənada  işlədilməsi  bütün  xarici  əlaqə  orqanlarına  aid  ümumiləşmiş 

normalar  sisteminin  terminoloji  uyğunluğuna  gətirib  çıxarır  ki,  bu  da 

özünü  doğrultmır.  Bu  zaman  ümumi  anlayış  keyfiyyətində  “xarici 

əlaqələr  hüququ”  anlayışının  istifadə  edimləsini  təklif  edən  K.  K. 

Sandrovski ilə razılaşmaq olar. 

Bu halda xarici əlaqələri həyata keçirən bütün dövlət orqanlarının 

funksiyaları və statusunu tənzimləyən normalar sistemi başa düşülür. 

Xarici əlaqələr hüququ diplomatik hüququ, konsul hüququ, xüsusi 

missiyaların  diplomatik  hüququ,  beynəlxalq  təşkilatların  diplomatik 

hüququ 


(xüsusilə 

də 


beynəlxalq 

təşkilatlarda 

dövlətlərin 

nümayəndəlikləri ilə əlaqədar) kimi alt sistemlərə bölünür. 

Hər birinin öz spesifik xüsusiyyəti ilə xarakterizə olunan belə alt 

sistemlərə bölünməsinin özünü doğrultması onunla təsdiq olunur ki, bu 

alt  sistemlərin  normaları  müstəqil  çoxtərəfli  razılaşmalarla  müəyyən 

edilir: 


1.

 

Diplomatik  münasibətlər  haqqında  1961-ci  il  Vyana 



Konvensiyası; 

2.

 



Konsulluq  münasibətləri  haqqında  1963-cü  il  Vyana 

Konvensiyası; 

3.

 

Xüsusi missiyalar haqqında 1969-cu il Konvensiyası; 



4.

 

Beynəlxalq  səviyyədə  müdafiə  olunan  şəxslər,  o  cümlədən 



diplomatik  agentlər  əleyhinə  cinayətlərin  qarşısının  alınması  və 

cəzalandırılması haqqında 1973-cü il Konvensiyası; 

5.

 

Dövlətlərin  universal  xarakterli  beynəlxalq  təşkilatlarla 



münasibətlərdə  nümayəndəlikləri  haqqında  1975-ci  il  Vyana 

Konvensiyası və s. 

Beləliklə, “diplomatiya hüququ” termininin yalnız dar mənada 

57 



işlədilməsi  -  yəni  yalnız  diplomatik  nümayəndəliklərə  şamil  edilməsi 

məqsədəuyğun  hesab  edilir.  “Diplomatik  hüquq”  termini  burada  bu 

səpgidə istifadə olunacaqdır. 

Müasir  diplomatiya  hüququnun  əsas  mənbələri  kimi  beynəlxalq 

müqavilə və beynəlxalq hüquqi adət çıxış edir. Diplomatiya hüququna aid 

ilk  çoxtərəfli  müqavilə  8  Avropa  dövlətinin  iştirak  etdiyi  diplomatik 

nümayəndəliklərin  kateqoriyaları  haqqında  18I5-Cİ  ii  7  mart  tarixli 

Vyana Protokoludur. Bu Vyana Protokolu 1818-ci il Aahen Protokolu ilə 

tamamlanmışdır. 

Diplomatiya hüququ uzun müddət ərzində adətlərə əsaslanmışdır. 

Diplomatiya hüququnun qismən, rəsmi məcəllələş- dirilməsinə ilk dəfə 

Latın  Amerikasında  təşəbbüs  edilmişdir.  20  fevral  1928-ci  ildə 

diplomatik  məmurlar  haqqında  Havana  Konvensiyası  qəbul  edilmişdir. 

Bu Havana Konvensiyası diplomatiya hüququnun inkişafında böyük rol 

oynadı.  Regional  səviyyədə  olmasına  baxmayaraq,  diplomatiya 

hüququnun  bir  sıra  məsələləri  bu  konsensiyada  məcəllələşdirilmişdir. 

Hal-hazırda  Havana  Konvensiyası  Latın  Amerikası  ölkələrinə 

münasibətdə qüvvədə qalmaqda davam edir. 

Diplomatiya  hüququna  dair  ən  əsas  çoxtərəfli  müqavilə  aktı 

təxminən 150 dövlətin iştirak etdiyi diplomatik əlaqələr haqqında 1961-ci 

il  Vyana  Konvensiyasıdır.  Konvensiyada  diplomatik  hüququn  əsasını 

təşkil edən normalar və diplomatik təcrübə nəticəsində yaranan qaydalar 

öz əksini tapmışdır. 

Belə  olduqda  beynəlxalq  səviyyədə  müdafiə  olunan  şəxslər,  o 

cümlədən  diplomatik  agentlər  əleyhinə  cinayətlərin  qarşısının  alınması 

və  cəzalandırılması  haqqında  1973-cü  il Konvensiyasının əhəmiyyətini 

xüsusi olaraq qeyd etmək lazımdır. Bütün dünyada terrorizmin artması 

nəticəsində əcnəbi diplomatlara qarşı sui- qəsdlərin, onların oğurlanması 

faktlarının çoxalması, eyni zamanda əcnəbi diplomatik nümayəndəliklərə 

hücumların  sayının  kəskin  şəkildə  çoxalması  belə  bir  konvensiyasının 

qəbuluna ehtiyac yaratmışdı. 

Diplomatik nümayəndəliklərin və onların personalının hüquqi 



58 


vəziyyətinin  ayrı-ayrı  aspektləri  çoxtərəfli  razılaşmalarla  yanaşı, 

ikitərəfli  müqavilələrlə  də  tənzimlənir.  İkitərəfli  müqavilələrin 

bağlanılmasının mümkünlüyü diplomatik münasibətlər haqqında 1961-ci 

il Vyana Konvensiyasında nəzərdə tutulmuşdur. 

Diplomatiya  hüququnun  mənbələri  keyfiyyətində  beynəlxalq 

adətlər  də  hamı  tərəfindən  qəbul  edilmişdir.  Göstərilən  çoxtərəfli 

müqavilələr  qəbul  edilənə  kimi  diplomatiya  hüququ  istisnasız  adi  adət 

normalarından ibarət idi. 

Diplomatik 

münasibətlər 

haqqında 

1961-ci 


il 

Vyana 


Konvensiyasının  Preambulasında  təsdiq  olunur  ki,  “beynəlxalq  adət 

hüququnun normaları bu konvensiyasının müddəaları ilə birbaşa nəzərdə 

tutulmayan məsələləri tənzimləməyə davam edəcək”. 

Diplomatik nümayəndəliklərin və onların personalının statusunun 

inkişaf  etmiş  müqaviləyi  əsasının  mövcudluğu  diplomatik  təcrübənin 

ehtiyaclarını tamamilə təmin etdiyini bildirmək doğru olmazdı. 

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, dövlətlərin bir- birindən 

asılılığının  güclənməsi,  onlar  arasında  əlaqələrin  genişlənməsi  kimi 

dünyada  baş  verən  hadisələr  diplomatik  nümayəndəlik  institutunun 

inkişafına təsir edir. 

1961-ci  il  Vyana  Konvensiyasının  bağlandığı  vaxtdan  keçən 

müddət  ərzində  diplomatik  nümayəndəliklərin  statusu,  fəaliyyəti  və 

formalaşdırılması ilə bağlı diplomatik təcrübədə də bir çox dəyişikliklər 

əmələ gəlmişdir. 

Məsələn,  bütün  dünyada  diplomatik  nümayəndəliklərin,  onların 

personalının sayı kifayət qədər artmış və kvota sisteminin yayılması geniş 

vüsət almışdır. Adətən, səfirliklərdə işləyənlərin sayı dövlətlər arasında 

razılaşdırılır. Bu xüsusi sənəd “kvota sənədi” adlanır. Adətən, səfirliklər 

maddi imkanları olsa da, qarşı tərəfə hörmət əlaməti olaraq öz diplomatik 

personalının sayını həddindən artıq çoxaltmır. Lakin, bəzən buna riayət 

olunmur.  Məsələn,  2001-ci  ilin  sonunda  Rusiya  Federasiyasının 

ABŞ-dakı  səfirliyində  190  nəfər,  ABŞ-nın  Rusiya  Federasiyasındakı 

səfirliyində 1090 nəfər şəxs çalışırdı. Kvota sənədi pozulduğu üçün bu 

hal bəzi çətinliklər 



59 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə