H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə16/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   12   13   14   15   16   17   18   19   ...   225

radikal  dəyişikliklər  baş  verir  ki,  bu  da  marağı  olan  hökümətlərdən 

düzgün  münasibət  göstərmək  və  müvafiq  addımlar  atmaq  üçün 

dəyişikliklərin vaxtında nəzərə alınmasını tələb edir. 

Ölkəni  öyrənərkən  qarşıya  çıxan  birinci  sual  budur:  nəyi 

öyrənmək, ölkə haqqında hansı informasiyaları toplamaq lazımdır? 

Əgər  tədqiqatın  əsas  sahələrindən  danışsaq,  onları  üç  iri  sahəyə 

bölmək olar. 

Birincisi - iqtisadiyyat və iqtisadi inkişafın meyllərini ciddi surətdə 

öyrənmək zəruridir. Müasir şəraitdə, təbii ki, böhran hadisələri, onların 

təhlili və perspektivi xüsusilə diqqət cəlb edir. 

İkincisi  -  daxili  siyasəti,  hökümətin  sosial-iqtisadi  tədbirlərini, 

qüvvələrin  yerləşməsini,  siyasi  partiyaların  mübarizəsini,  par- 

lamentdaxili  vəziyyəti,  kütləvi  təşkilatların  -  həmkarlar  ittifaqlarının, 

kəndli  təşkilatlarının,  ali  məktəb  tələbələrinin,  ziyalıların  mövqelərini, 

ordudakı  vəziyyət,  hökümət  idarələrinin  sabitliyini  və  əlbəttə,  daxili 

siyasətin xarici siyasətə təsirini diqqətlə öyrənmək tələb olunur. 

Üçüncü - xarici siyasət, onun istiqamətləri, bu ölkənin qonşuları 

ilə, böyük dövlətlərlə, əsas dövlət qrupları ilə qarşılıqlı əlaqəsi. 



Səfirliyin informasiya mənbələri hansılardır? 

Təcrübə göstərir ki, yerləşdiyi ölkənin siyasi və iqtisadi vəziyyəti 

haqqında informasiya toplanmasının müvəffəqiyyətini təmin etmək üçün 

bu  işi  elə  qurmaq  lazımdır  ki,  nümayəndəliyin  hər  bir  işçisinin 

informasiya  bazası  olsun.  Belə  bir  baza  hər  şeydən  əvvəl  bu  ölkənin 

mətbuatı ola bilər. Mətbuat-informasiyasnın ilk mənbəyi və informasiya 

toplamaq  üçün  daimi  bazadır.  Digər  tərəfdən  əhalinin  müxtəlif 

təbəqələrindən olan ayrı-ayrı şəxslərə söhbət yolu ilə şəxsi ünsiyyət bu 

ölkə  əhalisini  maraqlandıran  siyasi  və  iqtisadi  məsələlər  haqqında, 

həmçinin  ölkə  həyatının  ayrı-ayrı  tərəfləri  haqqında  daha  konkret 

təsəvvür yaradır. 

Səfirlik  daxilində  informasiya  toplanması  üzrə  iş  necə  təşkil  ola 

bilər? 

48 



Birincisi,  praktiki  olaraq  müəyyən  adamlar  ayrılır  ki,  onlar 

mətbuatı izləməli və yerli qəzetlərin müxbirləri, qəzet redaktorları ilə və 

görkəmli  jurnalistlərlə  əlaqə  yaratmalıdırlar.  Bu  əlaqələr  ölkənin 

ictimayyətini  maraqlandıran  məsələlər  haqqında  əlavə  canlı  təsəvvür 

yaratmağa imkan verir. 

Məlumdur  ki,  mətbuat  bu  ölkənin  ictimayyətini  maraqlandıran 

məsələlərlə,  müxtəlif  siyasi  qrupların,  əhalinin  müxtəlif  təbəqələrinin 

nöqteyi-nəzərilə  tanış  edir,  lakin  ancaq  bir  mətbuat  vasitəsilə  düzgün 

informasiya toplamaq olmaz. Buna görə də mətbuatla tanışlıqdan başqa 

şəxsi  müşahidələr,  insanlarla  şəxsi  ünsiyyət  lazımdır.  Bunlarsız 

informasiya tam olmaz, həqiqəti düzgün əks etdirməz. Bu iki informasiya 

mənbəyinə  müvafiq  olaraq  səfirlikdə  informasiya  məsələləri  ilə  məşğul 

olan iki qrup işçi ayrılır. Bir qayda olaraq, diplomatik heyətin tərkibində 

mətbuat  şöbəsinin  faktiki  rəhbəri  olan  mətbuat  attaşesi  olur.  Bu  attaşe 

dilləri  yaxşı  bilən  və  dövri  mətbuatı  diqqətlə  izləyən  işçilər  qrupundan 

ibarətdir;  digər  tərəfdən,  diplomatik  işçilər  qrupu  ayrılır  ki,  onlar  da 

ölkənin  daxili  siyasətini  öyrənərək  siyasi  partiyalarla  (iqtidarda  və 

müxalifətdə olan), baxışları və fəaliyyətləri ölkənin siyasi inkişafında əsas 

təmayülləri  başa  düşmək  üçün  əhəmiyyət  kəsb  edən  şəxslərlə  əlaqə 

saxlayır.  Adətən,  sİyasi  məsələlər üzrə  qrupa  səfirliyin  müşavirlərindən 

biri  və  ya  birinci  katib  başçılıq  edir.  Bu  qrup  içərisində  ölkənin 

iqtisadiyyat məsələləri ilə məşğul olan işçilər də olur. 

Bəzi səfirliklərdə mətbuatla iş sistemi bu cür təşkil edilir: hər gün 

səhər mətbuat şöbəsinin işçiləri ölkənin inkişafındakı siyasi istiqamətləri 

əks  etdirən  əsas  qəzetləri  gözdən  keçirir,  ölkə  daxilindəki  vəziyyəti 

qiymətləndirmək baxımından diqqəti cəlb edən məqalələri seçib ayırırlar. 

Şöbənin işçilərindən biri və ya qrupun rəhbəri cari gün üçün kiçik xülasə 

hazırlayır.  Bəziölkələrin  əksəriyyətində  həddindən  çox  qəzet  çıxır  ki, 

bunların hamısını gözdən keçirmək mümkün deyildir. Buna görə də bir 

qayda olaraq, ölkənin siyasi simasını, ictimai fikrini müəyyən edən 5-10 

qəzet götürülür (həm İqtidar, həm də müxalifət orqanlarından). 

49 



Sonra  səfir  və  ya  müşavir  səfirliyin  bütün  diplomatik  heyətini 

toplayır və qısa müşavirədə 20-30 dəqiqə ərzində mətbuat şöbəsinin işçisi 

həmin  gün  üçün  (bəzən  2-3  gün  və  ya  bir  həftə  üçün)  diqqətə  layiq 

materialların: baş məqalələrin, bəzən bütün siyasi əhəmiyyətli qısa (2-3 

sətir)  xarici  məlumatların  xülasəsini  oxuyur.  Daha  sonra,  səfirliyin  bu 

vaxta  qədər  qəzetləri  nəzərdən  keçirmiş  digər  işçiləri,  hər  kəs  özünün 

məşğul  olduğu  məsələlər  üzrə  mətbuat  şöbəsi  işçisinin  məlumatını 

toplayır.  Səfirliyin  diplomatik  işçiləri  əldə  edilmiş  məlumatların  daha 

mühümləri  barədə  öz  fikirlərini  söyləyirlər,  səfir  və  ya  müşavir  səfirlik 

heyətinin  hansı  məsələlərə  daha  çox  diqqət  yetirməli  və  bu  məsələlərin 

sonrakı inkişafına nəzarət etmək lazım olduğu haqqında fikrini söyləyir, 

hansı  məsələlərin  mətbuatda  kifayət  qədər  işıqlandırılmadığını,  bu 

məsələlərin  əlavə  olaraq  necə  öyrənilməsini  və  s.  göstərir.  O,  həmin 

məsələ ilə məşğul olan müvafiq işçiyə təkcə gündəlik mətbuatdan deyil, 

xüsusi jurnallardan, kitablardan, radio və televiziyadan və  s. daha geniş 

material toplamağı həvalə edir. Mətbuatın xülasəsinə həsr edilmiş bu cür 

müşavirələr  həftədə  iki-üç  dəfə,  hətta  həftədə  bir  dəfə,  ayda  iki  dəfə 

keçirilə bilər. 

Səfirlikdə  mətbuatda  işıqlandırılmış  müəyyən  məsələlərə, 

məsələn,  xarici  siyasət  üzrə  parlament  müzakirələrinə  həsr  edilmiş 

müşavirələr keçirilə bilər. Səfirliyin bütün diplomatik heyətinin ölkənin 

nə  ilə  yaşadığından  və  ölkədəki  vəziyyəti  Öyrənərkən  nəyə  diqqət 

yetirməyin vacibliyindən xəbərdar olması mühümdür. Diplomatik heyətin 

belə müşavirələri keçirərkən səfirliyin rəhbərliyi müvafiq işçiyə operativ 

olaraq göstərir ki, onlar ilkin hansı məsələ ilə məşğul olsunlar, bu və ya 

digər  xadimlə  yaxın  görüşlərdə  həmin  məsələləri  daha  ətraflı 

aydınlaşdırsınlar. 

Mətbuatın  təhlilindən  başqa  səfirlikdə  diplomatik  heyətin  digər 

müşavirələri  də  keçirilir,  bu  müşavirələrdə  çox  vaxt  praktik  səciyyəli 

məsələlər  ortaya  çıxır.  Məsələn,  qəzetdə  gedən  müxtəlif  məlumatla 

əlaqədar  səfirliyə  telefonla  zəng  vurub  bu  və  ya  digər  məsələyə 

münasibətlərini  soruşurlar.  Bəzən  qəzetlərdə  bilavasitə  səfirliyə  aid 

qeydlər və məqalələr olur. Çox vaxt bu qeyd və 

50 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə