H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə17/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   13   14   15   16   17   18   19   20   ...   225

məqalələr xüsusi məqsədlə- sədrliyin bu qeydə münasibətini bilmək üçün 

dərc edilir. Belə müşavirələrdə bu qəbildən olan sorğu, qeyd və məqaləyə 

necə cavab verməyi, sonralar bu hallarda hansı tədbirləri görmək lazım 

olduğunu müzakirə etməkolar. 

İkinci  informasiya  mənbəyi-adamların  qəbuludur.  Adamların 

qəbuluna səfirlikdə ciddi fikir verilir. Gələnləri, adətən, bu ölkənin dilini 

bilən  növbətçi  referent  qarşılayır  və  onları  hansı  məsələlər 

maraqlandırdığını  aydınlaşdırır.  Adətən,  bütün  növbətçilər  bu  cür 

söhbətlər aparmaq haqqında təlimat alırlar. 

Əgər  səfirliyə  siyasi  xadim,  məsələn,  parlament  deputatı  və  ya 

görkəmli  jurnalist  gəlibsə,  növbətçi  onu  maraqlandıran  məsələni 

aydınlaşdırdıqdan sonra bu, məqsədə uyğundursa həmin xadimi səfirliyin 

məsul işçilərindən birinə- müşavirə və ya səfirə təqdim edir. 

Belə xadimlərlə söhbət çox faydalıdır, çünki söhbət zamanı bir sıra 

məsələlər  haqqında  fikir  mübadiləsi  etməyə,  müsahibi  maraqlandıran 

məsələləri  aydınlaşdırmağa  və  lazimi  informasiyam  almağa  imkan 

yaranır.  Gələnlərin  səfirlik  qarşısında  qaldırdıqları  məsələləri  nəzərə 

almaq və səfirliyin operativ işi üçün nəticələr çıxarmaqdan ötrü, adətən, 

məsul növbətçi xüsusi gündəlikdə gələnlərlə söhbətlərinin qeydini aparır. 

Səfirliyin daxili işinin bir hissəsini yerləşdiyi ölkə XİN-i ilə, xarici 

səfirliklərlə, həmçinin digər ölkələrlə və ayrı-ayrı şəxslərlə yazışma təşkil 

edir.  Yazışma  şifahi  söhbətdən  də  əhəmiyyətlidir.  Səfirliyin  yazışması, 

hətta  ayrı-ayrı  şəxslərlə  yazılı  əlaqələri  yaxşı  təşkil  edilməlidir,  çünki 

səfirlikdən gedən hər bir sənəd rəsmi xarakter daşıyır. 

Yerləşdiyi ölkə XİN-i ilə yazışmaya, konsul məsələlərinə nəzarət 

edən konsul şöbəsi müdirinin və ya müşavirin icazəsi ilə göndərilən adi 

konsul notaları (viza, sənədlərin leqallaşdırılması) istisna olmaqla, səfir 

rəhbərlik edir. XİN ilə digər yazışmalar üçün səfir və ya ayrı-ayrı hallarda 

müşavir sanksiya verir. 

Məktubların  çoxunu  universitetlər,  kitabxanalar,  müxtəlif 

mədəniyyət idarələri, parlamentin ayrı-ayrı deputatları, müxtəlif 

51 



firma və təşkilatlar göndərirlər. Adətən, məktublar dəftərxanaya daxil olur 

və  dəftərxana  müdiri  məktubları  təyinatı  üzrə  bölür.  Müvafiq  şöbələrin 

müdirləri onlara göndərilən məktubları nəzərdən keçirirlər. Bütün səfirliyi 

maraqlandıracaq məktub olduqda onlar haqda səfirə məlumat verilir. 

İqtisadi  və  mədəni  əlaqələrin  inkişaf  səfirliklər  qarşısında 

yerləşdikləri  ölkənin  iqtisadi  və  ya  mədəni  inkişafının  ayrı-ayrı 

məsələlərini öyrənmək  vəzifəsini  qoyur.  Ədəbiyyatla tanışlıqdan  başqa, 

söz  yox  ki,  bu  və  ya  digər  xadimlərlə  şəxsi  ünsiyyət,  onlarla  söhbət 

mühüm əhəmiyyətə malikdir. 

Son vaxtlar səfirlikdə və ya ondan kənarda kinofilmlərin nümayişi 

kimi  ünsiyyət  formasından  səfirliklər  geniş  istifadə  edirlər.  Bu  zaman 

qəbullar təşkil edilir, qəbul zamanı həm kinofilm haqqında, həm də aktual 

siyasi məsələlər haqqında fikir mübadiləsi edilir. 

Mədəni  sərvətlərin  mübadiləsi,  mədəniyyət  və  incəsənət 

nailiyyətləri  ilə  qarşılıqlı  tanışlıq,  xalqlar  arasında  qarşılıqlı  anlayış 

əlaqələri  genişləndirməyin  mühüm  vasitələrindən  biridir.  Buna  görə  də 

səfirlik  yerləşdiyi  ölkənin  iri  şəhərlərində  musiqiçilərin,  artistlərin 

konsertlərinin təşkili kimi mədəni ünsiyyət formalarından istifadə edir. 

Diplomatik  nümayəndəliyin  yerləşdiyi  ölkənin  ictimayyəti  ilə 

ünsiyyətin  mühüm  forması  mətbuat  konfransları,  müsahibə,  səfirim, 

müşavirin, mətbuat attaşesinin, ticarət müşavirinin və s. açıq çıxışlarıdır. 

Müvafiq qəzet işçiləri üçün səfirlikdə təşkil edilmiş mətbuat konfransları, 

adətən, nümayəndəliyin yerləşdiyi ölkədə geniş əks- səda doğurur. 

Nəhayət,  səfirliyin  bülleteninin,  yurnal  və  kitabların  nəşri  kimi 

vasitələrdən də istifadə olunur. 

Bütün  bunlarla  yanaşı,  diplomatik  nümayəndəliyin  və  onun 

üzvlərinin məskun olunan dövlət barəsində də bəzi vəzifələri mövcuddur. 

1961-ci  il  Vyana  Konvensiyasında  diplomatik  nümayəndəliyin  onun 

yerləşdiyi dövlət barəsində iki əsas vəzifəsi göstərilir: 

52 



1.

 

Nümayəndəlik  öz  binalarını  yalnız  rəsmi  məqsədlər  üçün 



istifadə etməlidir; 

2.

 



Nümayəndəlik  qaldığı  dövlətdə  rəsmi  münasibətlərini  Xarici 

İşlər  Nazirliyi  və  ya  barələrində  müvafiq  razılaşma  əldə  edilmiş  digər 

idarələr vasitəsilə qurmalıdır. 

Diplomatik nümayəndəliyin əməkdaşları qaldıqları dövlətin qanun 

və  qərarlarına  hönnət  bəsləməli  və  onun  daxili  işlərinə  qarışmamalıdır. 

Diplomata  qaldığı  dövlətdə  öz  şəxsi  mənfəəti  məqsədilə  peşə  və 

kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağandır. 

Bütün  bunlar  -  yəni  diplomatik  nümayəndəliyin  fəaliyyəti 

beynəlxalq  hüquq  normalarına  əsaslanır  və  beynəlxalq  hüquqla 

tənzimlənir. 

Diplomatik  nümayəndəlik  dövlətin  başqa  bir  dövlətin  ərazisində 

yerləşən,  həmin  dövlətlə  diplomatik  münasibətləri  həyata  keçirən 

orqanıdır.  Diplomatik  nümayəndəliklər  müvafiq  iki  dövlət  arasında 

razılaşmaya əsasən təsis olunur. Çox hallarda belə bir razılaşmanın əldə 

olunması həmin dövlətlər arasında diplomatik münasibətlərin qurulması 

ilə eyni vaxta düşür. 

Beynəlxalq  praktikada  diplomatik  nümayəndəliklərin  iki  növü 

mövcuddur? 

1.

 

Səfirlik  ən  yüksək  səviyyəli  diplomatik  nümayəndəliklərdir; 



onların başında fövqəladə və səlahiyyətli səfir dayanır. 

2.

 



Missyalar daha aşağı səviyyəli diplomatik nümayəndəlik hesab 

olunur;  onlara  fövqəladə  və  səlahiyyətli  elçi  və  ya  müvvəqəti  işlər 

müvəkkili rəhbərlik edir. 

Diplomatik nümayəndəlik öz dövlətinin qəbul edən dövlətdə bütün 

məsələlər  üzrə  rəsmi  təmsilçisidir.  Diplomatik  münasibətlər  haqqinda 

1961-ci  il  Vyana  Konvensiyasına  görə  (3-cü  maddə),  diplomatik 

nümayəndəliyik aşağıdakı funksiyaları həyata keçirir: 

1)

 



akkreditə edən dövlətin qəbul edən dövlətdə təmsil olunması; 

2)

 



akkreditə  edən  dövlətin  özünün  və  onun  vətəndaşlarının 

mənafelərinin müdafiəsi

3)

 

qəbul edən dövlətin hökuməti ilə danışıqlar aparılması; 



53 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə