4)
bütün qanuni vasitələrlə, qəbul edən dövlətdə olan şəraitin və
hadisələrin öyrənilməsi və onlar barəsində öz hökumətinə məlumat
verilməsi (informasiya funksiyası);
5)
akkreditə edən dövlətlə qəbul edən dövlət arasında dostluq
münasibətlərinin inkişaf etdirilməsi.
Bunlardan əlavə, diplomatik nümayəndəliklər bəzi hallarda
konsulluq funksiyaları da həyata keçirirlər; bu məqsədlə səfirliklərin və ya
missiyaların tərkibində konsulluq şöbələri təsis olunur.
Səfirliklər Konsulluq idarələri (və ya daimi missiyalar) kimi
konsulluqlar da dövləti onun sərhədlərindən kənarda təmsil edən daimi
nümayəndəliklərdir. Lakin konsulluqlar aşağıdakı funksiyalarına görə
diplomatik nümayəndəliklərdən fərqləniş. Bundan əlavə, onlar qəbul edən
dövlətin bütün ərazisində deyil, onun yalnız bir hissəsini əhatə edən və
qarşılıqlı razılıq əsasında müəyyən olunan konsulluq dairəsində fəaliyyət
göstərir. Beləliklə, bir dövlətin ərazisində başqa bir dövlətin bir neçə
konsulluq idarəsi ola bilər. Konsulluq münasibətləri müvafiq dövlətlər
arasında diplomatik münasibətlər olmadığı halda da qurula bilər, digər
tərəfdən, diplomatik münasibətlərin kəsilməsi hələ konsulluq
münasibətlərinin xitam olunması demək deyildir. Diplomatik
nümayəndədən fərqli olaraq, konsul öz dövlətinin qəbul edən dövlətdə
səlahiyyətli nümayəndəsi sayılmır. O, öz dövlətini yalnız müəyyən
məsələlər üzrə və yalnız öz konsulluq dairəsində təmsil edir.
Konsulluq funksiyalar! xüsusi konsulluq idarələri tərəfindən və ya
tərkibində konsulluq şöbələri olan diplomatik nümayəndəliklər tərəfindən
həyata keçirilir. Konsulluq idarələrinin dörd növü vardır: 1) baş
konsulluqlar; 2) konsulluqlar; 3) vitse- konsulluqlar və 4) konsul
agentlikləri. Buna uyğun olaraq, dörd konsul dərəcəsi mövcuddur: 1) baş
konsul; 2) konsul; 3) vitse- konsul və 4) konsul agenti.
Bəzi dövlətlər öz praktikasında fəxri və ştatdankənar konsullardan
istifadə edirlər. Adətən, fəxri konsullar konsulluğun yerləşdiyi dövlətdə
daimi yaşayan şəxslərin sırasından təyin olunur. Onlar təyin edən dövlətin
dövlət qulluqçuları ştatında hesab
54
olunurlar və bu işə məvacib almırlar.
Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin XIII fəsli
ştatdankənar konsullara həsr olunmuşdur. Burada deyilir: “Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi konsulluğun yerləşdiyi dövlətin
razılığına əsasən ayrı-ayrı konsul funksiyalarının yerinə yetirilməsini
ştatdankənar konsullara tapşıra bilər” (95-ci maddə); “Ştatdankənar
konsulların funksiyalarını Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi müəyyənləşdirir” (96-cı maddə); “Ştatdankənar konsullar
Azərbaycan Respublikasının dövlət qulluğunda olmurlar” (97-ci maddə).
Az.ərbaycan Respublikası yalnız əsasən şlatlı konsullardan istifadə edir.
Konsulluq
münasibətləri
haqqında
1963-cü
il
Vyana
Konvensiyasına görə, konsulluqlar aşağıdakı funksiyaları həyata
keçirirlər:
1.
öz dövlətinin, onun hüquqi şəxslərinin və vətəndaşlarının
mənafelərini qorumaq;
2.
öz dövləti ilə qəbul edən dövlət arasında ticarət, iqtisadi,
mədəni, elmi və digər əlaqələrin inkişafına yardım göstərmək;
3.
konsulluq dairəsinin iqtisadi və siyasi həyatına dair məlumat
toplamaq və öz dövlətinin Xarici İşlər Nazirliyinə çatdırmaq;
4.
öz dövlətinin vətəndaşları üçün inzibati və notariat funksiyaları
həyata keçirmək (mülki-hüquqi vəzifələri yerinə yetirmək - kəbin, ölüm,
doğum qeydiyyatı aparmaq, gediş-gəlişini təmin etmək və. s);
5.
öz dövlətinin dəniz və hava gəmilərinə, digər nəqliyyat növləri
və onların heyəti ilə bağlı müəyyən vəzifələr yerinə yetirmək;
6.
öz dövlətinə səfər edən əcnəbilərə vizalar vermək və s.
1963-cü il Konvensiyasına görə, konsulluq idarəsinin heyəti
üç kateqoriyaya bölünür:
1.
konsulluq xidmətində olan və konsulluq funksiyalarını yerinə
yetirən vəzifəli şəxslər;
2.
inzibati-texniki işləri yerinə yetirən konsul qulluqçulqrı;
55
3.
xidmətçi heyət.
Konsulun funksiyaları aşağıdakı hallarda sona yetir:
-
onu təyin etmiş dövlət tərəfindən konsulun geri çağırılması;
-
konsulun persona non qrata elan olunması;
-
konsul patentinin müddətinin başa çatması;
-
konsulluq dairəsinin yerləşdiyi ərazinin qəbul edən dövlətin
suverenliyindən çıxması;
> konsulluq idarəsinin bağlanması;
-
konsulluq münasibətlərinin xitam olunması;
-
təmsil olunan dövlət ilə qəbul edən dövlət arasında müharibə
başlaması.
Azərbaycan Respublikası konsulluqlarının heyəti, funksiyaları,
funksiyaların həyata keçirilməsi qaydası və digər rnəsələlər Azərbaycan
Respublikasının 8 fevral 1994-cü il tarixli Qimunu ilə təsdiq edilmiş
Azərbaycan Respublikasının Konsul Nizamnaməsində öz əksini
tapmışdır.
Diplomatik nümayəndəliklərin fəaliyyətinin tənzimlənməsində
beynəlxalq hüquq və dövlətdaxili hüququn qarşılıqlı əlaqəsi.
Diplomatik nümayəndəliklərin və onların personalının beynəlxalq
hüquqi statusu “diplomatiya hüququ” adı altında birləşən beynəlxalq
hüquq normaları ilə tənzimlənir.
Baxmayaraq ki, diplomatiya hüququ beynəlxalq hüququn ənənəvi
bir sahəsidir, onun doktrinasında bu vaxta qədər bu sahənin normalar
sistemi bir vahid şəkildə işlənməmişdir. Hüquq ədəbiyyatında
“diplomatiya hüququ” anlayışına iki müxtəlif yanaşma mövcuddur: geniş
və dar mənada. Geniş mənada diplomatiya hüququ adı altında dövlətin
xarici əlaqələr orqanının status və funksiyalarını tənzimləyən beynəlxalq
hüquq normalarının sistemi, xüsusilə də diplomatik nümayəndəlik və
konsul idarələrinə, xüsusi missiyalara, beynəlxalq təşkilatlarda
dövlətlərin nümayəndəliklərinə, beynəlxalq təşkilatların və onların
əməkdaşlarının imtiyaz və immunitetlərinə aid olan normalar başa
düşülür. Dar mənada diplomatiya hüququ yalnız diplomatik
nümayəndəliklərin funk
56
Dostları ilə paylaş: |