H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə20/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   16   17   18   19   20   21   22   23   ...   225

yaratmışdır. 

Bundan  əlavə  personalın  tərkibində  diplomat  hesab  edilməyən 

mütəxəssislər meydana gəlmişdir. Diplomatik nümayəndəliklər yanında 

diplomatik  fəaliyyətə  birbaşa  aidiyyəti  olmayan,  xüsusilə  də  daxili 

mühafizə xidməti kimi müxtəlif köməkçi orqanlar yaradılır. Diplomatik 

nümayəndəliklərin  funksiyaları  daha  rəngarəng  olmuş,  fəaliyyət 

metodları  mürəkkəbləşmiş,  diplomatların  hərəkət  marşrutları  barədə 

qabaqcadan  xəbər  vermə  qaydası  geniş  yayılmış,  diplomatik  poçtun 

göndərilməsinin  Vyana  Konvensiyasında  nəzərdə  tutulmayan  vasitələri 

(telekslə,  kompyuterlə)  və  s.  yaranmışdır.  Bütün  bu  dəyişikliklər 

diplomatik  nümayəndəliklərin  və  onların  personalının  statusuna  əsaslı 

surətdə təsir etmişdir. 

Son vaxtlar diplomatik heyət məskun olduğu dövlətin ərazisində 

sərbəst  yerdəyişmək  hüququna  malikdir  (bağlı  zonalar  olduğu  təqbirdə 

bunlar  haqqında  qaydaları  nəzərə  almaqla).  Diplomatların  bir  sıra 

ölkələrdə  mövcud  olan  xəbərdarlıq  qaydasında  yerdəyişməsi  yuxarıda 

göstərilmiş qaydaya zidd deyildir. 

Diplomatik  nümayəndəliklərin  və  onların  personalının  statutuna 

aid  olan  və  diplomatik  münasibətlər  haqqında  1961-ci  il  Vyana 

Konvensiyasında lazımi razılığı almayan (məsələn, diplomatik kuryerin 

statusu)  və  ya  ümumiyyətlə,  bu  məsələyə  toxunulmayan  (məsələn, 

diplomatın müvəqqəti rezidensiyasının immuniteti) məsələlər vardır. 

Dövlətlərin 

diplomatik 

təcrübəsində 

diplomatik 

nümayəndəliklərin və onların personalının statusunu tənzimləyən hüquq 

normalarının  təfsirində  dəyişikliklər  meydana  gəlmişdir.  Bu  dəyişiklər 

1961-ci  il  Vyana  Konvensiyasına  yenidən  baxmağa,  diplomatiya 

hüququnun  normalarının  gələcəkdə  yenidən  məcəllələş-  dirilməsinə 

ehtiyac yaratmışdır. 

Diplomatik kuryer vasitəsilə göndərilməyən diplomatik poçtun və 

diplomatik  kuryerin  statusu  haqqında  maddələrin  layihəsinin 

hazırlanması  üzrə  BMT-nin  Beynəlxalq  Hüquq  Komissiyası  tərəfindən 

yerinə  yetirilən  iş  xüsusilə  böyük  maraq  doğurur.  Lakin  diplomatiya 

hüququnun fəaliyyət göstərən normalarının effek 



60 


tivliyinin zəifləməsi təhlükəsi ilə bağlı Vyana Konvensiyasının yenidən 

baxılması  prosesinə  digər  bir  baxış  da  mövcuddur.  Bu  baxış  ABŞ  və 

Böyük Britaniya kimi dövlətlərin hökümətlərinin mövqeyində öz əsasını 

tapmışdır.  Bu  dövlətlərin  hökümətləri  Vyana  Konvensiyasına  yenidən 

baxmağa rəsmən öz etirazlarını bildirmişlər. 

Beləliklə,  diplomatik  nümayəndəliklərin  və  onların  personal- 

larının  statusunun  beynəlxalq-hüquqi  tənzimlənməsində  mövcud 

meyllərin analizi öz aktuallığı ilə seçilir. 

Diplomatiya hüququnun yaranması və inkişaf tarixi onu göstərir 

ki,  diplomatik  nümayəndəliklərin  statusunun  beynəlxalq  -  hüquqi 

tənzimlənməsi  üçün  iki  qarşı-qarşıya  qoyulmuş  meyllərin  mövcudluğu 

xarakterik  idi:  biri  imtiyaz  və  immunitetlərin  məh-  dudlaşdırılmasına 

yönəlmiş,  degəri  isə  imtiyaz  və  immunitetlərin  genişləndirilməsinə 

yönəlmişdir.  Onlar  yerləşdiyi  ölkədə  akkreditə  edən  dövlət  arasında 

maraqların toqquşması ilə əsaslanır və onların balanslaşdırılması əsasında 

diplomatik  nümayəndəliklərin  statusu  formalaşır.  Maliyyə  maraqlarını, 

dövlətin  təhlükəsizliyinin  təmin  edilməsi  maraqlarını  rəhbər  tutaraq, 

yerləşdiyi  dövlət  öz  ərazisində  imtiyazlı  əcnəbilərin  sayının  ixtisar 

edilməsinə  və  əcnəbi  diplomatik  nümayəndəliklər  tərəfindən  müxtəlif 

növ  sui-istifadə  hallarının  qarşısının  alınmasına  yönəldilmiş  hüquqi 

qarantiyaların  əldə  edilməsinə  cəhd  edir.  Akkreditə  edən  dövlət  isə 

xaricdə yerləşən nümayəndəliklərin və öz vətəndaşları üçün təhlükəsizliyi 

maksimal  dərəcədə  təmin  edilməsində,  onların  işi  üçün  əlverişli  şərait 

yaradılmasında  maraqlıdır.  İlk  baxışda  belə  fikir  ayrılığı  olmamalıdır, 

belə ki, hər bir dövlət prinsip etibarilə həm akkreditə edən, həm də qəbul 

edən,  dövlətdir.  Lakin  dövlətlər  arasında  onların  siyasi  sistemində, 

əhalinin  sayında,  coğrafi  mövqeyində,  maliyyə  və  digər  imkanlarının 

xarakterində, beynəlxalq aləmdə bu dövlətin real təsir dairəsi və s. fərqlər 

qaçılmazdır. Bu faktlar ona gətirib çıxarır ki, bu və ya digər mərhələdə hər 

bir dövlətdə ya akkreditə edən, ya da yerləşdiyi dövlətin maraqları qalib 

gəlir. 

Bununla bagiı öndə gedən dövlətlərin mövqeyi xüsusi maraq 



61 


doğurur.  Bir  tərfdən  bu  dövlətlər  xaricdə  inkişaf  etmiş  diplomatik 

nümayəndəliklər  şəbəkəsinə  malik  olaraq,  diplomatik  imtiyaz  və 

immunitetlərə,  onların  həmçinin  genişləndirilməsinə  ciddi  riayət 

edilməsində maraqlıdır. 50-ci illərin axırlarında qərb dövlətlərinin çoxu 

diplomatik  imtiyaz  və  immunitetlərin  dairəsinin  genişləndirilməsi 

tərəfdarları  kimi  çıxış  etdiyi  zaman  bu  maraqlılıq  özünü  Vyana 

Konvensiyasının layihəsinin hazırlanmasında tapdı. 

Diplomatik  nümayəndəliklərin  normal  fəaliyyət  göstərməsini 

stabil, etibarlı təminatına can atmaq xarici diplomatik nümayəndəliklərin 

imtiyaz  və  immunitetlərinin  açıq  və  kobud  şəkildə  pozulması  ilə 

xarakterik olmayan qərb dövlətlərinin müasir diplomatik təcrübəsində də 

özünü göstərir. 

1983-cü  il  6  sentyabr  tarixində  Avropa  Təhlükəsizlik  və 

Əməkdaşlıq 

üzrə 

müşavirənin 



iştirakçı 

olan 


dövlətlərin 

nümayəndələrinin  Madriddə  keçirilən  görüşünün  Yekun  sənədi  qəbul 

edilmişdir.  Bu  Yekun  sənədində  deyilir  ki,  “İştirakçı  dövlətlər 

konvensiyalarda  nəzərdə  tutulmuş  müddəaları  yerinə  yetirməyi  və  bu 

missiyaların  normal  fəaliyyəti  üçün  mümkün  qədər  əlverişli  şərait 

yaradacaqlarını öz öhdəliklərinə götürmüşlər. 

Digər  tərəfdən,  son  illərdə  Böyük  Britaniya,  ABŞ,  Fransa  kimi 

qərb dövlətlərində inzibati hüquq normalarının tətbiqi yolu ilə diplomatik 

imtiyaz  və  immunitetlərin  məhdudlaşdırılmasına  yönəldilmiş  daha  acıq 

siyasət yürüdülür. 

Diplomatik  imtiyaz  və  immunitetlərin  məhdudlaşdırılmasına 

yanaşmanın  əsas  səbəblərindən  biri  daxili  siyasi  yanaşma  mövqeyidir. 

Digər  bir  səbəb  isə  xarici  diplomatik  nümayəndəliklər  tərəfindən 

diplomatik  imtiyaz  və  immunitetlərdən  çoxsaylı  sui-  istifadə  hallarına 

qarşı qərb dövlətlərinin ictimaiyyətinin narazılığına yerləşmə dövlətinin 

hökümətinin  reaksiya  verməsinə  can  atmasıdır.  Son  illərdə  xarici 

diplomatlar tərəfindən yol hərəkəti qaydalarının daimi pozulmasına və bu 

yol  hərəkəti  qaydalarını  pozan  diplomatların  cəzasız  qalmasına  cavab 

olaraq  ABŞ,  Böyük  Britaniya,  Kanada  hökümətləri  diplomatik 

münasibətlər  haqqında 

1 9 6 I - C İ  

il  Vyana  Konvensiyası  ilə”  bir  araya 

sığmayan” 

62 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə