H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə12/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   8   9   10   11   12   13   14   15   ...   225

vo danışıqlar da bu dövlətdoki diplomatik nümayəndəlik vasitəsilə həyata 

keçirilir. Səfirlik və ya missiya yerləşdiyi ölkənin xarici işlər nazirliyi ilə, 

bundan əlavə diplomatik korpusla, yəni bu ölkədə akkreditə edilmiş digər 

ölkə nümayəndəlikləri ilə gündəlik əlaqə saxlayır. 

Yerləşdiyi  ölkənin  iqtisadi  və  siyasi  vəziyyəti  haqqında  öz 

hökümətinə  məlumat  vermək,  öz  dövlətinin  xarici  siyasəti  xeyrinə 

yerləşdiyi  ölkə  ilə  münasibətlərin  yaxşılaşdırılması  naminə  fəaliyyət 

göstərmək nümayəndəliyin mühüm vəzifəsidir. Hər bir səfirlik yerləşdiyi 

ölkədə  baş  verən  hadisələri  müşahidə  edir.  Bununla  bərabər,  hər  bir 

nümayəndəlik  öz  dövləti  üçün,  onun  siyasətinin  vəzifələrini  həyata 

keçirmək üçün nəyin xeyirli olması nöqteyi- nəzərdən hər addımını ciddi 

düşünməlidir.  Bu,  xüsusilə  dövlətlər  arasında  iqtisadi  və  mədəni 

münasibətlərin 

inkişafına, 

siyasi 

əlaqələrin 



genişlənməsi 

və 


möhkəmlənməsinə aiddir. 

Öz  dövlətinin  vətəndaşları  və  hüquqi  şəxslərinin  hüquq  və 

mənafelərinin  müdafiəsi  nümayəndəliyin  dövlət  orqanları,  məhkəmə  və 

digər təsisatlar, zəruri hallarda isə bu ölkənin höküməti qarşısında çıxış 

etməyini tələb edir. Bu zaman xarici nümayəndəliyin, onun diplomatik və 

digər  əməkdaşlarının  bütün  fəaliyyəti  yerləşdiyi  ölkənin  qanun  və 

adətlərini, dövlət və ictimai quruluşunu tanımağa və beynəlxalq hüququn 

hamı  tərəfindən  qəbul  edilmiş  prinsipinə  -  nümayəndəliyin  akkreditə 

edildiyi dövlətin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanır. 

Diplomatik nümayəndəliyin xaricdə normal fəaliyyəti üçün hamı 

tərəfindən  qəbul  edilmiş  birinci  şərt  -  bu  nümayəndəliyin  ərazisi  və 

binasının  toxunulmazlığı,  nümayəndəliyin  şəxsi  diplomatik  heyətinin 

diplomatik  immunitetidir.  Diplomatik  nümayəndəliyin  bu  hüquqi  halı 

beynəlxalq  hüquqda  hamı  tərəfindən  qəbul  edilmişdir.  Nümayəndəliyin 

toxunulmazlığının  və  diplomatik  immunitetinin  pozulması  beynəlxalq 

hüququn və dövlətin suveren hüquqlarının çox ciddi pozulması deməkdir. 

Buna  görə  də  adətən,  dövlətlər  belə  pozuntulara  çox  kəskin  münasibət 

göstərirlər. Ərazilərində belə pozuntular baş verən dövlətlərin hökümətləri 

bu cür 

35 



faktların  yolverilməzliyini  başa  düşür  və  dərhal  ziyan  çəkmiş  dövlətin 

hökümətinə  öz  təəssüflərini,  istintaq  aparılacağını  və  təqsirkarların 

cəzalandırılacağını  bildirirlər.  Çünki,  bütün  bunlar  edilməsə,  həmin 

nümayəndəliyin ölkədən getməsi və diplomatik münasibətlərin kəsilməsi 

məsələsi  ortaya  çıxar.  Ərazilərinin  toxunulmazlığı  qorunmadan  və 

diplomatik  immunitet  təmin  edilmədən  heç  bir  ölkədə  heç  bir 

nümayəndəlik  normal  fəaliyyət  göstərə  bilməz.  Bu  məsələlərdən  yeri 

gəldikcə növbəti bölmələrdə geniş bəhs olunacaqdır. 



36 


II BOLMƏ

 

XARİCDƏKİ DİPLOMATİK

 

NÜMAYƏNDƏLİKLƏRİN VƏZİFƏLƏRİ,

 

FƏALİYYƏTİ VƏ FUNKSİYALARI

 

Dövlətin  digər  dövlətlərlə  və  beynəlxalq  təşkilatlarla  xarici 

əlaqələrini həyata keçirən orqanlar dövlətdaxili və xarici orqanlara ayrılır. 

Dövlətdaxili  orqanlar  daim  həmin  dövlətin  ərazisində  fəaliyyət 

göstərən xarici orqanlarıdır. Bu orqanlar öz növbəsində iki növə ayrılır: 

1)

 



dövləti bütün məsələlər üzrə təmsil edən orqanlar

2)

 



dövləti hər hansı bir sahə üzrə təmsil edən orqanlar. 

Birinci qrupa dövlət başçısı, hökümət və Xarici İşlər Nazirliyi 

daxildir.  Dövlət  başçısı,  hökümət  başçısı  və  xarici  işlər  naziri  həmin 

dövləti  onun  xarici  əlaqələrində  bütün  məsələlər  üzrə  ex  qfficio  (yeni 

vəzifəsinə görə) təmsil edirlər. 

Azərbaycan  Respublikası  Konstitusiyasına  görə,  Azərbaycan 

Respublikasının  Prezidenti  “ölkənin  daxilində  və  xarici  münasibətlərdə 

Azərbaycan  dövlətini  təmsil  edir”  (8-ci  maddənin  I-ci  hissəsi).  109-cu 

maddəyə əsasən Prezident Azərbaycan Respublikasının xarici ölkələrdə 

və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi 

haqqında  Azərbaycan  Respublikası  Milli  Məclisinə  təqdimat  verir, 

Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda 

diplomatik nümayəndələrini təyin edir və geri çağırır (15-ci bənd); xarici 

ölkələrin  diplomatik  nümayəndələrinin  etimadnamə  və  övdətnamələrini 

qəbul  edir  (16-cı  bənd);  dövlətlərarası  və  hökümətlərarası  beynəlxalq 

müqavilələr  bağlayır,  dövlətlərarası  beynəlxalq  müqavilələri  təsdiq  və 

ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə 

37 



təqdim  edir;  təsdiqnamələri  imzalayır  (17-ci  bənd);  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  razılığı  ilə  müharibə  elan  edir  və  sülh 

bağlayır (30-cu bənd). 

Azərbaycan  Respublikasının  Höküməti  xarici  siyasətin  həyata 

keçirilməsinin  təmin  edilməsi  üzrə  tədbirlər  həyata  keçirir. 

Hökümətlərarası  və  idarələrarası  müqavilələr  müvafiq  olaraq  nazir  və 

nazirlik və ya idarə başçısı tərəfindən imzalanır və Hökümət tərəfindən 

təsdiq olunur. 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bilavasitə xarici 

əlaqələri həyata keçirən əsas orqandır və 2001-ci il iyunun 8- də qəbul 

olunmuş  “diplomatik  xidmət  haqqında”  Qanunun  2.2-ci  maddəsinə 

əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının vahid 

sisteminə xidmət edir. Azərbaycan Respublikasının Prezidentinin 1992-ci 

il  9  aprel  tarixli  660  saylı  Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan 

Respublikasının  Xarici  İşlər  Nazirliyi  haqqında”  Əsasnamədə  göstərilir 

ki,  “Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyi  Azərbaycan 

Respublikasının başqa dövlətlərlə və beynəlxalq təşkilatlatla əlaqələrinə 

rəhbərlik  edən  dövlət  idarəetmə  orqanıdır.  Azərbaycan  Respublikasının 

Xarici  İşlər  Nazirliyi  Azərbaycan  Respublikasının  xarici  siyasətinin 

həyata keçirilməsi, Azərbaycan Respublikasının xarici əlaqələr sahəsində 

işinin təşkili və vəziyyəti üçün məsuliyyət daşıyır”. 

Parlamentə  gəldikdəisə,  qeyd  etmək  lazımdır  ki,  xarici  siyasət 

məsələlərində bu orqan əslində mühüm rol oynayır. Parlamentlər bu və ya 

digər aktual beynəlxalq məsələlərə öz münasibətini bildirir, digər ölkənin 

parlamentlərinə  müraciətlər  qəbul  edir,  beynəlxalq  parlament 

təşkilatlarının (məsələn, Avropa Parlamenin, Avropa Şurasının Parlament 

Assambleyasının və s.) işində iştirak edir. Buna baxmayaraq Parlament 

beynəlxalq münasibətlərdə dövlətin təmsilçisi kimi çıxış etmir. O, dövlət 

adından  müqavilələr  bağimaq  səlahiyyətinə  malik  deyildir.  Parlament 

nümayəndələrinin verdikləri bəyanatlar müvafiq dövlət üçün beynəlxalq 

öhdəliklər döğurmur. 

Xarici  əlaqələr  həyata  keçirən  dövlətdaxili  orqanların  ikinci 

qrupuna, əsas etibarilə Azərbaycan Respublikasının nümunəsində

38 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə