H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə9/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   5   6   7   8   9   10   11   12   ...   225

tərkib hissəsi olmalıdır.' 

12.


 

Mərhum  ulu  öndərimiz  Heydər  Əliyevdən  sonra  prezident 

İlham  Əliyev  diplomatların  birinci  müşavirəsində  Azərbaycanın  xarici 

siyasətinin mühüm istiqamətlərindən biri kimi diaspora ilə işi müəyyən 

etmişdi.  Ötən  dövr  ərzində  diplomatlarımız  xüsusilə  akkreditə 

olunduqları  ölkələrdə  bu  vacib  məsələyə  daha  çox  diqqət  yetirmiş, 

müxtəlif ölkələrdəki güclü erməni lobbisinə qarşı Azərbaycan diasporunu 

daha  da  mütəşəkkiləşdirməyə  səy  göstərmişlər.  Xaricdəki  hüquqi  və 

fiziki  şəxs  olan  azərbaycanlılarımızın  öz  vətəninə  gəlib  -  getməsi  üçün 

pasport verilməsi, viza alınması və s. kimi konsulluq məsələlərinə diqqət 

artırılmışdır. Bununla belə 2006-cı ilin martında Bakıda keçirilmiş Dünya 

Azərbaycanlırarının U qurultayının qarşıya qoyduqu vəzifələr daha əzmlə 

həyata keçirilməlidir. 

13.


 

Cənab  prezident  birinci  müşavirədə  olduğu  kimi  son 

müşavirədə  də  Azərbaycanın  diplomatiya  sahəsindəki  uğurlarını  kadr 

siyasətinin düzgün aparılmasında görür. Son iki il dövründə XFN-də bir 

sıra kadr dəyişikliyi edilmiş, 10-15 il eyni ölkədə işləyən diplomatlarımız 

dəyişdirilmiş, yeniləri ilə əvəz olunmuşlar. Diplomatik xidmət orqanları 

rəhbərlərinin  işinə  nəzarət  daha  da  güclənmiş,  onların  işinin 

uzunmüddətli planlaşdırılması və müvafiq hesabatların təqdim olunması 

daha  səmərəli təmin  edilmişdir.  Diplomatik  xidmətə ən  layiqli  kadrları 

cəlb  etmək  məqsədi  ilə  son  iki  il  ərzində  diplomatik  işə  qəbul, 

Azərbaycanın  Xarici  İşlər  Naziri  Elmar  Məmmədyarovun  son 

müşavirədə  canab  prezidentə  verdiyi  məlumata  əsasən,  artıq  iki  dəfə 

müsabiqə  əsasında  mərhələli  test  üsulu  ilə  təşkil  olunmuşdur.  İndiki 

kadrların peşəkarlığının artırılması məqsədi ilə Azərbaycan XİN-də təlim 

və  ixtisasartırma  kursları  təşkil  edilmişdir.  Azərbaycanın  əsas  xarici 

əlaqələr orqanı olan XİN-də struktur təkmilləşdirilməsi istiqamətində də 

işlər  davam  etdirilir.  Diplomatların  iki  müşavirəsi  arasındakı  dövrdə 

Nazirliyin Kollegiyası və bir sıra yeni struktur bölmələri 

Hacıyev M.İ. Prezident İ. Əliyev və Azərbaycanın xarici siyasətinin konseptual məsələləri. 

MAA-nın Elmi Məcmuələri, cild 8, № 3, 2006. 

26 



yaradılmışdır; belə ki, indi Azərbaycanın XİN-də 21 struktur bölmə - 17 

idarə, 4 bölmə fəaliyyət göstərir. 

Milli  diplomatik  kadrlarımızın  hazırlanmasının  səmərəliliyini 

artırmaq  üçün  Azərbaycan  prezidentinin  sərəncamı  ilə  Azərbaycan 

XİN-yi  nəzdində  Diplomatik  Akademiyaya  təsis  edilmiş,  Azərbaycan 

diplomatiyasının gələcəyi üçün çox vacib olan bu akademiyaya ABŞ-da 

uzun  illər  uğurla  Azərbaycan  səfiri  işləmiş  professor  Hafiz  Paşayev 

rektor  təyin  olunmuşdur.  Azərbaycan  diplomatiyasını  daha  səriştəli  və 

dünya  hadisələrindən  daha  bacarıqla  baş  çıxara  bilən  kadrlarla  təmin 

etmək yaxın illərdə qarşıda duran ən mühüm məsələlərdəndir. 

14.

 

Azərbaycan  prezidentinin  birinci  müşavirədə  diplomatlar 



qarşısında  qoyduğu  məsələlər  sırasında  diplomatiyada  qüvvələr 

tarazlaşması  adlanan  optimal  vəziyyətə  nail  olmaq,  Azərbaycan 

diplomatiyasının  bugünkü  dünyanın  qlobaqllaşma  prosesində  müsbət 

müstəviyə  düşə  bilməsi  üçün  demokratik  dəyişikliklərin  misilsiz 

əhəmiyyətindən  səmərəli  və  vaxtında  istifadə  etmək  tələbi  də  öz 

kəsginliyi  ilə  dururdu.  Keçən  iki  illik  müddət  ərzində  Azərbaycan 

diplomatiyası  bu  günün  aktual  beynəlxalq  və  qlobal  problemləri 

sahəsində  də  Azərbaycanın  milli  maraqlarının  qorunub  saxlanmasında, 

Azərbaycanın  dövlət  maraqlarına  üstünlük  verilməsində  də  sevindirici 

uğurlar  qazanmışlar.  Bunun  da  nəticəsində  Azərbaycan  dünya  siyasət 

aləminə  daha  cəsarətlə  inteqrasiya  olunur.  Bu  da  xarici  siyasətinin 

müstəqil  və  heç  bir  dövlətdən  asılı  olmayaraq  aparılmasını  sübut  edən 

göstəricidir  və  elə  buna  görə  də  cənab  prezidentimiz  İlham  Əliyev  bu 

məsələyə xüsusi əhəmiyyət verməyi diplomatik xidmət orqanlarımızdan 

tələb edir. 



Azərbaycanın xarici siyasətinin əsas konseptual məsələləri kimi 

yuxarıdakılar diqqəti cəlb etməklə xarici siyasət orqanlarımız qarşısında 

yeni vəzifələr və tələblər qoyur. 

Tam qətiyyətlə demək olar ki, Azərbaycanın xarici siyasətinin iki 

illik uğurlu yoluna, bu sahədə görülmüş işlərin təhlilinə həsr olunmuş 14 

avqust  2006  il  müşavirəsi  müstəqil  Azərbaycanın  müstəqil  xarici 

siyasətinin daha geniş üfüqlərini təyin etməklə ölkə 

27 



mizin  tarixində  özünə  layiq  yerini  tutacaqdır.  Canab  prezident  İlham 

Əliyev  demişkən,  bu  müşavirə  bir  daha  təsdiq  etdi  ki,  “Azərbaycanın 

xarici  siyasəti  həm  ikitərəfli  fonnatda,  həm  də  beynəlxalq  təşkilatlar 

çərçivəsində  çox  uğurludur,  düşünülmüş  siyasətdir.  Son  illər  ərzində 

aparılan işlər onu göstərir ki, Azərbaycanın dünyadakı mövqeləri daha da 

möhkəmlənir”. 

Müşavirədə  belə  bir  həqiqət  tam  aydınlığı  ilə  bəyan  edildi  ki, 

bütün başqa sahələrdə olduğu kimi xarici siyasət cəbhəsində də ölkəmiz 

inkişaf edir və bu inkişaf Azərbaycanı güclü dövlətə çevirməkdə mühüm 

rol  oynayır.  Bu  reallıqla  dünya  birliyi  ölkələri  də  razılaşmalı  olurlar. 

Təsadüfi  deyil  ki,  dünyanın  ən  böyük  aparıcı  dövlətləri  olan  BMT-nin 

'Fəhlükəsizlik Şurasının beş daimi üzvü ölkələrinə son iki - 2004-2006-cı 

illərdə Azərbaycan prezidenti rəsmi səfərlər etmiş, bu ölkələrin rəhbərləri 

ilə bərabərhüquqlu müzakirələr aparmışdır. 

Bu  səfərlər  əhəmiyyətinə  görə  Azərbaycanın  bugünkü  xarici 

siyasətinin əsl qələbəsidir. Canab İlham Əliyev bu məsələnin beynəlxalq 

əhəmiyyətindən  bəhs  edərkən  bununla  əlaqədar  demişdir:  “Dünyanın 

aparıcı  ölkələri  ilə  bizim  çox  səmərəli  münasibətlərimiz,  bir  tərəfdən, 

əlbəttə ki, Azərbaycanın önəmindən xəbər verir, digər tərəfdən, şübhəsiz 

ki, Azərbaycanın düşünülmüş xarici siyasət prinsiplərindən irəli gəlir”. 

Ölkə prezidenti xarici siyasətimizə dair yuxarıda sadalanan bütün 

problemlərə  -  Respublikamızın  diplomatik  xidmət  orqanları  qarşısında 

qoyduğu  diplomatik  fəaliyyətin  konseptual  məsələlərinə  aid  verdiyi 

tapşırıqların  əhəmiyyətinə  dönə  -  dönə  diqqəti  cəlb  edərək  göstərir  ki, 

bütün  bu  məsələlərdə  ilkin  olaraq  Azərbaycan  maraqlarını  gözləmək 

lazımdır.  Prezidentimizin  tələbinə  görə  elə  etməliyik  ki,  Azərbaycanın 

xarici  siyasəti  əsas  bir  məqsədə  -  Azərbaycanı qorumağa  xidmət  etsin, 

xarici  siyasətin  bu  konseptual  məsələlərinin  uğurlu  həlli  Azərbaycanın 

qarşısında  qalxan  kimi  dayansın  və  ölkəmizin  inkişafına  səbəb  olsun, 

bununla  da  ölkə  öz  istəyinə  nail  olsun,  insanlarımız  daha  da  yaxşı 

yaşasınlar. Müşavirədək! dolqun və dərin məzmunlu nitqinin sonunda 

28 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə