H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə6/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   2   3   4   5   6   7   8   9   ...   225

təmin edildi. 

Xarici  neft  şirkətləri  ilə  səmərəli  əməkdaşlıq  qurmaq,  ölkənin 

daxili  maraqlarını  maksimum  təmin  etmək,  xarici  siyasətdə  mötəbər 

dayaq qazanmaq Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan 

Prezidenti İlham Əliyevin gərgin əməyi və hünəri ilə mümkün olmuşdur. 

Heydər  Əliyev  qüdrəti  və  müstəsna  iradəsi  ilə  tarixi  “İpək 

Yolu”nun  yenidən  bərpa  edilməsi  və  reallaşdırılması,  Şərq-Qərb  enerji 

dəhlizinin  şah  damarı  sayılan  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru 

kəmərinin  tikintisinin  əfsanədən  reallığa  çevrilməsi  dünyanı  heyran 

qoydu. Dövlət, Vətən, millət və bəşəriyyət qarşısında müstəsna xidmətləri 

Heydər Əliyevi ölməzlik zirvəsinə yüksəltdi. 

Səkkizinci  mərhələ:  Ümummilli  liderimiz  Heydər  Əliyevin 

siyasi  kursu  ilə  Müstəqil  Azərbaycan  Respublikasının  inkişaf 

etdirilməsi. Bu missiya Heydər Əliyev siyasi kursunu dönmədən həyata 

keçirən,  yüksək  liderlik  keyfiyyətlərinə  malik  Azərbaycan  Prezidenti 

İlham  Əliyevin  üzərinə  düşüb.  “Azərbaycan  Respublikasında 

sosial-iqtisadi  inkişafın  sürətlənməsi  tədbirləri  haqqında”  24  noyabr 

2003-cü  il  tarixli  Prezident  fərmanının  və  “Azərbaycan  Respublikası 

regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”nın  (2004-2008-ci 

illər)  qəbul  edilməsi  ümummilli  liderimiz'  Heydər  Əliyevin  daimyaşar 

ideyalarının  uğurla  reallaşmasına  bariz  nümunədir.  Cənab  İlham 



Əliyevin prezidentiliyi dövründə üç ildə (2003-2006) ölkədə 500 minə 

yaxın yeni iş yerinin açılması, beynəlxalq aləmdə dövlətimizin nüfuzunun 

artması,  insanlarımızın  sosial  həyat  şəraitinin  günbəgün  yaxşılaşması 

müstəqil  Azərbaycanın  parlaq  gələcəyə  doğru  inamlı  yolda  olduğunu 

bəyan edir. 

Prezident  İlham  Əliyevin  yürütdüyü  daxili  və  xarici  siyasətin, 

həyata  keçirdiyi  qlobal  quruculuq,  iqtisadi  layihələrin  nəticələri  onun 

düzgün və səmərəli siyasi kursundan xəbər verir. 

Ulu milli öndərimiz Heydər Əliyev siyasətinin davamı olaraq 

' Quliyev İ. O. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir. I

VIA

A- ıım Elmi 

Məcmuələri. Cild 6, №2, 2004. 

17 



Azərbaycan  Respublikasının  müasir  mərhələdə  iqtisadi,  sosyal,  mədəni 

və  s.  sahələrdə  sürətli  inkişafı  ölkənin  siyasi  cəbhədə,  o  cümlədən 

beynəlxalq  münasibətlər  sahəsində  də  fərəhləndirici  uğurlara  səbəb 

olmuşdur. Bu uğurların mərkəzində ölkənin daxili ictimai - siyasi sabitliyi 

durur.  Hər  bir  ölkənin  xarici  siyasəti  də  onun  möhkəm  və  sabit  daxili 

durumunun inamlı davamıdır. 

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının 

diplomatik  xidmət  orqanları  rəhbərlərinin  14  avqust  2006-  cı  il 

Müşavirəsindəki  geniş  və  məzmunlu  nitqində  xarici  siyasətimizin 

müxtəlif  konseptual  məsələlərindən,  o  cümlədən  bu  məsələdən  bəhs 

edərkən göstərir ki, xarici siyasətin uğurlu olması onun daxili siyasətlə 

uzlaşmasından, və ya uyğunlaşdın İmasından çox asılıdır. Belə uyğunluq 

isə  ölkəmizi  hərtərəfli  inkişaf  etdirəcək,  çox  güclü  regional  dövlətə 

çevirəcəkdir. 

Ölkənin  sabit  daxili  vəziyyəti  və  yüksələn  xətlə  iqtisadi  inkişafı 

nəinki təkcə xarici kapitalın və böyük invesisiyaların ölkə iqtisadiyyatına 

cəlb olunmasına səbəb olur, həm də bu vəziyyət ən nüfuzlu beynəlxalq 

təşkilatların  və  aparıcı  dünya  dövlətlərinin  siyasi  nümayəndəliklərlə 

Azərbaycanda təmsil olunmasına şərait yaradır. Respublikamızın yüksək 

sürətli  inkişafı  ölkəmizi  dünyada  gedən  proseslərin  uğurlu  və  fəal 

iştirakçısına çevirmişdir. Bu da düzgün və məqsədli xarici siyasətimizin 

səmərəli  bəhrəsidir.  Ulu  öndər  H.  Əliyevin  siyasətinin  davamı  olaraq 

ölkənin  bütün  taleyüklü  məsələlərində  olduğu  kimi  xarici  siyasət 

məsələlərində  də  prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə  qazanılmış 

uğurlar  yüksək  səviyyədə  Azərbaycanın  beynəlxalq  aləmə  sürətli 

inteqrasiyasını  təmin  etmişdir.  Hələ  prezidentliyinin  ilk  dövründə  bu 

sahədə  diplomatiyamız  qarşısında  ciddi  tələblər  qoyan  Azərbaycan 

prezidenti  İlham  Əliyev  27  iyul  2004-cü  ildə  xarici  ölkələrdə  fəaliyyət 

göstərən  diplomatik  nümayəndəliklərin  başçıları  ilə  keçirilən  görüşdə 

xaricdəki  səfirliklərimizin  fəaliyyətinə  böyük  əhəmiyyət  vermiş, 

beynəlxalq  təşkilatlarda  işləyən  diplomatlarımızdan  öz  fəaliyyətlərini 

Azərbaycanın  milli  maraqlarına  uyğun  qurmağı  tələb  etmişdi. 

Azərbaycanın müstəqilliyinin davamlı olaraq qorunub 

18 



saxlanması  üçün  məsələnin  əhəmiyyətini  nəzərə  alan  cənab  prezident  İ. 

Əliyev  öz  sərəncamları  ilə  xaricdəki  diplomatik  nümayəndəliklərimizin 

sayını  getdikcə  artırılmasına  çalışır  və  xarici  ölkələrdə  yeni  -  yeni 

səfirliklərimizin açılması üçün bütün imkanlardan istifadə edir. 

Cənab prezident diplomatik xidmət orqanlarının rəhbərləri ilə iki il 

bundan əvvəl - 2004-də keçirilmiş yuxanda göstərdiyimiz müşavirədə də 

Azərbaycan  xarici  siyasətinin  əsas  prereqativlərini  və  konseptual 

məsələlərini  geniş  şərh  etmiş,  Azərbaycanın  xarici  siyasətini  həyata 

keçirmək  vəzifəsini  yerinə  yetirən  diplomatlara  konkret  tapşırıqlar 

vermişdi.' 

Bu  məsələləri  inkişaf  etdirmək  üçün  daha  geniş  imkanlar 

yarandığını  cənab  prezident  İ.  Əliyev  Azərbaycan  Respublikasının 

diplomatik xidmət orqanları rəhbərlərinin ikinci müşavirəsində (14 avqust 

2006 il) də təkidlə qeyd etmişdir.^ Elə bunun nəticəsidir ki, göstərdiyimiz 

iki müşavirə arasındakı qıssa - cəmi iki illik zaman kəsiyinə baxmayaraq 

xaricdəki diplomatik nümayəndəliklərimizin sayı arasında hiss olunacaq 

fərqlər yaranmışdır. 

Əyər iyul 2004-cü ilə qədər Azərbaycanın xaricdə 21 səfirliyi və 5 

daimi  nümayəndəliyi,  2  baş  konsulluğu  fəaliyyət  göstərirdisə,  ikinci 

müşavirənin  keçirildiyi  14  avqust  2006-cı  il  tarixində  bu  rəqəmlər 

müvafiq  olaraq  37  səfirlik,  20  diplomatik  nümayəndəlik  və  5  baş 

konsulluğa  çatdırılmışdır.  Respublikamızın  hələlik  çətin  maddi 

imkanlarına baxmayaraq 2006-cı il avqust ayı məlumatına görə ölkəmizin 

təkcə  xarici  diplomatik  orqanlarında  diplomatik  nümayəndəlikləri  və 

konsulluqlarında  278  diplomatı  fəaliyyət  göstərərək  Azərbaycanın 

müstəqil  xarici  siyasətini  həyata  keçirirlər.  (Bundan  sonra  da  bir  neçə 

səfirlik  və  konsulluq  açılmışdır.)  Müxtəlif  beynəlxalq  və  regional 

təşkilatlarda işləyən diplomatlarımızı da bura əlavə etsək bu rəqəm xeyli 

böyüyür ki, bu da ölkə 

'  Hacıyev  M.İ.  Yeni  mərholəda  Azərbaycan  diplomatiyasının  səciyyəvi  xüsusiyyətləri  və 

vəzifələri. MAA~nın Elmİ Məcmuələri. Cild 6, №4, 2004. 

^ Əliyev İ.H. Azərbaycan ölkəmizin milli maraqlarını qoruyan tam müstəqil xarici siyasət 

aparır. “Respublika” qəz., 15.08.06. 

19 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə