H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə3/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   2   3   4   5   6   7   8   9   ...   225

Kitaba mühazirələrimdəki bir sıra vacib mətləbləri, həm- müəllifı 

olduğum  “Diplomatiya:  ensiklopedik  lüğət”  (Bakı,  DipU  (hazırki 

IMAU),  “Diplomaf’nəşriyyatı,  2005)  kitabında  çap  olunmuş 

məqalələrimi, həmkarlarımın həmin kitabdakı bəzi maraqlı yazılarından 

parçaları,  prof.  Fikrət  Sadixovun  “Diplomatik  fəaliyyət  və  protokol” 

(Bakı,  1993),  Çingiz  Məmmədəlizadənin  “Diplomatik  xidmət  və 

diplomatik  protokolun  əsasları”  (Bakı,  2001,  rus  dilində),  yenə  prof. 

Fikrət  Sadixovun  olquqca  faydalı  və  son  kitabı  olan  “Azərbaycan 

diplomatik  xidməti;  Siyasi  prioritetlər,  formalaşma  mərhələləri”  (Bakı, 

2004, rus dilində), həmçinin Azərbaycan diplomatiyası, ölkəmizin xarici 

siyasətinin ən son dövrlərinə dair (2000-2006 illər) bir neçə məqaləmdən 

ibarət mətnləri, diplomatik protokol və diplomatik xidmətə dair bir sıra 

beynəlxalq  konvensiyaları,  Azərbaycan  Respublikasının  bu  məsələlərə 

dair bir sıra qanunlarını və s. bir yerə toplayaraq diplomatik xidmət və 

diplomatik  protokol,  beynəlxalq  münasibətlər,  xarici  beynəlxalq 

münasibətlər nəzəriyyəsi, beynəlxalq müqavilələrin bağlanması forması 

və s. məsələlərlə maraqlanan oxucularımıza təqdim etməyi lazım bildim. 

İstifadəni  asanlaşdırmaq  üçün  diplomatik  protokola  aid  bu  stolüstü 

kitabdakı  əsas  terminləri əsasən əlifba  sırası  ilə  verməyi  vacib  sandım. 

Kitabdakı əlavələr hissəsinin də gələcək diplomatlar və xarici fəaliyyətlə 

əlaqədar olan işgüzar insanlar üçün maraqlı olacağını güman edirəm. Bu 

hissədə müəllifin diplomatik protokol və xarici əlaqələr  və onun aktual 

problemlərinə  dair  bir  neçə  məqaləsi,  dövlətin  xarici  əlaqələr 

orqanlarında  işləməyə  hazırlaşanlar  üçün  test  sualları  və  s.  verilmişdir. 

Xeyrxah məqsədli köməyə görə əvvəlcədən təşəkkür edirəm. 

Maqsud Hacıyev 

Bakı, fevral 2007 



I BOLMƏ

 

DİPLOMATİK PROTOKOL VƏ AZƏRBAYCANIN

 

MÜASİR XARİCİ SİYASƏTİ

 

Müstəqil  Azərbaycanın  xarici  siyasətini  həyata  keçirən  müasir 

diplomat  bu  siyasətin  əsas  vəzifələri  haqqında  geniş  məlumata  malik 

olmalıdır və yerləşdiyi ölkədə bunları təbliq etməlidir. 

30.

 

VIII.1991  ildə  Azərbaycan  Respublikası  Ali  Sovetinin 



növbədənkanar  sessiyası  “Azərbaycan  Respublikasının  dövlət 

müstəqilliyinin  bərpası  haqqında”  Bəyannamə,  18.X.1991-də  isə 

Azərbaycan  Respublikasının  Ali  Soveti  “Azərbaycan  Respublikasının 

dövlət  müstəqilliyi  haqqında”  Konstitusiya  Aktını  qəbul  etdi. 

30.XII.1991  ildə  “Azərbaycan  Respublikasının  müstəqilliyi  haqqında” 

Konstitusiya aktı referendum yolu ilə Azərbaycan xalqı tərəfindən təsdiq 

edildi. 

Azərbaycan 

Respublikasının 

beynəlxalq 

münasibətlərdə 

mövqeyini aşağıdakı prinsiplər müəyyən edir: 

1.

 

Beynəlxalq  hüququn  subyekti  olan  dövlətlərin  suveren 



bərabərlik prinsipinə riayət etmək

2.

 



Beynəlxalq münasibətlərdə zor iştətməkdən imtina etmək

3.

 



Başqa ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmaq

4.

 



Dünya  birliyi  tərəfindən  tanınmış  dövlət  sərhədlərinin 

toxunulmazlığına riayət etmək; 

5.

 

Beynəlxalq  münaqişələrin  və  mübahisəli  məsələlərin  dinc 



yolla, diplomatik vasitələrlə həllinə çalışmaq; 

6.

 



Beynəlxalq sənədlərlə qəbul edilmiş təəhhüdlərə sadiq qalmaq; 

7.

 



Vahid  dünya  bazarında  ədalətli  qiymət  sisteminin 

fonualaşmasına kömək etmək

8.

 

Başqa ölkələrin daxili işlərinə qarışmamaq; 




9.

 

İnsan hüquqularına hörmət etmək



10.

 

Ümumbəşəri dəyərlərin qorunmasında iştirak etmək



11.

 

Beynəlxalq  münasibətlərin  əsas  problemlərinin  həllində 



yaxından iştirak etmək; 

12.


 

Qarşılıqlı  faydalanma  prinsipi  əsasında  səmərəli  beynəlxalq 

texniki iqtisadi əməkdaşlıq etmək. 

Azərbaycan  Respublikasının  xarici  siyasətinin  strategiyası  və 

taktiki istiqamətləri məhz bu prinsiplər əsasında qurulur və inkişaf edir. 

Azərbaycan  Respublikası  xalqımızın  müstəqillik  uğrunda 

mübarizəsində,  istiqlalımızn  qorunmasında  və  əbədi  olmasında  ’ 

ümummilli  lider  Heydər  Əliyevin  müstəsna  xidmətləri  vardır. 

Azərbaycanda müstəqil dövlət quruculuğunun Heydər Əliyev mərhələsi 

elmi  və  nəzəri  cəhətdən  dərin  araşdırmalar  tələb  edir.  Bunu  bir  neçə 

mərhələyə bölmək olar: 

Birinci  mərhələ:  Müstəqilliyə  gedən  yol.  Müstəqil  dövlətin 

vətəndaşı olmaq hər bir insanın arzusudur. Lakin bu arzu heç də həmişə, 

həmin  tarixi  anda  insanlara  nəsib  olmayıb.  Tarix  sübut  elmişdir  ki, 

insanların müstəqil dövlətdə yaşamaq arzusu yalnız bütöv xalqın suveren 

hüququ kimi reallaşdıqda mümkündür. Digər xalqlar kimi, Azərbaycan 

xalqı da daimi öz qəlbində müstəqil yaşamaq, müstəqil dövlət vətəndaşı 

olmaq ümidini yaşatmışdır. 

Azərbaycan  öz  tarixinin  bütün  mərhələlərində  müstəqil  dövlət 

quruculuğu  uğrunda  mübarizə  aparmışdır.  Müəyyən  vaxtlarda  bu 

mübarizə nəticəsində müstəqil dövlət kimi milli- mənəvi sərvətinə sahib 

çıxa bilmişdir. 

Müasir  dünyanın  siyasi  xəritəsində  mövcud  olan  dövlətlərin 

müstəqillik tarixi müxtəlifdir. Dövlətçilik ənənəsi qədim olan elə xalqlar 

da  vardır  ki,  bütün  mövcud  olduğu  tarix  boyu  müstəqillik  uğrunda 

mübarizə  aparmışdır.  Azərbaycanda  da  müstəqil  dövlət  quruculuğu 

prosesinin  kökləri  qədimdir.  Müstəqilliyə  gedən  yol  isə  çox  çətin  və 

keşməkəşlidir. 

XIX əsrin əvvəllərində şox çətin şəraitdə, 1918-ci il may 



İOliyev 11.0, Müslnqilliyimiz əbədidir. I kitab. Bakı, 1997. 

10 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə