H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə5/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   2   3   4   5   6   7   8   9   ...   225

aşkar görən ümummilli liderimiz ardıcıl və cəsarətli, qəti addımlar atdı. 

İlk növbədə ölkə daxilində böhranlı vəziyyəti aradan qaldırmağa nail oldu 

və  sabitliyi  bərqərar  etdi.  Bütün  qüvvələr  müstəqilliyimizin  və  ərazi 

bütövlüyümüzün qorunmasına yönəldi. Dağlıq Qarabağ probleminin sülh 

yolu  ilə  həll  edilməsi  istiqamətində  regional  və  beynəlxalq  təşkilatlar 

səviyyəsində mühüm qərar və qətnamələrin qəbul edilməsinə nail oldu. 

Dördüncü mərhələ: Dövlətin xarici siyasəti. Ümummilli liderimiz 

Heydər  Əliyevin  həyata  keçirdiyi  sülhsevər  xarici  siyasət  sistemli, 

çoxsahəli  olmaqla  beynəlxalq  miqyasda  yeni  tərəfdaş  ölkələrin 

axtarılmasına,  güclü  iqtisadi  və  siyasi  strukturlar  sisteminin 

yaradılmasına, ümumilikdə respublikanın maraqlarına xidmət edirdi. 

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xarici siyasətinin 

əsas istiqamətlərindən biri xarici səfərləridir. Heydər Əliyev siyasətinin 

incəliyi  ondadır  ki,  ölkənin  xarici  aləmində  mövqeyini  möhkəmlətmək 

üçün ilk xarici səfərlər dünyanın səkkiz güclü dövlətinə edilmiş və hər 

biri  ilə  ikitərəfli  dostluq,  əməkdaşlıq  çərçivəsində  mühüm  əhəmiyyət 

kəsb edən müqavilələr imzalanmış və reallaşdırılmışdır. 

1993-


 

2003-cü  illər  ərzində  Azərbaycan  Respublikasının 

Prezidenti  kimi  o,  dünyanın  33  ölkəsinə 79  dəfə səfər  edərək  üst-  üstə 

2326  tədbirdə  iştirak  etmiş,  431  sənəd  imzalanmışdır.  Diplomatiyanın 

söykəndiyi mühüm konseptual məqam olan - “hər bir iqtisadi müqavilə 

eyni  zamanda  siyasi  nəticələr  verir”  mülahizəsi  Heydər  Əliyev  xarici 

siyasətində daha bariz təzahür edir. 

Bu  illər  Azərbaycanın  xarici  siyasəti  sahəsində  əldə  etdiyi 

nailiyyətlər  ümummilli  liderimiz  Heydər  Əliyevin  adı  ilə  bağlıdır.  Bu 

istiqamətdə  aparılan  gərgin  işlərin  nəticəsini  aşağıdakı  kimi 

ümumiləşdirmək olar: 

a)

 



ortaq sərhədimiz olan, ən yaxın qonşu dövlətlərlə siyasi, iqtisadi 

və ikitərəfli əməkdaşlıqlar bərpa edildi və yaradıldı. 

b)

 

dünya siyasətinə təsir etmək nüfuzunda olan super dövlətlərlə, o 



cümlədən ABŞ, Çin, Rusiya, Fransa, İngiltərə və s. 

14 


dövlətlərlə ikitərəfli, bərabərhüquqlu əməkdaşlıq münasibətləri yaradıldı. 

c)

 



dünyanın  hesablaşdığı  beynəlxalq  və  regional  təşkilatlara  və 

birliklərə respublikamızın üzvlük məsələsi müsbət həllini tapdı. 

d)

 

dünya  dövlətləri  arasında  və  beynəlxalq  aləmdə  Azərbaycan 



Respublikasının müsbət imici formalaşdırıldı. 

e)

 



beynəlxalq terrorçuluğa qarşı mübarizəyə qoşiılmaqla, ölkəmiz 

regionda daimi sülhün yaradılması təşəbbüsü ilə çıxış etdi. 

Beşinci  mərhələ:  Dövlət  quruculuğu  və  ölkədə  qanunvericilik 

yakimiyyətinin  yaradılması.  Müstəqil  Azərbay-  can  Respublikasının 

dövlət quruculuğu uzunmüddətli, həm də çətin bir prosesdir. Bu prosesin 

dövlətçilik,  azərbaycançılıq  mövqeyindən  idarə  edilməsi,  ümumbəşəri 

dəyərlərlə  inteqrasiyada  davam  etdirilməsi  dahi  Heydər  Əliyev  kimi 

şəxsiyyətin sayəsində qısa dövrdə reallaşdırıla bildi. 

Ümummilli  liderimizin  müəllifliyi  və  rəhbərliyi  ilə  1995-ci  ildə 

Azərbaycan  Respublikasının  Konstitusiyası  referendum  yolu  ilə  qəbul 

edildi. 1995-ci ildə yeni Konstitusiyanın tələbləri çərçivəsində müstəqil 

Azərbaycan  Respublikasının  ilk  Milli  Məclisinə  seçkilər  keçirildi  və 

Respublikanın  qanunvericilik  bazası  yaradıldı.  1998-ci  ilin  prezident, 

1999-cu  ilin  bələdiyyə,  2000-ci  ilin  parlament  seçkiləri  demokratik  və 

şəffaf  keçirildi.  2003-cü  ildə  Azərbaycan  Respublikasının  mütərəqqi 

Seçki  Məcəlləsi  qəbul  edildi  və  tariximizdə  demokratiyanın  təntənəsi 

günü  kimi  daxil  olmuş  15  oktyabr  2003-cü  ildə  prezident  seçkiləri 

keçirildi. 

2005-

 

ci ildə Azərbaycan Respublikasnın üçüncü çağırış Milli 



Məclisi  demokratik  dəyərlərə  söykənən  Seçki  Məcəlləsi  əsasında 

formalaşdırıldı.  Artıq  həm  respublika  daxilində,  həm  də  kənarda  hamı 

yaxşı  bilir  ki,  Azərbaycan  demokratik,  hüquqi,  dünyəvi  və  unitar 

dövlətdir və bu yoldan ölkəmizi döndərə biləcək heç bir qüvvə yoxdur. 

Altıncı  mərhələ:  Qlkədə Milli  Ordu  quruculuğu.  Müstəqilliyinin 

ilk  illərində  Azərbaycan  Respublikası  daxilindəki  hərc-  mərclik, 

qeyri-siyasi sabitlik şəraitində ölkədə ordu quruculuğu 

15 



kimi dövlət əhəmiyyətli bir iş nəzarətdən kanarda idi. Elə bunun nəticəsi 

idi  ki,  o  vaxt  sərhədlərimizin  Ermənistan  hərbi  birləşmələri  tərəfindən 

pozulmasının  və  ərazisinin  bir  hissəsinin  zəbt  edilməsinin  qarşısını  ala 

biləcək nizamlı ordu yaradıla bilmədi. 

Lakin  zəngin  dövlətçilik  təcrübəsinə  malik  Heydər  Əliyevin 

ardıcıl,  sistemli  tədbirləri  nəticəsində  pərakəndə,  ayrı-ayrı  şəxsərin 

maraqlarına xidmət edən dəstələr ləğv və müstəqil Azərbaycan dövlətinin 

güclü, qüdrətli Milli Ordusu yaradıldı. Dünyanın inkişaf etmiş ölkələrinin 

maraq dairəsində olan Azərbaycanın sərhədlərini suda, quruda və havada 

qoruyan,  xalqımızın  rahat  və  təhlükəsiz  yaşamasını  təmin  edən,  işğal 

altında  olan  torpaqlarımızın  hərb  yolu  ilə  qaytarılmasına  qadir  olan 

Azərbaycan Milli Ordusu ilə fəxr etməyə dəyər. 



Yeddinci mərhələ: Ölkədə iqtisadi islahatların aparılması. 

Müstəqillik  əldə  edildikdən  sonra  Azərbaycan  Respublikasının  keçmiş 

SSRİ məkanında qurduğu iqtisadi münasibətlər pozulmuş, iqtisadiyyatın 

infrastukturu və maddi-texniki baza dağılmışdı. Azərbaycan iqtisadiyyatı 

tənəzzülə  doğru  gedirdi.  İqtisadiyyatda tənəzzülün  dayandırılması,  yeni 

inkişaf mərhələsinə çıxarılması ağır və uzun müddətli keçid dövrü tələb 

edir. Ümummilli liderimizin “düşünülmüş siyasət dayanıqlı iqtisadiyyata 

xidmət  edir”  hikmətinə  söykənən  iqtisadi  islahatları  Azərbaycanın 

iqtisadiyyatında  əsaslı  dönüş  və  dayanıqlı  inkişaf  üçün  zəmin  yaratdı. 

İqtisadiyyatın hər sahəsində azad bazar münasibətlərinin tətbiq edilməsi, 

mütərəqqi  idarəçilik  üsullarından  istifadə  olunması  sahibkarlığın 

inkişafına  təkan  verdi.  İqtisadi  islahatların  özəyində  aqrar  və  sənaye 

sahəsindəki islahatlar dururdu. 

Torpaq  onu  becərənlərə  verildi  və  aqrar  İslahatlar  aparıldı. 

Sahibkarlıq  və  özəlləşmə  siyasəti  həyata  keçirildi.  Respublikada  stabil 

özəl sektor yaradıldı. Elə bunun nəticəsidir ki, 2005-ci ildə ümumi daxili 

məhsulun 75 % özəl sektorun payına düşüb. 

Milli neft strategiyası uğurla həyata keçirildi. “Əsrin müqaviləsi” 

və Bakı-Tbilisi-Ceyhan neft kəməri reallaşdı. Ölkəyə xarici investisiyanın 

axını başladı. Qeyri neft sektorunun dinamik inkişafı 



16 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə