H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə8/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   4   5   6   7   8   9   10   11   ...   225

müvəffəqiyyətlə təbliq etməli, onların beynəlxalq nüfuzundan ölkəmizin 

xeyrinə istifadə etməlidir. 

9.  Bu  gün  Azərbaycanın  iqtisadi  nailiyyəthrini  geniş  təbliq 

etməklə  Azərbaycana  marağı  daha  da  artırmaq  olduqca  zəruridir. 

Azərbaycan  iqtisadiyyatı  gündən  -  günə  möhkəmlənir  və  prezidentin 

sözləri  ilə  desək  “ölkə  iqtisadiyyatı  dünyada  analoqu  olmayan  surətlə 

artır. Azərbaycan bu göstəriciyə görə bu gün dünyada lider dövlətdir”. 

Cənab  prezident  Respublikamızın  qıssa  müddətdə  iqtisadi 

uğurlarından bəhs edərkən demişdir: “Bizim nadir şansımız var, bundan 

maksimum  dərəcədə  istifadə  etməliyik.  Bakı  -  Tbilisi  -  Ceyhan  neft 

kəmərinin  işə  düşməsi,  onun  ardınca  Bakı  -  Tbilisi  -  Ərzurum  qaz 

kəmərinin  tikintisi,  ondan  sonra  digər  önəmli  layihələrin  həyata 

keçirilməsi,  o  cümlədən  Qars  -  Tblisi  -  Bakı  dəmir  yolunun  çəkilişi, 

əlbəttə ki, Azərbaycanın uzunmüddətli inkişaf strateqiyasını müəyyən edir 

və  bundən  sonra  uzun  illər  ərzində,  on  illiklər  ərzində  Azərbaycanın 

iqtisadi  potensialını  göstərən  amillərdir.  Biz  bu  gözəl  imkanlardan  çox 

səmərəli istifadə etməliyik”. 

Xaricdəki diplomatik nümayəndəliklərimizin səyi nəticəsində son 

iki il ərzində Azərbaycana xarici kapitalın investisiyası daha yaxşı cəlb 

olunmuş,  azad  biznesə  daha  əlverişli  şərait  yaratmaq  üçün  bir  neçə 

mühüm beynəlxalq iqtisadi forumun Respublikamızda keçirilməsi təmin 

edilmişdir. 

Azərbaycan prezidenti İlham Əliyev diplomatlarımız qarşısındakı 

son  nitqində  tələb  edir  ki,  onlar  Azərbaycana  xarici  sərmayələrin  cəlb 

olunmasında  daha  fəal  olsunlar.  Bu  sahədə  Azərbaycanın  bu  gün  belə 

nailiyyətləri  çox  böyükdür.  Cənab  prezidentin  qeyd  etdiyi  kimi 

adambaşına düşən xarici sərmayənin həcminə görə Azərbaycan bölgədə 

birinci  dövlətdir.  Bu,  onu göstərir  ki,  Azərbaycanda çox  gözəl  sərmayə 

mühiti var. Qanunvericilik imkan verir ki, investorlar Azərbaycana inamla 

işləməyə gəlsinlər. 

Azərbaycanın bu günkü sürətli iqtisadi inkişafı müstəqil 

23 



liyimizin  ilk  illərində  olduğu  kimi  xarici  kapital  qoyuluşuna  o  qədər 

ehtiyac duymasa da xarici siyasət orqanlarımız bu mühüm işi diqqətdən 

kənarda qoymamalıdırlar. Cünki bu məsələ hələ də aktuallığını saxlayır. 

Bizim  ölkəmizin  özünün  başqa  ölkələrin,  məs.  Gürcüstanın  sənayesinə 

sərmayə qoymasına baxmayaraq, xarici kapitalın ölkəmizə cəlbi bu gün 

də  vacibdir  və  Azərbaycanın  iqtisadiyyatını  inkişaf  etdirən  amillərdən 

biridir. 

Diplomatlarımız akkreditə olunduqları ölkələrdə və Azərbaycanı 

təmsil etdikləri beynəlxalq və regional təşkilatlarda ölkəmizdə son iki-üç 

ildə  özəl  sektorun  və  sahibkarlığın  inkişafına  dövlət  və  hökümət 

tərəfindən  göstərilən  qayğını,  regionlarımızın  hərtərəfli  inkişaf 

proqramlarının  uğurla  keçirildiyini  qətiyyətlə  təbliq  etməli,  bu 

nailiyyətlərimizi  dövlət  və  iş  adamlarının  nəzərinə  daha  effektli 

çatdırmalıdırlar.  Dönə  -  dönə  qeyd  olunmalıdır  ki,  Azərbaycan 

prezidentinin  ciddi  səyləri  və  ardıcıl,  məqsədyönlü  tələbi  ilə  ölkə 

iqtisadiyyatının  müxtəlif  sahələrinin  sürətli  inkişafı  ölkədə  işsizliyi  də 

sürətlə ləqv etməyə xidmət edir. Son üç illik qıssa bir müddətdə ölkədə 

500 minə yaxın yeni iş yerləri açılmış, qarşıdakı iki ildə isə bu rəqəmin 

600  minə  çatdırılması  nəzərdə  tutulur.  Diplomatlarımız  vasitəsilə  bu 

uğurlar dünyaya daha operativ və səmərəli çatdırılmalıdır. 

10.

 

Birinci  müşavirə  ilə  ikinci  müşavirə  arasındakı  iki  il 



müddətində  insan  hüquqları  və  demokratikləşnw sahələrində XİM-  in 

fəaliyyəti daha ciddi və tələbkar forma almışdır. Məsələn, Azərbaycanın 

xarici əlaqələr  orqanları  və  beynəlxalq təşkilatlardakı nümayəndəlikləri 

2005-ci  ildə  ölkəmizdə  keçirilmiş  parlament  seçkiləri  ilə  əlaqədar 

beynəlxalq  ictimayyət  üçün  apardıqları  düzgün  obyektiv  izahat  işi  öz 

səmərəli nəticəsini vermiş, bu seçgilərin insan hüquqlarının qorunması və 

demokratik  tələblərə  cavab  verməsi  fikri  dünya  ictimayyəti  tərəfindən 

qəbul olunmuşdur. 

Ölkə  başçımızın  qeyd  etdiyi  kimi  bizim  demokratiyaya 

sadiqliyimiz  təkcə  sözdə  deyil,  əməllərim  izdədir.  Azərbaycanda 

demokratik  və  iqtisadi  islahatlar  paralel  şəkildə  aparılır  ki,  bu  da 

ölkəmizin hərtərəfli inkişafı üçün çox önəmli amildir. Xarici 



24 


siyasətimiz bu həqiqətləri geniş təbliq etməlidir. 

11.


 

Azərbaycanın xarici siyasət orqanları mətbuat, informasiya 

və  Azərbaycanın  haqq  işinin  təbliğatı,  ölkəmiz  haqqında  həqiqətləri 

dünyaya çatdırmaq sahəsində bir sıra mühüm nailiyyətlərə nail olmuşlar. 

Son  iki  ildə  biz  özümüzü  xaricdə  daha  yaxşı  tanıtmış,  təbliğ  etmişik. 

Lakin  bu  hələ  kifayət  deyildir.  Bir  sıra  xarici  kütləvi  informasiya 

vasitələri,  nüfuzlu  dünya  qəzet  və  jurnalları  əvvəlki  iki  ildən  qabaqkı 

dövrə nisbətən Azərbaycanın tarixi, dünəni və bugünü haqqında samballı 

məlumatları daha çox və daha aktiv surətdə yaymağa səy etmiş, öz oxucu 

və dinləyicilərini ölkəmiz ilə daha obyektiv tanış etməyə çalışmışlar. Hələ 

də  bu  məsələlərdə  diplomatik  işi  gücləndirməyə  ehtiyac  vardır.  Güclü 

erməni lobbisinə qarşı ciddi mübarizə hələ qarşıdadır. Cənab prezidentin 

dediyi kimi, diplomatlarımız dünya ictimayyətinə başa salmalıdırlar ki, 

Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına 



imkan  verməyəcəkdir.  Özlərini  “yazıq,  miskin,  bədbəxt”  xalq  kimi 

qələmə  verməyi  xoşlayan  ermənilər  “Böyük  Ermənistan”,  “Dənizdən 

dənizə Ermənistan” kimi puç xülyaları ilə “ermənilərin öz müqəddəratını 

təyin  etmək”  prinsipinə  əsaslandıqlarını  car  çəkirlər.  Cənab 

prezidentimizin  sual  etdiyi  kimi  diplomatiyamız  dünya  ictimayyətinə 

təkidlə bəyan etməlidir ki, xəbis və xain ermənilər öz “müqəddəratlarını” 

təkcə  Azərbaycan  ərazisinə  deyil,  başqa  ölkələrdə  də  öz 

“müqəddəratlarını” 

təyin 

etməyə 


çalışmayacaqlarmı? 

Onların 


Amerikada, Los - Ancelesdə, Fransada, Marseldə, Krasnodar vilayətində, 

yaxud  Gürcüstanda  yeni  erməni  dövləti  yaratmaq  cəhdləri  çox 

uzaqdadırmı? Emıəni separatçılarının belə cəhdləri Rusiyanın Krasnodar 

vilayətində, Gürcüstanın Axalkalaki rayonunda və ermənilərin kompakt 

yaşadıqları  başqa  ərazilərdə  artıq  özünü  göstərməkdədir.  Azərbaycan 

haqqında  daim  yalan,  böhtan,  iftira  yayan  güclü  təşkilatlanmış  dünya 

erməni diasporuna qarşı, cənab prezidentimizin tələb etdiyi kimi, hücum 

taktikası diplomatiyamızın daimi iş üsulunun əsas 



25 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə