H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə7/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   2   3   4   5   6   7   8   9   10   ...   225

rəhbərliyinin  xarici  siyasətimizin  hüdudlarının  genişlənməsinə  verdiyi 

mühüm  əhəmiyyətin  nəticəsidir.  Hələ  2004-cü  ildəki  birinci  müşavirə 

zamanı  qeyd  olunduğu  kimi  156  (indi  2006-cı  ildə  160)  ölkə  ilə 

diplomatik  əlaqələr  yaratmış  Respublikamız  bu  ölkələrdə  diplomatik 

nümayəndəliklər açmalıdır. 

Azərbaycanın  daxili  sabitliyi  və  beynəlxalq  nüfuzunun  art- 

maşının nəticəsidir ki, 2006-cı il avqust ayı məlumatına əsasən Bakıda 

iqamətgahı olan 30 səfirlik, 2 baş konsulluq, beynəlxalq təşkilatların 12 

nümayəndəliyi, 7 fəxri konsulluq fəaliyyət göstərir. İqamətgahları başqa 

şəhərlərdə  olan  43  diplomatik  nümayəndəliyin  rəhbərləri  də 

Azərbaycanda akkreditə olunmuşdur. 

Azərbaycan  Respublikasının  diplomatik  xidmət  orqanları 

rəhbərlərinin  ikinci  müşavirəsinə  qədərki  iki  ilin  nəticələri  təhlil 

olunarkən aşağıdakılar bir daha xarici siyasətimizin konseptual məsələləri 

kimi  diqqəti  cəlb  etdi  və  onların  dönmədən  həyata  keçirilməsi  zərurəti 

qeyd olundu: 

1.

 

Diplomatik  xidmət  orqanları  cənab  prezident  L  Əliyevin 



2004-cü  il  iyul  ayında  keçirilmiş  birinci  müşavirədə  qarşıya  qoyduğu 

məsələlərə  xüsusi  əhəmiyyət  vermiş,  öz  fəaliyyətlərini  bu  tələblər 

əsasında  qurmağa  çalışmış,  Azərbaycanın  xarici  siyasətini  onun  milli 

maraqlan istiqamətində qurmağa müvəffəq olmuşlar. 

2.

 



Ermənistan  -  Azerbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi 

beynəlxalq təşkilatların diqqətinə daha fəal çatdırılmış, Avropa Şurasının 

Parlament Assambleyası 2005-ci ildə qəbul etdiyi qətnamədə Azərbaycan 

ərazisinin  işqal  edildiyi  və  orada  etnik  təmizləmə  faktı  təsdiqlənmiş, 

İslam Konfransı Təşkilatının 3-cü zirvə görüşü və xarici işlər nazirlərinin 

son  32-ci  və  Bakıda  keçirilmiş  33-cü  Konfranslarında  Ermənistanın 

Azərbaycana  qarşı  davam  edən  təcavüzü  pislənmiş,  üzv  ölkələrin 

Azərbaycanla həmrəyliyi bir daha təsdiq olunmuşdur. 

Diplomatik xidmət orqanlarımızın birinci müşavirəsi (iyul 2004) 

ilə ikinci müşavirəsi (avqust 2006) arasındakı dövrdə ölkəmizin ən böyük 

problemi olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 

sülh yolu ilə həlli sahəsində 



20 


müəyyən  uğurlu  danışıqlara  cəhdlər  edilsə  də  məsələnin  tam  həlli  hələ 

Azərbaycan  diplomatiyasının  əsas  diqqət  mərkəzində  olmasını  və 

xalqımızın  bir  milyondan  artıq  qaçqın  -  köçgün  vəziyyətinin  ölkəmizin 

xeyrinə  həlli  sahəsində  xarici  siyasətimizin  ən  aktual  problemi  kimi 

diqqətdən  bir  an  da  yayınmamasını  tələb  edir.  Azərbaycan  prezidenti 

diplomatik  xidmət  orqanlarımıza  bu  münaqişə  ilə  əlaqədar  xüsusi 

göstərişlər verərək qeyd etdi ki, Ermənistan - Azərbaycan münaqişəsinin 

həlli məsələsinə dair danışıqlar Praqa prosesi çərçivəsində aparılmalıdır. 

Bu isə o deməkdir ki, Ermənistanla danışıqlar mərhələli yolla aparıla bilər. 

Bu mərhələlər hansılardır? 

a)

 

Azərbaycan  torpaqlarının  işqalçı  qüvvələrdən  azad  olunması 



tələbi ilə ilkin mərhələli danışıqların aparılması və buna nail olunması; 

b)

 



Qaçqın  və  köçgünlərin  öz  doğma  torpaqlarına,  o  cümlədən 

Dağlıq  Qarabağa  qaytarılması  haqqında  müzakirələr  və  bu  məsələnin 

əməli həllinə nail olmaq

c)

 



Yuxarıdakı  iki  mərhələli  məsələlərin  həllindən  sonra  Dağlıq 

Qarabağın  statusu  məsələsinə,  əlbətdə,  beynəlxalq  hüquq  normaları 

əsasında və dünya təcrübəsinə uyğun olaraq, baxmaq. 

3.

 



Azərbaycan xarici siyasət orqanlarının beynəlxalq təşkilatlarla 

əlaqələri daha intensivləşmişdir. O cümlədən Azərbaycan 

2006-


 

cı  ildə  BMT-nin  insan  hüquqları  Şurasının ilk  seçkilərində  bu 

mühüm  qurumun  üzvü  seçilmişdir.  Xarici  ölkələrin  dövlət  və  qeyri- 

hökümət təşkilatları ilə sıx əlaqələr də diplomatiyamızın ciddi diqqətində 

olmalıdır.  Nəzərə  almaq  lazımdır  ki,  indi  qeyri-hökümət  təşkilatlan  da 

xeyli siyasiləşmişlər. 

Bu  təşkilatlardan  da  Azərbaycan  xeyrinə  səmərəli  istifadə  etmək 

olar. 


4.

 

Azərbaycan 



terrorizmə^ 

mütəşəkkil 

cinayətkarlığa, 

narkotiklərin  qanunsuz  dövriyyəsinə  və  s.  təhlükəli  cinayətlərə  qarşı 

BMT  və  Avroatlantik  tərəfdaşlığı  çərçivəsində  beynəlxalq  mübarizədə 

iştirakını daha da fəallaşdırmışdır. Şübhəsiz ki, Azərbaycan diplomatiyası 

günün bu təhlükəli reallıqları, o cümlədən 



21 


transmilli  cinayətkarlığa  qarşı  mübarizədə  Azərbaycannın  fəal  iştirakı 

dünya ictimayyətinin nəzərinə daha geniş çatdırılmalıdır. 

5.

 

Azərbaycan  NATO  ilə  “Fərdi  tərəfdaşlığın  Fəaliyyət  planı” 



əsasında  inteqrasiyası  sürətlənməkdədir  və  bu  prosesə  bundan  sonra  da 

önəm veriləcəkdir. 

6.

 

Avropa  qonşuluq  siyasəti  çərçivəsində  Fəaliyyət  planının 



işlənib  hazırlanması  Avropa  İttifaqı  ilə  Azərbaycanın  tərəfdaşlığının 

inkişafı  davam  etdirilmiş,  Fəaliyyət  planının  razılaşdırılması  artıq  son 

mərhələyə  çatdırılmışdır.  Azərbaycan  bu  istiqamətdə  öz  fəaliyyətini 

davam etdirəcəkdir. 

Prezident 

İlham 


Əliyev 

Azərbaycanın 

Avropa 

üçün 


əhəmiyyətindən bəhs edərkən demişdir: “Azərbaycan bütövlükdə Avropa 

üçün çox önəmli ölkəyə çevrilir. Çünki, həm coğrafi vəziyyətimiz, eyni 

zamanda, təbii sərvətlərlə zəngin olmağımız, son müddət ərzində dünyada 

enerji  təhlükəsizliyi  məsələlərinin  kəskinləşməsi  və  ön  plana  çıxması, 

şübhəsiz ki, Azərbaycanın nə qədər önəmli ölkə olduğunu bir daha sübut 

edir”. Digər beynəlxalq təşkilatlarla, o cümlədən MDB, GUAM, Avropa 

Şurası  və  s.  ilə  səmərəli  əməkdaşlığın  inkişafı  məsələləri  də 

diplomatiyamızın gündəlik fəaliyyət təlabatı olmalıdır. 

7.

 

Son iki il ərzində Azərbaycanın ABŞ-la münasibətləri daha da 



yaxşılaşmışdır,  xüsusilə  Azərbaycan  prezidentinin  2006-cı  ildə  ABŞ-a 

səfərindən sonra əlaqələrimizdə yeni səhifə açılmış və münasibətlərimizin 

inkişafına təkan vermişdir. Azərbaycanın strateji partnyoru olan ABŞ-la 

münasibətlərimiz  daha  fəallaşmalı  və  Azərbaycanın  milli  maraqlarına 

daha səmərəli cavab verməlidir. 

8.

 



Azərbaycanın  qonşu  Rusiya,  iran^  qardaş  Türkiyə,  Ərəb 

ölkələri, İndoneziya, Pakistan, Mərkəzi Asiya dövlətləri və s. ilə əlaqələri 

daha  da  möhkəmlənmişdir.  Bu  ölkələrin  bəzilərinə, məs.  Türkiyə,  İran, 

Qazaxıstan,  Özbəkistan,  Rusiya  və  s.  kimi  dost  ölkələrə  Azərbaycan 

prezidentinin  səfərləri  nəticəsində  əlaqələrimiz  daha  faydalı  məcraya 

yönəlmişdir. Azərbaycanın bu və başqa ölkələrlə hərtərəfli əlaqələri xarici 

siyasətimizin mərkəzində durmalıdır. Bizim diplomatiyamız bu və başqa 

ölkələrdə uğurlarımızı 

22 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə