H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə4/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   2   3   4   5   6   7   8   9   ...   225

ayının 28-do Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Lakin Şərqdə 

ilk müstəqil, demokratik Azərbaycan dövlətinin ömrü cəmi 23 ay sürdü. 

1991-ci  il  oktyabrın  18-də  “Azərbaycanın  Dövlət  müstəqilliyi 

haqqında”  Konstitusiya  aktının  qəbul  edilməsi  ilə  ölkəmiz  dövlət 

müstəqilliyini  bərpa  etdi.  Lakin  dövlət  müstəqilliyimizin  bərpasına 

qədərki  dövrdə,  müstəqillik  haqqında  düşünmək  belə  yasaq  olduğu 

zamanlarda, Vətənə güclü tellərlə bağlı olan, onu Özündən çox istəyən 

şəxsiyyətlər bu müqəddəs ideyanı yaşada bilmişdilər. Hələ keçmiş Sovet 

İttifaqı  dövründə,  1969-cu  ildə  respublika  rəhbərliyinə  gələn  Heydər 

Əliyev  qəlbində  yaşatdığı  müstəqillik  ideyalarını  zaman-zaman 

reallaşdırmağa başlamışdı. Bəzi çox mühüm məqamları yada salaq. 

1977-ci  ildə  Azərbaycan  Respublikasının  Konstitusiyasında  ilk 

dəfə  olaraq  Azərbaycan  dilinin  dövlət  dili  kimi  qəbul  edilməsi,  o  dövr 

üçün həddən artıq cəsarətli, eyni zamanda çətin addım idi. Ümummilli 

liderimiz bu addımı atdı və məqsədinə nail oldu. 

Respublikaların  büdcəsi  İttifaq  büdcəsindən  asılı  idi.  Sovet 

siyasəti  müttəfiq  respublikaların  iqtisadiyyatını  mərkəzdən  asılı 

vəziyyətdə  saxlamaq  məqsədilə  İttifaq  əhəmiyyətli  layihələri 

periferiyada-yəni Rusiyaya birləşdirilmiş respublikalarda yerləşdirmişdi 

və mümkün qədər belə layihələrin reallaşdın iması na yol vermirdi. Lakin 

Heydər  Əliyev  şəxsi  nüfuzu  sahəsində  belə  layihələrdən  bir  neçəsinin 

Azərbaycana və o cümlədən Gəncəyə gətirilməsinə, həyata keçirilməsinə 

nail  ola  bildi.  Məsələn,  Bakıda  Məişət  Kondisionerləri  zavodunun, 

Gəncədə  Büllur,  çini  qablar.  Maşınqayırma,  Avtomobil  və  başqa 

zavodların tikilməsi Azərbaycanda reallaşan layihələrdəndir. 

Digər  tərəfdən  Azərbaycanda  milli  hərbi  kadrların  hazırlanması 

işinə  başlamaq,  çağırış  yaşlı  gənclərimizdə  orduya  məhəbbət 

keyfiyyətlərini  formalaşdırmaq  məqsədilə  mərkəzin  təkidli  etirazına 

baxmayaraq Naxçıvanski adına hərbi məktəbin Bakıda açılması mühüm 

hadisə idi və gələcəyə hesablanmışdı. 

Ölkə İqtisadiyyatının hərtərəfli inkişafı üçün yüksək ixtisaslı 

11 



milii kadrların hazırlanması məqsədilə ali məktəblərdə yeni ixtisasların 

açılması  və  yeni  ali  məktəblərin  yaradılması  yalnız  Heydər  Əliyev 

uzaqgörənliyi  sayəsində  mümkün  oldu.  Elə  bu  siyasətin  davamı  kimi, 

nadir  ixtisaslar  üzrə  mütəxəssislərin  hazırlanması  məqsədilə  keçmiş 

ittifaqın və dünyanın ən nüfuzlu ali məktəblərinə azərbaycanlı gənclərin 

göndərilməsi,  təhsil  xərclərinin  dövlət  qayğısına  götürülməsi  kimi 

məsələlər də ümummilli liderimizin təcrübəsi artıq ənənəyə çevirilmişdi 

və bu gön də davam etdirilir. 

Gəncədə  Texnologiya  İnstitutunun  yaradılması,  maddi-texniki 

bazasının  möhkəmləndirilməsi,  elmi-pedaqoji  kadrlarla  təmin  edilməsi 

məsələləri də məhz ulu öndərimizin xidmətlərindəndir. 

Ümummilli liderimizin qəlbində daim yaşayan müstəqillik arzusu 

hətta  rəhbərlərindən  biri  olduğu  SSRİ  kimi  super  dövlətin  ən  qüvvətli 

vaxtlarında belə tədricən, mərhələ-mərhələ həyata keçirildi. Azərbaycan 

müstəqillik  əldə  etdikdən  sonra  isə  dahi  rəhbərin  müstəqillik  haqqında 

istəyi, planları daha geniş miqyasda reallaşdı. 

1993-

 

cü  il  iyun  hadisələri  zamanı  müstəqilliyimizi  itirmək 



təhlükəsi  ilə  üzləşən  xalq  üzünü  özünün  böyük  oğlu,  dünya  şöhrətli 

siyasətçi Heydər Əliyevə tutdu. Zəngin dövlətçilik təcrübəsi. Vətəninə, 

xalqına,  millətinə  məhəbbətinin  gücü  ümummilli  liderə  Azərbaycanın 

dövlət  müstəqilliyini  qorumaq  kimi  tarixin  onun  üzərinə  qoyduğu 

missiyanı uğurla həyata keçirmək imkanı verdi. Ulu öndər son dərəcə ağır 

və  məsuliyyətli  yükün  altına  girdi  və  bu  yolda  ilk  uğurlu  addımını 

Gəncədə atdı. Heç bir silah işlətmədən xalqına inanan və özünün gücünü 

bilən Heydər Əliyev Azərbaycam dünyanın siyasi xəritəsindən silinmək 

təhlükəsindən xilas edə bildi. Və təkcə bu tarixi gedişi ilə sübut etdi ki, 

həqiqətən Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir. 

İkinci  mərhələ:  Siyasi  partiya  quruculuğu.  Ümummilli  lider 

Heydər  Əliyev  demokratik,  hüquqi  dövlət,  vətəndaş  cəmiyyəti 

quruculuğunda  siyasi  partiyanın  rolunu  qiymətləndirdiyi  üçün 

uzaqgörənliklə  hakimiyyətdə  olmadığı  dövrdə  1992-ci  ilin  noyabrında 

Yeni Azərbaycan Partiyasını yaratdı. 

12 



Demokratiyanın konkret ölkədə səviyyəsi məsələsinə ümummilli 

lider  münasibətini  belə  bildirmişdir:  “Demokratiya  daimi  inkişafda, 

daimi  hərəkətdə  olan  prosesdir.  Bu  bir  mərhələdən  0  birisinə  qədər 

təkmilləşmə  yolu  ilə  getməlidir.  Bu  təkmilləşmə  təkamül  yolu  ilə 

olmalıdır”. 

Demokratiyanın inkişaf yolu isə azad və ədalətli seçkilərdən keçir. 

Bu,  cəmiyyətin  demokratikləşmə  səviyyəsini  göstərir.  Seçkilərin 

demokratik  və  şəffav  keçməsi  isə  cəmiyyətdə  iqtidarın  seçkiyə 

münasibətindən və xalq arasında siyasi partiyaların nüfuzundan asılıdır. 

Bu  nöqtəyi-nəzərdən  yaradıcısı  ümummilli  lider  Heydər  Əliyev  olan 

YAP-ın  müstəqil  Azərbaycan  Respublikasında  demokratik  cəmiyyət 

quruculuğunda xidmətləri şübhəsizdir. 

Respublikada  böyük  nüfuza  malik,  ümumxalq  partiyasına 

çevrilmiş  YAP  möhtərəm  Prezidentimiz  İlham  Əliyevin  etibar  etdiyi, 

arxalandığı siyasi qüvvədir və dövlət başçısının həyata keçirdiyi siyasətin 

təbliğində,  dəstəklənməsində  əsas  qüvvəyə  çevrilmişdir.  Məqsədimiz 

ümummilli liderimiz Heydər Əliyev kursunu dönmədən, yüksək templə 

davam etdirməkdir. Biz hamımız Azərbaycan xalqı olaraq bu ali ideya ilə 

ölkə  Prezidenti  cənab  İlham  Əliyevin  ətrafında  sıx  birləşərək,  qüdrətli, 

güclü, müstəqil Azərbaycan uğrunda səfərbər olmalıyıq. 

Üçüncü  mərhələ:  Müstəqilliyin  qorunması.  Azərbaycan 

müstəqillik  əldə  etdikdən  sonra  dövlət  müstəqilliy  ciddi  təhlükələrlə 

üzləşdi.  Respublika  daxilində  hakimiyyət  uğrunda  mübarizə  aparan 

qüvvələrlə Azərbaycanda sabitliyi və inkişafı istəməyən xarici qüvvələr 

birləşərək  dövlət  çevrilişi  cəhdləri  etdilər.  1993-cü  il  iyun  böhranı  və 

sonrakı dövlət çevrilişləri cəhdləri ümummilli liderin zəngin dövlətçilik, 

idarəçilik təcrübəsi, müdrikliyi sayəsində aradan qaldırıldı. Müstəqilliyin 

əldə edilməsi və qorunması haqda ümummilli liderimizin “Müstəqilliyin 

əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması 

bundan da çətindir” fikri zaman keçdikdə öz dəyərini saxlayır. 

Azərbaycanın dövlət müstəqilliyinin ciddi təhlükədə olduğunu 

13 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə