iqtisadi İnkişaf Nazirliyi (xarici investisiyalar və beynəlxalq iqtisadi
əməkdaşlıq departamenti), Dövlət Gömrük Komitəsi və b. aiddir. Digər
nazirlik və idarələr də dövlətdaxili qanunvericiliklə müəyyən edilmiş
səlahiyyətləri çərçivəsində dövləti onun xarici əlaqələrində təmsil edirlər.
Xarici nümayəndəliyin yerləşdiyi ölkənin müxtəlif idarələri ilə
əlaqələrinin bütün ölkələrdə mövcud olan ümumi qaydaları əsasən
bunlardır; xarici dövlətin hər bir nümayəndəliyi müvafiq idarələrlə və
rəsmi təşkilatlarla məişət məsələlərindən başqa bütün məsələlər üzrə
əlaqələrini Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirir. Məişətə aid
məsələlərdə yəni xəstəxanadan, ticarət müəssisələrindən, poçtadan,
teleqrafdan istifadəni bir qayda olaraq, xarici nümayəndəliklər özləri
yaradırlar. Rəsmi idarə və təşkilatlarla diplomatik nümayəndəlik
yerləşdiyi ölkənin Xarici İşlər Nazirliyi vasitəsilə əlaqə saxlayır. Bu qayda
beynəlxalq təcrübə və beynəlxalq hüquqla müəyyən edilmiş, hamı
tərəfindən qəbul edilmiş dövlətin daxili işlərinə qarışmamaq prinsipindən
irəli gəlir.
Səfirin (diplomatik nümayəndənin) və səfirliyin diplomatik
heyətinin rəsmi və İctimai dairələrlə əlaqəsi səfir dövlət başçısına
etimadnamə təqdim etdikdən sonra başlayır. Buna qədər isə səfir və
səfirlik dövlət və ictimai təşkilatlarla əlaqəyə girmir. Səfir etimadnaməni
təqdim etdikdən sonra səfirlik işə başlamış hesab edilir... Etimadnamə
təqdim edildikdən sonra səfirin adından bu dövlətin diplomatik
münasibətlərdə olduğu ölkələrin səfirlik və missiya başçılarına səfirin
adından şəxsi nota göndərilir. Belə bir nota, əgər bu siyasi cəhətdən
məqsədə uyğundursa, diplomatik münasibətlərin olmadığı ölkə
səfirliklərinə də göndərilə bilər. Notada məlumat verilir ki, filan tarixdə
səfir ölkə başçısına öz etimadnamə sini təqdim etmişdir və onlarla rəsmi
əlaqə saxlamağa şad olardı. Bu cür notanın mətni yerləşdiyi ölkə ilə
diplomatik münasibətlərin vəziyyəti nəzərə alınmaqla tərtib edilir. Əgər
siyasi cəhətdən ziddiyyət döğurmazsa, belə bir nota diplomatik korpusun
diayeninə də göndərilə bilər.
Bundan sonra ölkədəki protokol qaydalarına müvafiq olaraq
39
rəsmi şəxslərin - xarici işlər nazirinin, nazirin müavinlərinin, şöbə
müdirlərinin görüşlərinə getmək olar.
Yerləşdiyi ölkənin müxtəlif dairələri ilə daha geniş əlaqələr
yaratmaqda maraqlı olan səfirlik imkan düşdükcə, təkcə XİN çərçivəsində
yox, bütün nazirlərlə, ölkənin daha çox nüfuzlu şəxsləri - parlament sədri,
parlament fraksiyalarının rəhbərləri ilə tanış olmaq və gələcəkdə onlarla
şəxsi əlaqələri davam etdirmək, qəbullara, kinofılmlərə baxışlara dəvət
etmək üçün görüşlər keçirir.
Səfirin getdiyi görüşlər heç də həmişə protokol səciyyəsi daşımır.
Bu səfirin özündən asılıdır. Ümumi qayda belədir ki, protokol görüşünə
nəzakət xatirinə gedilir və bu görüşdə, adətən mühüm məsələlərə
toxunulmur. Bununla belə imkan yaranarsa və münasib olarsa, məsələn,
səfirliyi maraqlandıran məsələlərlə məşğul olan hər hansı nazirlə görüşdə,
bəzən səfir təbiidir ki, təkid etmədən bu məsələlərə toxunur., nazir isə
lütfkarlıqla səfiri maraqlandıran suallara cavab verir.
Nazirləri parlament sədri, əsas parlament fraksiyalarının liderləri
və nəhayət,səfirin təmsil etdiyi ölkə ilə münasibəti olan Ölkələrin səfirləri
ilə söhbətlərdən bacarıqla istifadə edilərsə, bu münasibətləri yaxşılaşdırır.
Məhz bu baxımdan həmin söhbətlər mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda bu söhbətlər yerləşdiyi ölkənin daxili vəziyyəti və
xarici siyasəti haqqında zəngin informasiya verə bilər ki, bu da adətən,
səfirliyin diplomatik fəaliyyəti üçün ciddi bazanı təşkil edir. Bundan əlavə
bu söhbəti aparılan adamlar haqqında təsəvvür yaranır ki, səfirliyin
gələcək işi üçün bunun mühüm əhəmiyyəti vardır. Səfirlər dövlət və
ictimai xadimlər ilə görüşlər nəticəsində səfirliyin məşğul olacağı bir çox
məsələlər haqqında təsəvvür yaranır.
Bir çox səfirliklərin təcrübəsi göstərir ki, iki-üç ay ərzində bu
ölkədəki hadisələrin inkişafını əsasən başa düşmək və sonralar bu
görüşləri daha da dərinləşdirməklə müşahidə etmək olar. Bütün
diplomatik heyətin bu söhbət və görüşləri nəzərə alması xeyirli olar. Buna
görə də müşavirlərin və ya bütün diplomatik heyətin icrasında
40
hər hansı səfir və ya nazirlə söhbətdə nəyin maraqlı olması haqqında qısa
məlumatı çatdırmağı, bu söhbətlərin protokollarını səfirliyin diplomatik
heyətinə oxumaq üçün verilməsini bəzi səfirlər məqsədəuyğun hesab
edirlər.
Səfirin vizitlərindən sonra, adətən, səfirliyin digər işçiləri başqa
səfirliklərin müvafiq işçiləri ilə tanış olurlar. Müşavirlər müşavirləri,
birinci katiblər birinci katibləri və s. ziyarət edirlər. Səfirliyin müvafiq
işçilərinin vizitindən sonra digər səfirliyin işçiləri cavab viziti edirlər. Bu,
artıq digər ölkənin həmin nümayəndəsi ilə ikinci görüşdür və bu görüşdə
birinci görüşdəki söhbəti davam etdirmək olar. Lakin bunu da nəzərə
almaq lazımdır ki, bu görüşlər zamanı hər iki tərəf informasiya
mübadiləsi edir. Digər ölkələrin təcmbəli səfir və diplomatik işçilərini
təbii ki, həmkarlarının təmsil etdiyi ölkə haqqında bir sıra məsələlər, bu
ölkənin siyasəti maraqlandırır, nə isə aydınlaşdırmaq istəyirlər. Bu
söhbətlərdə qarşılıqlı surətdə fikir və informasiya mübadiləsi edilir,
mübadilınin xeyirli olub-olmaması həmsöhbətlərin təcrübə və diplomatik
bacarığından asılıdır.
Beləliklə, diplomatik korpusa belə ünsiyyətdən diplomatlar çox
böyük mənfəət əldə edir və sistematik kontaktlar yolu ilə bu əlaqələri
gələcəkdə davam etdirirlər. Adətən, diplomatik təcrübə göstərdiyi kimi
bütün danışıqlar yazılır, bu yazılardan təkcə səfirlik daxilində istifadə
olunmur, həm də mərkəzə göndərilir.
Yerləşdiyi ölkədə nümayəndəliyin xarici ünsiyyət formalarına
hökümətin, XİN-in, səfirliklərin təşkil etdiyi rəsmi qəbullarda iştirakı da
aid etmək olar. Ölkələr arasında münasibətlərin yaxşılaşdırılması və
qiymətli informasiyaların alınması üçün şəxsi kontaktların yaranmasında
bu qəbullar əhəmiyyətlidir. Bu hər bir öhdəlikdən azad ünsiyyət
formasıdır. Bundan bütün diplomatlar istifadə edirlər. Elə buna görə də
çox halda böyük məsələlər qəbullarda həll edilir, çətinlik ortaya çıxdıqda
isə bu çətinliyi aradan qaldırmaq üçün xüsusi qəbul təşkil edilir. BMT
Baş Məclisinin sessiyaları, müxtəlif beynəlxalq müşavirələr zamanı,
adətən ayrı-ayrı kateqoriyalı səfirlər, dövlət nümayəndələri üçün
qəbullar, səhər
41
Dostları ilə paylaş: |