diplomatların inzibati məsuliyyətə cəlb edilməsinə icazə verən qaydalar
qəbul etdilər. Bir sıra dövlətlərin diplomatik nümayəndəliklərinin
personalı üçün xarakterik olan öz şəxsi mənafeləri məqsədilə diplomatik
immunitetlərdən sui-istifadə hallan 1961-ci il Vyana Konvensiyasının
müddəaları ilə zidd olan diplomatik münasibətlər haqqında 1978-ci il
ABŞ Qanununun qəbul edilməsinin əsas səbəblərindən biri idi.
Bu qanuna görə xarici diplomatik nümayəndəliklərin əməkdaşları
öz öhdələrinə götürürlər ki, diplomatik immunitetə malik olduqlarını
onlar Amerika məhkəməsində sübut edəcəklər.
Diplomatik
nümayəndəliklərin
immunitetinin
həcminin
azaldılmasına yönəldilmiş meyl bəzən diplomatik nümayəndəli üklərin də
aidiyyəti olduğu terror aktlarının artan sayına qarşı mübarizə tədbirləri ilə
əlaqələndirirlər. Bununla bağlı İngiltərə “Ekonomist” jurnalının dərc
etdiyi məqalə xüsusi maraq doğurur. Məqalədə deyilir: “Şəxslər, onların
baqajı və bina yalnız onların Britaniya ərazisində zorakı aktların
planlaşdırılması və ya törədilməsinə cəlb edilməsi ilə əlaqədar şübhələr
olmadığı halda diplomatik statusa malik olmalıdır”.
Bu status şübhələr yarandıqda ləğv edilməlidir. Bəzi hallarda bu
diplomatik münasibətlərin kəsilməsinə gətirib çıxarır. Dövlət onlarsız da
keçinə bilər.
17 aprel 1984-cü il Londonda Liviya xalq bürosunun
pəncərəsindən açılan atəş nəticəsində qadın - konstebl qətlə yetirilmişdir.
Britaniya hökümətinin hazırladığı “Ağ kitab”da xarici diplomatik
nümayəndəliklərin imtiyaz və immunitetlərinin həcminin azaldılmasına
yönəldilmiş onlarla tövsiyyələr var idi. Böyük Britaniya Baş naziri M.
Tetçer Qərbi-Avropa dövlətlərinin hökümətlərinə müraciət edərək
diplomatik imtiyaz və immunitetlərin məhdudlaşdın İmasına yönəldilmiş
atılan addımlarla əlaqədar onların hökümətini dəstəkləməyi təklif
etmişdir. Böyük Britaniya höküməti 1987-ci ildə xarici diplomatik
nümayəndəliklər
tərəfindən
istifadə
olunan
binaların
sayını
məhdudlaşdırmaq hüququnu Britaniya XİN- ə verən qanun qəbul
etmişdir. Xarici diplomatik nümayəndəliklər
63
imtiyaz və immunitetlərə malik olduqlarına görə vergi və rüsumlardan
azaddırlar. Böyük Britaniya höküməti isə öz iqtisadi maraqlarını qorumaq
naminə bu qanunu qəbul etmişdir. 70-ci illərin ortalarında bu doktrina
əsasında
həyata
keçirilən
məhkəmə
praktikası
diplomatik
nümayəndəliklərə qarşı xüsusi şirkətlərin iddialarının məhkəmələr
tərəfindən baxılması kimi presedentlər əmələ gətirdi. Bu iddialarda
səfirliklərin bank hesablarına həbs qoyulması tələb olunurdu.
İndiki zamanda diplomatik imtiyaz və immunitetlərin
məhdudlaşdırılması inkişaf etmiş Qərb dövlətlərinin maraqlarına xidmət
etdiyini zənn etmək elə də çətin deyil. Belə ki, onlar yerləşdiyi dövlətinin
rolunda çıxış etdiyi halda böyük azadlıqlarla təmin edilir. Akkreditə
edilən dövlətlər keyfiyyətində bu qərb dövlətləri beynəlxalq aləmdə öz
avtoritet və təsirindən istifadə etmək yolu ilə xaricdə öz maraqlarını
müdafiə edə bilərlər. Adətən öndə gedən qərb dövlətləri tərəfindən tətbiq
olunan diplomatik imtiyaz və immunitetlərin məhdudlaşdırılması digər
qərb dövlətləri tərəfindən dəstəklənir. Diplomatik nümayəndəliklər
şəbəkəsinin genişləndirilməsi üçün daha az imkanları olan dövlətlər öz
iqtisadi maraqlarını rəhbər tutur və özlərinin hüquq mühavizə orqanları
üçün daha geniş imkanlar yaratmağa can atırlar.'
Diplomatik imtiyaz və immunitetlərin məhdudlaşdırılması meyli
əsasən azad olunan dövlətlər tərəfindən dəstəklənir. Bu əsasən onunla
izah oluna bilər ki, müstəqillik əldə edən dövlətlər diplomatik
münasibətlərdə daha çox akkreditə edən dövlət qismində deyil, yerləşmə
dövləti rolunda iştirak etməyə məcburdur. Bu dövlətlərin qarşısında
duran maliyyə və kadr problemləri inkişaf etmiş dövlətlərlə müqayisədə
adekvat sayda diplomatik nümayəndəlik saxlamağa imkan vermir.
Müstəqillik əldə edən bir sıra dövlətlərin belə bir mövqeyi hələ Vyana
Konvensiyasının hazırlanması gedişində açıq-aydın ortaya çıxmışdı.
Onların təsiri altında xarici diplomatik nümayəndəliklərin personalının
sayını
' Захарова Л. М., Коков:ша Л.Л. Основы Дипломатической и консульской службы,
Минск. 2001. стр. 90-90.
64
məhdudlaşdırmağa yerləşmə dövlətinə icazə verən personalının ayrı-ayrı
kateqoriyalarının immunitetini məhdudlaşdıran və s. müddəalar daxil
edilmişdir.
Müasir diplomatik təcrübədə müstəqillik əldə edən dövlətlərin
diplomatik nümayəndəliklərinin statusuna məhdud yanaşma məsələlərinə
aid bir çox misallar var. Bir sıra müstəqillik əldə edən dövlətlərdə
birtərəfli qaydada xarici diplomatik nümayəndəliklərin personalının
sayına məhdudiyyət kvotası müəyyən edilmiş (Boliviya, Livan, Sinqapur
və s.), yerli vəzifəli şəxslərlə diplomatların kontaktlarına məhdudiyyətlər
qoyulmuş (Banqladeş, Benin, İndoneziya, Mavritaniya, Tanzaniya),
əcnəbi diplomatların hərəkət marşrutları barədə qabaqcadan xəbər vermə
və ya icazə alma qaydası müəyyən edilmiş (Birma, Zimbabve,
İndoneziya, Kamerun, Keniya, Nigeriya, Sierra-Leone, Sudan, Tanzaniya
və s.), əcnəbi diplomatların poçtuna baxılması imkanı nəzərdə tutan
qaydalar qəbul edilmişdir (Nepal). Bu cür yanaşmanın son həddi əcnəbi
diplomatik nümayəndəliklərin binalarının toxunulmazlığının birbaşa
pozulması halları oldu (1973-cü ildə Pakistanda İraq səfirliyinin axtarışa
məruz qalması, 1978-ci ildə Misirdə Bolqarıstan səfirliyinin, 1979-cu ildə
İranda ABŞ səfirliyinin, 1980-ci ildə Qvatemalada İspan səfirliyinin ələ
keçirilməsi və s.).
Həqiqətən də qərb siyasətçiləri və hüquqşünaslarının istinad
etdikləri əsas səbəblərdən biri diplomatik imtiyaz və immunitetlərdən
müxtəlif sui-istifadə hallarıdır. Hətta əgər diplomatik imtiyaz və
immunitetlərin məhdudlaşdırılması yolu ilə getmək mümkün olsa belə,
diplomatik imtiyaz və immunitetlərdən sui- istifadə hallarının qarşısını
almaq mümkün olmayacaq. Bundan başqa, diplomatik münasibətlərin
tarix boyu bu cür sui-istifadə halları olmuşdur. Keçmişdə bəzən onlar
diplomatik imtiyaz və immunitetlərdən istifadə həcminin azaldılmasına
yönəlmiş meyli gücləndirirdilərsə də, hər dəfə müəyyən müddətdən sonra
bu meylin olması mümkün idi. Diplomatik imtiyaz və immunitetlərin
məhdudlaşdın İmasını son 20 ildə beynəlxalq terrorizmin kəskin artması
və gücləndirilməsi ilə izah edirlər. Əlbəttə, bu dövlətlərin
65
Dostları ilə paylaş: |