siyaları və statusunu tənzimləyən beynəlxalq hüquq normalarının birliyi
kimi anlaşılır. Keçmişdə bu normalar sistemini səfirlik hüququna aid
edirdilər. Bəzi hüquqşünaslar dar mənada diplomatiya hüququnun
normalarını və konsul hüququnun normalarını “diplomatiya və konsul
hüququ” adı altında birləşdirirlər.
Qeyd etmək lazımdır ki, “diplomatiya hüququ” anlayışının geniş
mənada işlədilməsi bütün xarici əlaqə orqanlarına aid ümumiləşmiş
normalar sisteminin terminoloji uyğunluğuna gətirib çıxarır ki, bu da
özünü doğrultmır. Bu zaman ümumi anlayış keyfiyyətində “xarici
əlaqələr hüququ” anlayışının istifadə edimləsini təklif edən K. K.
Sandrovski ilə razılaşmaq olar.
Bu halda xarici əlaqələri həyata keçirən bütün dövlət orqanlarının
funksiyaları və statusunu tənzimləyən normalar sistemi başa düşülür.
Xarici əlaqələr hüququ diplomatik hüququ, konsul hüququ, xüsusi
missiyaların diplomatik hüququ, beynəlxalq təşkilatların diplomatik
hüququ
(xüsusilə
də
beynəlxalq
təşkilatlarda
dövlətlərin
nümayəndəlikləri ilə əlaqədar) kimi alt sistemlərə bölünür.
Hər birinin öz spesifik xüsusiyyəti ilə xarakterizə olunan belə alt
sistemlərə bölünməsinin özünü doğrultması onunla təsdiq olunur ki, bu
alt sistemlərin normaları müstəqil çoxtərəfli razılaşmalarla müəyyən
edilir:
1.
Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana
Konvensiyası;
2.
Konsulluq münasibətləri haqqında 1963-cü il Vyana
Konvensiyası;
3.
Xüsusi missiyalar haqqında 1969-cu il Konvensiyası;
4.
Beynəlxalq səviyyədə müdafiə olunan şəxslər, o cümlədən
diplomatik agentlər əleyhinə cinayətlərin qarşısının alınması və
cəzalandırılması haqqında 1973-cü il Konvensiyası;
5.
Dövlətlərin universal xarakterli beynəlxalq təşkilatlarla
münasibətlərdə nümayəndəlikləri haqqında 1975-ci il Vyana
Konvensiyası və s.
Beləliklə, “diplomatiya hüququ” termininin yalnız dar mənada
57
işlədilməsi - yəni yalnız diplomatik nümayəndəliklərə şamil edilməsi
məqsədəuyğun hesab edilir. “Diplomatik hüquq” termini burada bu
səpgidə istifadə olunacaqdır.
Müasir diplomatiya hüququnun əsas mənbələri kimi beynəlxalq
müqavilə və beynəlxalq hüquqi adət çıxış edir. Diplomatiya hüququna aid
ilk çoxtərəfli müqavilə 8 Avropa dövlətinin iştirak etdiyi diplomatik
nümayəndəliklərin kateqoriyaları haqqında 18I5-Cİ ii 7 mart tarixli
Vyana Protokoludur. Bu Vyana Protokolu 1818-ci il Aahen Protokolu ilə
tamamlanmışdır.
Diplomatiya hüququ uzun müddət ərzində adətlərə əsaslanmışdır.
Diplomatiya hüququnun qismən, rəsmi məcəllələş- dirilməsinə ilk dəfə
Latın Amerikasında təşəbbüs edilmişdir. 20 fevral 1928-ci ildə
diplomatik məmurlar haqqında Havana Konvensiyası qəbul edilmişdir.
Bu Havana Konvensiyası diplomatiya hüququnun inkişafında böyük rol
oynadı. Regional səviyyədə olmasına baxmayaraq, diplomatiya
hüququnun bir sıra məsələləri bu konsensiyada məcəllələşdirilmişdir.
Hal-hazırda Havana Konvensiyası Latın Amerikası ölkələrinə
münasibətdə qüvvədə qalmaqda davam edir.
Diplomatiya hüququna dair ən əsas çoxtərəfli müqavilə aktı
təxminən 150 dövlətin iştirak etdiyi diplomatik əlaqələr haqqında 1961-ci
il Vyana Konvensiyasıdır. Konvensiyada diplomatik hüququn əsasını
təşkil edən normalar və diplomatik təcrübə nəticəsində yaranan qaydalar
öz əksini tapmışdır.
Belə olduqda beynəlxalq səviyyədə müdafiə olunan şəxslər, o
cümlədən diplomatik agentlər əleyhinə cinayətlərin qarşısının alınması
və cəzalandırılması haqqında 1973-cü il Konvensiyasının əhəmiyyətini
xüsusi olaraq qeyd etmək lazımdır. Bütün dünyada terrorizmin artması
nəticəsində əcnəbi diplomatlara qarşı sui- qəsdlərin, onların oğurlanması
faktlarının çoxalması, eyni zamanda əcnəbi diplomatik nümayəndəliklərə
hücumların sayının kəskin şəkildə çoxalması belə bir konvensiyasının
qəbuluna ehtiyac yaratmışdı.
Diplomatik nümayəndəliklərin və onların personalının hüquqi
58
vəziyyətinin ayrı-ayrı aspektləri çoxtərəfli razılaşmalarla yanaşı,
ikitərəfli müqavilələrlə də tənzimlənir. İkitərəfli müqavilələrin
bağlanılmasının mümkünlüyü diplomatik münasibətlər haqqında 1961-ci
il Vyana Konvensiyasında nəzərdə tutulmuşdur.
Diplomatiya hüququnun mənbələri keyfiyyətində beynəlxalq
adətlər də hamı tərəfindən qəbul edilmişdir. Göstərilən çoxtərəfli
müqavilələr qəbul edilənə kimi diplomatiya hüququ istisnasız adi adət
normalarından ibarət idi.
Diplomatik
münasibətlər
haqqında
1961-ci
il
Vyana
Konvensiyasının Preambulasında təsdiq olunur ki, “beynəlxalq adət
hüququnun normaları bu konvensiyasının müddəaları ilə birbaşa nəzərdə
tutulmayan məsələləri tənzimləməyə davam edəcək”.
Diplomatik nümayəndəliklərin və onların personalının statusunun
inkişaf etmiş müqaviləyi əsasının mövcudluğu diplomatik təcrübənin
ehtiyaclarını tamamilə təmin etdiyini bildirmək doğru olmazdı.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, dövlətlərin bir- birindən
asılılığının güclənməsi, onlar arasında əlaqələrin genişlənməsi kimi
dünyada baş verən hadisələr diplomatik nümayəndəlik institutunun
inkişafına təsir edir.
1961-ci il Vyana Konvensiyasının bağlandığı vaxtdan keçən
müddət ərzində diplomatik nümayəndəliklərin statusu, fəaliyyəti və
formalaşdırılması ilə bağlı diplomatik təcrübədə də bir çox dəyişikliklər
əmələ gəlmişdir.
Məsələn, bütün dünyada diplomatik nümayəndəliklərin, onların
personalının sayı kifayət qədər artmış və kvota sisteminin yayılması geniş
vüsət almışdır. Adətən, səfirliklərdə işləyənlərin sayı dövlətlər arasında
razılaşdırılır. Bu xüsusi sənəd “kvota sənədi” adlanır. Adətən, səfirliklər
maddi imkanları olsa da, qarşı tərəfə hörmət əlaməti olaraq öz diplomatik
personalının sayını həddindən artıq çoxaltmır. Lakin, bəzən buna riayət
olunmur. Məsələn, 2001-ci ilin sonunda Rusiya Federasiyasının
ABŞ-dakı səfirliyində 190 nəfər, ABŞ-nın Rusiya Federasiyasındakı
səfirliyində 1090 nəfər şəxs çalışırdı. Kvota sənədi pozulduğu üçün bu
hal bəzi çətinliklər
59
Dostları ilə paylaş: |