Həqiqətən də, Vyana Konvensiyasının 25-ci maddəsinə görə, yerləşmə
dövləti diplomatik nümayəndəliyin öz funksiyalarını normal yerinə
yetirməsi üçün bütün imkanlardan istifadə etməyə borcludur. Məsələn,
fövqəladə hallar zamanı (müharibə, kütləvi ixtişaşlar, təbii fəlakətlər)
yerləşmə dövləti diplomatik nümayəndəliyin mühafizəsinin təşkil
edilməsi üzrə fövqəladə tədbirlərə əl ata bilər. Bu tədbirlər diplomatik
nümayəndəliyin normal fəaliyyət göstərməsini faktiki poza bilər. Lakin bu
yerləşmə dövləti tərəfindən onun təhlükəsizliyinin təmin olunması üzrə
vəzifələrin yerinə yetirilməsi gedişində baş verdiyi üçün bu hal heç bir
qeyri-hüquqi xarakter daşımır.
Səfirlik və ya diplomatik nümayəndəlik öz fəaliyyətini aşağıdakı
hallarda dayandıra bilər:
Müharibə, ictimai-siyasi vəziyyətin dəyişməsi, ölkə başçısının
vəfatı, hərbi çevriliş və s. baş verdiyi hallarda.
Diplomatik nümayəndəlik geri çağrılarkən əlaqələr ya tamam
kəsilir, ya da müvəqqəti dayandırılır. Belə olan halda həmin ölkənin
diplomatik maraqlarını 3-cü ölkə bu dövlətdə yerinə yetirə bilər. Ölkədən
gedən diplomatik nümayəndəliyin (hətta, müharibə şəraitində belə) öz
ölkəsinə təhlükəsiz yollanmasını yerləşdiyi ölkə təmin etməlidir.
Məsələn, Almanlar Fransaya hücum edib onu işğal etdikləri zaman
alman xüsusi hərbi dəstəsi Berlindəki fransız diplomatlarını təhlükəsiz
şəraitdə ötürmüşlər. Hətta, ölkəni tərk edən səfirliyin ərazisi münasibətlər
barpa olunana qədər toxunulmazdır, onun binası, daşınan və daşınmaz
əmlakı qorunmalıdır.
Cinayət
məsuliyyətinə
səbəb
olan
nümayəndəliyin
toxunulmazlığının pozulması adı altında hər cür hücum, müdaxilə,
diplomatik nümayəndəliyin ləyaqətinin təhqir edilməsi və s. faktlar
düşmənçilik kimi düşülür.
Nümayəndəliyin dövləti böyük sayda postların olmasına
baxmayaraq, nümayəndəliyin binasına ziyan vurulduqda, həmin
nümayəndəlik mühafizəsinin səmərəsizliyi barəsində protest vermək və
zərərin ödənilməsi haqqında iddia irəli sürməkdə haqlıdır.
81
Diplomatik nümayəndəliyə ziyan vurulmasında təqsirkar şəxslər
məlum olduqda zərərin ödənilməsi məsələsi çətinlik yaratmır. Maddi
zərər isə məhkəmə qaydasında onlardan tutularaq ödənilə bilər.
Təcrübədə o hallar çətinlik yaradır ki, təqsirkar şəxslər məlum deyil və
diplomatik nümayəndəlik isə yerləşmə dövlətinə pretenziyalar
ünvanlayır.
Maddi ziyan dəyməsinə görə yerləşmə dövləti tərəfindən
kompensassiyanın ödənilməsi məsələsi qüvvədə olan beynəlxalq
müqavilələrddə nəzərdə tutulmamışdır. Dövlətlərin təcrübəsi isə bu
məsələdə müxtəlifdir. Fiziki şəxslər tərəfindən yetirilən maddi ziyanın
ödəmək öhdəliyinin qəbul edilməsi Qərbi Avropa dövlətlərinin
əksəriyyəti üçün xarakterikdir, lakin bu öhdəliyi yalnız qarşılıqlılıq
prinsipi əsasında qəbul edirlər. Bütövlükdə isə kompensasiya haqqında
məsələnin həll edilməsində dövlətlər arasında mövcüd olan qarşılıqlı
siyasi münasibətlərin xarakteri böyük rol oynayır. Bundan başqa, bu
yerləşmə dövlətinin öz məsuliyyətini qəbul etməsinin və yaxud
beynəlxalq nəzakət qaydasının həyata keçirilməsinin nəticəsi olmasını
çox hallarda müəyyən etmək çətindir.
Bəzi yerləşmə dövlətləri xarici diplomatik nümayəndəliklərə
vurulmuş maddi ziyanın ödənilməsinə formal olaraq razılıq versələr də,
əslində isə bu öhdəliyin yerinə yetirilməsini uzatmağa, nəticədə isə onu
yerinə yetirməkdən bütövlükdə yayınmağa cəhd edirlər.
Diplomatik təcrübə göstərir ki, baxılan öhdəliyin yerinə
yetirilməməsinə görə yerləşmə dövlətinin məsuliyyəti məsələsi o hallarda
yaranır ki;
a)
diplomatik nümayəndəliyin binalarının toxunulmazlığının fiziki
şəxslər tərəfindən pozulmasını özü təşkil etmiş və ya bu pozuntunun
törədilməsinə yerləşmə dövləti özü təhrik etmişdir;
b)
yerləşmə dövləti pozuntunun qarşısını almaq üçün lazımi
tədbirlər görməmişdir;
c)
yerləşmə dövləti bu pozuntunun törədilməsində təqsirli olan
şəxsləri cəzalandırmışdır.
Diplomatik nümayəndəliklərin binalarının toxunulmazlığı
82
həm nümayəndəliyin özü, həm də onun personalının ayr-ayrı üzvləri
tərəfindən sui-istifadə üçün imkanlar yaradır. Vyana Konvensiyasında
nəzərdə tutulmuşdur ki, diplomatik nümayəndəliklərin binaları
nümayəndəliyin funksiyaları ilə bir araya sığmayan məqsədlər üçün
istifadə edilməməlidir.
Bu beynəlxalq hüquq normasına görə, nümayəndəliyin rəsmi
məqsədləri ilə bir araya sığmayan xarakterli predmetlərin diplomatik
nümayəndəliklərin
binalarında
saxlanılması
və
diplomatik
nümayəndəliyin binalarının kommersiya məqsədləri üçün istifadə
edilməsi yolverilməzdir. Diplomatik nümayəndəliyin binalarının
nümayəndəliyin funksiyaları ilə bir araya sığmayan məqsədlər üçün
istifadə edilməsi dedikdə, həmçinin bu binalarda hətta təmsil etdiyi
vətəndaşı olsa belə, kimisə məcburi saxlamaq nəzərdə tutulur. Bundan
başqa, diplomatik nümayəndəliyin binalarında kimisə məcburi saxlamaq
yerləşmə dövlətinin ərazisində xarici dövlətin orqanları tərəfindən
hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi demək olardı. Bu isə
yerləşmə dövlətinin suverenliyini pozur. Diplomatik nümayəndəlik
hakimiyyət orqanı deyil və Vyana Konvensiyasında nəzərdə tutulan onun
funksiyalarına isə tutma, saxlama və həbs hərəkətləri daxil deyil.
Diplomatik nümayəndəliyin binalarında kimisə məcburi saxlamağın
qadağan olunması bəzən yerləşmə dövlətinin qanunvericiliyində nəzərdə
tutulur.'
Dövlətlərin
əksəriyyətinin
təcrübəsində
diplomatik
nümayəndəliyin binalarının nümayəndəliyin funksiyaları ilə bir araya
sığmayan məqsədlər üçün istifadə edilməsi diplomatik sığınacaq vermək
kimi qiymətləndirilir.
Diplomatik nümayəndəliklərin binalarının nümayəndəliyin
funksiyaları ilə bir araya sığmayan məqsədlər üçün istifadə edilməsi bu
binaların toxunulmazlığının hədləri haqqında maraqlı sual doğurur.
Diplomatik nümayəndəliklərin binalarının nümayəndəliyin funksiyaları
ilə bir araya sığmayan məqsədlər üçün istifadə edildiyi
' Никифоров Д.С; Борупков Л.Ф. Дипломатический протокол в СССР. Припцы- пы.
Нормы. Практика. М., 1985. стр. 152-153.
83
Dostları ilə paylaş: |