H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə30/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   26   27   28   29   30   31   32   33   ...   225

verici, icra və məhkəmə orqanları tərəfindən hər  hansı müdaxilədən bu 

arxiv və sənədlərin azad olunması öhdəliyi ilə bağlıdır. Digər tərəfdən isə 

bu  anlayış  fiziki  şəxslər  tərəfindən  ola  biləcək  təcavüzdən  bu  arxiv  və 

sənədlərin mühafizə edilməsi öhdəliyi ilə bağlıdır. 

Nümayəndəliyin  arxivləri  və  sənədləri  oğurlanma,  itmə 

nəticəsində və ya hər hansı başqa yolla yerli hakimiyyət orqanlarının əlinə 

keçmişsə,  dərhal  diplomatik  nümayəndəliyə  qaytarılmalıdır.  Yerli 

hakimiyyət  orqanlarının  bu  arxivləri  və  sənədləri  məhkəmə  və  inzibati 

mübahisələrdə və ya başqa rəsmi məqsədlər üçün istifadə etmək hüququ 

yoxdur. 


Qərb  dövlətlərinin  məhkəmə  təcrübəsində  məhkəmələr  xarici 

diplomatik nümayəndəliklərə qarşı mülki iddialara baxarkən diplomatik 

sənədlərin  toxunulmazlığına  istinad  edərək  cavabdehlər  tərəfindən 

diplomatik  sənədlərin  təqdim  olunması  haqqında  iddiaçıların  tələbini 

qəbul etmir. Nümayəndəliyin sənədlərinin rəsmi məqsədlər üçün istifadə 

edilməsi  haqqında  məsələyə  baxarkən  beynəlxalq  hüququn  qərb 

doktrinasında  Kanada  vətəndaşının  cəsusluqda  ittiham  edilməsinə  dair 

1947-ci il Kanadada keçirilmiş məhkəmə prosesindəki hala tez-tez istinad 

edilir.  Bu  prosesin  gedişində  sovet  hərbi  attaşeesində  sovet  vətəndaşı 

tərəfindən oğurlanmış sənədlər iş üzrə sübut qismində istifadə edilmişdir. 

Məhkəmə  yerləşmə  dövlətinin  təhlükəsizliyinə  istinad  edərək 

nümayəndəliyin  sənədlərinin  toxunulmazlığını  qəbul  etməkdən  imtina 

etdi. Məhkəmə eyni zamanda Kanada höküməti tərəfindən bu sənədlərin 

diplomatik  xarakterinə  dair  onların  formal  təsdiqini  tapmadağı  faktına 

istinad  etmişdir.  Bu  zaman  Kanada  höküməti  oğurlanmış  sənədlərin 

mülkiyətçisi  qismində  özünü  təqdim  edir.  Bəzi  hüquqşünaslar  dövlət 

təhlükəsizliyinə 

istinad 


edərək 

diplomatik 

immunitetlərin 

məhdudlaşdırılması  üçün  məhkəmənin  bu  hərəkətinin  əsaslı  olduğunu 

demişlər.  Burada  “dövlətin  təhlükəsizliyi”  yerli  hakimiyyət  orqanları 

tərəfindən birmənalı qaydada başa düşülə bilər. Bu isə yerləşmə dövləti 

tərəfindən bu və ya digər diplomatik immunitetləri qəbul etməkdən imtina 

və digər 



90 


sui istifadə hallarına, nəticədə isə Vyana Konvensiyasının müddəalarının 

pozulmasına  gətirib  çıxara  bilər.  Bu  proses  üzrə  Kanada  hökümətinin 

özünü oğurlanmış sənədlərin mülkiyyətçisi qismində elan etməsinə dair 

fəaliyyəti də hüquqa ziddir. 

Vyana  Konvensiyasının  27-ci  maddəsinə  görə,  nümayəndəliyin 

bütün rəsmi yazışmaları toxunulmazdır. Burada “rəsmi yazışmalar” adı 

altında  nümayəndəliyə  və  onun  funksiyalarına  aid  olan  bütün  rəsmi 

yazışmalar  başa  düşülür.  Korres-  pondensiya  dedikdə,  eyni  zamanda 

diplomatik  nümayəndəliyə  daxil  olan  və  oradan  göndərilən  bütün 

poçt-teleqraf göndərişləri anlaşılır. Yerli hakimiyyət orqanlarının nə bu 

rəsmi yazışmaları saxlamaq, onları açmaq və onlara baxış keçirmək, nə də 

onları  hər  hansı  rəsmi  məqsədlər  üçün  istifadə  etmək  hüququ  yoxdur 

(məsələn, məhkəmə mübahisələrində, təbliğat kompaniyalarında və s.). 

Vyana  Konvensiyası  hazırlanarkən  rəsmi  yazışmalara  dair  bəzi 

normalar kifayət qədər aydın işlənməmişdir. Rəsmi yazışmalara dair bəzi 

məsələlərin  müəyyən  edilməsi  indi  də  çətinlik  törədir.  Bəzən  yerli 

hakimiyyət  orqanları  bu  rəsmi  korrespondensiyanı  açırlar.  Belə  olan 

halda isə bu məsələyə dair bəzi çətinliklər meydana gəlir. Bu da onunla 

bağlıdır ki, diplomatik poçtdan fərqli olaraq, onun xarakterinə işarə edən 

hər hansı “xarici işarə və ya əlamətin” olmamasıdır. Bunun da nəticəsində 

yerli  hakimiyyət  orqanlara  nəzəri  baxış  keçirdikdə  rəsmi 

korrespondensiyanı  fərdi  və  ya  xüsusi  yazışmadan  fərqləndirmək 

imkanları  olmayacaq.  Bu  rəsmi  yazışmanın  nümayəndəliyə  və  onun 

funksiyalarına  aid  olması,  toxunulmazlıqdan  istifadə  etməsi  məsələsini 

araşdırmaq üçün onun məzmunu ilə tanış olmaq lazımdır. Bunun özü isə 

elə onun toxunulmazlığının pozulması demək olacaqdır. 

Həmçinin,  fiziki  şəxslər  tərəfindən  diplomatik  nümayəndəliyə 

göndərilmiş məktubların “rəsmi korrespondensiyaya” aid olub- olmaması 

məsələsi  də  aydın  deyil.  Bir  tərəfdən,  ehtimal  etmək  olar  ki,  əgər  bu 

məktub diplomatik fəaliyyətlə və onun funksiyaları ilə bağlı deyildirsə, o 

zaman  bu  məktub  “rəsmi  korrespondensiyaya”  aid  deyil.  Lakin  digər 

tərəfdən baxdıqda bu məktub diplomatik 



91 


nümayəndəliyin  dəftərxanasında  qeydiyyata  alındığı  andan  “rəsmi 

korrespondensiya” sayılır. 

Bütün  deyilənlərə  yekun  olaraq  belə  nəticəyə  gəlmək  olar  ki, 

diplomatik nümayəndəliyə daxil olan və oradan göndərilən bütün rəsmi 

yazışmaların  rəsmi  məqsədlər  üçün  istifadə  edilməsi  hüquqi 

nöqteyi-nəzərdən yolverilməzdir. 

Akkreditə  edən  dövlət  orqanları  ilə  əlaqə  saxlamaq  azadlığı 

diplomatik nümayəndəliyin normal fəaliyyətini təmin etmək üçün həyati 

əhəmiyyət  daşıyan  şərtlərdən  biridir.  Beynəlxalq  hüquqda  xarici 

diplomatik  nümayəndəliyin  öz  dövlətinin  höküməti  ilə  maneəsiz  əlaqə 

saxlamaq üçün hər cür şəraitlə təmin etmək yerləşmə dövləti tərəfindən 

Öhdəlik  kimi  qəbul  edilmişdir.  Hər  bir  dövlətin  diplomatik 

nümayəndəliyinin öz dövləti ilə xüsusi şifrəli, məxfi rabitə və diplomatik 

poçt ilə əlaqə saxlamaq hüququ vardır. Yerləşdiyi dövlətin orqanları bunu 

yoxlamır.  Bütün  rəsmi  məqsədlər  üçün  nümayəndəliyin  öz  dövləti  ilə 

maneəsiz əlaqə saxlamağa yerləşmə dövləti icazə verməli, hər cür şərait 

yaratmalı və bu hüququ qorumalıdır. Bu öhdəlik nümayəndəliyin rəsmi 

korrespondensiyasının  tranzit  olaraq  ərazisindən  keçdiyi  üçüncü 

dövlətlərə də aiddir. 

Diplomatik  nümayəndəliyin  öz  mərkəzi  və  öz  dövlətinin  digər 

nümayəndəlikləri  ilə  ən  yayılmış  əlaqə  növlərindən  biri  diplomatik 

poçtdur. Bu əlaqələri həyata keçirmək üçün nümayəndəlik bütün müvafiq 

vasitələrdən,  o  cümlədən  diplomatik  kuryerlərdən  sərbəst  və  maneəsiz 

istifadə edə bilər. 1961-ci il Vyana Konvensiyasında diplomatik poçtun 

diplomatik kuryerlər vasitəsilə (ştatlı və ad hoc) və kuryersiz (diplomatik 

kuryer hüququna malik olmayan hava gəmisi komandirinin köməyi ilə) 

gətirilməsini (daşınmasını) nəzərdə tutur. 1961-ci il Vyana Konvensiyası, 

habelə  diplomatik  poçtu  təyinatı  üzrə  çatdırdığı  ana  qədər  immunitetə 

malik  müvəqqəti  (ad  hoc)  kuryerlərin  təyin  olunmasını  mümkün  sayır. 

Təcrübədə kuryersiz daşınma həmçinin dəniz gəmisi kapitalının köməyilə 

və marağı olan dövlətlər arasında sazişlərin əsasında adi rabitə kanalları 

(poçt idarələri) vasitəsilə həyata keçirilir. Axırıncı 

92 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə