H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə26/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   22   23   24   25   26   27   28   29   ...   225

lakin  səfirliyin  yerləşdiyi  ölkənin  hakimiyyətinə  xəbər  vermir.  Bu  cür 

aksiya  həyata  keçirildikdə  məskun  olunan  dövlətin  məsuliyyəti  xarici 

dövlətin  səfirliyinin  toxunulmazlığını  təmin  etmək  vəzifəsinin  yerinə 

yetirilmədiyindən irəli gəlir. 

Lakin  əgər  sübuta  yetirilsə  ki,  səfirliyin  hazırlanan  aksiya 

haqqında  məlumatı  varmış,  ancaq  bu  barədə  məskun  ölkənin 

hakimiyyətinə  xəbər  verməmişdir,  o  zaman  səfirliyin  bu  cur  davranışı 

məskun olunan dövləti məsuliyyətdən azad edən hal kimi qiymətləndirilə 

bilər. 

Yerləşmə  dövlətinin  siyasi  məsuliyyəti  digər  subyektin 



mənafelərini qoruyan beynəlxalq hüquqi normasının pozulması faktında 

(məsələn,  diplomatik  nümayəndəliyin  toxunulmazlığının  pozulması) 

hasil olur. Bu cür məsuliyyət hüquq pozuntusunun maddi ziyana, yaxud 

digər  neqativ  nəticələrə  səbəb  olmadıqda  da  yarana  bilər  və 

satisfaksiyalar  (mənəvi  məsuliyyət)  formasında:  zərərçəkmiş  tərəfi 

hüquqpozmanın  təkrarına  yol  verilməyəcəyinə  inandırma,  üzr  istəmə, 

təəssüf  bildirmə,  hüquqpozmanın  cəzalandırılması,  zərərçəkən  tərəfə 

mənəvi  təminatının  digər  formaları  şəklində  ifadə  olunur.  Siyasi 

məsuliyyət zərər çəkmiş subyekt tərəfindən həyata keçirilən zorakı cavab 

hərəkətləri kimi forması da qeyd edilməlidir. Bu cür tədbirlərdən biri də 



retorsiya^  adlanır.  Rctorsiya  hüquqpozma  sayılmayan  qeyri-dostluq 

hərəkətləri ilə əlaqədar cavab aksiyalarıdır (məsələn, səfirin təmsil etdiyi 

ölkə barəsində qərəzli bəyanatla əlaqədar səfirin geri çağrılması). 

Məsələn, partlayışlar, yanğınlar törədilməsi, vandalizm aktlarının 

həyata  keçirilməsi  və  s.  nəticəsində  diplomatik  nümayəndəliyə  dəymiş 

maddi  zərərə  görə  bu  diplomatik  nümayəndəlik  yerləşmə  dövlətindən 

maddi kompensasiya tələb etmək hüququna malikdir. Bu halda yerləşmə 

dövləti  də  maddi  məsuliyyət  daşıyır.  Maddi  məsuliyyət  amillər 

məcmusunun  mövcudluğu  nəticəsində  yaranır:  Beynəlxalq  hüquq 

normasının pozulması, hüquqpozma 



' Rctor.siya - beynəlxalq hüquqda bir dövlətin digər dövlətin eyni tələblərinə qarşı gördüyü 

məhdudlaşdırıcı tədbirlər. 

78 


nəticəsində maddi ziyan yaranması və hüquqpozma ilə bu ziyan arasında 

birbaşa səbəbi i əlaqənin olması. 

Maddi məsuliyyət dəymiş maddi ziyam ödəmək vəzifəsi ilə ifadə 

olunur.  Bu,  restitusiya  (hüquqpozmaya  digər  mövcud  olan  maddi 

vəziyyətin bərpası) və ya reparasiya (dəymiş ziyanın pulla ödənilməsi) 

formalarında həyata keçirilir. 

Siyasi və maddi məsuliyyət eyni bir zamana görə yarana bilər. 

Qəbul  edən  dövlətin  hakimiyyət  orqanları  diplomatik 

nümayəndəliyin başçısının icazəsi olmadan nümayəndəliyin ərazisinə və 

onun binalarına daxil ola bilmədikləri kimi, bu diplomatik nümayəndəlik 

binalarının özü, onların içində olan əmlak, habelə nəqliyyat vasitələri bu 

dövlət  orqanları  tərəfindən  axtarışa,  rekvizisiyaya,  həbsə  və  icra 

hərəkətlərinə  məruz  qala  bilməz.  Lakin  bu  0  demək  deyildir  ki,  bütün 

hallarda  onlar  mülki  və  inzibati  yurisdiksiyadan  immunitetə  malikdir. 

Vyana  Konvensiyasında  nəzərdə  tutulmuşdur  ki,  nümayəndəlik 

məqsədləri  üçün  akkreditə  edən  dövlətin  adından  diplomatların  malik 

olduqları  daşınmaz  əmlak  haqqında  işlər  üzrə  bu  diplomatlar  mülki  və 

inzibati yurisdiksiyadan azaddırlar. 

Lakin  nümayəndəliyin  yerləşdiyi  binanın  və  torpaq  sahəsinin 

mülki-hüquqi  statusu  nümayəndəliyin  imtiyaz  və  immunitetlərinə  təsir 

göstərmir. 

Qeyd  etdiyimiz  kimi,  nümayəndəliyin  nəqliyyatı  həbsə, 

müsadirəyə,  axtarışa  və  s.  qarşı  immunitetə  malikdir.  Lakin  orada 

cinayətkar  olarsa,  o,  tutulub  saxlanıla  bilər.  Bu  halda  məcburiyyət 

tədbirləri  nəqliyyat  vasitələrinə  qarşı  deyil,  müvafiq  şəxsə  yönəldilmiş 

olacaqdır. 

Diplomatik  nümayəndəliyin  binalarının  toxunulmazlığını  təmin 

edərək, yerləşmə dövləti diplomatik nümayəndəliyin rahatlığını pozan və 

ya  onun  ləyaqətini  təhqir  edən  və  ona  zərər  yetirən  yerli  hakimiyyət 

orqanlarının  belə  hərəkətləri  barədə  diplomatik  nümayəndəliyi 

qabaqcadan xəbərdarlıq etməyə borcludur. Burada söhbət ondan gedir ki, 

onların  fəaliyyəti  bu  və  ya  digər  dərəcədə  diplomatik  nümayəndəliyin 

maraqlarına toxunur, lakin bu fəaliyyət 

79 



diplomatik nümayəndəliyin maraqlarına qəsdən yönəlməmişdir və sadə 

funksional  fəaliyyətin  nəticəsi  olaraq  meydana  gəlmişdir.  Bunlar 

diplomatik nümayəndəliyin binalarının yaxınlığında ictimai işlər həyata 

keçirilməsi, texniki səbəblərdən elektrik enerjisinin kəsilməsi, diplomatik 

nümayəndəliyin  yerləşdiyi  rayonda  telefon-  rabitə  əlaqəsinin  kəsilməsi 

ilə əlaqədar yarana bilər. 

Onların  bu  fəaliyyətini  diplomatik  nümayəndəliyin  binalarının 

toxunulmazlığını pozması kimi qiymətləndirmək olmaz. 

Diplomatik  nümayəndəliyin  binalarının  mühafizəsi  xüsusi  polis 

qüvvələri  və  hərbi  birləşmələrdən  istifadə  edilməsi  yolu  ilə  yerləşmə 

dövləti tərəfindən həyata keçirilir. 

Diplomatik 

nümayəndəliklərin  binalarının 

(mənzillərinin) 

toxunulmazlığını təmin etmək üçün onların yerləşdiyi dövlət bu binaların 

(otaqların  və  torpaq  sahəsinin)  lazımi  (səmərəli)  xarici  mühafizəsini 

təmin  etməyə  və  nümayəndəlik  başçısının  icazəsi  olmadan  yerli 

hakimiyyətin  bu  mənzillərə  daxil  olmasına  yol  verməməyə  borcludur. 

Hakimiyyət  dedikdə  məskun  olunan  dövlətin  qanunvericiliyi  ilə 

məcburiyyət  hərəkətlərini  icra  etmək  icazəsi  verilmiş  şəxslər 

(müstəntiqlər, nəzarətçilər, yanğından  mühafizə, məhkəmə icraçıları və 

s.) başa düşülür. 

Diplomatik nümayəndəliyin mühafizəsi qaydası və bu məqsədlər 

üçün  lazımolan  vasitələrin  həcmi,  qüvvələrin  sayı  beynəlxalq  hüquq 

normaları  ilə  tənzimlənmir.  Vyana  Konvensiyası  yalnız  elan  edir  ki, 

diplomatik  nümayəndəliyin  binalarının  mühafizəsini  təmin  etmək 

yerləşmə  dövlətinin  “xüsusi  vəzifəsidir”.  Bu  yolla  mühafizəsinin  təşkil 

edilməsinin  konkret  qaydasını  və  həcmini  müəyyən  etmək  yerləşmə 

dövlətinin birbaşa səlahiyyətinə aiddir. Bu halda, əlbəttə kİ, diplomatik 

nümayəndəlik  mühafizəsinin  gücləndirilməsi  haqqında  xahiş  edə  bilər. 

Diplomatik  nümayəndəlin  təhlükəsizliyinə  qarşı  hədə  olub-olmadığını 

yerləşmə dövləti özü müəyyən edə bilər. Yerləşmə dövləti eyni zamanda 

bununla  bağlı  bu,  ya  digər  vasitələrin  (stasionar  postlarının, 

patrullaşdırma, mühafizə siqnalizasiyasının və s.) və qüvvələrin istifadə 

olunmasının məqsədə uyğunluğu haqqında məsələni həll edə bilər. 

80 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə