H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə34/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   30   31   32   33   34   35   36   37   ...   225

immunitet,  cinayət  yurisdiksiyasına  qarşı  immunitet  hüququna  maük 

olurlar, mülki və inzibati immunitetə gəldikdə isə bu hüquq onların yalnız 

öz vəzifə borcları ilə bağlı fəaliyyətlərinə şamil edilə bilər. 

Bu məsələ diplomatiya hüququnda və diplomatik təcrübədə bir çox 

dövlətlər tərəfindən qəbul edilmişdir. Lakin bir sıra dövlətlər (Vcncsuella, 

Yunanıstan,  Misir,  İraq,  Komboca,  Ekvador)  Vyana  Konvensiyasını 

imzalayarkən bu müqaviləyə qeyd-şərt etmişlər. Bununla da bu dövlətlər 

Vyana  Konvensiyasında  nəzərdə  tutulmuş  inzibati-texniki  heyətin 

immunitetlərini qəbul etmirlər. Vyana Konvensiyası qəbul edilənə kimi 

xidmətçi  personalın  immunitetləri  haqqında  mə.sələ  do  dövlətlərin 

təcrübəsində ziddiyətli idi. Bəzi dövlətlər (Böyük Britaniya, Danimarka, 

Hindistan,  Kolumbiya,  ABŞ,  Yaponiya)  xidmətçi  personala  bu  və  ya 

digər həcmdə immunitetlər verir, digərləri (Braziliya, İtaliya, Franca, Çili, 

İsveçrə) xidmətçi personala heç bir immunitet vermir. 

Vyana  Konvensiyası  qəbul  edildikdə  bu  məsələ  barəsində  də 

dövlətlər arasında kompromiss əldə edilmişdir. 

Xidmətçi  heyətinin  üzvləri  xidməti  vəzifələrini  icra  etdikləri 

zaman  törətdikləri  hərəkətlərlə  bağlı  immunitetə  malikdirlər  və  onlar 

aldıqları məvacibdən vergi və rüsum ödəməkdən azaddırlar. 

104 



m BOLMƏ 

DİPLOMATİK FƏALİYYƏT VƏ BEYNƏLXALQ

 

MÜQAVİLƏLƏRİN HAZIRLANMASI

 

Beynəlxalq müqavilə hüququnun anlayışı 

Müqavilənin tərtibi prinsipləri Növləri^ 

Beynəlxalq  müqavilələr  dövlətlər  arasında  mühüm  etimad 

sənədidir. Beynəlxalq müqavilələr sahəsində iki əsas akt mövcuddur: 

a)

 



1969-cu  il  Vyana  Konvensiyası  (Müqavilələr  hüququ 

haqqında); 

b)

 

1986-cı  il  Vyana  Konvensiyası  (Dövlətlər  və  beynəlxalq 



təşkilatlar arasında müqavilələr hüququ haqqında). 

Bunlardan  birincisi  beynəlxalq  müqavilələrin  hüquqi  mənbəyi 

sayıla bilər. Çünki 2-ci Konvensiya hələ qüvvəyə minməmişdir. 

Beynəlxalq müqavilə nədir? Beynəlxalq müqavilə  - dövlətlər və 

beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanılan və beynəlxalq 

hüquqla nizama salınan beynəlxalq razılaşmadır; 

Beynəlxalq müqavilələr aşaqıdakı növlərə ayrılır: 

I

 



İştirakçıların dairəsinə görə: 

a)

 



iki tərəfli müqavilələr

b)

 



çoxtərəfli müqavilələr. 

II

 



-  Dövlətlərin  həmin  beynəlxalq  müqavilələrdə  iştirak 

imkanına görə: 

a)

 



açıq  müqavilələr  (başqa  dövlətlər  üçün  imzalamaqa  açıq, 

maneəsiz qəbul üçün açıq olan); 

b)

 

qapalı müqavilələr (ancaq müəyyən-məhdud dövlətlər 



' Bu bölmodr), И.И. Лукащук. Форма Международных договоров. M., 2002 kitabından vo 

müollifin МЛЛ-da oxuduğu mühazirəlordon istifadu olunmuşdur. 

105 



arasında müqavilələr). 

III


 

Məzmuna görə qruplaşan müqavilələr. Bunlar da aşağıdakı 

növlərə ayrılır: 

1.

 



Siyasi müqavilələr. Bunlar aşağıdakı kimi qruplaşır: 

Müttəfiqlik haqqında müqavilələr; 

Qarşılıqlı yardım haqqında müqavilələr; 

Neytrallıq haqqında müqavilələr; 

Sülh müqavilələri

2.

 



İqtisadi müqavilələr. Aşağıdakı növləri var: 

Ticarət müqavilələri; 

Əmtəə göndərilməsi və əmtəə mübadiləsi və dövriyyəsi haqqında 

sazişlər; 

Texniki yardım haqqında və ya elmi-texniki həmkarlıq haqqında 

sazişlər; 

Beynəlxalq hesablaşmalar haqqında sazişlər; 

Gömrük məsələləri və s. üzrə sazişlər. 

3.

 

Xüsusi  məsələlər  üzrə  müqavilələr  (sazişlər).  Bunlara 



aşağıdakı növ müqavilələr daxildir: 

Nəqliyyat sahəsində

Rabitə sahəsində; 

Kənd təsərrüfatı sahəsində; 

Elmi əməkdaşlıq üzrə; 

Hüquqi məsələlər üzrə; 

Ətraf mühitin mühafizəsi üzrə; 

Mədəniyyət sahəsində və s. 



**Cenilemen** müqavilələri adlanan şifahi müqavilələr də vardır. 

Beynəlxalq  müqavilələrin  tərtibi  qaydaları  və  mətninin  quruluşu 

müəyyən  diplomatik  yazışma  tələblərinə  müvafiq  qurulur  ki, bunlar  da 

diplomatik  yazışmada  qəbul  olunmuş  formalarıdır.  Bunlar  əsasən 

aşağıdakı quruluşda olur: 

1.

 



Müqavilənin  adı.  Beynəlxalq  müqavilələr  təcrübəsində 

“müqavilə”  ümumi  anlayışı  altında  müxtəlif  konkret  adlardan  istifadə 

olunur:  müqavilə,  konvensiya,  saziş,  pakt,  nizamnamə,  xartiya, 

bəyannamə, traktat, statut, konkordat, qərardad, bağlaşma. 

106 



protokol və s. 

2.

 



Preambula. Giriş hissəsidir. Əsas məqsəd burada izah olunur. 

Ayrı-ayrı bəndlərin şərhi zamanı sual ortaya çıxanda preambulaya istinad 

etmək. 

3.

 



Əsas hissə, l'ərəflərin hüquq və vəzifələri burada izah olunur. 

Əsas  hissə  bəzən  bölmələrə,  fəsillərə,  maddələrə,  hissələrə,  bəndlərə, 

yarımbəndlərə bölünür. 

4.

 



Yekun hissə. Burada müqavilələrin qüvvəyə minməsi və xitam 

olunması  vaxtı  və  şərtləri,  müqaviləyə  yenidən  baxılması  qaydası, 

müqavilənin  tərtib  dili  (dilləri),  onların  audentikliyi-  identikliyi  və  s. 

məsələlər qeyd olunur. 

5.

 

Səlahiyyətli şəxslərin imzaları, onların qaydaları. Son imzaya 



qədər  müqaviləni  ölkə  başçıları  üçün  hazırlayan  qrup  rəhbərləri  (məs. 

Xarici İşlər Nazirləri, səfirlər) sənədi paraflayırlar. 

6.

 

Müqavilələrin əlavələri. Bunlar bəzən müqaviləyə əlavə olunan 



protokollar,  müstəqil  əlavə  protokollar,  texniki  şərtlər,  standartlar, 

xəritələr və s. olur. Əgər müqavilədə bunlardan biri və ya bir neçəsinin 

əlavə olunduğu qeyd olunursa bu zaman bu əlavələr əsas mətnin  - yəni 

müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunurlar. 

Beynəlxalq  müqavilənin  bağlanması  bir  neçə  ardıcıl  hissədən  - 

mərhələdən ibarət olan bir prosesdir. 

1.

 



Müqavilənin mətninin tərtibi və qəbulu

2.

 



Müqavilə  mətninin  audentikliyi  -  tərcümədə  qeyri  - 

uyğunsuzluğa yol verilməməsi

3.

 

Müqavilənin icrasının  məcburiliyinə razılığın  müqavilədə  əks 



olunması. 

Müqaviləni hazırlamaq üçün tərəflər qruplar ayırır, onlara məsul 

başçı təyin edir, müqavilə hazırlanan mərhələlərdə onlara iştirak etmək 

hüququ  verilir.  Bu  xüsusi  sənəd  olur  -  buna  vəkalət  deyilir.  Milli 

qanunvericiliyə uyğun olaraq dövlətin səlahiyyətli orqanları müqavilənin 

hazırlanması  prosesində  iştirak  üçün  həmin  şəxslərə  bəzi  ixtiyarlar  - 

səlahiyyətlər verirlər. Dövlətin rəsmi vəzifəli şəxslərinin belə proseslərdə 

iştirakı üçün xüsusi vəkaləllər 

107 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə