Bununla bağlı BMT sistemində dəfələrlə əməkdaşlıq məsələlərinə
baxılmışdır. Ən maraqlı qərarlardan biri Baş Assambleyanın 35-ci
sessiyasında qəbul edilmişdir. Bu qəttnamədə diplomatik və konsulluq
missiyalarının və nümayəndəliklərinin təhlükəsizliyi, mühafizəsi və
müdafiəsinin gücləndirilməsi üzrə effektiv tədbirlərə baxılması ilə
əlaqədar nəzarət mexanizmi təklif edilmişdir. Bu qətnaməyə uyğun olaraq
diplomatlara qarşı törədilən ciddi qəsdlər, bu qəsdləri törədənlərin
məhkəməyə verilməsi üçün dövlətin həyata keçirdiyi tədbirlər və bu cür
cinayətlərin təkrar olunmaması haqqında dövlətlər BMT-nin Baş Katibinə
məlumat vermək üçün dəvət olunur. BMT-nin Baş Katibi isə bu
hesabatları BMT-nin üzvü olan bütün dövlətlərə verir və bu barədə Baş
Assambleyaya İllik hesabat təqdim edir.
Diplomatların cinayət məsuliyyətinə cəlb edilməsi imkanından və
yıırisdiksiyasından immunitet.
Diplomatik nümayəndəliklərin personalı tərəfindən törədilən
qanun pozuntularının sayı haqqında Böyük Britaniya üzrə statistik
məlumatlar daha ətraflı təsəvvür yaradır. 1974-1984-cü illər ərzində
diplomatik nümayəndəlik personalının ümumi sayı ll min nəfər təşkil
etdiyi halda hər il 4 ağır və 20-yə yaxın digər cinayət hadisəsi, 30-a yaxın
isə ciddi inzibati hüquqpozma hadisəsi törədilirdi. Bundan əlavə, 100
minə yaxın ödənilməmiş cərimələr qeydə alınır. Vyana Konvensiyasının
31-ci maddəsində nəzərdə tutulmuşdur ki, diplomatlar yerləşmə dövlətinin
cinayət yurisdiksiyasından immunitetə malikdir. Bu müddəa beynəlxalq
hüquqşünaslar arasında heç bir şübhə doğurmur. Konvensiyada bu
immunitetdən heç bir istisna nəzərdə tutulmamışdır. Vyana
Konvensiyasının 31-ci maddəsində deyilir: “diplomatlar yerləşmə
dövlətinin mülki yurisdik- siyasından immunitetə malik deyil”.
Diplomatların yerləşmə dövlətinin mülki yurisdiksiyasından azad
olunması müasir diplomatik təcrübənin tələblərinə cavab vermir.
XVlll-XIX əsrlərdə diplomatlar tez-tez mülki məsuliyyətə
98
cəlb olunurdular. Çünki onların çoxunun yerləşmə dövlətinin ərazisində
daşınmaz əmlakları var idi. Bundan əlavə, onlar ticarət və digər
professional fəaliyyətlə məşğul olur və öz üzərinə borc öhdəlikləri
götürürdülər.
İndiki zamanda isə dövlətlərin əksəriyyəti öz diplomatlarına
yerləşmə dövlətinin ərazisində daşınmaz əmlaka malik olmağı qadağan
edir. Bundan başqa şəxsi mənfəət məqsədilə peşə və ya kommersiya
fəaliyyəti ilə məşğul olmağı akkreditə edən dövlət onlara qadağan edir.
Ümumiyyətlə, diplomatik təcrübədən diplomatların mülki
mühakimə aidiyyatmdan kənar olması ilə bağlı 3 isti.snaya yol verilir:
diplomatın və ya onun ailəsinin şəxsi mülkiyyətində olan daşınmaz
əmlakla əlaqədar olaraq məhkəmə iddiası, bu şəxslərin varis qismində
çıxış etdikləri işlər üzrə iddia, habelə onların şəxsi mənfəət məqsədilə
məşğul olduqları peşə və ya kommersiya fəaliyyəti ilə əlaqədar iddia irəli
sürülə bilər.
Diplomatların yerləşmə dövlətində cinayət, inzibati və mülki
mühakimə aidiyyatmdan azad olunması o demək deyildir ki, onların
tərəfindən müxtəlif hüquq pozuntularına görə bu diplomatlar həmişə
cəzasız qalır. Diplomatların real olaraq cəzalandırılması üçün 2 variant
mövcuddur. Onların biri Vyana Konvensiyasının 31- ci maddəsində
nəzərdə tutulmuşdur:
“Diplomatik agentin yerləşmə dövlətinin yurisdiksiyasmdan
immunitetə malik olması onu hələ akkreditə edən dövlətin
yurisdiksiyasmdan azad etmir”.
Beləliklə, hüquqpozma törətmiş diplomat ayrı-ayrı şəxslərin və ya
yerləşmə dövlətinin təşəbbüsü ilə akkreditə edən dövlətdə məsuliyyətə
cəlb oluna bilər. Xarici diplomatlara təsir etmənin bu cür vasitəsi
həqiqətdə kifayət qədər effektiv deyil. Diplomatlar tərəfindən törədilmiş
hüquqpozma əməlləri ilə bağlı onu akkreditə edən dövlətin məhkəmə
orqanlarına müraciət yerləşmə dövləti ilə bu dövlət arasında mövcud olan
siyasi münasibətlərin vəziyyəti ilə müəyyən edilir. Akkreditə edən
dövlətin tapşırığı ilə diplomatlar tərəfindən törədilmiş hüquqpozma
əməllərinə görə onlar çox
99
hallarda cəzasız qalır. Casusluq fəaliyyətinə görə yerləşmə dövlətində
yaxalanmış diplomat, çətin ki, akkreditə edən dövlətdə məsuliyyətə cəlb
olunsun.
Əgər akkreditə edən dövlətin məhkəməsi xaricdə törədilmiş
hüquqpozma əməlinə baxılmasına münasibətdə özünü səlahiyyətli hesab
etməzsə, problem yarana bilər. Digər bir problem isə o zaman yarana bilər
ki, törədilmiş hərəkətə yalnız yerləşmə dövlətində hüquqpozma əməli
kimi baxılır, akkreditə edən dövlətin qanunvericiliyinə görə isə bu hərəkət
hüquqpozma əməli kimi qiymətləndirilmir.
Nəticədə isə xarici dövlətin məhkəməsinin yerləşmə dövlətinin
məhkəməsindən fərqli olaraq iddiaçıya daha yumşaq münasibət
göstərəcəyi istisna deyil.
Diplomatın real olaraq cəzalandırılmasını təmin etmək üçün digər
daha effektiv imkan onu yerləşmə dövlətində məsuliyyətə cəlb etməkdir.
Vyana Konvensiyasının 32-ci maddəsində deyilir:
1.
Akkreditə edən dövlət diplomatik agentin yerləşmə dövlətinin
yurisdiksiyasından malik olduğu immunitetdən imtina edə bilər.
2.
İmtina həmişə açıq şəkildə ifadə edilməlidir.
3.
Bu halda diplomatik agentə qarşı qaldırılan iddialar üzrə işlərdə
diplomatik agent yerləşmə dövlətinin yurisdiksiyasından immunitetə
malik olmasına daha istinad edə bilməz.
4.
Mülki və inzibati işlərdə yerləşmə dövlətinin yurisdik-
siyasından diplomatik agentin malik olduğu immunitetdən imtina xüsusi
imtina tələb olunan qərarların icrasına münasibətdə immunitetdən imtina
deyildir. ^
Bəzi hallarda akkreditə edən dövlət onun diplomatı yalnız
yerləşmə dövlətini tərk etdikdən sonra diplomatın malik olduğu
immunitetlərdən imtina edir. Diplomatların törətdikləri cinayətlərə,
' Захарова Jl. M.. Коновалова А.Л. Основы дипломатический и Консульской службы.
Минск, 2001. стр. 101-102.
^ Никифоров Д.С: Борунков А.Ф. Göstərilən əsəri, səh. 185.
100
Dostları ilə paylaş: |