H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə40/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   36   37   38   39   40   41   42   43   ...   225

hamısının olmasının da öz əhəmiyyəti var. Bu tərkib hissələrin hamısının 

müqavilədə  olması  müqavilənin  başa  düşülməsi,  düzgün  yozulması  və 

qeyri-şərtsiz icra olunması üçün lazımdır. 

Müqavilənin  izahı,  ya  şərhi  üçün  Vyana  Konvensiyası  kontekst 

(cümlədən  doğan  məna)  məfhumunu  tətbiq  etmişdir.  Yuxarıdakı 

müqavilə  komponentlərindən  başqa,  kontekst bütün müqaviləyə  aiddir. 

Bu prinsip - kontekst aydınlıqı tərəflər arasında baqlanan bütün sənədlərə 

də aiddir. Göründüyü kimi kontekst məfliumu mətn məfhumundan daha 

genişdir. 

Müqavilənin  strukturu  elə  olmalıdır  ki,  onun  məqsədlərinin 

düzgün  yerinə  yetirilməsinə,  ümumi  məsələlərin  xırdalıqlarına  qədər 

düzgün əməl olunmasına xidmət etsin. Məlum olduğu kimi belə bir qayda 

var: “Xüsusi qanunu ümumi qanun ləğv edir” (lex specialiis deroqai legi 

generali).  F.F.Martens  və  başqa  görkəmli  hüquqşünaslar  belə  hesab 

edirdilər  ki,  “müqavilənin  hər  hansı  xüsusi  qərarı  ümumi  müqavilənin 

fəaliyyətini ya ləğv edir, ya da məhdudlaşdırır”. 

Müqavilədə  əsas  yeri  onun  nwqsod  və  prinsipləri  tutur. 

Beynəlxalq müqavilələr qədim Roma hüququnun tələb etdiyi’Vuhu” və 

“hər  hərfi”  tələblərinə  indi  də  riayət  edir.  Əlbətdə,  bu  mə.sələdə  də 

ixtilaflar var. Bəzilərinə görə sözlərə xüsusi əhəmiyyət verilməlidir, və 

ancaq  sözün  daşıdığı  semantik  -  məna  yükünə  rəayət  olunmalıdır. 

Bəziləri isə müqavilənin “ruhu”ııu əsas götürməyi təklif edirlər. P.Foşil 

belə  hesab  edirdi  ki,  müqavilədə  əsas  “ruh”dur,  sözlər  yox.  O,  “/•«/)” 

deyəndə  müqavilənin  ümumi  mənasım  başa  düşürdü.  Beləliklə  məna 

üçün “sözw” əsas götürənlər onun mənasını, “ruhu” əsas götürənlər isə 

onun məzmununu önə çəkirdilər. 

Müasir təcrübədə müqavilədə hər iki tərəfi əsas götürənlər düzgün 

yoldadırlar. Çünki müqavilənin icrası üçün “söz” - mətn mühüm olduğu 

kimi “ruhu” - mənası da mühümdür və onlar bir-biri ilə sıx bağlıdırlar və 

bir-birini tamamlayırlar. 

Bu  məsələlər  artıq  nəzəriyyədən  müqavilələrin  əməli  icrasına 

tətbiq olunan tələblərdir. Beynəlxalq müqavilələrin sürətli inkişafı 



123 


onun  bəzən  “sözü”nün  “ruhu”ndan  geri  qaldığını  göstərir.  Müasir 

müqavilələr arenasında tərəflərin bir-birinə rəğbəti, məsələləri qarşılıqlı 

həll etmək üçün xoş niyyətləri artıq üstünlük təşkil etməyə başlamışdır. 

Mətn isə  çox  vaxt  tərəflərin  bir-birinə  rəqbət  və  ehtiramının  -  “ruhun” 

dalınca  getməyə  məcbur  olur.  Bu  isə  müqavilələrin  icrasının 

effektivliyinə xidmət edir.' 

Müqavilələnin  effektivliyi  üçün  onun  düzgün  şərhi  mühümdür. 

Hüquqşünashqda çoxdan belə bir prinsip özünə yer eləyib: “şərh, ya izah 

elə olmalıdır ki, o, müqaviləni fəallaşdırsın, dayandırmasın”. 

Müqavilənin  strukturunda  mühüm  rol  oynayan  yuxarıdakı 

müddəalar  və  prinsiplər  bir  vəzifəyə  xidmət  edir  ki,  o  da  müqavilənin 

effektli yerinə yetirilməsidir. 



Müqavilə titulu 

Müqavilənin strukturunun birinci elementi onun rəsmi adı, yaxud 

tituludur. Yaxın keçmişə qədər müqavilənin adını onun xüsusi elementi 

hesab  etmir,  onu  preambulaya  aid  edirdilər,  daha  doğrusu  onu 

preambulanın bir hissəsi sayırdılar. Polşa professru A. Klafkovski yazır: 

“Birinci hissəyə titul və müqəddimə (giriş) daxildir”. 

Müasir müqavilələrdə titulun əhəmiyyəti o qədər artıb ki, bu onu 

müqavilənin  ayrı,  müstəqil  elementi  hesab  etməyə  vadar  edir.  Titulun 

əsas  əhəmiyyəti  ondadır  ki,  onunla  müqavilənin  obyekti  və  məqsədləri 

təyin olunur: bu da onun məzmununun şərhi, izahı üçün hüquqi əsas olur. 

Lakin unutmaq olmaz ki, bəzən müqavilənin adı onun əsl məqsədi 

və mahiyyətinin dezinformasiyasına da xidmət edə bilir, onun məzmunu 

və xarakterinin düzgün açılmasına nəinki kömək etmir, əksinə, onu daha 

da  dolaşdırır.  “Cənub-Şərqi  Asiyanın  müdafiəsi  haqqında  Müqavilə” 

buna misaldır. 1954-cü ildə bağlanmış bu Müqavilə Cənub-Şərq ölkələri 

olan Hindistan, Birma, 



Мамсдги1изале Ч. Основы дипломатической службы и дипломатического протокола. 

Баку, 2001. стр. 56-57. 

124 


İndoneziya  və  s.  ölkələrin  iradəsinin  əleyhinə  olaraq  imzalanmışdı. 

Əslində bu Müqavilə qeyri Asiya ölkələrinin siyasi təsir instrumenti kimi 

qəbul  olunmuşdu.  Eyni  adlı  müqavilələr  müxtəlif  tərəflər  tərəfindən 

müxtəlif  məqsədlərlə  imzalandığından,  müxtəlif  siyasətlərə  xidmət 

etdiyindən  fərqli  ola  bilər,  lakin  bu  eynilik  səhvlərə,  anlaşılmazlıqlara, 

dolaşıqlığa  və  məna  müxtəlifliyinə  haqq  qazandırmamalıdır.  Məsələn, 

müqavilə  adı  məzmunla  tam  əks  istiqamətdə  olanda  nəticə  də  ən  azı 

təəccüb doğurur. 1939-cu il 28 sentyabrda SSRİ ilə Almaniya arasında 

bağlanan  müqavilənin  adında  “dostluq”  sözünü  yazmağın  nə  mənası 

vardı? Axı bu ölkələr onda da dost deyildilər və bir-biri ilə müharibəyə 

hazırlaşırdılar (Hər halda Almaniyanın belə bir məqsədi olduğunu SSRİ 

bilirdi.  Bu  barədə  Bakılı  Rixard  Zorge  və  s.  diplomatlar  vasitəsilə 

məlumatlar çatmışdı). Bu Müqavilədən sonra isə hər iki ölkə müharibəyə 

cəlb olundular. 

Müqavilənin  adı  tam  va  natamam  ola  bilər.  Natamam  adlı 

müqavilələr əsasən sadələşdirilmiş müqavilələr ola bilir. Onlarda ancaq 

aktın-mətləbin 

adı 


göstərilir. 

Məsələn; 

“qarşılıqlı 

anlaşma 


memorandumu”. Bütün qalan mətləblər isə mətndə verilir və izah olunur. 

Müqavilələnin  tam  adını  əhatə  edir.  Məs.,  Müqavilə,  sonra  onun 

məzmununun əsas özəyi, nə haqda olduqu: -dostluq, ticarət və gəmiçilik 

haqqında;  sonra  müqavilədə  iştirak  edən  tərəflərin  tam  adı 

(Konstitusiyalarında göstərilən kimi) yazılır 

Çox tərəfli müqavilələrin titulu aktın-məqsədin məzmunu və onun 

obyektini  əks  etdirir:  Məs.,  “Xilasetmə  haqqında  beynəlxalq 

Konvensiya”  (1989).  İkitərəfli  müqavilələnin  tam  titulu  bundan  başqa 

tərəflərin tam adını da göstərməlidir: 

Azərbaycan 

Respublikası  ilə  İran  İslam  Respublikası  arasında  dostluq,  mehriban 

qonşuluq  və  əməkdaşlıq  haqqında  Müqavilə  və  s.  kimi  İkitərəfli 

müqavilələrdə  tərəflərin  adı  alternat  (ardıcıllıq)  qaydalarına  müvafiq 

göstərilir. Müqavilənin mətni kimə veriləcəksə onun adı birinci yazılır. 

Diplomatik  sənədlərdə  də  alternat  tələblərini  gözləmək  vacib  sayılır, 

lakin  mətbuat  üçün  olan  müsahibə  və  bəyanatlarda  alternata  riayət 

olunmaya da bilər. 

125 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə