H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə48/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   44   45   46   47   48   49   50   51   ...   225

saymaq  olmaz.  Onlar  əsas  müqaviləyə  daxil  olurlar  və  özləri  də  əsas 

müqaviləni  təşkil  edirlər.  Avropada  adi  silahlı  qüvvələrə  dair  1990  il 

müqaviləsinə  bir  neçə  silahlar  və  silahlı  qüvvələr  növlərinə  aid  olan 

protokollar,  müqavilələr  daxil  edilmiş  və  qeyd  olunmuşdu  ki,  “bu 

sənədlərin  hər  biri  bu  Müqavilənin  ayrılmaz  hissələridir”  (maddə  I.3.). 

Burada  əlavələri  bir  neçə  müstəqil  müqavilə  təşkil  edir  ki,  onlar  da 

mövcud müqavilənin eyni hüquqlu tərkib hissələri sayılırlar. 

Əlavələrdə  verilən  sərhəd  xətləri  haqqındakı  xəritələr  həmişə 

mühüm  əhəmiyyətli  əlavələr  hesab  olunublar.  Azərbaycan  ilə  Rusiya 

arasında  sərhədlərin  demorkasiya  sxemi,  Azərbaycan  -  Gürcüstan 

sərhədlərinə dair xəritələr və s. bu qəbilədəndir. Beynəlxalq Məhkəmənin 

1999 il qərarına əsasən (bundan əvvəl 1986-cı il qərarı var) “əyər xəritələr 

Müqaviləyə əlavə olunursa onlar Müqavilənin ayrılmaz hissələridirlər”. 

Əlavələr bütün Müqaviləyə əlavə olunduğu kimi onun ayrı- ayrı 

fəsil,  bölmə  və  maddələrinə  də  əlavə  ola  bilər.  Əlavələr  adətən  əsas 

mətnlə bağlı olur və müqavilə ilə bərabər “öz ömrünü yaşayır”. 

Lakin  elə  maddələrə  dair  qərarlar  vardır  ki,  həmin  maddəyə  öz 

əlavəsi olunur; məhz bu məsələyə aid qeydləri və s. buna misal ola bilər. 

Müqaviləyə  Əlavələrin  imzalanması  vacib  deyil.  Bununla  belə 

imzaların  olması  arzuolunandır.  Bu  vacib  deyil  ki,  müqaviləni 

imzalayanlar  Əlavələri  də  imzalasınlar.  Əlavələrdəki  imzaları  (əsas 

mətndən fərqli olaraq) möhürlə təsdiq etmək qəbul olunmamışdır. Onlar 

əsas mətnin ayrılmaz hissələri olduqları üçün buna ehtiyac yoxdur. 

Müqavilələrin  bağlanması  üçün  dövlətlər  uzun  və  çətin  proses 

keçməli olurlar. Bu cəhətdən Rusiya ilə Əfqanıstan arasında 1921

T

Cİ ildə 



bağlanan  dostluq,  mehriban  qonşuluq  və  qarşılıqlı  yardım  haqqında 

müqaviləsinə qədər keçilən çətin yola bir nəzər kifayətdir. N. Nərimanov 

1919-cu  ildən  bu  iki  ölkə  arasında  belə  vacib  bir  müqavilənin 

imzalanmasında  böyük  rol  oynayır.  İmzaya  qədər  çətin  bir  tarixi  yol 

keçən bu prosesin Rusiya - Əfqanıstan diplomatik 

142 



(əlavənin)  ratifikasiyasının  vacibliyi  qeyd  olunubsa,  onda  belə  düzgün 

fikir yaranır ki, tərəfiər üçün həmin bəyanat (əlavə) mövcud müqavilənin 

ayrılmaz hissəsi hesab olunur. Həmin Məhkəmənin fikrincə məzmunu və 

qəbul  olunma  zərurətinə  görə  birgə  bəyanat  (müqaviləyə  əlavə 

olunmursa) interpretasiya (şərh etmə) xarakteri daşıyır. Elə bu vəziyyətdə 

də onu müqavilənin (hətta ayrıca bu göstərilməyibsə də) ayrılmaz hissəsi 

hesab olunmalıdır. 

Əlavələr hətta müqavilənin ayrılmaz hissəsi hesab olunduqda da 

fərqli cəhətlərə malikdir. Əsas məsələlər əsas mətndə izah olunduğu üçün 

ikinci  dərəcəli  məsələlər  əlavədə  şərh  olunur,  ona  diqqət  yönəlir.  Belə 

olduqda  çox  vaxt  əsas  mətni  əsas  götürür  və  onun  ə.sasında  əlavədəki 

məsələni şərh edirlər. Fikirlərdəki fərqlər ciddi olanda Müqavilənin əsas 

mətni birinci götürülür. 

Müqavilələrdə  qərarların  siyasi  avtoriteti  də  nəzərə  alınmalıdır. 

Bəzən  mühüm bir siyasi razılaşma haqqında əsas mətndə yox, əlavədə 

qərar  qəbul  olunur.  Bu,  o  zaman  edilir  ki,  bu  mühüm  siyasi  məsələ 

haqqında  tərəflərin  fikri  hər  iki  (ya  çox)  tərəfin  ictimayyətindən  gizli 

qalsın. 1927-ci ildə Polşa SSRİ ilə müqavilə bağlayarkən tələb edir ki, 

Millətlər  Liqası  sözünə  istinad  əsas  mətndə  göstərilsin.  SSRİ  bu 

beynəlxalq, təşkilatı tanımadığından buna etiraz edir. Lakin Kompromis 

nəticəsində  tərəflər  qərara  gəlirlər  ki,  bu  məsələ  -  yəni  ad  Əlavələrdə 

verilsin. 

Əlavələrin növləri müxtəlifdir. Bunlar aşağıdakılar ola bilər: əlavə 

müqavilə,  protokol,  protokol  imzalanması,  əlavə  maddələr,  notalar 

mübadiləsi,  coğrafi  xəritələr,  sərhədlərin  təyini,  cədvəllər  və  sxemlər, 

xüsusi  təyinatlı  qərar,  siyahılar,  məsul,  ya  vəzifəli  şəxslərin  şəxsi 

vəsiqələrinin surəti, və s. Əlavələrə həm də aşağıdakılar aid ola bilərlər: 

qeyri-hüquqi  aktlar,  qətnamələr,  bəyanatlar.  Bunların  hamısının 

Müqavilənin şərhi üçün əhəmiyyəti vardır. Bəzən belə nümunəyə də rast 

gəlmək olur.: Beynəlxalq müqavilə Birgə Bəyanata əlavə şəklində qəbul 

olunur.  Məsələn,  3  mart  1959  ildə  Sovet  -  İngiltərə  bəyannaməsinə 

mədəniyyət sahəsində Müqavilə əlavə olunmuşdu (adətən, göstərdiyimiz 

kimi, əksinə olur). Bəzən bir müqaviləyə bir neçə müqavilə əlavə olunur. 

Bunları heç əlavə də 



141 


hüquqi  statusuna  tamamilə  uyğyndur.  Məsələn,  1992-ci  il  Açıq  Səma 

haqqında  Müqavilədə  deyilir:  “Hər  bir  Əlavə  və  onunla  bağlı  olan 

Qoşmaca  mövcud  Müqavilənin  ayrılmaz  hissəsidir”.  Əyər  belə 

göstərilməsə Əlavələrin hüquqi gücü olmazdı.' 

Bəzən  müqavilələrin  əsas  mətnində  göstərilir  ki,  “müqaviləyə 

əlavə”  məfhumunun  tam  formal  və  hüquqi  mənası  vardır.  Elə  bir 

Müqavilə yoxdur ki, əyər onun əlavəsi varsa, bu barədə əsas mətndə qeyd 

olunmasın.  Beynəlxalq  müqavilələr  təcrübəsində  bunu  təsdiq  etməyən 

fakta, ya müqaviləyə az rast gəlinir. 

Təcrübə göstərir ki, əlavənin mövcudluğu və onun hüquqi statusu 

bəzən  əsas  mətndə  yox,  əlavənin  özündə  verilə  bilər.  A.N.Talalayev 

göstərir  ki,  “Beynəlxalq  Müqavilənin  əlavəsi  o  zaman  müqavilənin 

ayrılmaz hissəsi sayılır ki, bu haqda ya Müqavildə, ya da əlavə bu barədə 

xüsusi qeyd oluna”. 

Müqavilədə  əlavələr  haqqında  qərarın  necə  olması  məsələsi 

müxtəliflik  doğurur.  Bəziləri  hesab  edirlər  ki,  əyər  bu  əlavənin  hüquqi 

rolu əsas mətndə göstərilirsə, onda bu əlavə də hüquqi sənəddir. 

Bəzilərinə  görə  isə  əsas  mətndə  əlavənin  adı  çəkilibsə  və  ona 

istinad  olubsa  onda  o,  hüquqi  məna  kəsb  edir.  Əlavələr  haqqında 

diplomatik  təcrübə  aşağıdakı  qaydalara  rəayət  edir:  Əyər  müqavilənin 

ayrılmaz hissəsi sayılan əlavədə mühüm əhəmiyyətli qərarlar varsa onda 

əsas mətndə aşağıdakı formulirovka (cümlə, ifadə) verilməlidir: “Əlavə, 

mövcud  Müqavilənin  ayrılmaz  hissəsidir”.  Belə  növlü  əlavələr  adətən 

tərəflər tərəfindən imzalanır. Əyər Əlavənin ratifikasiyası haqqında qeyd 

göstərilibsə onda bu əlavə Müqavilənin ayrılmaz hüquqi hissəsi adlanır və 

müqavilə ilə birlikdə hüquqi gücə malikdir. 

Əyər əlavələr coğrafi xəritələr, cədvəllər, sənədlərin nümunələri və 

s-dən  ibarətdirsə  bu  zaman  müqavilə  onlara  yalnız  istinad  edir.  Bunları 

müqavilənin  bir  hissəsi  hesab  etməyə  kifayət  edər.  Adətən  bu  tipli 

əlavələri imzalamırlar. Beynəlxalq Məhkəmənin qərarlarının birində qeyd 

olunur ki, əyər Müqavilədə bəyanatın 

l.ukaşuk l.İ. Göstərilən əsəri səh.76 

140 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə