kodifikasiyası ilə məşqul olan Beynəlxalq hüquq Komissiyasının
protokolu ilə təsdiqlənmişdir. Müqavilələrdə tərəflərin təkcə imza atması
kifayətdir və ona hüquqi status verir.
Beləliklə, yekun qərarlarının bütün mahiyətlərinə baxmayaraq,
onlardan bəzilərinin qismən, ya da tam yoxluğu müqavilənin hüquqi
qüvvəsinə mənfi təsir göstərmir. Onların olmaması bəzən əməldə
müqavilənin işlənməsi, yerinə yetirilməsi üçün qismən çətinliklər,
anlaşılmazlıqlar yarada bilir. Ona görə də yekun hissəsinin Müqavilənin
yerinə yetirilməsi üçün lazım olan bütün elementlərin olmasının
vacibliyini inkar etmək olmaz.
Müqavih w əlavələr
Beynəlxalq münasibətlərin inkişafı onların genişlənməsinə və
intensifıkasiyasına səbəb olur. Bu isə dünya ölkələrarası münasibətlərdə
daha çox dəqiqlik tələb edir, onların düzgün tənzimlənməsini ön plana
çəkir. Problemlərin həlli vasitələrindən biri də əlavələrdir. Bu gün
əlavələrin rolunun yüksəldiyini onunla izah etmək olar ki, beynəlxalq
müqavilələrin əlavələri və müxtəlifliyi də (həcmə və s. görə) artır.
Müqaviləyə əsas mətləblər daxil edilir; əlavə məsələlər, daha
konkretləşdirən mövzular və məsələlər, dəqiq qərarlar isə əlavələrdə
verilir. Bu imkan verir ki, müqavilənin əsas mətni çox yüklənməsin, əsas
mətn ümumi məsələləri əhatə edir. Müəyyən, konkret qərarlarla əsas
məsələlər əsas mətndə ifadə olunur. Əsas məzmun isə daha geniş şərhi ilə
əlavələrdə verilir.
Bəzən müqavilə sadəcə protokol qərarlarından ibarət olur, əsas
mətləb isə əlavələrdə şərh olunur. Məsələn, dənizdə axtarışlar və
xilasetmələrə dair 1979 il Beynəlxalq Konvensiyanı buna misal
göstərmək olar. Buna az təsadüf olunur.
Çox vaxt əlavələr müqavilənin mütləq qüvvəsi statusuna malik
olur. Lakin bu məsələ avtomatik, mexaniki şəkildə deyil, tərəflərin
açıq-aşkar meyli və arzusu ilə həyata keçirilir. Ya əlavədə, ya da əsas
mətnin özündə göstərilir ki, əlavə (və ya əlavələr) müqavilənin ayrılmaz
hissəsidir, buradakı müddəalar müqavilənin
139
Müahidələr öz müqəddəratını təyin etmək hüququnun və onunla
bağlı xalqlarının öz təbii sərvətlərinə azad sahib olmaq hüququnun təsbit
edilməsi - mütərəqqi qüvvələrin böyük nailiyyətidir.
Müahidələrə əsasən, dövlətlər özləri tərəfindən görülmüş
tədbirlərin və müahidələrdə nəzərdə tutulmuş hüquqların həyata
keçirilməsi sahəsində əldə edilmiş tərəqqiyə dair hesabatlar təqdim
etməyi öhdələrinə götürürlər. Məruzələr BMT-nin İqtisadi və Sosial
Şurasında nəzərdən keçirilir; bu məqsədlə bu Şura çərçivəsində xüsusi
işçi qrupu fəaliyyət göstərir. (“DEL”).
İNSAN HAQLARINA DAİR ÜMUMİ BƏYANNAMƏ
(1948). BMT Baş Məclisi tərəfindən qəbul edilmiş, BMT
Nizamnaməsinin insan haqqlarına dair müddəaları nəzərə alınmaqla
işlənib hazırlanmış və bütün xalqların və dövlətlərin həyatında zəruri olan
sənəd kimi 10.XI1.1948-də elan edilmişdir.
Bəyannamə insan haqlarına dair ilk xüsusi beynəlxalq sənəddir;
burada insanın əsas hüquq və azadlıqlarına hamılıqla hörmət olunmasının
zəruriliyi qeyd edilir, onların mündəricəsi verilir: bütün insanların hər
hansı şəkildə ayrı-seçkiliyə məruz qalmamaqla bərabərliyi, yaşamaq,
sərbəstlik və şəxsi toxunulmazlıq hüququ, şərəf və ləyaqətinin, mənzilinin
toxunulmazlığı hüququ, hər bir şəxsin hüquqlarının məhkəmədə qərəzsiz
müdafiə olunması hüququ, mülki və siyasi hüququ, vətəndaşlıq və
sığınma hüququ, şəxsi əmlaka malikolma hüququ, izdivac, fikri sərbəst
bəyan etmək hüququ, vicdan, din və əqidə azadlığı, dinc yığıncaqlar
keçirmək və assosiasiyalar yaratmaq hüququ, gizli səsvermə zamanı
hamılıqla bərabər şəkildə seçkilərdə iştirak etmək hüququ, işləmək
hüququ və bərabər əməyə görə bərabər zəhmət haqqı almaq hüququ,
həmkarlar təşkilatları yaratmaq, istirahət etmək, sosial təminat, təhsil
almaq və cəmiyyətin mədəni həyatında iştirak etmək hüququ.
Bəyannamə dövlətlər üçün tövsiyə xarakteri daşıyır. İştirakçı
dövlətlər üçün hüquqi baxımdan icbari olan İnsan haqlarına dair 1966 il
Müahidələri bu Bəyannamə əsasında işlənib hazırlanmışdır.
210
və onlara görə cəza verilməsinə dair 1973 il Konvensiyanın
hazırlanmasında iştirak etmişdir. (“DEL”).
İNSAN HAQLARI KOMİTƏSİ. Mülki və siyasi hüquqlara dair
1966 il Beynəlxalq Müahidənin müddəalarına müvafiq olaraq
yaradılmışdır. İnsan haqları komitəsi 18 nəfər üzvdən ibarətdir; üzvlər
sözügedən müahidənin iştirakçısı olan ölkələr tərəfindən öz vətəndaşları
arasından 7 il müddətinə seçilirlər.
İnsan haqları komitəsinin üzvləri öz vəzifələrini dövlətlərin
təmsilçiləri kimi deyil, fərdi şəxs qismində yerinə yetirirlər. İnsan haqları
komitəsinin özünəxas prosedura qaydaları vardır. Üzvlərin seçilməsində
ədalətli coğrafi bölgüyə, habelə “müxtəlif formalı sivilizasiyaların və
başlıca hüquqi sistemlərin” təmsilçiliyinə diqqət yetirilir.
İnsan haqları komitəsi müahidə tərəfindən tanınan hüquqlarının
həyata keçirilməsi istiqamətində gördükləri tədbirlər haqqında
məruzələrini öyrənib təhlil edir.
İnsan haqları komitəsi ildə 3 sessiya keçirir və BMT-nin İqtisadi və
Sosial Şurası xəttilə BMT Baş Məclisinə öz işi barədə illik hesabat verir.
İNSAN HAQLARINA DAİR 1966-cı İL MÜAHİDƏLƏRİ.
İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq müahidəni və mülki-
siyasi hüquqlara dair beynəlxalq müahidəni ehtiva edir. BMT Məclisi
tərəfindən 16.XI.l996-da qəbul edilib. Beynəlxalq müqavilə gücündə olan
bu müahidələr insan haqlarına dair 1948 il İnsan haqlarına dair Ümumİ
Bəyannaməsi ilə müqayisədə irəliyə doğru çox mühüm addımdır., çünki
Ümumi Bəyannamə dövlətlərin və xalqların yerinə yetirməyə cəhd
göstərməli olduqları vəzifələri yalnız bəyan etməklə kifayətlənirdi.
Müahidələr insan haqları sahəsində digər sazişlər kimi bilavasitə
fərdlərə hüquqlar vermək təəhüdlərini müəyyən edir, hər bir iştirakçı
dövlət tərəfindən müvafiq milli qanunvericilik və digər tədbirlərin
görülməsi ilə həyata keçirilir.
209
Dostları ilə paylaş: |