H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə51/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   47   48   49   50   51   52   53   54   ...   225

orqanlarında  öz  hüquqlarını  əsaslandırarkən  həmin  sənədə  istinad 

etsinlər. Qeydiyyat BMT, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və digər 

beynəlxalq təşkilatların katibliklərində aparılır. BMT-də qeydiyata alınan 

müqavilələr xüsusi məcmuələrdə (United Nations Treaty Series - UNTS) 

nəşr edilir və bu yolla da bütün beynəlxalq birliyin nəzərinə çatdırılır. 

BEYNƏLXALQ  MÜLKİ  AVİASİYA  TƏŞKİLATI  (İKAO). 

Beynəlxalq  hökümətlərarası  təşkilat,  BMT-nin  ixtisaslaşdırılmış 

idarəsidir.  1944  ildə  Çikaqoda  beynəlxalq  konfransda  təsis  edilib. 

Konfransda  beynəlxalq  mülki  aviasiya  haqqında  konvensiya  işlənib 

hazırlanıb. Həmin konvensiya təşkilatın nizamnamə müddəalarını ehtiva 

edir.  Dövlətin  Çikaqo  Konvensiyasında  iştirakı  onun  eyni  zamanda 

İKAO-ya  üzvlüyünü  təsdiq  edir.  Konvensiya  qüvvəyə  minənədək 

(4.IV.1947)  beynəlxalq  müvəqqəti  mülki  aviasiya  təşkilatı  (PİKAO) 

fəaliyyət göstərmişdir. 

Azərbaycan Respublikası 1993 ildən bu təşkilatın üzvüdür. 

İKAO-nun vəzifəsi - hava nəqliyyatının təhlükəsiz, müntəzəm və 

qənaətli  istismarını  təmin  etməklə,  beynəlxalq  mülki  aviasiyanın 

inkişafına yardım göstərməkdir. İKAO mülki aviasiya sahəsindəki dünya 

təcrübəsini  ümumiləşdirir;  xüsusilə  uçuş  və  onların  idarə  olunması 

qaydalarına,  təyyarə  və  aerodromların  təchizatına,  radionaviqasiya, 

metereoloji və axtarış - xilasetmə xidmətlərinə, habelə uçuş heyətlərinə 

şəhadətnamələrin  verilməsinə  dair  standartlar  və  tövsiyələr  işləyib 

hazırlayır. Standartlar və tövsiyələr Çikaqo Konvensiyasına əlavələr kimi 

qəbul olunur. 

İKAO-nun ali orqanı - üç ildən bir çağırılan Məclis, daimi orqanı 

isə  33  ölkənin  nümayəndələrindən  ibarət  Şuradır.  İKAO-nun  Avropa 

(Paris), Yaxın və orta Şərq və Şimali Afrika(Qahirə), Uzaq Şərq və Sakit 

okean  (Banqkok),  Cənubi  Amerika  (Lima),  Şimali  Amerika  və  Karib 

dənizi hövzəsi (Mexiko), Qərbi Afrika (Dakar) və Şərqi Afrika (Nayrobi) 

üzrə 7 regional bölməsi vardır. 

Qərargahı Monrealdadır. 

205 



yəndəlik,  hətta  onun  ən  yüksək  forması  olan  səfilik  açmağa  hazır 

olduğunu bildirir. De-fakto tanınma da həmçinin rəsmi xarakter daşıyır, 

lakin  de-yuredən  siyasi  və iqtisadi  münasibətlərin  məhdud  səviyyəsi  və 

həcmi  ilə  fərqlənir,  yəni  de-fakto  tanınma,  o  hallarda  tətbiq  edilir  ki, 

tanıyan dövlət tanınan tərəfin həyati qabiliyyətinə və səmərələliyinə tam 

əmin olmur, natamam, yarımçıq əlaqələr qurur. 

Bir  ölkə  hökümətinin  onun  tərəfindən  rəsmən  tanınmayan  digər 

ölkənin höküməti ilə bu və ya digər şəkildə əlaqə yaratması qeyri-rəsmi 

tanınma deməkdir. (“DEL”). 

BEYNƏLXALQ  MÜQAVİLƏLƏR  HÜQUQUNA  DAİR 

VYANA KONVENSİYASI (1969). 23.V. BMT tərəfindən qəbul olunub. 

27.1.1980 ildə qüvvəyə minib. 50-dən çox dövlət Vyana Konvensiyasının 

iştirakçılarıdır. 

Vyana  Konvensiyası  müqavilələrin  hüququna  dair  beynəlxalq 

hüquq  normalarını  ümumiləşdirir,  habelə  hazırda  beynəlxalq  aləmdə 

mövcüd  olan təcrübə  və  ənənələrdən irəli  gələn  bir  sıra  yeni  normaları 

ehtiva edir. 

Vyana  Konvensiyasında  müqavilə  hüququnun  ən  müxtəlif 

məsələləri  -  müqavilənin  bağlanma  qaydaları,  üçüncü  ölkələr  üçün 

beynəlxalq  müqavilələrin  əhəmiyyəti,  ümumi  beynəlxalq  hüququn 

imperativ norması ilə ziddiyyət təşkil edən müqavilənin qeyri- qanuniliyi, 

müqavilə  bağlanarkən  mövcud  olmuş  şəraitin  kökündən  dəyişməsinin 

həmin  müqavilənin  qanuniliyinə  təsiri,  çoxtərəfli  müqavilələrə  düzəliş 

hüququ,  müqavilənin  qüvvədən  düşdüyünü  təsdiq  edən  şərtlər, 

iştirakçılardan  biri  tərəfindən  müqavilənin  pozulması  ilə  bağlı  yaranan 

mübahisələr,  çoxtərəfli  müqavilənin  depozitariya  (müqavilənin  əslinin 

mühafizə üçün verilməsi) funksiyaları öz əksini tapır. 

BEYNƏLXALQ MÜQAVİLƏLƏRİN QEYDİYYATI. 

Beynəlxalq  hökümətlərarası  təşkilat  tərəfindən  tərtib  edilən  xüsusi 

beynəlxalq  müqavilələr  siyahısına  salınma;  qeydə  alındıqdan  sonra 

müqavilə bağlayan tərəflərin haqqı vardır ki, belə təşkilatın 

204 



BURAXILIŞNAMƏ.  Bir  sıra  ölkələrdə  diplomatik  nümayəndə 

akkreditə  olunduğu  ölkədən  gedəndən  sonra,  həmin  nümayəndənin 

akkreditə  olunduğu  ölkənin  başçısı  (Dövlət  başçısı,  hökümət  başçısı) 

diplomatik  nümayəndəni  akkreditə  etmiş  ölkə  başçısına  buraxılışnamə 

adlanan sənəd göndərir. 

Adətən 


buraxılışnamənin 

preambulasında 

diplomatik 

nümayəndənin 

iki 

ölkə 


arasında 

diplomatik 

əlaqələrin 

möhkəmləndirilməsində  və  inkişafında  rolu  qeyd  olunur;  bəzən 

buraxıhşnamə  dövlət  başçısının  diplomatik  nümayəndəni  “buraxdığı” 

haqqında  cümlə  ilə  bitir,  buraxıhşnaməyə  cavab  vermək  qəbul 

olunmamışdır. Buraxıhşnamə də Ehtimadnamə və geri çağırılma sənədi 

kimi dövlət gerb nişanı olan xüsusi blankda çap olunur; buraxılışnaməyə 

möhür  vurulmur.  Dövlətlərin  adı  Konstitusiyaya  müvafiq  yazılır  (İran 

İslam Respublikası, Rusiya Fedirasiyası və s.), ölkə başçısının adı, soyadı 

və  atasının  adı  həmin  ölkədə  qəbul  olunmuş  ənənəvi  qaydaya  riayət 

olunmaqla yazılır. Dövlətlərin rəsmi orqanlarının adlarının yazılmasında 

da bu tələblərə riayət olunur. Bəzi dillərdə bu sənədin adı cəm halında 

olsa da (məs; rus dilində “otpusknıyc qramotı”) əslində təkdir və ondan 

bir dənə yazılır. 

BEYNƏLXALQ HÜQUQİ TANIMA. Rəsmi və ya qeyri- rəsmi, 

tam  və  ya  natamam,  daimi  və  ya  müvəqqəti  münasibətlər  qurmaq 

məqsədilə  yeni  dövlətlərin  və  ya  hökümətlərin,  yaxud  digər  tanıma 

subyektlərinin  dövlətlər  tərəfindən  tanınması  formaları  vardır.  Belə 

tanımalar  müxtəlif  ünvanlara  şamil  edilirdi:  dövlətə,  hökümətə,  üsyan 

edən,  yaxud  döyüşən  tərəfə,  milli-azadlıq  orqanlarına,  müqavimət 

hərəkatı orqanlarına və s. 

Rəsmi tanınmanın ən geniş yayılmış üsulu - mövcud dövlətin yeni 

yaranan dövlətlə diplomatik münasibətlər qurması və ya qurmağa razılıq 

verməsidir. Beynəlxalq hüquqi tanımanın ənənəvi olaraq iki forması var: 

de-yure və de-fakto. De-yure-qəti şəkildə rəsmi tanınmadır, yəni tanıyan 

dövlət tanınan tərəflə tam həcmdə diplomatik əlaqələr qurmağa - həmin 

ölkədə diplomatik nüma- 

203 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə