H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə53/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   49   50   51   52   53   54   55   56   ...   225



BOLMƏ

 

BƏZİ DİPLOMATİK TERMİNLƏRİN İZAHI

 

Diplomatik terminlərin diplomatlar üçün vacibliyini nəzərə alaraq 

onlardan  ən  mühümlərinin  şərhini  əlifba  sırası  ilə  qıssa  şəkildə  nəzərə 

çatdırmağı  vacib  saydıq.  Bu  terminlərin  əksəriyyəti  müəllif  tərəfindən 

artıq oxuculara təqdim edilmişdir.' 

AQREMAN.  (fr.  agrzer  -  təqdim  etmək).  Bir  dövlətin  başqa 

dövlət  tərəfindən  onun  ölkəsinə  müəyyən  bir  şəxsin  diplomatik 

nümayəndə kimi təyin olunmasına verdiyi razılıqdır. Aqreman Xarici işlər 

nazirliyi  vasitəsilə,  adətən  diplomatik  nümayəndə  təyin  olunan  ölkənin 

diplomatik  nümayəndəliyi  tərəfindən  tələb  olunur.  Aqreman  sorğusu 

zamanı  vəzifəyə  namizəd  şəxs  haqqında  xaricİ  işlər  nazirliyi  bəzi 

bioqrafıq məlumatlar (anadan olduğu il, ailə vəziyyəti, təhsili, vəzifəsi və 

ya rütbəsi, elmi dərəcəsi, xidməti fəaliyyətinin başlıca mərhələləri) verilir. 

Bu məlumatlar bir vərəq kağızda imza, tarix və möhür olmadan yazılır və 

nəzərdə tutulan ölkənin XİN-ə göndərilir 

Bəzi  hallarda  aqreman  sorğusu  nazirlik  tərəfindən  verbal  nota 

göndərilməklə  yerinə  yetirilir.  Aqreman  sorğusuna  cavab  da  bu  yolla 

verilir  (şifahi  və  ya  yazılı  nota  şəklində).  Aqreman  tələb  olunan  səfir 

diplomatik  münasibətlər  yaradılan  ölkəyə  ilk  dəfə  gedirsə,  onda  belə 

sorğu üçüncü ölkədəki səfirlik vasitəsilə edilir. 

Beynəlxalq  təcrübə  həm  aqreman  sorğusu  faktını,  eləcə  də 

aqremandan ehtimal olunan imtina faktını sirr olaraq saxlamağı tələb edir. 

Aqreman sorğusuna mümkün qədər tez cavab verilməlidir. Aqremannın 

hansı müddətə alındığına da diqqət verilir. 

' “Diplomatiya: Ensiklopedik lüqət”. Bakı, “Diplomatiya” nəşr., 2005 (M.Hacıyevin şərikİi 

müəllifliyi ilə). Bu bölmədə həmin kitabdakı (Bundan sonra DEl .) başqa miiəllinərin bir sıra 

məqalələrindən də istifadə olunmuşdur. (Müəllif). 

199 



beynəlxalq  qaydalardakı  rolunda  da  tənzimlənməlidir.  Bu  təşkilatlar  öz 

mənafeləri naminə beynəlxalq qaydanı pozmağa daha çox cəhd edirlər. 

Məsələn, 1991-ci ildə BMT İraqa qarşı embarqo təyin etdiyi halda bir çox 

Qərb şirkətləri Küveytə qarşı İraqa silahla kömək edirlər (satırlar), Rusiya 

“Den”  qəzeti  ətrafında  birləşmiş  könüllü  silahlıları  Yuqoslaviyaya 

göndərir  (Rusiya  dövlətinin  siya.sətinin  əksinə  olaraq);  Ərəb  ölkələri 

Çeçenistanın separatçılarına silahlı kömək edir; ABŞ-m siaysətinin əksinə 

olaraq  ABŞ-dakı  erməni  diasporu  (Amerikanın  Erməni  Diasporu 

Konqresi) Dağlıq Qarabağa insan və maliyyə köməyi yollayır və s. Elə 

buna  görə  də  beynəlxalq  qaydanın  mexanizminin  olmamasını  qeyd 

edənlər haqlıdırlar. Bugünkü dünyanın beynəlxalq qaydaya ehtiyacı var. 

BM'f-nin  Təhlükəsizlik  Şurası  ABŞ-ın  2003-cü  il  İraqa  müdaxiləsini 

müdafiə  etmədi;  Çünki  İraqda  kütləvi  qırqın  silahlarının  olması  sübuta 

yetmədi.  Lakin  bu  silahlı  dəxalət  baş  verdi.  ABŞ  BMI’-nin  TŞ 

üzvlərindən  yeganə  olaraq  İngiltərə  dəstəklədi.  Yaxın  keçmişdə 

beynəlxalq  qaydada  hökm  sürən  qorxu,  hədə,  zor  işlətmək  sindromları 

indi  zəifləsə  də  hələ  aradan  qaldırılmamışdır  (xüsusilə  regional 

səviyyələrdə). Lakin, bu proseslərin hələ də qayıda biləcəyinə qorxu hissi 

bəşəriyyəti  tərk  etmir.  Dünyanın  keçid  dövrü  (SSRİ-niıvkeçmiş 

subyektlərinin  və  Şərqi  Avropa  sosyalizm  sistemi  ölkələrinin  dünyaya 

inteqrasiyası  dövrü)  beynəlxalq  qaydalarını  da  zərif  edib,  tez-tez 

formalaşma yoluna yönəldib. Beynəlxalq qayda öz qlobal həllini gözləyir. 

Bütün bu məsələlərdə diplomatların rolu əvəzsizdir. Ona görədə hər bir 

diplomat  öz  ölkəsinin  maraqlarına  xidmət  etməklə  eyni  zamanda 

beynəlxalq  qaydanın  möhkəmlənməsinə  də  xidmət  edir.  Beynəlxalq 

münasibətlərin  yuxarıda  xülasə  şəklində  qeyd  etdiyimiz  nəzəri 

məsələlərini də elə buna görə diplomatlar daha yaxşı bilməli, onları daha 

düzgün şərh etməyi bacarmalıdırlar. 



198 


mərkəzə  öz  hüquqlarını  və  suverenliyini  hətta  qismən  verməyə  hazır 

olmayacaq larini sübut edəcəklər. 

Bəziləri  isə  belə  hesab  edirlər  ki,  (məsələn,  Dağ  Hammarşeld 

Fondu)  sosyal  yanaşmada  beynəlxalq  qayda  yaradılması  çətinliklərlə 

üzləşir. Beynəlxalq problemlərin qlobal xarakteri onların tənzimlənməsi 

üçün yeni tipli rəhbərliyin yaradılmasını tələb edir. Onlar BMT-nin rolunu 

bu  işdə  əsas  götürərək  qeyd  edirlər  ki,  bu  gün  onun  rolu  nəinki  təkcə 

dövlətlərin,  həm  də  xalqların  artan  istəklərinə  cavab  verməlidir. 

Məlumdur  ki,  BMT-  bu  gün  təkcə  siyasi  deyil,  daha  başqa  çoxlu 

funksiyalar da yerinə yetirir. Bu tipli vahid dünya təşkilatı dünyada daha 

ciddi dəyişikliklər həyata keçirməlidir. Bu dünyəvi dəyişikliklərə uyğun 

isə xalqların onu müdafiəsi ilə təmin olunmalı, başqa sözlə bu beynəlxalq 

təşkilatlar xalqların iradəsinin təmsilçisi olmalıdırlar.' 

Dediyimiz kimi, bu iki yanaşmanın aralarındakı fərqlər şərtidir və 

onların  aralarındakı  fərqləri  mütləqləşdirmək  (ob-  salyutlaşdırmaq) 

olmaz.  Onların  hər  ikisi  bir-birinə  yaxındır.  Politoloji  yanaşma  da 

beynəlxalq  qayda  yaratmaqda  sosial  faktorun  rolunu  qəbul  edir,  sosial 

yanaşma  tərəfdarları  da  siyasi  faktorları  inkar  etmirlər.  Biri  siyasi 

üstünlüyü  sosial  tələblərin  də  mövcudluğunda  görür,  o  biri  isə  sosial 

üstünlüyü siyasi faktorları rədd etməməkdə görür. Bu, bir həqiqətdir ki, 

hər  iki  yanaşma  tərəfdarları  BMT-yə  “suverenitetlərin  diplomatiyası” 

beynəlxalq təşkilatı kimi baxırlar. 

Beynəlxalq  qaydaların  həqiqi  reallığı  üçün  belə  elementlər  öz 

həllini  tapmalıdır:  hakimiyyət  uğrunda  mübarizə  ləğv  olunmalı, 

beynəlxalq aktorlar arasında mübarizə ləğv olunmalı, qarşılıqlı anlaşma 

beynəlxalq  həllini  tapmalı,  beynəlxalq  qaydanı  təmin  edən  işlək 

mexanizm yaranmalı, gərginliklər və krizislər tənzimlənməlidir. 

Burada  onu  da  nəzərə  almaq  lazımdır  ki,  bu  tənzimlənmə  təkcə 

dövlətlərarası  münasibətlərdə  deyil,  beynəlxalq  münasibətlərin  başqa 

faktorlarının - regional və beynəlxalq təşkilatların 

KoBajıeB A

H

. AaGyna AHrıaoMarHKM. M., 1988. 



197 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə