H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə56/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   52   53   54   55   56   57   58   59   ...   225

müəyyən  ictimai  normalardır  ki,  (məsələn,  dövlət-hüquqi  normalar) 

cəmiyyəti  idarə  edir,  ümumi,  məsələn,  milli,  mədəni,  moral-etik 

dəyərlərin qorunub saxlanmasına xidmət edir. Beynəlxalq qayda dedikdə 

qlobal  sosyal  birliklərin  -  beynəlxalq  arena  iştirakçılarının  -  aktorların 

birliyinin  riayət  etdikləri  qaydalardır.  “Beynəlxalq  qaydalar”  terminini 

“dövlətlərarası münasibətlər” termini ilə sıx əlaqələndirirlər. Fərq ancaq 

bundadır  ki,  “beynəlxalq  münasibətlərdə”  tarixi  davamlılıq,  çoxdan 

mövcudluq  məfliumu  varsa,  “beynəlxalq  qayda”  -  yeni  mənalı 

məfhumdur, müasir yaranmış anlayışdır. 

XX  əsrin  ən  böyük  alman  filosoflarından  K.  Yaspers  dünya 

qaydasını  belə  başa  düşürdü:  “hamının-iştirakçı  dövlətlərin  mütləq 

suverenitetdən  əl  çəkməli  olduqu  halda  yaranan  vasitə  -  alət”, 

ümumbəşəri dəyərlər və hüquqi normalar kimi dünya qaydaları da “siyasi 

formalar  vasitəsilə  hamını  bağlayan  dünyəvi  hüquqi  qaydalardır”. 

Beləliklə beynəlxalq qayda - dünyanın qaydasının mühüm tərkib hissəsi, 

onun  özəyidir.  Siyasi  balans  -  bərabərlik  beynəlxalq  qaydanın  üfüqi 



ölçülüyünü  tələb  edir.  Beynəlxalq  qaydanın  əmudi  (şaquli)  ölçülüyü 

güclü  və  zəif  aktorlar  arasında  olan  qaydalar  tənasübüdür.  Beynəlxalq 

qaydada  funksional  ölçülük  prinsipi  dövlətlərin  -  aktorların  müəyyən 

sahələrdə  -  beynəlxalq  həyatın  müxtəlif  fəaliyyət  növlərində  stabiilik 

yaratmağa xidmət edən qaydalardır: məsələn^ diplomatiyada, aktorların 

davranış  strategiyasında,  aralarındakı  iqtisadi  təbadülədə,  mənəvi 



dəyərlərdə^  liderlərin  siyasi  ambisiyalarında,  həmçinin  beynəlxalq 

münasibətlərin 

subyektlərinin 

(işgüzar 

adamların, 

transmilli 

cəmiyyətlərin, alimlər cəmiyyətlərinin, mütəxəssislər birliklərinin və s.) 

depolitizasiya olunmasında yaranan qaydalar. ‘ 

Tarixən  beynəlxalq  qaydanı  güc  -  xüsusilə  hərbi  qüvvə  təşkil 

edirdi. Son onillərdə vəziyyət qismən dəyişir. 

Beynəlxalq  münasibətlər  tarixinin  beynəlxalq  qaydalarla 

bağlılığını  dövlətlərarası  münasibətlərin  1648-ci  il  Vestfal  sülh 

müqaviləsindən götürürlər. Bu sülh müqaviləsi qərbi Avropada 

’ Uuıi'aıiKOB 

n.A. 


Göstərilən əsəri, səh. 

271-272


 

190 


konsepsiyasını  da  əlavə  etmək  lazımdır.  K.Doyçun  bu  konsepsiyası 

federalizmdən  fərqli  olaraq  tələb  edir  ki,  beynəlxalq  inteqrasiyanın 

reallıqlarını  başa  düşmək  üçün  hər  iştirakçı  dövlətin  -  inteqrasiyada 

iştirak  edən  aktorun  kompleks  üstünlüklərini  təyin  edib  onlara  ümumi 

inteqrasiyada üstünlük verilməlidir.. 

Beynəlxalq qayda. 

Beynəlxalq qayda problemi ona görə diqqəti cəlb edir ki, ictimai 

birliklərin  bir-biri  ilə  münasibətlərinin  “beynəlxalq  birgəyaşayış” 

qaydalarını  özündə  təcəssüm  etdirir,  bu  qaydalar  müəyyən  sərhədlər 

daxilində olan dövlətlərin riayət etməli olduğları ümumi qaydalardır. Hər 

dövlət  özünəməxsusluğu  (suverenitet,  ərazi  ayrılığı,  özünəməxsus 

hakimiyyət  və  s.)  saxlamaqla  müəyyən  beynəlxalq  qaydalara  da  riayət 

etməli olur. Müasir beynəlxalq münasibətlərdə əvvəliki dövrlərin “təbii 

vəziyyəti” artıq real deyil: güclü nə istəyirdi eləyirdi, zəyif nəyi bacarırdı 

eləyirdi. Yaxın gələcəkdə isə bu prinsipi ümumiyyətlə həyata keçirmək 

mümkün olmayacaq. Lakin bunuda inkar etmək mümkün deyil: bu gün 

xalqlar və dövlətlər iqtisadi, mədəni, siyasi cəhətdən bir-biri ilə çox sıx 

haqlıdırlar,  dəyərləri  birgə  bölüşürlər,  müxtəlif  beynəlxalq  təşkilat  və 

strukturlarda  dirgə  təmsil  olunublar.  Belə  demək  olar  ki,  minimum 

şəkildə  də  olsa  beynəlxalq  cəmiyyətin  mövcudluğu  göz  qabaqındadır: 

bunu minimum birlik və təşkilatlar həmrəyliyi sübut rdir. Bu 0 deməkdir 

ki, beynəlxalq qayda da reallıqdır. ‘ 

Bununla  əlaqədar  1.  “Beynəlxalq  qayda”  nədir?  2.  İnsan 

cəmiyyəti tarixində hansı beynəlxalq qayda tipləri olub? 3. Müharibədən 

sonrakı beynəlxalq qaydada xarakter xüsusiyyətləri hansılardır? 4. Yeni 

dünya qaydasını necə qurmaq olar? - kimi suallara cavab vermək tələb 

olunur. 


Beynəlxalq  qaydanın  şərhində  sosyal  və  ya  ictimai  qaydanın 

xarakterinin  izahından  başlamaq  lazımdır.  İctimai  qayda  anarxiyanı, 

intizamsızlığı  qəbul  etmir,  bir  sosyal  qüvvənin  başqa  sosyal  qüvvə 

üzərində hökümranlığını rədd edir. Başqa sözlə ictimai qayda elə 



' MaMe;ıajiMiajıe H. Göstarilon osəri. soh. 19--21 

189 


sionalizmə 

görə 


“vertikal” 

(şaquli) 

inteqrasiya 

(dövlətlərin 

müstəqilliklərini saxlamaqla) “qorizontal” (üfuqi) (dövlətlərin yaratdığı 

vahid idarə ilə) inteqrasiyaya üstünlük verilməlidir. 

Bu nəzəriyəyə görə üfuqi inteqrasiya iqtisadi və sosyal konfliktləri 

yaradan səbələri aradan qaldırar, tədricən isə ağrısız şəkildə dövlətlərin 

suverenliyini  aradan  qaldıraraq  elə  bir  vəziyyət  əmələ  gətirəcək  ki, 

dövlətlərin  belə  birliyi,  qarışması  və  qarşılıqlı  əlaqələr  yaratması  onlar 

arasında  nəinki  təkcə  hərbi  konflikt  mənasız  olacaq,  əksinə  tam 

konfliktsizlik  yaranacaqdır.  Yaranmış  vahid  idarə  dövlətlərin  texniki 

idarələri  ilə  birbaşa  kontaktda  olacaq,  suverenliklərin  müdafiəsi  isə  - 

Konkret məsələlərin praqmatik həllini tapacaqdır. Beləliklə, praqmatizm 

də reallıqları nəzərə almaqla beynəlxalq inteqrasiyaya xidmət edir. 

Neofunksionalisthr isə bunu daha da dəqiqləşdirərək deyirlər ki, 

iqtisadi,  sosyal,  mədəni  və  s.  sahələrdə  əməkdaşlıq  sıx  olarsa  başqa 

sahələr  üçün  də  inteqrasiyaya  institutları  yaranacaq  və  tədricən 

konfliktlər  aradan  qaldırılaraq  tam  siyasi  inteqrasiyaya  gətirib 

çıxaracağdır. 

Əyər  neofunksionalizm  siyasi  institutlara  müəyyən  əhəmiyyət 

verərkən iqtisadi, sosyal, mədəni inteqrasiyanı önə çəkirsə "''federaliznf' 

bu  siyasi  institutları  inteqrasiya  prosesinin  əsası  hesab  edir  və  onları 

ortada  -  mərkəzdə yerləşdirir. Bu nəzəriyyə hər ölkənin daxili  - federal 

qaydalarına müvafiq beynəlxalq inteqrasiyanı irəli çəkir. Məsələn, 1. Öz 

vətəndaşlığım  qorumaqla  ikili  vətəndaşlığa  malik  olmaq;  2.  Regional 

hökümətlərin  rolunun  müxtəlifliyi;  3.  Regional  hökümətlərin  gücü  və 

rolunun sikl dəyişikliklərini nəzərə almaq və s. Avropanın Vahidlik Aktı 

(1985),  Avropa  İttifaqının  1  noyabr  1993-də  Maastrixt  müqaviləsinə 

əsasən 2000-ci ildə 12 Avropa dövlətinin valyuta-iqtisad i və hərbi-siyasi 

ittifaqı  (Avropa  İttifaqı  adı  altında),  10  Avropa  təşkilatının 

qərargahlarının  (Valyuta  institutu,  Avropol,  Avropa  Ekologiya  və  s.) 

idarələrinin harada yerləşməsi və s. haqqında razılaşmalar buna misal ola 

bilər. 

Burada daha bir nəzəriyyəni - K.Doyçun ""plyuralizm''' 



188 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə