H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə50/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   46   47   48   49   50   51   52   53   ...   225

vəziyyət Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə tətbiq edilir. 

Həmin  fərman  Azərbaycan  Respublikasının  Milli  Məclisi  tərəfindən 

təsdiq  edilməlidir.  2005-ci  ildən  Azərbaycanda  Fövqəladə  Hallar 

Nazirliyi yaradılmışdır. 

İNSAN HAQLARI KOMİSSİYASI. BMT-nin İqtisadi və Sosial 

Şurasının (EKOSOS) yardımçı orqanı; 15.11.1946 ildə təsis edilib. 

İnsan  haqları  komissiyası  43  dövlətin  nümayəndələrindən  təşkil 

olunub.  Nümayəndələr  EKOSOS-un  sessiyalarında  3  il  müddətində 

seçilirlər. İnsan haqları komissiyası ildə 1 sessiya keçirir. Onun nəzdində 

ayrıseçkiliyin qarşısının alınması  və  azlıqların  müdafiəsi  üzrə  yardımçı 

komissiya işləyir və onun tərkibi komissiyanın sessiyalarında seçilən və 

fərdi  mövqedən  çıxış  edən  ekspertlərdən  təşkil  olunur.  İnsan  haqları 

komissiyası BMT Nizamnaməsi prinsiplərinə ciddi əməl etmək əsasında 

insan  haqlarına  hörmətlə  yanaşmanı  təşviq  və  təbliğ  etmək  məqsədilə 

yaradılıb.  Mühüm  vəzifəsi  hegemonluq,  irqçilik  və  təcavüzkarlıq 

hallarına rəvac verilməsilə insan haqqları və azadlıqlarının kobudcasına 

və  kütləvi  şəkildə  pozulmasına  qarşı  mübarizə  aparmaqdır.  İnsan 

haqlarının qorunması üzrə EKOSOS-a və BMT Baş Məclisinə tövsiyə və 

hesabatlar  vermək,  ilk  növbədə,  bu  sahədə  beynəlxalq  konvensiya 

layihəlri hazırlamaq da İnsan haqları komissiyasının səlahiyyət dairəsinə 

daxildir. 

İnsan  haqları  komissiyası  BMT  BM  tərəfindən  qəbul  olunmuş 

1948  il  İnsan  haqlarına  dair  Ümumi  Bəyannaməsinin layihəsini  işləyib 

hazırlamış. Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Müahidənin, 

İqtisadi, sosial və mədəni hüquqlara dair Beynəlxalq Müahidənin, Uşaq 

hüquqlarına  dair  1959  il  Bəyannaməsinin,  1963  il  İrqi  ayrı-seçkiliyin 

bütün  formalarının  ləğvinə  dair  Bəyannaməsinin,  1966  il  İrqi 

ayrı-seçkiliyin 

bütün 

formalarının 



ləğvinə 

dair 


Beynəlxalq 

Konvensiyanın, 1968 il Hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə 

müddətin  tətbiq  olunmaması  haqqında  Konvensiyanın,  Aparteid 

cinayətlərinin qarşısını almağa 



208 


Dünya  təcrübəsində  bir  neçə  dövlət  və  hökümət  başçılarının, 

xarici  işlər  nazirlərinin,  digər  rəsmi  dövlət  nümayəndələrinin  birgə 

Bəyannamə  ilə  çıxış  etmə  halları  mövcuddur.  Dövlətlərin  və 

hökümətlərin  tanınması  Bəyannamə  formasında  həyata  keçirilə  bilər. 

Təcrübədə beynəlxalq müqavilələrin Bəyannamə formasında bağlanması 

hallarına rast gəlinir. 

FÖVQƏLADƏ VƏZİYYƏT. Fövqəladə vəziyyət inzibati hüquqi 

rejim  növlərindən  biri  olmaqla  qanunvericiliklə  nəzərdə  tutulmuş 

hallarda inzibati hüquqi tədbirlərinin tətbiqini nəzərdə tutur. Əhəmiyyəti 

nəzərə  alınmaqla,  Azərbaycan  Respublikası  Konstitusiyasının  112-ci 

maddəsi  xüsusi  olaraq  fövqəladə  vəziyyət  rejiminə  həsr  edilmişdir. 

Həmin  maddəyə  görə  fövqəladə  vəziyyət  rejiminin  tətbiq  edilməsi 

hallarını iki növə bölmək olar: insan iradəsindən asılı olmayan fövqəladə 

hallar və insan idarəsi ilə bilavasitə əlaqəsi olan fövqəladə hallar. 

İnsan iradəsindən asılı olmayan hallar aşağıdakılardır: 

1)

 



təbii fəlakətlər; 

2)

 



epidemiyalar; 

3)

 



epizootiyalar; 

4)

 



böyük ekoloji və başqa qəzalar

İnsan iradəsi ilə bilavasitə əlaqəsi olan hallar aşağıdakılardır: 

1)

 

Azərbaycan Respublikasının ərazi bütövlüyü pozulduqda



2)

 

dövlətə qarşı qiyam baş verdikdə; 



3)

 

dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə



4)

 

zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda; 



5)

 

vətəndaşların həyatı və təhlükəsizliyi tələb etdikdə; 



6)

 

dövlət  təsisatlarının  nonnal  fəaliyyəti  üçün  qorxu  törədən 



münaqişələr meydana gəldikdə. 

Hal-hazırda  fövqəladə  vəziyyət  rejiminin  tətbiqi  ilə  əlaqədar 

hüquqi münasibətlər Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 

04.11.1992  ildə  qəbul  edilmiş  “Fövqəladə  vəziyyət  haqqında” 

Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 

Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində Fövqəladə 



207 


BEYNƏLXALQ  NƏZAKƏT.  Xarici  dövlətlər  və  onların 

vətəndaşlarına  mehriban  qonşuluq,  səmimi  dostluq,  qonaqpərvərlik, 

ehtiram  göstərək,  habelə  rəsmiyyətdən  yan  keçərək  imtiyaz  və 

üstünlüklər  vermək  aktıdır.  Bu  hərəkət  beynəlxalq  hüquq  normalarının 

tələblərindən irəli gəlmir, sadəcə olaraq, dövlətin xoş niyyət və məramını 

ifadə edir. 

Beynəlxalq nəzakət aktları analoji zəruriyyot doğurmur, lakin çox 

vaxt belə hərəkətlər qarşılıqlı olur və yerinə düşür. 

Beynəlxalq  nəzakət  aktlarına  riayət  olunmaması  qeyri-səmimi 

hərəkət kimi yozula bilər, lakin beynəlxalq öhdəliklərin pozulması hesab 

olunur  və  dövlətin  üzərinə  məsuliyyət  qoymur  (Beynəlxalq  hüquqi 

məsuliyyət). 

Beynəlxalq  nəzakət  dedikdə  həm  də  hər  bir  suveren  dövlətin 

bayrağı,  himni  və  gerbinə  olan  ehtiram  nəzərdə  tutulur.  Bu  isə 

beynəlxalq hüquqa əsaslanan protokol tələbidir. 

BƏYANAT, (lat.flfec/flfro-elan edirəm). Dövlətin daxili və xarici 

siyasət  prinsiplərini  elan  etdiyi  və  yaxud  konkret  məsələlərə  dair  öz 

mövqeyini bildirdiyi birtərəfli, ikitərəfli və ya çoxtərəfli sənəddir. Əksər 

hallarda  ikitərəfli  və  çoxtərəfli  Bəyanat  imzalanır,  lakin  iştirakçıların 

istəyi ilə imzalanmadan da qəbul edilə bilər. Bir neçə dövlət, hökümət 

başçılarının,  xarici işlər  nazirləri  və  digər  rəsmi  dövlət  xadimlərinin, o 

cümlədən  beynəlxalq  təşkilatlar  çərçivəsində  birgə  bəyanat  ilə  çıxış 

etmək  praktikası  mövcuddur.  Dövlət  və  hökümətlərin  tanınması  da 

bəyanat  formasında  həyata  keçirilə  bilər.  Praktikada  beynəlxalq 

müqavilələrin də Bəyanat formasıyla bağlanmasına rast gəlinir. 

BƏYANNAMƏ.  Birtərəfli,  ikitərəfli  və  ya  çoxtərəfli  bəyanat 

olub,  dövlətlər  adından  onların  daxili  və  xarici  siyasətinin  əsas 

prinsiplərini ifadə edir, yaxud konkret məsələyə dair münasibətlərini əks 

etdirir.  Bəyannamə  əksər  hallarda  imzalanır,  lakin  iştirakçıların 

arzusundan asılı olaraq imzasız da qəbul edilə bilər. 

206 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə