H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə46/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   42   43   44   45   46   47   48   49   ...   225

müstəviyə çıxır. Gah insan maraqı, gah da dövlət maraqı üstünlük təşkil 

edir. 


O zamanlar bu və buna bənzər nəzəriyyələr idealist nəzəriyyələr 

adlanırdı. 

XIX  əsrin  ortalarında  marksizm  adlanan  nəzəriyyə  yarandı:  K. 

Marksa  görə  dünya  tarixi  kapitalizmlə  başlayır,  kapitalist  istehsal 

üsulunun  əsası  vahid  dünya  bazarı  yaradan  böyük  sənayedir,  rabitə 

vasitələri və nəqliyyatın inkişafıdır. Burjuaziya dünya bazarından istifadə 

edərək nəinki bir kapitalist ölkəsində, həm də dünya miqyasında aparıcı 

sinfə çevrilir. 

K.  Marksa  görə  burada  dövlət  maraqları,  xalq  mənafei  yox, 

kapital-burjuaziya sinfinin maraqları üstünlük təşkil edir. 

Burada milli xüsusiyyətlər və xalq maraqlan arxa plana sıxışdırılır. 

Bu da sinfi mübarizəni-proletar ingilablarını aktuallaşdırır. 

Beynəlxalq  münasibətlər  elmində  əsas  nəzəri  paradiqmlər-  yəni 

klassik^  idealistik  və  marksistik  baxışlar  indi  də  aktual  nəzəri 

istiqamətlərdir. 

Bunlar  müasir  beynəlxalq  münasibətlər  nəzəriyyəsinin  təsnifatı 

problemlərini  çətinləşdirir.  Beynəlxalq  münasibətlər  nəzəriyyəsinin  isə 

qolları müxtəlifdir: 

1.

 



Buraya coğrafi kriteriyalar, keçmiş Sovet və Çin beynəlxalq 

münasibətlər anlayışı, “üçüncü dünya” ölkələrinin münasibətləri anlayışı; 

2.

 

Bunların  ümumi  oxşarlığ  və  eyniyyətindən  çıxış  edənlər 



(siyasi realizmin qəbulu, tarixi fəlsəfənin oxşarlığları və s.), inteqrasiya 

nəzəriyyəsi,  beynəlxalq  təşkilat  nəzəriyyəsi,  beynəlxalq  münasibətləri 

mövcud beynəlxalq sistemlər çərçivəsində qurmaq və s. nəzəriyyələri

3.

 



Beynəlxalq  münasibətlərdə  “ənənəvi”  və  elmi  axtarışların 

birləşdirilməsi ilə bu və ya başqa nəzəriyyə üçün əsas olan problemləri 

üzə  çıxarmaqla  müasir  beynəlxalq  münasibətləri  qurmaq  nəzəriyyəsi 

tərəfdarlarının konsepsiyaları; 

4.

 

Mərkəzi problemləri aydınlaşdırmaqla onların içərisində 



148 


Beynəlxalq  münasibətlər  müstəqil  elm  sahəsidir.  Buraya  diplomatiya 

tarixi, beynəlxalq hüquq, iqtisadiyyat, hərbi strategiya və s. kimi sahələr 

daxildir.  Burada  beynəlxalq  münasibətlər  nəzəriyyəsi  xüsusi  yer  tutur. 

“Beynəlxalq  münasibətlərin  nəzəriyyəsi  həm  çox  qoca,  həm  də  çox 

cavandır”  (Stenli  Xoffmann).  Lap  qədimdən  müharibə  və  konfliktlərin 

səbəbini  öyrənməyə  cəhd  göstərilib,  xalqlar  arasında  əmin-amanlıq 

yaratmaq yolları axtarılıb. 1945-ci ildən sonra-xüsusilə 50-ci illərin sonu, 

60-ci  illərin  əvvəllərindən  beynəlxalq  münasibətlərin  nəzəriyyəsi  elm 

sahəsi  olaraq  müstəqil  sahə  kimi  fəaliyyət  göstərən  beynəlxalq 

münasibətlər elminin mühüm bir sahəsinə çevrilir. 

Müstəqil  suveren  vahidlər-dövlətlər  arasındakı  münasibətlərin 

nəzəri  əsasları  haqqında  ilk  əsər  e.ə.  qədim  yunan  alimi  Fukidid  (e.ə. 

471-401)  tərəfindən  “Səkkiz  cilddə  Pelopones  müharibəsi  tarixi” 

traktatıdır. Afinalılarla lakedemonyanlar  - iki güclü imperiya arasındakı 

uzun  müharibələrdən  bəhs  edən  əsərdir.  İki  suveren  dövlətin  hərbi 

çəkişmələri  dövlət  maraqlarından  doğur,  bu  maraqlar  da  ayrı-ayrı 

şəxsiyyətlərin öz maraqlarının olmasından doğur. Sonralar Fukididin bu 

fikirlərini  Nikollo  Makiavelli  (1469-1527),  Tomas  Qobbs  (1588-1679), 

Emerika  Vattel  (1714-1767)  və  s.  mütəfəkkirlər  davam  etdirmişlər. 

Sonralar  bunu  alman  Kart  fon  Klauzevits  daha  da  dərinləşdirir.  T. 

Qobbsun  nəzəriyyəsinin  əsası  budur  ki,  “insan  öz  təbiəti  ilə  eqoistdir, 

hakimiyyət  və  qüdrət  hərisidir,  insanlar  bərabər  olmadığı  kimi  onların 

istəkləri, varlanma ehtirasları da bərabər deyil. Ona görə də onlar “hakimi 

hamıya  qarşı  və  hər  kəsi  hakimə  qarşı  qoymaqa  çalışırlar”.  Bunu 

insanların bir- biri ilə də münasibətlərinin adı-təbii halı hesab edirlər. Bu 

nəzəriyəyə görə dövlətlər arasında da münasibətləri güc faktoru həll edir. 

Buna klassik nəzəriyyə deyilirdi. 

Sonralar  bu  sahədə  siyasi  tarazlaşma  ideyası  yarandı.  Məsələn, 

Qobbsdan fərqli olaraq isveç Vattel belə hesab edir ki, dünya dəyişilib, 

məsələn  Avropa  artıq  siyasi  sistem  halını  alıb.  Artıq  təkcə  ayrı-ayrı 

Avropa dövlətlərinin deyil, Avropa birliyində yaşayan xalqların maraqları 

birləşir - dövlətlə xalqın mənafei bir 



147 


IV 

BOLMƏ

 

DİPLOMATİK FƏALİYƏT VƏ BEYNƏLXALQ

 

MÜNASİBƏTLƏRİN NƏZƏRİ ƏSASLARI

 

Beyfwlxalq  miinasihəilər  və  onun  nəzəri  qaynaqlan  və 

konseptual  əsaslan  ^  müasir  diplomatlar  üçün  vacib  məlumat 

mənbəidir. Bu sahədə nəzəri cəhətdən hazırlıqlı diplomat öz vəzifəsini 

daha ləyaqətlə yerinə yetirə bilər. 

Beynəlxalq  münasibətlər  ən  qədim  dövrlərdən  hər  bir  insan, 

cəmiyyət  və  dövlətin  həyatında  mühüm  yer  tutmuşdur.  Millətin,  xalqın 

formalaşması,  sərhədlərin  yaranması,  siyasi  rejimlərin  təkmilləşməsi, 

ictimai  təbəqələrin  yaranması,  mədəniyyətlərin,  elmin,  incəsənətin 

irəliləyişi, iqtisadiyyatın inkişafı ticarət əlaqələrinə, maliyyə rabitələrinə, 

dövlətlərarası münasibətlərə, diplomatik əlaqələrə, sülh və müharibə kimi 

məsələlərə yenidən baxmağa -bir sözlə beynəlxalq münasibətlərə ehtiyac 

yaratdı.  Bu  məsələlərə  əhəmiyyət  gündən-günə  daha  çox  artır:  mal 

dövriyyəsi,  resursların  istifadəsi,  qiymətlər,  dəyərlərə  yenidən 

baxışı-insanların 

ideallarının 

əhəmiyyəti 

artıqca 


beynəlxalq 

münasibətlərin də əhəmiyyəti artır. 

“Soyuq  müharibə”nin  bitməsi  və  “dünya  sosyalist  sisteminin” 

dağılması ilə beynəlxalq aləmə yeni müstəqil dövlətlər çıxdı. Rusiyanın 

beynəlxalq  aləmdə  öz  yerini  təyin  etmək  cəhdləri  dünya  beynəlxalq 

münasibətlərinə  yenidən  baxmağı  tələb  etdi.  Bunun  son  nəticəsi  isə 

insanın taleinə təsir edən amillərdən ibarətdir. 

Bütün bunlar beynəlxalq münasibətlərin nəzəri əsaslarım düzgün 

başa düşməyi və onun düzgün təhlil etməyi tələb edir. 

Beynəlxalq müna.sibətlər nəzəriyyəsinə aid bu və bundan sonrakı hissələr I tı.n 

anKOB n.A.“Mc>KiiyııapoAHi.ıe ornonıcıiHsı. M., 1996" əsəri və MAA-da 



oxudu^ıum nıüba/irələr əsasında yazılmışdır. Müəllir. 

146 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə