H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə42/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   38   39   40   41   42   43   44   45   ...   225

siyasi  yükün  daşıyıcısıdır:  bu  hissə  müqavilənin  nə  məqsədlə 

bağlandığının şərhini verir. 

Preambulada  motivlər  və  məqsədlər  bir-biri  ilə  əlaqəlidir. 

Görkəmli  hüquqşünaslar  belə  hesab  edirlər  ki,  müqavilənin  motivləri 

məqsədə  çatmaq  arzusunu  yaradır.  Bütün  müqavilələr  onda  əks  olunan 

motivlər və məqsədləri izah etmək və onu icra etməklə bitir. 



Preambulamn  4“Cü  formulu  -  müqavilə  bağlamaq  qərarı 

haqqında  məlumat.  Bu  formula  müqavilənin  preambulada  göstərilən 

məqsəd  və  vəzifələrini  yerinə  yetirməyə  razılıq  haqqında  tərəflərin 

bir-birinə xəbər verməsini nəzərdə tutur. Adətən bu formulanın aşağıdakı 

şəkli var: “Bu məqsədlə mövcud Müqaviləni bağlamağı qərara aldılar”. 

Preambulamn  5-ci  formulu  -  müvəkkillərin  (məsul,  ya 

səlahiyyətli  nümayəndələrin)  təyin  olunması.  Preambulada  olan 

konstruksiyadakı  məntiqi  əlaqəni  saxlayır  və  müəyyən  hüquqi  gücə 

malikdir. Bu formula ilə tərəflər öz nümayəndələrini təyin etmək arzusunu 

ifadə edir; bununla da tərəflər öz nümayəndələrinə müqaviləni imzalamaq 

hüququnu verirlər. Bir qayda olaraq bu formulanın aşağıdakı şəkli var: “öz 

səlahiyyətli  nümayəndələri  kimi  ...  təyin  edirlər”.  Yüksək  səviyyəli 

müqavilələrdə belə formula olmur.’ 



Preambulamn  6-a  formulu  -  səlahiyyətli  şəxslərin  göstərilməsi. 

Formula səlahiyyətli nümayəndələrin ad və soyadlarını təyin edir, onların 

imza  hüququnu  müəyyən  edir.  İkitərəfli  müqavilələrdə  bu  formula  iki 

hissədən ibarətdir: 

1.

 

Bu hissədə müqabil tərəflərdən olan dövlətlərdən hər biri onu 



təmsil  edəcək  orqanı  təqdim  edir,  səlahiyyətli  şəxsin  (ya  şəxslərin)  ad, 

soyadını göstərir; 

2.

 

İkinci hissə Müqavilədəki ikinci tərəfə aid olur, 1-ci hissədəki 



eyni faktlar qeyd olunur. 

Bugünkü müasir çoxtərəfli, hətta ikitərəfli müqavilələrdə artıq 



‘ Талалаев А.Н. Право международных договоров: действие и применение договоров. М., 

1985, стр. 142-143 

131 


bu  formuladan  istifadə  olunmur.  Sadəcə  olaraq  “aşağıda  imza  edənlər” 

kimi formula göstərilir. 



Preambulanm  7-ci  formuiu__-  səlahiyyətlərin  yoxlanması. 

Səlahiyyətlin  forma  və  məzmunca  yoxlanması  bu  formula  daxildir. 

Burada  səlahiyyətli  olanların  dəyişdirilməsi  də  icra  olunur.  Adətən 

formula  belə  şəkildə  olur:  “öz  səlahiyyətlərini  qarşılıqlı  mübadilə  ilə 

tərəflərin  qaydalara  riayət  olunduğunu  və  lazımi  səviyyəsini  qeyd 

edərək...” 

Əyər  tərəflər  dövlət  başçıları,  hökümət  başçıları  və  xarici  işlər 

nazirləri  ilə  təmsil  olunursa  bu  formula  səlahiyyətlərin  yoxlanılmasını 

nəzərdə tutmur. Çünki onlar öz vəzifələrinə görə ölkəni təmsil edirlər. 

Preambulanm  8-ci  formulu  -  razılıq  fonnulası  yaradır.  Pre- 

ambula bu formula ilə bitir və bununla da müqavilənin əsl mətninə keçid 

rolunu oynayır. Formula müqavilənin əsas məzmununu imzalamaq üçün 

yol açır. Məsələn “aşağıdakılarla razılaşdılar”. 

Preambulanm  strukturu  müxtəlifdir.  Onu  sadələşdirmək  üçün 

hüquqşünasların cəhdləri davam edir, lakin müqavilənin hüquqi gücünə 

bu təsir etmir. Hər halda müqavilənin yerinə yetirilməsində preambulanm 

rolu az deyil. Ona görə də müqavilələrin pre- ambulalarmm tərtibinə və 

məna, məzmun aydınlığına xüsusi fikir vermək lazımdır. Müəllifin şəxsi 

təcrübəsi göstərir ki, bunları bilmək diplomatlar üçün olduqca vacibdir. 



Müqavilədə əsas (Mərkəzi) hissə 

Preambuladan  dərhal  sonra  gələn  hissə  müqavilənin  konkret 

normalarım  özündə  toplayan  hissəsi  adlana  bilər.  Ədəbiyyatda  və 

təcrübədə  onu  müxtəlif  cür  adlandırırlar.  Roma  hüquq  sistemində  onu 



'"dispositid’"  -  “qərar”  adlandırıblar.  Bu,  qərar  qəbul  olunan  hissə 

mənasındadır. Çox vaxt bu hissəni əsas hissə, materialın mərkəzi hissəsi 

adlandırırlar  və  bununla  da  preambulanm,  bir  növ,  əhəmiyyətinin 

azaldılmasını nəzərə çarpdırırlar. 

Preambula ilə mərkəzi hissənin müddəaları bir vahid kimi, bütöv 

kimi çıxış etməlidirlər. Mərkəzi hissə preambulada 



132 


göstərilmiş məqsəd və vəzifələrin yerinə yetirilməsinə xidmət etməlidir. 

Hər ölkədə müqavilənin mərkəzi hissəsi bir cür adlanır. Məsələn, ruslar bu 

hissəyə “постановление», azərbaycanlılar “qərar hissəsi” və s. deyirlər. 

Mənasına və mahiyyətinə görə bu düzgün seçimdir. 

Mərkəzi hissə öz həcmi, xarakteri və tərəflərin nəzərinə daha aydın 

çatdırmaq  üçün  müvafiq  surətdə  hissələrƏf  maddələrdə  bəndlərə, 



abzaslara  bölünür.  Bunların  hamısının  müqavilənin  məzmunu  və 

ayrı-ayrı qərarları üçün əhəmiyyəti vardır. 

Hissələr  və  fəsillər,  bəzən  hətta  ayrı-ayrı  bəndlər  və  maddələrin 

hərəsinin  öz  başlığı,  titulu  olur.  Bunlar  müqavilənin  ayrı-ayrı 

müddəalarını  şərh  etməyə  kömək  edir.  Bəzən  belə  söyləyirlər  ki, 

müqavilənin  göstərilən  ayrı-ayrı  başlıqlarının,  fəsillərin  adlarının, 

bölmələrin,  titulunun  hüquqi  əsası  yoxdur.  Bunu  əsaslandırılmış  fikir 

hesab  etmək  olmaz.  Məlumdur  ki,  müqavilədə  olan  heç  bir  şey  (fikir) 

onun  əksi  sübüt  olunmayana  qədər  mənasız  sayıla  bilməz.  Maddələrin 

şərhi  və  mənasının  izahı  zamanı  onların  başlığını,  necə  adlanmasını 

nəzərə  almamaq  mümkün  deyildir.  Maddənin  başlığı  o  zaman  nəzərə 

alınmaya  bilər  ki,  bu,  mətndə  öz  əksini  tapmış  olsun.  Məsələn,  peyk 

rabitəsi  haqqındakı  Müqavilədə  xüsusi  olaraq  bu  məsələ  öz  əksini 

tapmışdır:  “Müqavilə”  deyilərkən  mövcud  Müqavilə  və  onun  Əlavəsi 

nəzərdə  tutulur;  buraya  bütün  maddələrin  başlığı  daxil  deyildir.  Bu 

müqavilədə maddələrin adları mötərizədə verilmişdi. 

Müqavilələrin  həcmi  məsələnin  əhəmiyyətini  nəzərə  almaqla 

böyük və ya kiçik ola bilər. Tərəflər güclü olanda müqavilə mətni qıssa və 

aydın  olur.  Zəif  tərəf  həmişə  bütün  detalların  incəliklərinə  qədər 

müqavilədə öz əksini tapmağa cəhd edir. 

Müqavilənin,  o  cümlədən  mərkəzi  hissəsinin  əsas  prinsipini 

bütövlük  prinsipi  təşkil  edir.  Müqavilələrin  hamısı  bir-biri  ilə  əlaqəli 

olduğu  üçün  bir  müqavilə  başqa  bir  müqavilə  əsasında  izah  olunur. 

Müqavilələrdən  birinin  icrasım  vacib  sayıb,  başqa  müqaviləni  təcrid 

etmək olmaz. 

Mətnin bütövlüyü prinsipinin əhəmiyyəti istər əməldə, istərsə 

133 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə