Əgər müqavilələr çoxtərəflidirsə - yəni iştirakçılar bir neçə
ölkədirsə, o zaman onların adları əlifba sırası ilə sadalanır. Bu zaman
əlifba da tərəflərin özü tərəfindən təyin olunur: fransız, ingilis, rus (MDB
ölkələri üçün).
Diplomatik təcrübədə çox vaxt müqavilə, qəbul olunduğu yerin
adı və tarixi ilə adlanır. Nadir hallarda onu imzalayanın adı, ya da
inisialiarmı qoymuş şəxsin adı ilə adlanır. Məs., “1990-cı il Moskva
müqaviləsi”, yer adı ilə : “Yalta müqaviləsi”, şəxslərin adı ilə: “1933-cü il
Litvinov-Ruzvelt müqaviləsi”. Bəzən müqavilənin adı qısaldılmış da ola
bilər. Bu zaman müqavilənin qısaldılmış adı müqavilənin mətnində
göstərilir. Məsələn, 1926-cı ildə SSRİ ilə Yəmən arasında bağlanmış
dostluq, əməkdaşlıq və ticarət müqaviləsinin mətndəki gələcək adı
göstərilir (mətnin içində): Bu Müqavilə bundan sonra “Səna Müqaviləsi”
adlanacaqdır (Səna Yəmənin paytaxtı idi).
Bəzi beynəlxalq təşkilatlar müqavilənin formasına xüsusi
əhəmiyyət verirlər. Məsələn, Beynəlxalq Əmək təşkilatının bu sahədəki
təcrübəsi buna misal ola bilər.
Bu beynəlxalq təşkilat belə təcrübəni yaymağa müvəffəq olub:
müqavilənin qısaldılmış adını mətnin içində vermək. Məsələn, qadınların
yeraltı obyektlərdə - şaxtalarda, yeraltı qurqularda işləməsinə dair
1935-ci il Konvensiyasının preambulasında göstərilir ki, bu
Konvensiyaya istinad edilərkən və ya ondan sitat gətirilərkən onun adını
qısaldılmış olaraq belə göstərmək olar: Qadınların yeraltı işləri haqqında
Konvensiya.
Çox vaxt müqavilələrin qeyri-rəsmi adı geniş istifadə olunur. Buna
nəinki təkcə kütləvi informasiya vasitələrində (KİV), həm də rəsmi
diplomatik sənədlərdə, hətta dövlətlərin normativ aktlarında da təsadüf
olunur.
Müqavilə və preambula
Preambula müqavilənin giriş hissəsinə deyilir. Preambula
müqavilənin məcburi hissəsi deyildir. Preambulanın müqavilənin hüquqi
qüvvəsinə heç bir təsiri yoxdur. Bəzi ikincidərəcəli
126
məsəlolorə aid olan çoxlu müqavilələr vardır ki, heç preambıılası yoxdur.
Adələn əsas müqaviləyə əlavə olan razılaşmalarda preambula olmur.
Çünki vacib, zəruri mətləblər artıq əsas müqavilənin preambulasmda
verilmişdir.
Bununla bərabər vacib, xüsusilə siyasi müqavilələrdə
preambulanm olması zəruri sayılır və müqavilədə mühüm rol oynayır.
Onun əsas vəzifəsi müqavilədə vacib məqsədləri əks etdirmək, müqavilə
məqsədlərini və onun bağlanması motivlərini açıqlamaqdır. Preambula
həmçinin tərəllərin formal-hüquqi mətləbləri, onları təmsil edən
orqanları, vəkillərini, səlahiyyətli şəxslərini də açıqlamaqa xidmət edir.
Diplomatik təcrübədə bəzən preambula müqavilənin əsas qayə və
məqsədini gizlətməyə, örtbastır etməyə xidmət edir. Ona görə də çox vaxt
deyirlər ki, preambulanm hüquqi qüvvəsi yoxdur. Lakin belə yanaşma
beynəlxalq hüquqa müvafiq gəlmir. Beynəlxalq Məhkəmə dəfələrlə
preambulanm hüquqi əhəmiyyətini qeyd etmiş, 0 cümlədən hər hansı
aktın, müqavilənin əhəmiyyətində preambulanm hüquqi rolunu
göstərmişdir. 1962 ildə Beynəlxalq Məhkəmə Cənub Qərbi Afrikaya dair
işlə əlaqədar qərara almışdı: “Mandat həm əməli, həm də hüquqi
cəhətdən beynəlxalq müqavilədir, əgər o, müqavilə və ya Konvensiya
xarakteri daşıyırsa. Mandatın preambulasının özü onun belə bir xarakteri
haqqında dəlalət edir”. Beynəlxalq Məhkəmə müqavilənin şərhi üçün
preambulaya xüsusi əhəmiyyət vermişdir və bunu xüsusi qeyd etmişdir.'
Hüquq ədəbiyyatında preambulanm roluna dair də çoxlu
mülahizələr vardır.
Preambulanm əhəmiyyətini inkar etmək beynəlxalq təcrübəyə də
uyğun gəlmir. 1945-ci ildə San-Fransisko konfransında BM'f-nin
Nizamnaməsi hazırlanarkən qəbul olunmuş qətnamədə göstərilirdi ki.
Nizamnamənin preambulasının hüquqi gücü maddələrin hüquqi gücü ilə
eyniyyət təşkil edir.
Эвинтоп Л. Многосторонние договоры в современном международном праве. Киев.
1979. сгр.40
127
Bəzən “razılaşan tərəflər” ifadəsi də işlənmir. Sadəcə olaraq
“Tərəflər”göstərilir. Öləkələrin adı tam adı ilə hər maddədə çəkilir.
Məsələn, RF ilə AFR arasında 1990 ildə bağlanmış mehriban qonşuluq,
həmkarlıq və əməkdaşlıq haqqında Müqavilə buna misaldır. AR ilə AFA
arasındakı müqavilədə mətnin bütün maddələrində tərəflərin tam adı hər
dəfə yazılmışdır: Azərbaycan Respublikası, Almaniya Federativ
Respublikası.
Titulda olduğu kimi preambulada da iştirak edən dövlətlərin və
onların orqanlarının tam adlarının yazılması vacib sayılır. Yüksək
səviyyəli danışıqlar nəticəsində əmələ gəlmiş Müqavilələrdə çox vaxt
ancaq dövlətin adı göstərilir. Hər iki tərəf bərabər hüquqlu orqanlarla
təmsil olunmalıdırlar. Bundan ancaq bəzi hallarda kənara çıxmaq olar. Bu
o zaman olur ki, dövlət başçısı həm də hökümət başçısı vəzifəsini yerinə
yetirir. Məsələn, 1944-cü ildə Sovet - Fransa müqaviləsində tərəflər belə
təmsil olunub: Bir tərəfdən - SSRİ Ali Sovetinin Prezidiumu, o biri
tərəfdən - Fransa Respublikasının Müvəqqəti höküməti. Qeyd etdiyimiz
1-ci formula preambulanın vacib hissəsidir.
Preamhulamn 2-ci formulu - tarixi ekskurs {narratio) adlanır. Bu
hissədə bu müqavilənin vacibliyini əsaslandıran tarixi zərurət, keçmiş
müqavilələrə bir nəzər, bundan əvvəlki ikitərəfli münasibətlərə baxış, bu
müqavilənin özündən əvvəlki müqavilələrlə müqayisəsi və s. öz əksini
tapır. Bu müqavilənin bu formulunda keçmiş müqavilələrin ləğv
olunması, hansılarınsa fəaliyyətinin dayandırılması, yerinə yetirildiyi
üçün artıq əhəmiyyətini itirdiyi qeyd olunur.
Bu cür müddəalar hüquqi əhəmiyyət kəsb edə bilər. Bəzən elə
hallar da olur ki, müqavilə ləğv olunmayıb, sadəcə olaraq “unudulub”.
Preambulada onun adının çəkilməsilə tərəflərin onu davam etdirmək
niyyətində olduqlarını göstərir, bir növ onu yada salır, “dirildirlər”. Belə
halda mövcud müqavilə ilə keçmiş müqavilələr arasında əlaqə yaranır.
Preambulanın 3-cü formulu - müqavilənin bağlanması motivləri
və onun məqsədlərinin izahıdır (arenga). Bu formula əsas
130
Dostları ilə paylaş: |