H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə38/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   34   35   36   37   38   39   40   41   ...   225

yarıdan  çox  ölkələri,  o  cümlədən  Azərbaycan  Respublikası  Vatikanla 

diplomatik  -  siyasi  əlaqələr  yaratmış,  onun  beynəlxalq  hüququn  tam 

hüquqlu subyekti olduğunu qəbul etmişlər. Bu kiçik dövlətin bu statusu 

beynəlxalq  müqavilələrin  kodifikasiyası  ilə  məşqul  olan  BMT-nin 

Beynəlxalq hüquq Komissiyası tərəfindən də qəbul olunmuşdur. 

Vatikan hüquqi subyektivliyi spesifik xarakter daşıyır. Beynəlxalq 

hüquqa müvafiq olaraq Vatikan dövləti beynəlxalq hüququn subyektidir, 

onun  katolik  kilsəsi  yox.  Lakin  əməldə  məhz  katolik  kilsəsinin 

problemləri  Konkordatlarla  həll  olunur.  Beynəlxalq  münasibətlərdə 

Vatikan “Müqəddəs taxt” adı ilə çıxış edir. Qeyri katolik dövlətlər (məs., 

provoslav  dövlətlər)  göstərirlər  ki,  söhbət  katolik  kilsəsinin  hüquqi 

subyektliyindən  getmir,  Vatikan  dövlətindən  gedir.  1984-cü  ildə 

Vatikanla diplomatik münasibətlər yaradan ABŞ elan edir ki, o, çoxdan 

Müqəddəs  taxtın  müstəqil  hüquqi  subyekt  olduğunu  qəbul  etmişdir,  bu 

hüquqi  subyektlik  katolik  kilsəsinə  aid  deyildir.  Lakin  əməldə  katolik 

kilsəsinin  başçısının  adətən  bir  qayda  olaraq  Vatikan  dövlətinin  başçısı 

olduğunu nəzərə alsaq ABŞ-ın katolik kilsəsi haqqındakı fikri (kilsənin 

qeyri-hüquqi subyekt olması) tamamilə şərtidir. 

Konkordat bir ölkə ilə öz daxilində olan kilsə ilə də bağlana 

bilər. 


2001-ci ilin aprelində Gürcüstan höküməti Gürcüstanın Avtokefal 

provoslav Apostol kilsəsi ilə Konkordat bağlayır. Bu Konkordatla kilsə ilə 

dövlətin  münasibətlərinin  tənzimlənməsi  məsələləri  şərh  olunur.  Belə 

müqavilə beynəlxalq müqavilə sayılmır. Bu ancaq olsa-olsa dövlətdaxili 

hüquqi akt .sayıla bilər. 

Ayrı-ayrılıqda  yuxarıda  göstərilən  bu  müqavilə  formalarını 

bir-birindən ayırmaq və onların hüquqi fərqlərini və oxşarlıqlarını ayırd 

etmək  diplomatlardan  başqa  xüsusilə  hüquqşünaslar,  o  cümlədən  də 

beynəlxalq  hüquq,  iqtisadi  məsələlər,  gömrükçülər,  menecerlər, 

beynəlxalq aləmə çıxan işgüzar adamlar və s. üçün vacib və zəruridir. 

Əvvəldə dediyimiz kimi beynəlxalq müqavilələr Saziş

117 



Konvensiya, 

Xartiya, 

Nizamnamə,  Deklarasiya,  Memorandum, 

Modus-Vivendi,  Nota  mübadiləsi.  Pakt,  Traktat,  Birgə  rəsmi  məlumat. 

Qəti akt. Proqram, İnzibati saziş və s. -də adlanır. 

Smhhşdirilmiş formatı miiqavUəhr 

Sadələşdirilmiş formalı müqavilələr ən çox ra.st gəlinən müqavilə 

formasıdır. Sadələşdirilmiş müqavilə forması elə müqavilələrə aid edilir 

ki, onlar sadə şəkildə başqa tərəflə bağlanır. Belə müqavilə parlamentlə 

razılaşdırılmadan  icra  hakimiyyəti  tərəfindən  bağlanır.  Müqavilənin  bu 

forması  yuxarıda  qeyd  etdiyimiz  ümum  i  xarakteri  i  dövlətlərarası 

müqaviləyə aid edilmir. Bu məsələ beynəlxalq müqavilələri kodifıkasiya 

edən  BMT-nin  beynəlxalq  hüquq  Komissiyası  tərəfindən  də  qeyd 

olunmuşdur. 

Sadələşdirilmiş  müqavilə  formaları  istər  siyasi,  istərsə  də 

konstitusiya  -  hüquqi  cəhətdən  bir  sıra  problemlər  yaradır.  Məsələn,  bu 

forma əsasında aşağıdakı müqavilələrin bağlandığı məlumdur: 

1938-ci ildə Münxen müqaviləsi

1950-ci  ildə  ABŞ  hərbi  bazalarının  Mərakeşdə  yerləşdirilməsi 

müqaviləsi; 

1955-


 

 ci  ildə  Mərakeşə  müstəqillik  verilməsi  haqqında 

müqavilə; 

1956-


 

 cı  ildə  Tunisin  müstəqilliyini  tanımaq  haqqında 

müqavilə; 

1954-cü  ildə  ABŞ,  Fransa  və  İngiltərənin  Hindçində  birgə 

fəaliyyət müqaviləsi. 

Bu  müqavilələri  nəzərdən  keçjrən  fransız  hüquqşünası  J.Şaye 

yazır:  “Onların  hamısı  öz  məzmununa  görə  ən  təntənəli  formada 

bağlanmış müqavilələrlə gəribə bir şəkildə yaxınlıq təşkil edir”. 

Sadələşdirilmiş müqavilə formasının necə siyasi mahiyyət daşıya 

bilməsinə  aşağıdakı  misalı  göstərmək  olar:  “Soyuq  müharibə”  illərində 

ABŞ 3 ölkə başçıları olan Ruzvelt, Çerçil və Stalinin (Yalta) və XİN-nin 

(Potsdam)  (qanunverici  orqanların  təsdiq  etmədiyi)  imzaladıqları  və 

sadələşdirilmiş  müqavilə  formasına  aid  edilən  Yalta  və  Potsdam 

müqavilələrinin hüquqi 



118 


qüvvəsi olmadiğı tələbi ilə çıxış edir. 

Lakin  bu  barədə  SSRİ-nin  aşağıdakı  bəyanatı  mübahisəyə  son 

qoyur:  “Göstərilən  müqavilələr  tarixi  mahiyyətinə  görə  siyasi  və 

beynəlxalq - hüquqi aktlardırlar”. 

Sadələşdirilmiş  müqavilə  formalarından  daha  çox  zərər  çəkmiş 

ölkələr  bu  barədə  öz  Konstitusiyalarına xüsusi  maddələr  daxil  etmişlər. 

Məsələn,  Mali  Respublikasının  Konstitusiyasının  38-  ci  maddəsində 

göstərilir  ki,  “Bu  maddədə  göstərilmiş  sadələşdirilmiş  formada 

imzalanmış  müqavilələr  bu  və  ya  başqa  məsələyə  aid  olduğundan  asılı 

olmayaraq ancaq qanuna əsasən qəbul oluna bilər”. 

Rusiya  Federasiyası  1995-ci  ildə  öz  ölkəsinin  beynəlxalq 

müqavilələrinə  dair  Federal  qanun  qəbul  etmişdir.  Bu  Qanunla  Rusiya 

mütləq ratifikasiyadan keçməli müqavilələrin siyahısını təsdiq etmişdir ki, 

buraya Sadələşdirilmiş müqavilələr də daxil edilmişdir (həmin Qanunun 

15-ci maddəsinə bax.). Lakin bu məsələnin tam həllinə kömək edə bilmir. 

Çox vaxt hansı müqavilənin hansı ardıcıllıqla qəbul olunmasını müəyyən 

etmək olmur. İcra hakimiyyətinin də öz Konstitusiya hüquqları olduğunu 

unutmaq olmaz. 

Beləliklə  müqavilələrin  adlarında  vahid  formanın  olmadığı  göz 

qabağındadır.  Hansı  məzmunlu  müqavilənin  hansı  adla  adlanması 

haqqında  bəzən  mübahisəli  məsələlər  ortalığa  çıxır.  Yuxanda  adlarını 

çəkdiyimiz  və  haqqında  bəhs  etdiyimiz  müqavilə  formaları  ən  çox 

yayılmış beynəlxalq müqavilə formasıdır. 

Bununla bərabər bəzən qeyri-tipik müqavilə formalarına da təsadüf 

etmək olur. Buna az halda da olsa rast gəlinir. Məsələn, 1979-cu ildə ABŞ 

ilə  Avstriya  arasında  bağlanmış  və  BMT  tərəfindən  qeydiyyatdan 

keçirilmiş  müqavilə  mövcuddur:  “Avtomobillərə  təyin  olunan  vergilərə 

dair  müqavilələrin  müzakirəsi  üçün  razılaşdırılmış  qeydlər”.  Elə  bu 

müqavilənin adından göründüyü kimi tərəflər bir - birindən bu müqaviləni 

dəqiq  yerinə  yetirməyi  tələb  etməkdən  acizdirlər.  Bu,  ölkənin  dəyişən 

vergi qanunları ilə dəyişən müqavilədir. 

119 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə