H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə35/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   31   32   33   34   35   36   37   38   ...   225

almasına  ehtiyac  yoxdur.  1969-cu  il  Vyana  Konvensiyasına  görə 

aşağıdakı şəxslər belə xüsusi vəkalətlərdən azaddırlar: 

a)

 

ölkə başçıları; 



b)

 

hökümət başçıları; 



c)

 

xarici işlər nazirləri; 



d)

 

diplomatik nümayəndəliklərin başçıları; 



e)

 

dövlətlərin 



beynəlxalq 

konfranslarda 

və 

beynəlxalq 



təşkilatlardakı nümayəndələri. 

Diplomatik nümayəndəlik başçısı akkreditə olunduğu dövlətlə öz 

dövləti  arasındakı  müqaviləni,  beynəlxalq  təşkilatda,  ya  beynəlxalq 

konfransda olan nümayəndə isə bu təşkilat və ya konfransda qəbul olunan 

müqavilə  və  sənədləri  imzalamaq  hüququna  malikdir,  bu  müqavilənin 

mətnini  qəbul  etmək  səlahiyyəti  vardır.  1986-cı  il  Vyana 

Konvensiyasının  7-ci  maddəsi  belə  nümayəndələr  üçün  (beynəlxalq 

təşkilatdakı nümayəndə üçün) xüsusi vəkalətin olmasını tələb etmir. 

Səlahiyyətsiz  şəxsin  (vəkalətsiz  və  s.)  imzaladıqı  müqavilə  əyər 

onun təmsil etdiyi ölkə tərəfindən qəbul olunmursa həmin sənəd hüquqi 

mahiyyət daşımır. 

Beynəlxalq  müqavilənin  mətninin  tərtibi  və  qəbulu  aşağıdakı  3 

formadan biri vasitəsilə həyata keşirilir: 

1.

 



Danışıqlar; 

2.

 



Beynəlxalq 

konfranslar 

(Məs., 

Beynəlxalq 



Cinayət 

Məhkəməsinin  Statutu  1998-ci  il  iyulun  17-ndə  Roma  Beynəlxalq 

diplomatik konfransında qəbul olunmuşdur); 

3.

 



Beynəlxalq  təşkilatlar  (əksər  universal  müqavilələr,  məs., 

İnsan  hüquqları  haqqında,  1966  il  Beynəlxalq  Paktı,  işgəncə  əleyhinə 

1984 il Konvensiyası BMT Baş Assambleyasının qətnamələri vasitəsilə 

üzv  dövlətlərin  nümayəndələri  təmfindən  səs  verildikdən  sonra  qəbul 

olunub).  Beynəlxalq  konfranslarda  son  vaxtlar  beynəlxalq  müqavilələr 

konsensusla qəbul olunur. 

Müqavilə  mətninin  audentikliyi  (yaxud  audentifıkasiyası)  - 

(yunanca  “həqiqilik”,  “əslinə  uyğunluq”)  beynəlxalq  müqavilənin  son 

razılaşdırılmış variantı deməkdir. Mətnin son variantı üç 

108 



mərhələdən keçir. 

a)

 



paraflama  (inisial  qoyma)  -  vəkalətli  şəxslər  hər  səhifədə  öz 

imzasım qoyur. Bu hələ sənədin qəbulu deyil. 

b)

 

ad referendum (şərti imza atma) - səlahiyyətli orqan 



tərəfindən imza. Bu sənədin tam və ya qəti imzalanması esab 

olunur. 

c)

 



imzalama  -  bu  son  imza  -  ölkə,  hökümət  və  s.  başçısının 

imzasından sonra sənəd ratifikasiya olunmalıdır. 

Beynəlxalq  müqavilələrin  yuxarıda  göstərilmiş  növlərini  - 

formalarını nəzərdən keçirək. 

Bunlardan Bəyanat (Kommünike) xüsusi əhəmiyyət kəsb edir. 

Beynəlxalq müqavilə və Kommünike 

Kommünike mühüm siyasi və diplomatik əhəmiyyətli beynəlxalq 

sənəd  formasıdır.  Kommünike  bəzən  beynəlxalq  müqavilə  forması 

sayılmasa  da  mühüm  ikitərəfli  və  ya  çoxtərəfli  hüquqi  sənəddir. 

Diplomatik  sənəd  Kommunikeyə  xüsusi  əhəmiyyət  verir.  Onun 

məzmunu  və  formasına  ciddi  yanaşılır.  Məs.,  1990-cı  ildə  0  zamanki 

SSRİ ilə ABŞ arasında imzalanacaq Kommunikenin mətni əvvəl xarici 

işlər nazirləri arasında hazırlanır, sonra onu daha təkmilləşdirmək üçün 

XIN-ləri  onun  mətnini  lahiyə  kimi  iki  ölkə  başçısı  -  C.Buşa  və 

M.Qorbaçova  təqdim  edirlər.  Onlar  lahiyəni  müzakirə  edib  yenidən 

işləmək  üçün  öz  köməkçilərinə  verirlər.  Beləliklə,  şərhçilər  güman 

edirdilər ki, dünyanın yeni idarəsi və qaydaları haqqında mühüm tarixi 

sənəd hazırlanır. Lakin nəticədə hər iki tərəf İraq haqqında mətbuat üçün 

bəyanatla çıxış etməklə kifayətləndilər. 

Ümumiyyətlə belə hesab edirlər ki, Kommünike ilə mətbuat üçün 

bəyanat mahiyyətcə eyni funksiyanı yerinə yetirirlər. 

Kommunikenin əsas məqamlarından biri budur ki, orada göstərilir: 

tərəflər  öz  qarşılıqlı  münasibətlərini  bu  bəyanatda  öz  əksini  tapmış 

prinsiplər əsasında quracaqlar. 

Hər bir ölkə öz aralarında baqlanan Kommunikenin məzmuni və 

orada əks olunan məsələlərin əhəmiyyətinə görə həmin sənədə 



109 


münasibət göstərə bilər. 

Məs.,  Çin  hökümətinin  Tayvan  problemi  haqqındakı  Kom- 

munikesi bu cəhətdən maraqlıdır. 1972-ci ildə ÇXR ilə ABŞ bu məsələyə 

dair  bir  sıra  şərtlərin  həllini  əks  etdirən  Şanxay  Kommunikesini 

imzaladılar.  Bundan  sonra  tərəflər  həmişə  qeyd  edirdilər  ki,  onlar  bu 

Kommunikenin şərtlərinə əməl edəcəklər. Avqust 1977-də Çin tərəfi elan 

edir  ki,  ABŞ-la  münasibətlərimiz  daha  da  yaxşılaşa  bilərdi,  əyər  ABŞ 

həmin Şanxay Kommu- nikesinin şərtlərini tamam yerinə yetirsəydi. 

ABŞ  prezidenti  də  öz  tərəfindən  elan  edir  ki,  Amerika  siyasəti 

əvvəlki kimi öz fəaliyyətində “Şanxay Kommunikesi prinsiplərinin təyin 

etdiyi” məsələlərə riayət etməkdə davam edəcəkdir. 

Başqa  misal.  1996-cı  ildə  Tayvanın  vitse-prezidentinin  Kiyevə 

səfəri  ilə  əlaqədar  Çin  höküməti  Ukraynaya  bəyan  edir  ki,  bu  fakt 

Ukrayna  ilə  Çin  arasındakı  birgə  Kommunikenin  şərtləri  ilə  ziddiyyət 

təşkil  edir.  Ukrayna  tərəfi  dərhal  bəyanat  verərək  göstərir  ki,  Ukrayna 

tərəfi  bir  də  əvvəl  qəbul  olunmuş  Kommunikenin  şərtlərini 

pozmayacaqdır. 

Bu  faktlar  onu  göstərir  ki,  dövlətlər  öz  aralarında  mövcud  olan 

Kommunikelərin şərtlərinə əməl edəcəklərini və onu pozmayacaq larini 

qətiyyətlə  bildirirlər.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  dövlətlərin  öz 

aralarındakı  Kommunike  şərtlərini  pozmaları  hər  hansı  beynəlxalq 

hüquqi təəhhüdləri pozmaqdan asandır. İyun 1981-ci ildə Yaponiya elan 

edir ki, bir ay bundan əvvəl Yaponiyanın ABŞ ilə Yaponiyanın müdafiə 

məsələlərini  gücləndirmək  haqqında  bağladığı  Kommunike  Yaponiya 

qarşısında  heç  bir  diplomatik  təəhhüd  qoymur.  Yaponiyanın  XİN  elan 

edir ki, bu Kommunikenin imzalanması “düşünülməmiş addım idi” və bu 

Kommunike “Çaşqınlıq və xaos yaratmışdır”. 

Bəzən Kommunike həmin məzmunda imzalana biləcək müqavilə 

ilə  eyniyyət  təşkil  edir  və  eyni  funksiyanı  yerinə  yetirir.  Elə 

Kommunikelər olur ki, orada iki ölkə arasında mədəniyyət, təhsil, elm və 

texnika və s. sahəsində əməkdaşlığa dair bütün detallar sadalanır, bu da 

müqavilə təsiri bağışlayır. Buna misal 



110 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə