H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə36/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   32   33   34   35   36   37   38   39   ...   225

olaraq mart 1959-da SSRİ ilə İngiltərə arasındakı həmin məsələlərə dair 

Kommunikeni göstərmək olar. 

Bəzən,  hətta  çox  vaxt  Kommunikelərdə  müqavilələrə  məxsus 

ifadələr də işlədilir: “tərəflər razılığa gələrək”, “belə razılaşırlar ki,”, “hər 

iki tərəf konkret vəzifələr kimi öhdələrinə götürürlər ki,” və s. 

Hüquqşünaslara  görə  Kommunikenin  mütləq  gücü  siyasi 

xarakterindədir. Tanınmış rus diplomatı və hüquqşünası B. M. Klimenko 

bu haqda yazır ki, elə mühüm əhəmiyyətli beynəlxalq sənədlər vardır ki, 

formal olaraq beynəlxalq müqavilə sayılmasa da böyük əməli əhəmiyyətə 

malikdirlər. Bunlara deklarasiyalar, müştərək Kommunikelər daxildir. 

ABŞ-ın senatı Çin hökümətinin Tayvan haqqındakı (aprel 1982) 

müştərək 

Kommunikenin 

şərtlərinin 

pozulduğuna 

görə 


öz 

administrasiyası qarşısında 24 avqust 1982-ci ildə məsələ qaldırır və tələb 

edir ki, hökümət Çin tərəfindən bu Kommunikenin yerinə yetirilməsini 

tələb  etməlidir.  Əks  təqdirdə  ABŞ  konqresi  qarşı  tərəfin  Tayvan 

barəsində  Kommunike  şərtlərinin  Çin  tərəfindən  pozulduğu  haqqında 

ciddi  münasibətini  bəyan  edəcəkdir.  Buna  cavab  olaraq  Dövlət 

departamenti  yazır  ki,  “Bu  müştərək  Kommunike  Çin  və  ABŞ 

hökümətləri arasında paralel və qarşılıqlı əlaqələrə dair bəyanatdır”. 

Kommunike  icra  müqaviləsi  deyildir,  o,  beynəlxalq  hüquqi 

vəzifələr və öhdəliklər yaratmır. 

ABŞ qanunları ilə onun statusu prezidentin siyasətini əks etdirir, 

onun yerinə yetirilməsi federal qanunlarla təyin olunur”, 

Kommunike iştirakçıların beynəlxalq - hüquqi münasibətlərinə də 

təsir göstərir. Bir çox beynəlxalq müqavilələr formalarında preambulada 

göstərilir ki, bu müddəalar müştərək Kommunikeyə əsaslanır. 

Tərəflərin  mövqei  izah  olunarkən  Kommunikelər  nəinki 

məzmunun  dəqiqləşdirilməsində  mühüm  rol  oynayır,  hətta  rəsmi 

izahedici sənəd kimi müqavilələrdə dəyişikliklər də edir. Hətta ABŞ-da 

təkcə  Kommunikeyə  əsasən  və  senatın  razılığı  alınmadan  siyasi 

müqavilələrdə dəyişikliklər edilir. Başqa ölkələrin də siyasi 



111 


müqavilələr  prosesində  bu  müqavilədən  əvvəlki  Kommunikelərin 

rolunun mühüm olduğu məlumdur. 

Kommunike  hər  hansı  müqavilənin  yerinə  yetirilməsinə  aid  ola 

bilər. Bununla da müqaviləyə xitam verilir. 

Kommunike razılaşma sənədi, daha dəqiq - siyasi təəhhüddür. Bu 

sənədə beynəlxalq - hüquqi məsələlər də daxil edilə bilər. 

Hətta  Beynəlxalq  Məhkəmə  Egey  dənizi  şelfinə  dair  qərarında 

göstərir  ki,  Beynəlxalq  Məhkəməyə  görə  müstəqil  Kommunikenin 

“beynəlxalq  müqavilə  hesab  olunmamasına  haqq  verən  dəlil  -  sübut 

yoxdur”. Deməli, Kommunike beynəlxalq müqavilə hüququ daşıya bilər. 

Hətta  əyər  o,  “imzalanmadan,  paraflanmadan  rəsmi  şəkildə  tərəilərin 

səlahiyyətli  nümayəndələri  tərəfindən  mətbuat  konfransında  təqdim 

olunubsa”.  Bu  da  Kommunike  haqqında  Beynəlxalq  Məhkəmənin 

fikridir.  Beləliklə  Kommunike  ilə  beynəlxalq  müqavilə  arasında  bir 

paralellik  yaranır.  Bu  da  Kommunikenin  beynəlxalq  müqavilə 

formasından biri olduğunu sübut edir. 



Yekun aktı beynəlxalq müqavilə kimi 

Yekun  aktı  diplomatik  sənəd  kimi  beynəlxalq  müşavirənin 

nəticələrini  əks  etdirir.  Çox  nadir  hallarda  yekun  aktı  müqavilə  hesab 

olunmur.  Belə  aktlarda  adətən  müşavirə  iştirakçılarının  adları  çəkilir 

(sadalanır), qəbul olunmuş qətnamələrin adı qeyd olunur və göstərilir ki, 

bu  qətnamələr  yekun  aktına  əlavə  olunur.  Əgər  qəbul  olunmuş 

müqavilələrin  hər  birini  ayrı-ayrılıqda  imzalamaq  lazım  gəlirsə  Yekun 

aktı bir yerdə - bütün əlavələri ilə imzalanır. 

Misal  kimi  beynəlxalq  müqavilələrin  hüququ  haqqında  1969  il 

Vyana Konvensiyasının Yekun aktını göstərmək olar. Tarixi sənəd kimi 

yekun  aktlarına  1814-1815-ci  illər  Vyana  Konqresində  Napolion 

müharibələrindən sonra Avropa ölkələrinin sərhədlərini müəyyənləşdirən 



Yekun baş aktım qeyd etmək olar. 

Xüsusilə  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Müşavirəsinin 

1975-ci il Helsinki Yekun aktı buna klassik misaldır. Bu sənəd müqavilə 

deyildi. Lakin bu Yekun aktı beynəlxalq gərginliyin 



112 


azaldılması  şəraitində  Avropada  beynəlxalq  münasibətlər  sisteminin 

formalaşmasında mühüm rol oynadı. 

Yekun aktlarına funksiyaca yaxın olan proqramlar (çox vaxt buna 

“uzunmüddətli proqramlar” da deyilir) da vardır ki, bunlar adətən qeyri - 

hüquqi aktların adıdır. Bir qayda olaraq bunlar beynəlxalq müqavilələrin 

həyata  keçirilməsinin  vasitəçisi  rolunu  oynayırlar.  Buna  misal  kimi 

1975-də SSRİ ilə Böyük Britaniya arasında iqtisadi və sənaye əməkdaşlığı 

haqqında  bağlanmış  uzunmüddətli  proqramı  göstərmək  olar.  Bu 

proqramda  göstərilirdi  ki,  “indiki  proqram  göstərilən  Müqavilədəki 

prinsiplər  və  məqsədlərin  həyata  keçirilməsinə  əməli  xidmət 

göstərəcəkdir”. 

Bununla  bərabər  hüquqi  aktlar  da  “proqram”  adını  daşıyırlar. 

Məsələn,  Rusiya  ilə  Azərbaycan  arasında  uzunmüddətli  proqram  buna 

misal ola bilər. 2001-də belə bir Proqram iki ölkə arasında ticarət, iqtisadi, 

sənaye və elmi-texniki həmkarlığa aid imzalanmışdır. AR ilə İran, lurkiyə, 

Ukrayna, Qazaxıstan və s. arasında müxtəlif illərdə bağlanan Protokollar 

da elə müqavilə xarakteri daşıyırlar. Bu sənədlərin preambulasında adətən 

göstərilir  ki,  bunlar  beynəlxalq  müqavilələrin  tələbləri  əsasında  tərtib 

olunmuşdur.  Belə  sənədlər  sadə  şəkildə  tərtib  olunur.  Belə  sənədlərdə 

beynəlxalq  müqavilələrə  xas  olan  aşağıdakı  cümlə  tərkibi  işlədilmir: 

“aşağıdakılar  haqqında  razılığa  gəldilər”  və  s.  Bu  sənədin  hüquqi 

xarakterli  olduğu  yekun-son  hissədə  protokolun  hansı  tarixdən  qüvvəyə 

minəcəyi və qüvvədə olması müddəti göstərilməsi ilə təyin olunur. Onu da 

bilmək  lazımdır  ki,  qeyri-  hüquqi  müqavilələrdə  də  bu  tələblərə  rast 

gəlmək olur. 

Göstərilən  proqramların  hüquqi  mahiyyət  daşıdığı  bir  də  onunla 

müəyyənləşir ki, belə proqramlar “Beynəlxalq müqavilələr bülleteni”ndə 

çap  olunur.  Adətən  belə  bülletenlərdə  qüvvəyə  minmiş  beynəlxalq 

müqavilələr nəşr olunur. 

Beynəlxalq  aktlarda  çox  vaxt  proqramda  göstərilən  müqavilə  və 

razılaşmalardan doğan fərqlər qeyd olunur. Məsələn, SSRİ ilə Avstraliya 

arasında  kənd  təsərrüfatı  və  xammal  məhsullarının  eksportu  haqqında 

1990-ci ildə imzalanmış müqavilədə gö.stərilir ki. 

113 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə