H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə37/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   33   34   35   36   37   38   39   40   ...   225

bu  Müqavilə  “göstərilən  müqavilələr,  razılaşmalar  və  adı  çəkilən 

Proqram əsasında tərtib olunmuşdur”. 

Belə Proqramlar çox vaxt burada qeyd olunan məsələlərin həyata 

keçirilməsi  məqsədi  ilə  onlara  nəzarət  üçün  xüsusi  qrupların 

yaradılmasını da nəzərdə tutur. Azərbaycan - İran, Azərbaycan - Türkiyə, 

Azərbaycan - Rusiya, Azərbaycan - Ukrayna, Azərbaycan - Gürcüstan və 

s.  arasında  müştərək  iqtisadi,  mədəni,  texniki  və  s.  dövlətlərarası 

komissiyaların işi buna misaldır. 

Proqramlar bəzən müqavilələr üçün xarakterik olan yekun qərarı 

ilə də bitə bilər. Məsələn proqramda belə bir tələb ola bilər: “Hər Tərəfin 

qanunvericiliyinə  müvafiq  olaraq  qüvvəyə  minməyi  haqqında  notalarla 

mübadilələr edilir, imzalandığı andan tətbiqinə başlanacaqdır”. 

Xarakterinə  görə  Proqramlara  uyğun  olan  ^"fəaliyyət  planr 

adlanan  beynəlxalq  sənəd  növü  də  var.  Bu  nadir  təsadüf  olunan 

beynəlxalq müqavilə - sənəd növüdür. Məs., Rusiya prezidenti B.Yeltsin 

İtaliyaya  səfəri  ərəfəsində  ondan  soruşurlar  ki,  siz  İtaliyada  “fəaliyyət 

planı” adlanan sənəd imzalayacaqsınız, diplomatik fəaliyyət və təcrübədə 

çox nadir təsadüf olunan belə bir sənədin bu növünü seçməyiniz nə ilə 

izah oluna bilər? Rusiya prezidenti cavab verir ki, bu sənəd növü ona görə 

diqqəti  cəlb  edib  ki,  bu  sənəd  öz  forması  ilə  hardasa  ümumi  xarakter 

daşıyan deklarasiya (qətnamə) ilə həddindən artıq dəqiq olan müqavilələr 

arasında  yerləşir.  “Fəaliyyət  planı  isə  -  bir  sənəddə  həm  siyasi,  həm 

iqtisadi, həm sosyal foaliyyətin böyük planıdır”. 

Unutmaq  olmaz  ki,  “Fəaliyyət  planı”  bir  qayda  olaraq  fonna  və 

məzmununa görə müqavilə deyildir. 



Beynəlxalq Müqavilələrin variant müxtəlifliyi 

(Kompromis^ reqlament, kontrakt və konkordat). 

Müasir beynəlxalq müqavilələr öz formalarına görə rəngarəngliyi 

ilə fərqlənir. Lakin bu ad və forma fərqlərinə baxmayaraq bunların hamısı 

bir  ada  və  onun  məna  daşıyıcılığına  xidmət  edir  -  dövlətlər  arasında 

müxtəlif münasibətləri tənzimləyən müqavilələrə. 

114 



Bunlardan bir neçə geniş yayılmış formasını nəzərdən keçirək. 

Kompromis  -  fr.  dilindəki  kompromis  dUırhitrage  sözünün 

qısaldılmış şəklidir. Dövlətlərarası müqavilələrdən birinin adıdır. Bu adla 

hər hansı yaranmış mübahisə və ya mübahisələrin, yaxud yarana biləcək 

ixtilafların beynəlxalq arbitraja,  ya  məhkəməyə  baxılmaq  üçün  verilmə 

prosesi  nəzərdə  tutulur.  Əksər  Kompromislərdə  mübahisə  mövzusu 

(obyekti) və onun baxılma şərtləri müəyyən olunur. Arbitraja baxılmaq 

üçün  təqdim  olunmuş  mübahisəli  ad  hok-ux\  prosessual  məsələləri  də 

həll olunur. Çox vaxt bu növ müqavilə rəsmi şəkildə Kompromis adlanır. 



Reqlament  -  (fr.-  réglement,  ing.  -  requlation)  -  Çoxtərəfli 

konvensiyalara  aid  əlavə  müqavilələrə,  müxtəlif  aktlara  aid  müxtəlif 

şərtlənmələrə deyilir. Reqlament müstəqil saziş, ya müqavilə də ola bilər. 

Reqlamentin  şərtlərində  ixtilaflar  əmələ  gəldikdə  əsas  müqavilənin 

şərtləri və müddəaları prioritet rol oynayır. 

Reqlament  tipli  müqavilələrə  BM'I'-nin  müxtəlif  ixtisaslaşmış 

qurumlanndakı  təcrübədə  daha  çox  təsadüf  olunur:  YUNESKO, 

MAQATE və s-də. 



Müstəqily  əlavo  maddəhr  (fr.-  provisions,  ing.  -  dispositions) 

adlanan müqavilə növü əsas müqaviləni izah edən, müxtəlif beynəlxalq 

aktların bu və ya başqa maddəsini şərh edən və onlara əlavə olaraq qəbul 

olunan sənədlərin adıdır. Bu sənəd müstəqil sənəd kimi əsas beynəlxalq 

müqavilə  və  ya  akta  əlavə  olaraq  qəbul  orunur  ki,  bununla  da  əsas 

müqavilədəki hər hansı mübahisəli mətləb yenidən dəqiqləşdirilir. Belə 

əlavələr hər iki tərəf, ya tərəflər üçün hüquqi mahiyyət daşıyır. 

Kontrakt (ing. Kontract), azərbaycanca buna qərardad da deyilir. 

Adətən aralarındakı münasibətlər hələ dəqiq tənzimlənməmiş dövlətlərin 

bir-biri  ilə  bağladığları  müqavilənin  adıdır.  Kontrakt  adətən  əsasən 

iqtisadi  məslələri  əhatə  edir.  İki  dövlət  arasında  rəsmi  münasibətlər 

olmadıqda,  onlar  bir-birini  hələ  rəsmi  şəkildə  tanımadıqda  onlar  belə 

müqavilə  formasına  müraciət  edirlər.  Bu,  onların  daxili  hüquqi 

normalarına əsaslanır və 

115 



beynəlxalq  toloblorə  uyğun  qəlməyə  bilər.  Bununla  belə  müqavilələr 

dövlətlərarası müqavilə sayılır və müəyyən hüquqi gücə malikdir. 

Məs.,  aralarında  diplomatik  münasibətlər  olmayan  Çin 

Uruqvaydan yun idxal etmək üçün 1956-cı ildə belə kontrakt bağlamışdı. 

Pakistanın ÇXR ilə heç bir rəsmi - hüquqi əlaqələri olmadığı halda 

Çinin Pakistana düyü ixracı barəsində Kontrakt imzalanır (1956). 

Lakin, məs., Çinlə Hindistan arasında normal diplomatik əlaqələr 

olduğu  halda  Çinin  Hindi.stana  düyü  ixracı  haqqında  kontrakt  yox, 

dövlətlərarası müstəqil müqavilə bağlanır. 

Keçmiş SSRİ-nin,  məs.,  İran və Əfqanıstanla normal diplomatik 

və siyasi əlaqələri olduğu halda SSRİ-nin bu ölkələrlə müxtəlif iqtisadi, 

texniki  kontraktlarının  bağlanmasında  bu  sətirlərin  müəllifi  dəfələrlə 

şəxsən iştirak etmişdir: İranla İsfahan metallurgiya zovodunun tikilməsi, 

(1968),  Əfqanıstanla  neft  və  qaz  kəşfiyyatı  işləri  aparmaq  üçün  (1962) 

kontrakt,  Xəzərin  İran  hissəsində  nell  və  qaz  kəşfiyyat  işləri  aparmaq 

üçün kontrakt (1966) və s. bağlanmışdı. 

Qeyd etmək lazımdır ki, ABŞ ədəbiyyatında Kontrakt sözü (həm 

də  İngilis  hüquq  ədəbiyyatında)  həz3n  Umumiyyəth  bütün  beynəlxalq 



müqavilələri ifadə etmək üçün işlədilir. 

Konkordat - katolik kilsəsi başçısı ilə başqa dövlət başçısı arasında 

bağlanan müqavilənin adıdır. 

Belə  müqavilə  növü  hər  hansı  ölkədə  nisbətən  çox  katoliklər 

yaşayırsa onların hüquq və imtiyazlarının həmin dövlətdə təmin olunması 

məqsədilə imzalanır. Katolik kilsəsi keçmiş sosyalist dövlətləri ilə də belə 

Konkordatlar bağlamaqla bu ölkələrdə yaşayan katolik əhalinin təşkilatı 

məsələlərini,  katolik  kilsəsinin  həmin  ölkədə  fəaliyyətinin  tənzim 

olunmasını  təmin  edən  diplomatik  sənəd-beynəIxalq  müqavilələr 

nümunəsi olmuşdur (Macarıstanla, Polşa ilə və s.). 

Konkordat  dövlətlərarası  müqavilə  statusuna  malikdir  və 

beynəlxalq müqavilələr hüququ ilə tənzim olunur. Dünyanın 

116 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə