H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə29/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   25   26   27   28   29   30   31   32   ...   225

funksiyaları  yerinə  yetirilməsi  də  birbaşa  göstərilir.  Bir  çox  yerləşmə 

dövlətləri xarici diplomatik nümayəndəliklərin lazımi müdafiəsini təmin 

etmək  iqtidarında  olmadığı  üçün  özləri  bu  nümayəndəliklərdə  daxili 

mühafizə sisteminin təşkil edilməsində maraqlı olduqlarını bildirirlər. 

Diplomatik  təcrübədə,  nadir  hallarda  da  olsa,  diplomatik 

nümayəndəliklərdə  daxili  mühafizə  sisteminin  təşkil  edilməsi  və  onun 

statusunun  akkreditə  edən  və  yerləşmə  dövləti  arasında  tənzimləyən 

ikitərəfli  razılaşmalara  da  rast  gəlmək  olar.  Belə  ki,  Böyük  Britaniyada 

ABŞ səfirliyini mühafizə edən dəniz piyadaları bölmələri yerli hakimiyyət 

orqanları tərəfindən diplomatik personal kimi qiymətləndirilmir, onların 

statusu isə xüsusi təhlükəsizlik qüvvələrinə dair ABŞ və Böyük Britaniya 

arasında bağlanmış müqavilə ilə müəyyən edilir. 

Eyni  zamanda  yerləşmə  dövlətinin  səlahiyyətlərinə  toxunan 

diplomatik nümayəndəliyin daxili mühafizə xidmətinin fəaliyyətinin bəzi 

aspektləri  yerləşmə  dövləti  ilə  akkreditə  edən  dövlət  arasındakı 

münasibətlərdə tez-tez kəskin mübahisələrə səbəb olur. 

Məsələn,  daxili  mühafizənin  səlahiyyət  hədləri,  xü.susilə  də 

onların  əməkdaşları  tərəfindən  məcburetmə  tədbirlərinə  əl  atdığı  hallar 

haqqında  məsələ  tənzimlənməmiş  qalır.  Əlbəttə,  ayrı-ayrı  məcburiyyət 

tədbirlərinin  hüquqa  uyğunluğu  (məsələn,  diplomatik  nümayəndəliyin 

binalarına  daxil  olmuş  cinayətkarın  cinayət  törətdiyi  anda  onun  yerli 

hakimiyyət  orqanlarına  təhvil  verilməsi  məqsədilə  tutulması)  zəruri 

müdafiə  institutu  çərçivəsində  izah  edilə  bilər.  Lakin,  bütövlükdə 

mühafizə  funksiyalarının  həyata  keçirilməsi  məqsədilə  bu  və  ya  digər 

məcburiyyət tədbirlərinin tətbiq edilməsi (tutma, axtarışlar və s.) yerləşmə 

dövlətinin suverenliyinə toxuna bilər. 

Akkkreditə  edən  dövlətin  verdiyi  səlahiyyətlər  arasında 

məcburiyyət  tədbirlərinə  əl  ataraq  daxili  mühafizə  xidməti  diplomatik 

nümayəndəliyin  mühafizəsini  təmin  edir.  Lakin  yerləşmə  dövləti 

tərəfindən  təşkil  edilən  xarici  mühafizə  ona  verilən  səlahiyyət  əsasında 

lazımi hallarda məcburiyyət tədbirləri tətbiq 

87 



edərək  eyni  tapşırığı  yerinə  yetirirlər.  Diplomatik  nümayəndəlikdə 

meydana gələn bu və ya digər insidentlərin həll edilməsi zərurəti yarana 

bilər.  Bunun  da  nəticəsində  xarici  mühafizə  ilə  daxili  mühafizə 

əməkdaşları  arasında  birbaşa  toqquşma  üçün  potensial  təhlükə  yarana 

bilər. 

Daxili  mühafizə  əməkdaşları  tərəfindən  silah  gətirilməsi, 



saxlanması, daşınması və tətbiq edilməsi məsələləri hələ lazımınca tənzi 

m lənməm i şd ir. 

Beynəlxalq  hüququn  qüvvədə  olan  normaları  ilə  bu  məsələlər 

tənzimlənmir.  Yerləşmə  dövlətləri  bu  məsələləri  ya  qüvvədə  olan 

qanunvericilik  normalarının  tətbiq  edilməsi,  ya  da  xarici  diplomatik 

nümayəndəliklərin  personalına  münasibətdə  xüsusi  qanunların  və 

təlimatların nəşr edilməsi yolu ilə həll edirlər. 

Bir çox dövlətlərdə, məsələn, İtaliya, Ruanda, Sudan və Türkiyədə 

yerli  səlahiyyətli  orqanlardan  icazə  almaq  şərti  ilə  xarici  diplomatik 

nümayəndəliklərin  personalı  oldu  silah  saxlaya  və  daşıya  bilər.  Bəzi 

dövlətlərdə,  məsələn,  Kanada  və  Çində  xarici  diplomatik 

nümayəndəliklərin  personalı  yerli  səlahiyyətli  orqanlarda  silahım 

qeydiyyatdan  keçirməlidir.  Lakin,  diplomatik  nümayəndəliklərin 

binalarının xaricində silah gəzdirmək və ya daşımaq qadağandır. Bir sıra 

dövlətlərdə diplomatik nümayəndəliyin nümayəndələri tərəfindən konkret 

silah  növlərinin  gətirilməsinə  məhdudiyyətlər  qoyulmuşdur.  Belə  ki, 

Kanada  qanunlarına  görə,  xarici  diplomatlar  tərəfindən  ölkəyə  avtomat 

silahının  gətirilməsi  qadağan  edilmişdir.  Ayrı-ayrı  dövlətlərin 

qanunvericiliyi  ümumiyyətlə  xarici  diplomatik  nümayəndəliklərin 

personalı  tərəfindən  silahın  saxlanılması  və  daşınmasını  qadağan  edir. 

Məsələn,  Böyük  Britaniyanın  qanunvericiliyi  (yalnız  ABŞ  səfirliyinin 

dəniz piyadaları üçün istisna edilmişdir) belə qabağa qoymuşdur. 

Azərbaycan  Respublikasında  və  bizimlə  yanaşı  Rusiya 

Federasiyasında xarici diplomatik nümayəndəliklərin personalı tərəfindən 

silah  gətirilməsi,  aparılması,  əldə  edilməsi  və  tətbiq  edilməsi,  onun 

qeydiyyata  alınması  məsələlərini  kompleks  tənzimləyən  vahid 

qanunvericilik aktı və ya hökümət qərarı yoxdur. 

88 



Mövcud olan təcrübəyə uyğun olaraq, qarşılıqlılıq əsasında yalnız səfirlik 

tərkibində  olan  hərbi,  hərbi-dəniz,  hərbi-hava  attaşelərinə  və  onların 

köməkçilərinə,  diplomatik  kuryerlərə  və  ya  diplomatik  poçtu  müşayət 

edən digər şəxslərə məxsus şəxsi odlu və soyuq silah və odlu silaha aid 

döyüş  sursatı  dövlət  sərhəddindən  keçirilə  bilər.  Göstərilən  şəxslərə 

yalnız bir ədəd odlu və soyuq silah keçirməyə icazə verilir. 

Mühafizəçilər  keyfiyyətində  yerli  vətəndaşların  işə  götürülməsi 

təcrübəsi  ABŞ  üçün  xarakterikdir.  Amerikalılar  hesab  edir  ki,  belə 

yanaşma onların vətəndaşları üçün təhlükəni azaldır. Bundan başqa, yerli 

vətəndaşlardan  olan  mühafizəçilər  yerləşmə  dövlətində  daha  yaxşı 

adaptasiya  olunduğundan  terroristlərin  hücumlarının  qarşısını  daha 

effektiv ala bilərlər. 1984-cü ildə amerikalı dəniz piyadalarının Livandan 

çıxarılmasından sonra burada ABŞ səfirliyinin mühafizəsi üçün livanlılar 

işə  götürülmüşdür.  Livandan  olan  bu  mühafizəçilər  ABŞ  Dövlət 

Departamentinin  “mobil  təlim  komandası”  təfındən  mühafizə  texnikası 

və silah tətbiq edilməsinə dair iki həftə müddətində təlim keçmişdilər. 



Diplomatik  nümayəndəlikhrin  arxivlərinin  və  sənədlərinin 

toxunulmazlığı məsələləri 

Vyana  Konvensiyasının  24-cü  maddəsinə  görə,  diplomatik 

nümayəndəliyin bütün arxivləri və sənədləri onların olduğu yerdən asılı 

olmayaraq hər zaman toxunulmazdır. 

Adi  şəraitdə  arxivlərin  və  sənədlərin  toxunulmazlığı  diplomatik 

nümayəndəliyin  binalarının  və  diplomatik  poçtun  toxunulmazlığının 

gücünə  təmin  edilir.  Burada  diplomatik  nümayəndəliyin  arxivləri  və 

sənədlərinin  “olduğu  yerdən  asılı  olmayaraq”  dedikdə  onlar  hər  hansı 

səbəbdən  “diplomatik  nümayəndəliyin  sərəncamında  olmadıqda  belə 

toxunulmazdır”  mənasında  başa  düşülür.  Arxivlərin  və  sənədlərin  “hər 

zaman” toxunulmazlığı dedikdə isə diplomatik münasibətlər kəsildikdən 

sonra  da  onlar  toxunulmazdır  mənasında  başa  düşülür.  Diplomatik 

nümayəndəliyin  arxivləri  və  sənədlərinin  toxunulmazlığı  anlayışı  bir 

tərəfdən yerləşmə dövlətinin qanun 



89 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə